Tərtər rayonunda 7 minə yaxın əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayan-durlu-Qaradağlı avtomobil yolunun inşası yekunlaşmaq üzrə-dir. Uzunluğu 21,5 kilometr olan bu avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir. Tikinti layihəsinə uyğun olaraq, yolun ümumi eni 10 metrə çatdırılıb. İki hərəkət zolağı olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Yola 2 qat olmaqla 12 santi-metr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri yüksək keyfiyyətlə həyata keçirilib. Daha ətraflı »
-
10SenXəbərlər ALTI MƏNTƏQƏNİ BİRLƏŞDİRƏN AVTOMOBİL YOLU üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
10SenTəhsil KƏND MƏKTƏBİNİN UĞURU üçün şərhlər bağlıdır
Cəbhə bölgəsində yerləşən Tərtər rayonu Qapanlı kənd tam orta məktəbinin məzunları ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.
Məktəbin direktoru Fitat Əliyeva bildirib ki, atəşkəsin tez-tez pozulmasına baxmayaraq, məktəbdə dərslər hər zaman öz ahəngi ilə gedir. Aprel döyüşlərinin getdiyi 2016-cı ildə məktəbi bitirən 13 məzundan 7 nəfəri ali məktəbə qəbul olub. Cari ilin məzunlarından isə 8 nəfər tələbə adını qazanıb. Məktəbin məzunu Simarə Yusifova 564 balla Bakı Dövlət Universitetinə qəbul olub.
Qeyd edək ki, Qapanlı kənd tam orta məktəbi üçün 2013-cü ildə yeni bina tikilərək istifadəyə verilib. Təhsil ocağında 161 şagirdin təlim-tərbiyəsi ilə 30 müəllim məşğul olur.Teqlər: Təhsil
-
10SenTəhsil MODUL TİPLİ MƏKTƏBLƏRİN TİKİNTİSİ SƏRFƏLİDİR üçün şərhlər bağlıdır
Modul tipli məktəblərdən Avropada və Amerikada da istifadə edilir. Bu cür məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şağirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.
Bir ənənəvi məktəbin inşası üçün lazım olan vəsaitlə 10-na yaxın modul tipli məktəb quraş-dırmaq olar.
Azərbaycanda 2018-ci il ərzində 137 bu cür təhsil müəssisəsinin yaradılması nəzərdə tutulub. Bunlardan 73-ün inşası başa çatıb, 27 məktəbdə isə bu sahədə işlər davam etdirilir.
Ötən tədris ilində rayonumuzun Bayandur və Poladlı kəndlərində modul tipli məktəblər tikilərək istifadəyə verilib. Daha ətraflı »Teqlər: Təhsil
-
10SenXəbərlər YENİ TİKİNTİ OBYEKTLƏRİ üçün şərhlər bağlıdır
XALÇA EMALATXANASI
Şəhərimizin Nizami küçəsində xalça istehsalı emalatxanasının tikintisi davam edir. Burada iş “Azərxalça” ASC tərəfindən aparılır. Emalatxananın ümumi sahəsi 4 min kvadratmetrdir. Hər gün tikintidə 30 nəfərə yaxın işçi çalışır. Emalatxana çari ilin noyabr ayının sonunadək istifadəyə veriləcəkdir. Bina istifadəyə veriləndən sonra burada 180 nəfər işçi işlə təmin olunacaqdır.
Teqlər: Xəbərlər
-
10SenXəbərlər OLİMPİYA İDMAN KOMPLEKSİ üçün şərhlər bağlıdır
Şəhərimizdə yeni olimpiya idman kompleksi də inşa olunur. Burada işlər sürətlə və keyfiyyətlə aparılır. Kompleks 3 mərtəbəli olacaqdır. Birinci və ikinci mərtəbədə işlərin çox hissəsi görülüb.
Tikintidə hər gün 60 nəfərdən çox müxtəlif ixtisaslı peşə sahibləri çalışır.
Olimpiya idman kompleksinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.Teqlər: Xəbərlər
-
10SenXəbərlər KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI üçün şərhlər bağlıdır
Şəhərimizin Elman Səfərov küçəsində inşası sürətlə və keyfiyyətlə davam edən 100 yerlik körpələr evi-usaq bağçasında işlər başa çatmaq üzrədir. Hər gün tikintidə 14-15 nəfər işçi çalışır. Tikintinin sifarişli təşkilatı Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Dövlət Agentliyi, podratçı təşkilat isə “Qarabağ-ER” MMC-dir. Layihənin rəhbəri həmyerlimiz, respublikanın “Əməkdar mühəndis”i Vəli Albəndov, iş icraçısı Ziya Bağırovdur.
