Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Okt
    Kənd təsərrüfatı BƏYİMSAROV KƏNDİNDƏ BİR GÜN üçün şərhlər bağlıdır

    Kənd haqqında bəzi məlumatlar

    DSC_5499DSC_5514Bəyimsarov kəndi rayonumuzun ən iri yaşayış məntəqələrindən biridi. Ərazisi 2929 hektar, əhalisinin sayı 4396 nəfərdir. Onların 2990 nəfəri Qərbi Azərbaycandan gələn məcburi köçkünlər, 1350 nəfəri isə Azərbaycanın 7 rayonundan olan məcburi köçkün soydaşlarımızdır.
    Kəndin əkinəyararlı torpaq sahəsi 1950 hektardır. Həmin sahələrin 265 hektarında pambıq, 51 hektarında şəkər çuğunduru, 100 hektarında arpa, 360 hektarında yonca, 285 hektarında günəbaxan əkilib becərilir.
    Həmin gün kənd icra nümayəndəsi Surxay Hüseynovla və kənd bələdiyyəsinin sədri Aqil Şərifovla görüşdük.
    Öyrəndik ki, burada torpağa bağlı insanlar əkib-becərdikləri kənd təsərrüfatı bitkilərinə qayğı ilə qulluq etdikləri üçün məhsuldarlıq xeyli yüksək olub. Bu da əsasən onun müqabilində hasilə gəlib ki, kəndin ərazsində 33 ədəd subartezian
    quyusu mütəmadi olaraq işləyir. Daha ətraflı »

    Teqlər:

  • 20Okt
    Kənd təsərrüfatı PAMBIQ TƏDARÜKÜ DAVAM EDİR üçün şərhlər bağlıdır

    1444109413_1-4Tərtər rayonunda pambıq tədarükü davam edir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq rayonun təsərrüfatlarında “ağ qızıl” sahələri genişlənmiş və bol məhsul hasilə gətirilmişdir. Belə ki, bu il rayonun 31 inzibati ərazi dairəsində 3011 hektar, kənd təsərrüfatı müəssisələri üzrə isə 112 hektar, rayon üzrə cəmi 3123 hektar sahədə pambıq əkilmişdir ki, bu da əvvəlki ildəkindən 3 dəfə çoxdur.
    Ən çox pambıq əkən Yuxarı Qapanlı (485 hektar), Qaynaq (306,5 hektar), Azadqaraqoyunlu (230 hektar) və Bəyimsarov (265 hektar) İnzibati Ərazi dairələridir.
    17 oktyabr 2017-ci il tarixə kimi sahələrdən 3715,4 ton “ağ qızıl” yığılmışdır ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 3 dəfə çoxdur.

    Tərtər Rayon
    Statistika İdarəsi

    Teqlər:

  • 20Okt
    Digər 20 OKTYABR ENERGETİKLƏR GÜNÜDÜR üçün şərhlər bağlıdır

    ELEKTRİK ENERJİSİZ MƏİŞƏTİMİZ YOXDUR

    212121DSC_5829Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamına əsasən hər il oktyabrın 20-si Energetiklər Günü kimi qeyd olunur, İqtisadiyyatın hər bir sahəsində olduğu kimi, elektroenergetika sektorunda da Azərbaycan uğurlar qazanıb.
    Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsi olan elektrik enerjisi sistemində də böyük nailiyyətlər əldə olunmuşdur.
    Regionların iqtisadiyyatının inkişafında həyata keçirilən dövlət proqramları Tərtərimizdə də özünü bariz şəkildə göstərir. Rayon əhalisinin yaşayışının normal təminatı üçün məqsədyönlü işlər görülməkdədir. Rayonun gecəsi də gündüzü kimi cıraqban olub, Əvvəllər elektrik enerjisi fasilələrlə verilirdi və bu da müəyyən problemlərin yaranmasına səbəb olurdu. Bu problemlərin aradan qaldırılması üçün rayon elektrik şəbəkəsi kollektivinin üzərinə böyük məsuliyyət düşür. Bu kollektivin üzrü – istismar üzrə aparıcı mühəndis Rauf Quluyev bəzi sorğularımıza aydınlıq gətirdi. Daha ətraflı »

    Teqlər:

  • 20Okt
    Təhsil NƏTİCƏ UĞURLUDUR üçün şərhlər bağlıdır

    новый-2новый-4Şükür Rəhmanov adına Azadqaraqoyunlu kənd tam orta məktəbində 15-dən çox qacqın və məcburi köçkün ailəsi
    məskunlaşsa da, ali məktəblərə qəbul olunan məzunların göstəriciləri uğurludur.
    Məktəbdə təhsil alan 273 nəfər şagirdin təlim-tərbiyəsi ilə 38 nəfər müəllim məşğul olur. Belə ki, 2016-2017-ci tədris ilində orta məktəbi bitirən 28 nəfər şagirdən 19 nəfəri ali məktəblərə iş vermiş, onların 11 nəfəri qəbul imtahanlarından lazimi bal toplayaraq müxtəlif ali məktəblərə daxil olublar.
    Bu 11 məzundan başqa ötən il orta məktəbi bitirənlərdən 2 nəfəri də Cansel Məmmədli və Lətif Hüseynli bu il ali məktəblərə qəbul olunublar. Daha ətraflı »

    Teqlər:

  • 20Okt
    Digər “Bala Kirpi”nin sərgüzəştləri üçün şərhlər bağlıdır

    YANPÖRTÜ YERİŞ

    91_1443550800DSC_5865“Bala Kirpi” bu dəfə yolunu Tərtərin Mərkəzi Bazarına (“Zülfüqaroğlu” MMC) saldı. Bazarın ətrafındakı və içindəki vəziyyəti görəndə çox təəccübləndi. Fikirləşdi: “Belə də yiyəsizlik olar?! Bu antisanitariyanı, özbaşınalığı, nəzarətsizliyi, bir sözlə, bu biyabırçılığı görən yoxdurmu? Varsa, niyə əncam çəkmir?! Bazarın müdiriyyəti hara baxır görəsən? Axı, bu işlər onların nəzarəti altındadır”.
    “Bala Kirpi” istədi bazarın darvazasına tərəf getsin ki, içəri girsin, amma parklanmış maşınların arasından yanpörtü də keçə bilmədi. Özünə yol axtardı. Səki ilə getmək istədi. Lakin gördü ki, bazarın qarşı tərəfində səkilərin üstünə tökülmüş ərzaq və sənaye malları, almadan tutmuş çörəyə qədər hər şey tozun-torpağın içində satıldığından keçmək mümkün deyil. İnsanların normal hərəkəti üçün yer qalmayıb. Cığırfason bir qırıq yol var ki, oraynan da gə-rək yanpörtü yeriyəsən ki, birtəhər keçə biləsən. Daha ətraflı »

    Teqlər:

  • 20Okt
    Digər DANIŞAN DAŞLAR üçün şərhlər bağlıdır

    800px-Azokh_Cave3Füzuli rayonu Quruçay dərəsi: Təxminən bir milyon il əvvəl…
    Azıx mağarası bu ərazidə yerləşir və nəinki Azərbaycanda, həm də dünyadakı ən qədim insan izlərindən birinin tapıldığı yerdir.
    “Azıx” türk ləhcəsində “Ayı” mənasını verir. Mağara 800 kvad-ratmetr sahəyə malik, hər biri 600 metr uzunluğunda 8 dəhlizdən ibarətdir. 1960-cı ildə akademik Məmmədəli Hüseynov tərəfindən aşkar edilmiş Azıx mağarası 10 təbəqədən ibarətdir. Mağaradan tapılmış kül qalıqları 700 min il əvvələ aid edilir. Azıx adamının (Azıxantrop) yaşı isə 350-400 min ildir. 1968-ci ilin iyun ayında Məmmədəli Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar etmişdir. Tarixi bölgüyə görə daş dövrünün ən qədim mərhələsi olan Alt Paleolit dövrünə aid edilən tapıntı 50-60 yaşlarında bir qadının alt çənə sümüyüdür.
    Mağaranın divarında rast gəlinən və müxtəlif təbəqələrindən tapılan ayı kəllələri üzərində primitiv rəsm cizgilərinin olması ibtidai incəsənətin göstəricisi sayılır. Daha ətraflı »

    Teqlər:

  • 20Okt
    Digər AİLƏ ƏHVALATLARI üçün şərhlər bağlıdır

    Depositphotos_59799265_m-2015Couple giving two young children piggyback rides smilingKişi xarici dil kursuna getmək istəyən arvadına etiraz edir:
    –Qətiyən olmaz! Onsuz da bir dillə mənim başımı az ağrıtmırsan.
    * * *
    Qadın və kişi mövzusunda mübahisə gedirmiş.
    Biri belə izah edirmiş:
    –Kişilərin həyatı dörd dövrə bölünür: uşaqlıq, gənclik, orta yaşlılıq, qocalıq.
    Bir başqası:
    –Bəs qadınlar? Onlar insan deyilmi?
    O biri cavab verir:
    –Qadınların da həyatı dörd dövrə bölünür: uşaqlıq, gənclik, gənclik, gənclik.
    * * *
    Ata oğlunu yanına çağırıb, onunla söhbət edirdi:
    –Oğlum, artıq böyümüsən, ananla bir otaqda yatmağın yaxşı deyil.
    –Ata, sən məndən də böyüksən, amma anamın yanında yatırsan! Daha ətraflı »

    Teqlər:

  • 20Okt
    Digər Hörmətli valideynlər! üçün şərhlər bağlıdır

    Artıq vətəndaşlar Uşaqların Psixoloji və Sosial İnkişafına dəstək məqsədi ilə “ASAN xidmət” mərkəzlərində yaradılmış “Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi”nin psixoloji xidmətlərindən yararlana bilərlər.
    Vətəndaşlar 3 yaşından 12 yaşınadək uşaqların əqli, psixoloji, fiziki, nitq və sosial bacarıqların inkişafı kimi 22 növ xidmətə müraciət edə bilərlər.
    “Uşaq Psixo-Sosial İnkişafı Mərkəzi”nin xidmətləri 4 və 5 saylı Bakı, həmçinin Qəbələ, Sabirabad, Bərdə, Masallı regional “ASAN xidmət” mərkəzlərində göstərilir.
    Əlaqə üçün : “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə və ya 108 çağrı mərkəzinə, həmçinin 077-225-15-01 nömrəsinə zəng vurmaqla ətraflı məlumat əldə edə bilərsiniz.

    Teqlər:

  • 11Okt
    Digər Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Aprel hadisələri ilə bağlı Tərtərdə üçün şərhlər bağlıdır

    14807847832653045331_1000x669Tərtər şəhərTərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

    Teqlər:

  • 11Okt
    Tərtər RİH-də RESPUBLİKA MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ üçün şərhlər bağlıdır

    CƏBHƏ BÖLGƏSİNDƏ İŞLƏMƏK İKİQAT MƏSULİYYƏTDİR

    DSC_22348d5fde59f5291548a0f13353678ea63bMəlum olduğu kimi, “Regionların Sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı” 2004-cü ilin əvvəlində-fevral ayında qəbul edilmişdir. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildəki seçkiqabağı proqramının bir hissəsi idi. 2009-cu ildə ikinci və 2014-cü ildə üçüncü “Regionların Sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” qəbul olunmuşdur. Hazırda “Regionların Sosial-iqtisadi inkişafına dair III Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Bu proqramın cəbhəyanı bölgə olan Tərtərdə necə yerinə yetirilməsi və bütövlükdə son illərdə rayonda görülən işlərlə bağlı “Made in Azerbaijan” jurnalının suallarını Tərtər Rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədov cavablandırır. Daha ətraflı »

    Teqlər: