Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,746
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17İyl
    Digər Milli mətbuatımızın uğurları günbəgün artır üçün şərhlər bağlıdır

    Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 149 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb. 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Bu qəzetin Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.

    Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər

    Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.

    Ümummilli lider Heydər Əliyev tərəfindən  1998 –ci ildə Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi. Daha ətraflı »

  • 15İyl
    Digər Pakistan ilə Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 11 iyul tarixində İslamabadda dövlət səfəri zamanı mətbuata bəyanat verib.

    Cənab prezident bəyanatında bildirib ki, bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə olunub. Pakistan ilə Azərbaycan hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birini dəstəkləyir. Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin necə həll olunmasını aydın şəkildə təsvir edir. Lakin, əfsuslar olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yoxdur. Bütün Azərbaycan xalqı yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi – Vətən müharibəsi zamanı siyasi dəstək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyən Pakistanın yüksək rütbəli rəsmilərinin birmənalı bəyanatları bizə əlavə güc-qüvvət verdi. Pakistan məhz işğala görə Ermənistanla diplomatik münasibətləri qurmayan ölkədir. 2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir. Daha ətraflı »

  • 10İyl
    Digər Sahib Alıyev: “Azərbaycan bütün ssenarilərə, o sıradan da hayalətli siyasət yeridənlərin uzun müddət davam edəcək “etnik təmizləmə” uydurmalarına da hazırdır.” üçün şərhlər bağlıdır

    Sahib Alıyev bildirib ki, Qərbi Azərbaycan icmasının üzvlərini etnik təmizləmə ilə üzləşdikləri doğma torpaqlarına qaytarmadan ABŞ Dövlət Departamentinin Qarabağı tərk edib gedənləri yenidən gətirib ora yerləşdirmək cəhdinin boşuna olduğu Xankəndindəki açılış və təməlqoymalarla sərgilənir. Və, okeanın o tayındakılar özləri də çox yaxşı fərqində idilər və fərqindədirlər ki, Azərbaycan Prezidentinin Qərbi Azərbaycan icmasıyla bağlı səsləndirdiyi tələb yerinə yetirilmədiyi təqdirdə hayların Qarabağa dönmələri mümkünsüzdür. Dövlət Departamentinin formalaşdırdığı “faktaraşdırıcı missiya”ya hayların guya Qarabağda etnik təmizləməyə uğradıqları haqda tapşırıq verilməsində də əsas məqsəd heç də “miatsumçu”ları geri qaytarmaq deyil. Vudro Vilsonun nəvələri Njdenin törəmələrindən daha yüz il alət kimi faydalanmaq üçün indi də uydurma etnik təmizləməyə ehtiyac duyurlar. Oradakı hay diasporu üçün də bu, ekzistensial anlam daşıyır. Çünki əgər türk düşmənçiliyi davam etməsə, onda alət olaraq onlara da ehtiyac qalmayacaq və istifadə məqsədilə indiki kimi bəslənməyəcəklər. Yəni Dövlət Departamentinin “tapış” missiyası bizim regionda qarşıdurmanın uzun zaman qalmasının təmini üçün “fakt” istehsal etmək tapşırığı al-mışdı və o da yerinə yetirildi.
    Sahib Alıyev qeyd edib ki, Çinlə strateji tərəfdaşlığın qurulması, Astanadakı yüksək səviyyəli üçtərəfli görüş, Xankəndində, Xocalıda yaşananlar və Şuşada keçirlən zirvə onu göstərir ki, cənab Prezidentin vurğuladığı kimi Azərbaycan bütün ssenarilərə, o sıradan da hayalətli siyasət yeridənlərin uzun müddət davam edəcək “etnik təmizləmə” uydurmalarına da hazırdır.