Teqlər: Xəbərlər
-
10SenƏdəbiyyat AZƏRBAYCAN DİLİNDƏ YAD ÜNSÜRLƏR üçün şərhlər bağlıdır
Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Eramızdan əvvəl I minillikdə meydana gəlmiş və eramızın I minilliyində bir dil kimi formalaşmış, XVI əsrdə Şah İsmayıl Xətainin hökmdarlığı dövründə dövlət səviyyəsinə çatmış və dövlət dili elan edilmişdi. Dilimiz neçə əsr bundan əvvəl indiki kimi səlis və rəvan deyildi. Bu gün isə Azərbaycan dili kamil quruluşa, zəngin söz ehtiyatına, geniş ifadə imkanlarına, mükəmməl əlifbaya, yüksək səviyyəli yazı normalarına malik bir dildir. Müstəqillik qazanandan bəri Azərbaycan dili dünya dilləri səviyyəsinə qədər yüksəlib, yüksək tribunalardan səslənən bir dil olub, dövlətlərlə sazişlər bu dildə imzalanır, əsrin müqavilələri bu dildə bağlanır. Bu gün Azərbaycan dili siyasi müzakirələr, mədəni yığıncaqlar, elmi simpoziumlar dilidir. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
-
10SenTəhsil RAYONUMUZUN 600-DƏN YUXARI BAL TOPLAYAN MƏZUNLARI üçün şərhlər bağlıdır
Tərtər rayonunun ümumtəhsil məktəbləri üzrə 2017-2018-ci tədris ilində 602 nəfər XI sinfi bitirib. Onların 191 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Abituriyent adı qazananlardan 10 nəfəri 600-dən, 17 nəfəri 500-dən yuxarı bal toplayanlardır. Şəhər 1 saylı tam orta məktəbindən 31 nəfər, 2 saylı məktəb-liseydən 26 nəfər məzun ali ixtisas məktəblərinə qəbul olunub ki, bunlardan da rayon üzrə ən yüksək bal toplayanı 1 saylı tam orta məktəbin məzunu Laçın Əliyeva 687, 2 saylı məktəb-liseydən Elgiz Muxtarlı 685 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunublar. Builki məzun buraxılışında orta məktəbi 2 nəfər “Qızıl medal”la bitirib: 2 saylı məktəb-liseydən Nuranə Kərimova və Dəmirçilər kənd tam orta məktəbindən Kubra Bayramova. Abituriyentlərin yüksək nəticələr əldə etməsində təkcə təhsil aldıqları orta məktəblərin deyil, həm də təhsil hazırlıq kurslarının və fərdi müəllimlərin böyük zəhmətləri olmuşdur. Daha ətraflı »
Teqlər: Təhsil
-
10SenDigər Rauf Həsənzadə Unutsaq unudularıq… üçün şərhlər bağlıdır
Satqınlığın anatomiyası
Hələ də öz doğma adlarına qayıtmayan ərazilərimiz var.
1935-ci ildən bu yana nəzər salsaq görərik ki, Aykakan Sovetakan Sosialistakan Anrapetutyun Ali Sovetinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə nə qədər kəndin adı tarixdən silinmiş, erməniləşdirilmişdir. Daha ətraflı »Teqlər: Digər
-
30AvqDigər TƏRTƏRİN SİMASINI DƏYİŞDİRƏN SƏFƏRLƏR üçün şərhlər bağlıdır
Prezident İlham Əliyevin Tərtərə hər səfəri yeniliklərlə yadda qalır. 2006-cı il martın 1-də Tərtərə ilk dəfə Prezident kimi səfər edən cənab İlham Əliyev deyib: “Bu, mənim Tərtərə ilk gəlişimdir. Mən Tərtər rayonunda olmamışdım. Bu gün çox şadam ki, buradayam. Əminəm ki, bundan sonra tez-tez gələcəyəm. Həmişə sizinlə birlikdə olacağam”.
Məhz bu səfərdən sonra Tərtərin tarixində yeni dövr başlandı. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayon mərkəzində və kəndlərdə geniş tikinti-quruculuq işləri vüsət aldı. Bu dövrdə ilk növbədə infrastruktur layihələrin icrasına diqqət yetirildi. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar