17Dek
BAHARLA QIŞIN QOVUŞUĞU

Qışın oğlan çağına xeyli qalmış uca göylərdən göndərilmiş sovqata bax! Yoxsa, Yeni ilin özündən əvvəl göndərdiyi müjdədir o?! Azacıq saralmış çəmən, payızın acığına yamyaşıl
qalmış həmişəyaşıl palma, küknar ağacları qol açaraq hamıdan, hər kəsdən əvvəl bu müjdəni qucmaq eşqinəmi düşüblər? Deyəsən, Günəşin hərarətinə öyrənmiş budaqlar dümağ qarın soyuqluğundan çəkinərək ana torpağın məhəbbət dolu qucağına doğru əyiliblər. Hələ eşqdən dünyanı cəhcəhə bürüyən bülbülün qarla bələnmiş qızıl gülünə bax! Ürkək-ürkək yollara boylandığı bir vaxtda qışın göndərdiyi qar onun eşqini soyutmaqmı istəyir? Yoxsa ləçəklərini üşütməzdi. Bəlkə ana təbiətin bir sınağıdır bu? Bir-birindən incik düşən fəsillər indi necədə qolboyun olublar! Baxın, bir gül butasında baharla qış necə görüşürlər?! Bu, təbiətin möcüzəsi deyilmi?
Qış rəngləri də çaşdırıb. Ağ, yaşıl, qırmızı, sarı… Bir kolun budağında bu rənglərin “Yallı”sına diqqət yetirin! Adam sehirlənir.
Yaşa səni, mənim ovsunlu Ana Təbiətim! Daha ətraflı »
Teqlər: Digər
17Dek
Ötən zaman kəsiyi göstərdi ki, məhz Ulu Öndər Heydər Əliyevin həlledici bir məqamda respublikamızda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratdı.
Hərənin bir ömür payı var. Kiminin mənalı, kiminin adi.
Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşadı. Qısa zaman kəsiyində Ulu Öndər xalqının əsrlər boyunca uğurunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi. Bizləri ən yüksək məqama–müstəqilliyə qovuşdurdu. Dünyanın xalqlarına millətimizin layiqli mövqeyini qətiyyətlə nümayiş etdirdi. Heydər Əliyev xəyalları belə çin etmək qüdrətinə yiyələndiyini dəfələrlə ortaya qoydu. İnsanın Vətənin timsalına çevrilməsi dünyada nadir hadisələrdəndir. Məhz Heydər Əliyev də planetin bu əlçatmaz mərtəbəyə yüksələn tək-tək şəxsiyyətlərindən biri oldu. Daha ətraflı »
Teqlər: Digər
17Dek
Tərtər şəhərinin Mərkəzi Meydanında Azərbaycan xalqının Umummilli lideri Heydər Əliyevin anım mərasimi keçirildi. Minlərlə rayon sakini Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində əvvəlcə dahi şəxsiyyətin büstü önünə gül dəstələri qoydular. Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlar və foto-stentlərlə tanış oldular. Daha sonra Ulu Öndərin xatirəsi bir dəqiqəlik sukutla yad edildi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı məruzə etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın xilaskarı Heydər Əliyevin vəfatından on üç il keçir. Ulu Öndərimizin, əbədiyaşar Prezdentimizin Fəxri Xiyabandakı məzarı ötən illər ərzində xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Daha ətraflı »
Teqlər: Digər, Xəbərlər
16Dek
Mən bizim qəhrəman Tərtərin qoynunda doğulan insanam. Bu yurdun–doğma Azərbaycanın 90 yaşlı vətəndaşıyam. Fəxr edirəm ki, məhz bu torpağın övladıyam. Azərbaycanlı olmağımla qürurlanıram. Bir də qürurlanıram ki, mənim ölkəmin Ulu Öndər Heydər Əliyev kimi bir rəhbəri olub. Onun ideyaları dünən də Azərbaycanı yaşadırdı, bu gün də yaşadır, sabah da yaşadacaq.
Yaxın günlərdə dahi rəhbərin anım günü idi. O, elə bir şəxsiyyətdir ki, hər an anılır. Nə qədər ki, Azərbaycan var Heydər Əliyev də yaşayacaqdır. Onun yeri ürəklərdədir. İdeyaları ruhumuza hopub, söylədikləri yaddaşlarda saxlanılır və bu günkü fəaliyyətimizin aparıcı qüvvəsi hesab olunur. Allah Ulu Öndərimizə rəhmət eləsin ki, bu xalqa özü qədər inan-dığı İlham Əliyev kimi bir varis qoyub getdi. Onun sayəsində bütün Azərbaycan inkişaf edir.
Yaşadığımız Tərtər rayonunun hər yerdə valehedici bir mənzərənin şahidi oluruq. Mən təqauddə olan bir adamam. Evdə darıxan zaman çıxıb şəhərimizi bir-iki saat gəzirəm. Aparılmış abadlıq işlərini görəndə ruhum təzələnir, sanki cavanlaşıram. Sözsüz ki, rayon rəhbərliyi camaatın güzəranının daha da firəvan olması üçün əlindən gələni edir. Bütün görülmüş işlərin başında Heydər Əliyevin ideyaları dayanır. Həqiqətən də Azərbaycan Ulu Öndərin şah əsəridir. Bu əsər Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva tərəfindən daha da zənginləşdirilir. Daha ətraflı »
Teqlər: Digər
16Dek
Dünyasını dəyişdikdən sonra xalqın yaddaşında əbədi qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu böyük insan öz əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş Böyük Azərbaycanlıdır.
Böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zamana və məkana sığmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təsdiqini tapan bir reallıqdır. Zaman onu da sübut edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin tərcümeyi-halıdır. Heydər Əliyevin tərcümeyi-halı isə Azərbaycan tarixinin bir hissəsidir. Çünki onun hakimiyyəti illərində Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyibdir. O, Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb, Azərbaycanı dünyaya tanıdıb. Dünyanı Azərbaycana gətirib. O, Azərbaycanı qorumaq üçün yaşayıb, Azərbaycanı yaşatmaq üçün qurub-yaradıb. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan Respublikasının Ümummilli Liderinə, üstəlik dünya siyasətinin nəhənginə çevirib. Odur ki, Azərbaycan xalqı bu böyük oğlu ilə haqlı olaraq öyünür. Daha ətraflı »
Teqlər: Digər
16Dek
Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə “Yeni Tərtər” qəzeti redaksiyasında “Ulu Öndər Heydər Əliyev və mətbuat” mövzusunda tədbir keçirilib.
Qəzetin baş redaktoru Tofiq Yusif mövzu ilə bağlı məruzə edib. Məruzədə əvəzolunmaz dahi lider parlaq zəka sahibi, dünya miqyaslı şəxsiyyət, geniş masştablı görkəmli rəhbər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olundu. Sonra onun Azərbaycan mətbuatının inkişafındakı xidmətlərindən, azad fikir və açıq söz uğrunda apardığı mübarizədən və bu istiqamətdə həyata keçirdiyi önəmli tədbirlərdən bəhs olundu.
Qəzetin əməkdaşları Əvəz Nəsirov, Elfuzə Vəliyeva və Bəxtilə Əliyeva öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi titanik fəaliyyətdən və mətbuatımıza bəslədiyi səmimi qayğıdan danışdılar.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
16Dek
Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar “Gedən cismimdir, ruhum sizinlədir” mövzusunda “Dəyirmi masa” keçirildi. Tədbirdə Tərtər Elektromexanika zavodunun keçmiş kollektivinin nümayəndələri və mədəniyyət işçiləri iştirak edirdilər.
Tədbir iştirakçıları öncə Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri qoyub, xatirəsini yad etdilər.
Tədbiri giriş sözü ilə mərkəzin direktoru Səlimə Yusibova açdı və “Dahi Şəxsiyyət” haqqında ətraflı məruzə ilə çıxış etdi.
Sonra əvvəllər Elektromexanika zavodunun direktoru vəzifəsində çalışmış rayonumuzun ziyalısı, Rauf Həsənzadə Ulu Öndər haqqında, xatirələrini danışdı, Heydər Əliyevin Tərtərdə dəfələrlə olmasından, bu rayon üçün göstərdiyi xidmətlərdən bəhs etdi. Daha ətraflı »
Teqlər: Xəbərlər
16Dek

Tərtər Rayon İcra Hakimiyyəti 12 dekabr Ümummilli Liderin anım günü münasibəti ilə rayon təhsil şöbəsi, Gənclər və İdman İdarəsi ilə birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Əbədiyaşar insan” mövzusunda inşa yazı müsabiqəsi keçirdi.
Müsabiqənin birinci mərhələsi məktəblərdə, yekun turu isə şəhər 2 saylı məktəb-liseydə oldu. İki akademik saat vaxt ayrılan yekun turda 34 ümumtəhsil məktəbindən 34 nəfər şagird iştirak etdi. Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini Elvin Umudov açaraq, Ulu Öndərin həyat və fəaliyyəti haqqında məlumat verdi.
Müsabiqənin yekununda Qapanlı kənd tam orta məktəbin X sinif şagirdi Əliyev Həsənəli Şahin oğlu birinci, şəhər 2 saylı məktəb-liseyin X sinif şagirdi İsmayıllı Ülviyyə İsmayıl qızı ikinci və Soyulan kənd tam orta məktəbin XI sinif şagirdi İsmayıllı Səbinə Abbas qızı üçüncü yerə layiq görüldülər.
Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olundu.
Teqlər: Təhsil
16Dek

Ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün yeni intensiv tut bağlarının salınması məqsədi ilə Çindən Azərbaycana gətirilən tut tinglərinin 30 mini bölgü əsasında Tərtər rayonuna göndərilib.
Gətirilən tinglər rayonun Buruc, Əskipara, İsmayılbəyli, Yuxarı Qapanlı, Qarağacı və İrəvanlı kəndləri ərazisində, həmçinin Tərtər Bölgə Təcrübə Stansiyasında əvvəlcədən hazırlanmış sahələrə əkilib.
Çin Xalq Respublikasından gələn mütəxəssislər tinglərin əkildiyi sahələrdə olub, öz tövsiyələrini verib.
Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə rayon ərazisində 1357 ədəd tut tingi əkilib.
Qeyd edək ki, Tərtər rayonunda baramaçılıqla məşğul olan kümçülər bu il 1 ton barama istehsal ediblər. Gələn il isə 4 ton barama istehsalı gözlənilir.
Teqlər: Xəbərlər
16Dek
Bu günlərdə Tərtər rayon Məşğulluq Mərkəzi işaxtaran və işsiz vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə növbəti “Əmək yarmarkası” keçirdi.
Tədbiri məşğulluq mərkəzinin direktoru Azər Ağayev açdı. Bildirdi ki, bugünkü “Əmək yarmarkası”nda idarə, müəssisə və təşkilat təmsilçiləri ilə birlikdə 150 nəfər iştirak edir.
“Əmək yarmarkası”na 16 idarə, müəssisə və təşkilatdan 118 boş iş yeri çıxarılmışdır. Həmin boş (vakant) iş yerlərindən 34-ü fəhlə, 84-ü qulluqçu kateqoriyasına daxil olan iş yerləri olmuşdur.
Keçirilən “Əmək yarmarkası”nda 20 nəfər işaxtaran vətəndaşa işə göndəriş vərəqəsi verilmişdir.
Mirzə Nəsir
Teqlər: Xəbərlər
Yeni ismarıclar