MÜXTƏLİF XALQLARIN AİLƏ BÜDCƏSİNƏ MÜNASİBƏTİ
Məlumdur ki, azərbaycanlılar digər xalqlara nisbətən daha səxavətli, qonaqpərvər və əliaçıqdırlar. Ancaq bütün bunlar o zaman yaxşıdır ki, israfçılığa çevrilməsin. Bunun üçün hər bir ailədə düzgün planlaşdırma aparılmalıdır. Qənaət etmək xəsislikdən deyil, ağıldan irəli gələn bir xüsusiyyətdir. Bəzi insanlar bəhsəbəhsə girərək bahalı ad günləri, toylar keçirir, bunun üçün hətta borca girir və kredit götürürlər və bu məclislərdə həddən artıq israfçılığa yol verilir. Sonradan borcu qaytara bilmədikdə ciddi problemlər yaranır.
Bu yaxınlarda Ukraynada olarkən onların mətbəxinin həm sadəliyinə, həm də insan orqanizmi üçün faydalılığına heyran qaldım. Bizdə isə tamamilə əksinədir.
Fransızlar qonaqlığa öz şərab şüşələri ilə birgə gedirlər. Bu hədiyyə ev sahiblərinin çox xoşuna gəlir. Fransızların digər sevimli hədiyyəsi isə gül və çiçəklərdir. Daha ətraflı »
Yeni ismarıclar