Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Okt

    Kənd haqqında bəzi məlumatlar

    DSC_5499DSC_5514Bəyimsarov kəndi rayonumuzun ən iri yaşayış məntəqələrindən biridi. Ərazisi 2929 hektar, əhalisinin sayı 4396 nəfərdir. Onların 2990 nəfəri Qərbi Azərbaycandan gələn məcburi köçkünlər, 1350 nəfəri isə Azərbaycanın 7 rayonundan olan məcburi köçkün soydaşlarımızdır.
    Kəndin əkinəyararlı torpaq sahəsi 1950 hektardır. Həmin sahələrin 265 hektarında pambıq, 51 hektarında şəkər çuğunduru, 100 hektarında arpa, 360 hektarında yonca, 285 hektarında günəbaxan əkilib becərilir.
    Həmin gün kənd icra nümayəndəsi Surxay Hüseynovla və kənd bələdiyyəsinin sədri Aqil Şərifovla görüşdük.
    Öyrəndik ki, burada torpağa bağlı insanlar əkib-becərdikləri kənd təsərrüfatı bitkilərinə qayğı ilə qulluq etdikləri üçün məhsuldarlıq xeyli yüksək olub. Bu da əsasən onun müqabilində hasilə gəlib ki, kəndin ərazsində 33 ədəd subartezian
    quyusu mütəmadi olaraq işləyir. Həmin artezianların suyundan kənd sakinləri həm içməli su kimi, həm də suvarma üçün istifadə edirlər. Bunun nəticəsidir ki, kəndin içi, həyət-bacalar yamyaşıldır.
    İcra nümayəndəsi bildirdi ki, kənddə 42 ticarət obyekti, klub, mədəniyyət evi kitabxana, poçt filialı, xəstəxana, tam DSC_5446orta və ümumi orta məktəblər 55 yerlik körpələr evi-uşaq bağçası, fəaliyyət göstərir. Sakinlərin işıq, qaz və su sarıdan heç bir problemləri yoxdur.
    Kənd 15 şəhid verib, 4 Qarabağ müharibəsi əlili var.
    Qeyd etmək lazımdır ki, rayonumuzun digər kəndlərindən fərqli olaraq biz burada olarkən gördük ki, xidmət obyektlərinin hamısı işləyir. Kənd xəstəxanasının əksər hissəsində qaçqın və məcburi köçkün ailələri məskunlaşsa da, həmin binanın 2 otağında baş həkim Mehriban Hüseynova və tibb işçiləri öz işləri ilə məşğul idilər.
    Onun şahidi olduq ki, kənddə hər hansı yanğın təhlükəsinə qarşı mübarizə məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin 1 yanğınsöndürən maşını və 5 nəfər işçi qüvvəsi növbə çəkir.

    Müasir heyvandarlıq kompleksi

    DSC_5467Fermer Habil İsmayılov əslən Göyçə mahalının Zərkənd kəndindəndi. Ali təhsilli mütəxəssisdir. Müasir tipli iri heyvandarlıq kompleksi yaradıb. Kompleksdə 300 baş Hollandiya cinsli alaqara mal bəslənilir. Onların 150 başı sağılandır. İnəklər mexanikləşdirilmiş qaydada sağılır. Hər gün kompleksdən Bərdə süd emalı zavoduna 2,5-3 ton süd göndərilir. Sağılan südün keyfiyyətinin dəyişməməsi üçün kompleksdə soyuducu anbar da var.
    Burada malların baş sayının çoxaldılması işi həm suni mayalandırma, həm də təbii yolla həyata keçirilir.
    Surxay Hüseyov dedi:
    –Habil İbrahimov maldarlıqdan başqa həm də əkinçiliklə də məşğul olur. Cins malların yemə olan ehtiyatını hərtərəfli ödəmək üçün 100 hektarda qarğıdalı, 10 hektarında yonca, əkir. Həmçinin 30 hektarda pambıq , 10 hektarda günəbaxan, 10 hektarda buğda və 10 hektarda arpa becərir. Arpa və buğda sahələrinin hər hektarından 35-40 sentner məhsul götürüb. Qarğıdalı sahələrinin hər hektarından 55-60 ton silos basdırılıb. Yonca sahələri 4 dəfə bicilib, günəbaxan və pambıq sahələrində isə yığım davam edir.

    İşgüzar fermer

    DSC_5442Bu ərazidə fermer Fazil Vəliyevi hamı işgüzar bir insan kimi tanıyır.
    O, son 4-5 ildir ki, kənd təsərrüfatı birkilərinin əkilib – becərilməsində nümunəvi işi ilə seçilir. Təsadüfi deyil ki, Fazil bu il olkə prezidentinin pambıqçılığın inkişafına dair Saatlıda və Sabirabadda keçirdiyi müşavirələrdə iştirak edib.
    O, bu il 32 hektarda buğda, 10 hektarda arpa, 53 hektarda pambıq və 42 hektarda şəkər çuğunduru əkib. Taxıl və arpa sahələrinin hər hektarından 34-40 sentner məhsul götürüb. Fazil Vəliyevlə iş üstündə görüşdük. O dedi:
    –Torpağı sevib ona ürəkdən bağlananda torpaq da sevindirir insanı. Ataların gözəl bir deyimi var: Torpağa əyilən baş həmişə uca olar. Sonra o, əli ilə çuğundur və pambıq tarlalarını göstərib dedi:
    –Görürsünüz, hər iki sahədə yaxşı məhsulmuz var. 42 hektar çuğundur sahəsinin 28 hektarının məhsulu yığılıb. Imişli şəkər zavoduna 50 tona yaxın məhsul təhvil vermişik. Çuğundur yığımında işçılərdən Afət, Flora Rəhimovalar və Məleykə Cəfərova fərqlənirlər. Çuğundurun qalan 39 hektarı noyabrın əvvəlində yığılacaq.
    54 hektar pambıq sahələrinin 24 hektarının məhsulu maşınla yığılaraq 60 ton pambıq təhfil verilib. Yığım davam edir.

    Bol məhsul hasilə gəlib

    DSC_5497Kənddə olarkən öyrəndik ki, bu il təsərrüfatda 265 hektar sahədə pambığ becərilib. Yuxarıda adları çəkilən Habil İbrahimov, Fazil Vəliyev kimi digər fermerlər Vahid Mehdiyevin, Hikmət Musayevin Natiq Vəliyevin, Aqil Cəfərovun pambıq tarlalarında da çəkilən zəhmət öz gözəl bəhrəsini verdiyindən bol məhsul hasilə gəlib.
    Təsərrüfata 2 ədəd təzə pambıqyığan maşın gətirilib. Fermerlərin məqsədi gərgin zəhmət hesabına hasilə gətirdikləri məhsulu son qozasınadək itkiisiz toplamaqdır.

    Bələdiyyə sədrinin dedikləri

    DSC_55033333Yuxarıda qeyd etdik ki, Bəyimsarov kənd İƏD-nin ərazisi 3 min hektara yaxındır. Kəndarası yolların rahat və səliqəli olmasını gördük. Kənd bələdiyyəsinin sədri Aqil Şərifov bildirdi ki, bələdiyyənin vəsaiti hesabına yolların 8.600 metrinə narın çınqıl daşınıb tökülüb. Bundan başqa 4.600 metr pay torpaqlarına gedən su arxları lildən təmizlənib. Pay torpaqlarının qrund sularından təmizlənməsinin nəticəsidir ki, 200 hektardan çox sahə yenidən əkin dövriyyəsinə qaytarılıb.
    * * *
    Bəyimsarovda olduğumuz bir gün onu təsdiq etdi ki, bu kəndin sakinləri işgüzar, zəhmətsevər və torpağa bağlı insanlardır. Bu insanlar yaşayan yerdə həmişə bolluq və rahatlıq olar.

    Əvəz NƏSİROV,
    Fotolar Kənan HÜSEYNZADƏNİNDİR

    Müəllif: Redaktor, 12:46

    Teqlər:

İsmarıclar bağlıdır.