    “YENİ TƏRTƏR”

  • 10İyl
    Digər QÜRUR HİSSİ İLƏ İZLƏDİK üçün şərhlər bağlıdır

    İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatlarının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Bu mötəbər tədbiri televiziya vasitəsilə böyük qürur hissi ilə izlədik.
    Türk dövlətləri başçılarını Qarabağda, 30 ildən artıq bir müddətdə işğal altında olan torpaqlarda görmək çox sevindirici bir hissdir. Zirvə görüşündə dövlətimizin başçısı İlham Əliyev deyib: “Keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır. Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmamış, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşamış və buna nail olmuşdur.”
    Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi imzalanıb. Xalqımız əmindir ki, Qarabağ Bə-yannaməsinin qəbul edilməsi Türk dünya-sının həmrəyliyini daha da artıracaq və Azərbaycan qarşıya qoyulmuş bütün hədəflərə nail olacaq.

    “YENİ TƏRTƏR”

     

  • 10İyl
    Xəbərlər TƏRTƏRDƏ POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNUB üçün şərhlər bağlıdır

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, idarə, müəssisə, təşkilat kollektivləri, İƏD üzrə nümayəndələr və rayon polis şöbəsi-nin əməkdaşları iştirak ediblər.
    Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, onun xatirəsini ehtiramla anıblar.
    Sonra rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov tədbir iştirakçılarını Azərbaycan polisinin peşə bayramı günü münasibətilə təbrik etdi, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxudu, Azərbaycan polisiinin keçdiyi tarixi yola nəzər saldı, Azərbaycan polisinə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində böyük diqqət və qayğının göstərildiyini, hazırda bu diqqət və qayğının Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Bildirdi ki, Azərbaycan Polisi vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir, hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur. Daha ətraflı »

  • 10İyl
    Xəbərlər Yuxarı Qapanlı kəndində səyyar-qəbul görüş keçirilib üçün şərhlər bağlıdır

    Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Yuxarı Qapanlı kəndində keçirilən növbəti səyyar qəbul-görüşündə səhiyyə, təhsil, mədə-niyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nü-mayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər. Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi in-kişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Yuxarı Qapanlı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, son illər əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
    Qeyd olunub ki, Yuxarı Qapanlı kəndinin 605 hektar ərazisi, 281 təsərrüfatı, 1180 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 mədəniyyət evi, 3 ticarət obyekti, 2 iaşə obyekti, 2 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 1213 baş iribuynuzlu, 1372 baş xırdabuynuzlu heyvan, 4207 baş quş saxlayırlar. Daha ətraflı »

  • 10İyl
    Şəhidlər CAN FƏDA ETDİLƏR Kİ, VƏTƏN YAŞASIN, BAYRAĞA BÜRÜNÜB GƏLƏN ŞƏHİDLƏR! üçün şərhlər bağlıdır

    Qəhrəmanlıq elə zirvədir ki, illər ötdükcə daha aydın görünür

    Birinci Qarabağ müharibəsi şəhidləri olan Poladlı kəndinin sakini Nizami Salahovun və Mamırlı kəndinin sakini Müşviq İsmayılovun şəhidliyə qovuşduqları vaxtdan 30 il ötür.

    Şəhid Nizami Salahov 1964-cü il noyabr ayının 13-də Tərtər rayonunun Poladlı kəndində anadan olmuşdur. Orta təhsilini Mamırlı kənd tam orta məktəbində aldıqdan sonra keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Qarabağ uğrunda müharibə başlayan vaxt Tərtər rayonunun Mamırlı kəndində kolxozçu işləmişdir. 1993-cü ilin noyabr ayında Tərtər rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini 703 saylı hərbi hissədə keçirmiş və Ağdərə istiqamətində ge-dən döyüşlərdə iştirak etmişdir.
    27 aprel 1994-cü il tarixdə Ağdərə rayonunun Seysulan kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
    Evli idi. Aygün, Laləzər adlı iki qızı və Nurəddin adlı bir oğlu var. Poladlı kənd ­­­­­­­­­qəbiristanlığında dəfn edilib. Daha ətraflı »

  • 10İyl
    Şəhidlər Zeynallı Arzuman Asif oğlu üçün şərhlər bağlıdır

    1991-ci il oktyabrın 2-də Tərtər rayonunun Köçərli kəndində doğulub. 1998-ci ildə Köçərli kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2008-ci ildə onuncu sinfi bitirib. 2009-ci ilin oktyabrın 2-də həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti Naxçıvanın Şahbuz rayonunda keçib. Cəmi 10 ay əsgərlik çəkib. 2010-cu il iyulun 17-də ildırım vurması nəticəsində kardiogen şok keçirərək şəhid olub. Subay idi. Ailənin 2 övladından biri idi. Köçərli kəndində dəfn olunub. Ailəsi Köçərli kəndində yaşayır. Atası Asif 2021-ci il aprelin 16-da ürək çatışmazlığından dünyasını dəyişib. Bacısı ailəli olub, 2 övladı var. Hazırda anası Etibar Hüseynova ilə birgə yaşayır.

  • 10İyl
    Şəhidlər Təmrazov Murad Saməddin oğlu üçün şərhlər bağlıdır

    1 iyul 1961-ci ildə Tərtər rayonunun Borsunlu kəndində doğulub. Orta məktəbi 1976-ci ildə həmin kənddə bitirib. 1977-ci ildə hərbi xidmətə çağırılıb. 1979-cu ildə Rusiyada aviasiya polkunda həqiqi hərbi xidmətini başa vurub.Qayıtdıqdan sonra Mingeçevir şəhərində yaşayıb, işləyib.
    Bibisi oğlu Talıstan Axundov erməni vəhşiliyindən şəhid olduqdan sonra Murad dözməyərək 19-92-ci ilin fevralından Mingəçevir Özünümüdafiə Batalyonu-na yazılıb. Batalyon keçmiş Marquşevan kəndində yerləşirdi. Ağdərə istiqamətində gedən döyüşlərdə ermənilərə qarşı vuruşub, 1993-cü ilin iyul ayının 23-də döyüş yoldaşlarının nəşini çıxararkən mühasirəyə düşərək şəhid olub, 25 iyulda ailəsinə xəbər verilib. Nəşi tapılmayıb.
    Ailəlidir. 2 oğlu qalıb, Şahin və Tural. Muradgil özləri 3 qardaş, 4 bacı olublar. Hazırda anası Zərifə oğlu Müşfiqlə birlikdə Borsunluda, Muradın oğlanları isə Mingəçevir şəhərində yaşayırlar.
    Son zamanlarda Mingəçevir şəhərində şəhid Murad Təmrazovun adına bulaq istifadəyə verilib.

  • 10İyl
    Şəhidlər Əsgərov Nofəl Cahangir oğlu üçün şərhlər bağlıdır

    Sentyabrın 10-u 1965-ci ildə Tərtər rayonunun Borsunlu kəndində doğulub. 1972-ci ildən 1977-ci ilə kimi Borsunlu tam orta məktəbində oxuyub. 1978-ci ildə Gəncə şəhərində yaşayan xalasıgildə qalaraq 37 nömrəli məktəbdə oxuyub. 1982-ci ildə həmin məktəbi bitirib. 19-83-cü ildə Tərtər rayon komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. Əsgərlik xidməti Əfqanıstanda keçib. Bu müdətdə “Hərbi xidmətə görə” medalı ilə təltif olunub. 1985-ci ildə hərbi xidməti başa çatıb. Qayıtdıqdan sonra Gəncə şəhərində yaşayıb, işləyib.
    1992-ci ilin mayından könüllü olaraq Ağdam rayon özünümüdafiə dəstəsinə yazılıb. Döyüş yolu Ağdam, Ağdərə istiqamətindən keçib. Axırıncı döyüşü Şırxavənd istiqamətində olub. 12 iyunda mühasirəyə düşüb, tankın üstündə vurulub. Nəşi tapılmayıb.
    Nofəl Əsgərov ailəli olub. Həyat yoldaşı Zərxarə rəhmətə gedib. 2 qızı- Lalə və Naciyə Bakı və Gəncə şəhərlərində yaşayırlar.