Ermənilər dost cildində düşməndir. Onun nəvazişındən, təbəssümündən qorxduğum qədər açıq düşməndən qorxmuram.
İ.Çavçavadze, gürcü şairi
* * *
Ermənilərlə heç cür yaxınlıq edə bilmirdim, çünki onların alçaqlığı və əclaflığı dözülməzdir.
Qraf de Şoll, fransız səyyahı
* * *
Ermənilərdə mənfur bir biclik, biabırçı bir əclaflıq və rüsvayçı bir alçaqlıq vardır.
Qraf de Şoll, fransız səyyahı
* * *
Ermənilər bulanlıq sudan duru çıxmaq üçün hər şeyə qadirdirlər. Hətta namusu da pay verməyə.
M.S. Ordubadi, Azərbaycan yazıçısı.
* * *
Bu xalq xasiyyətinə görə qədimdən ikiüz-lü və riyakardır.
Kornelit Taüit
* * *
Atın kolasına, itin tulasına, erməni balasına etibar yoxdur.
Kürd xalq məsəli. Daha ətraflı »
-
21NoyDigər Tarixi şəxsiyyətlər ermənilər haqqında üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
21NoyƏdəbiyyat PAYIZ OVQATI üçün şərhlər bağlıdır
Bəxtiyar Vahabzadə
YAVAŞ-YAVAŞ
Ömrün payız fəsli sıxdı əlimi,
Yoxsa qocalıram mən yavaş-yavaş
Payızda yarpağa xal düşən kimi
Düşür saçlarıma dən yavaş-yavaş.
Ağaclar soyunur, yer xəzəllənir,
Fikir dumanlanır, gözlər zillənir,
Güllərin üstünə enən tək enir
Mənim gözlərimə çən yavaş-yavaş.
Soyuyur havalar, soyuyur bütün, Qısalır, qısalır günlər günbəgün.
Axı, yaxınlaşır qürubu ömrün,
Əyilir dağlardan gün yavaş-yavaş.
Saralır get-gedə çöl, çəmən, çayır,
Könül hər saatı ömürdən sayır.
Bir səs qulağıma hey pıçıldayır:
“Bəxtiyar, göylərdən en yavaş-yavaş!”.
Teqlər: Ədəbiyyat
-
08NoySosial SÖZLƏ İŞİN VƏHDƏTİ üçün şərhlər bağlıdır
Bu günlərdə xalqımız Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd etdi. Müstəqilliyimizin ilk illərini yaşlı nəsilin nümayəndələri yaxşı xatırlayırlar. Əslində həmin dövrdə görülən işlər qurucu yox, dağıdıcı bir xarakter daşıyırdı. Bir tərəfdən ermənilərin bizə qarşı apardıqları işğalçılıq siyasəti, əsassız torpaq iddiaları, digər tərəfdən dövləti idarə edənlərin səriştəsizliyi ölkədə anarxiya və özbaşınalıq yaratmışdı.
Bütün bunların müqabilində ölkə vətəndaş müharibəsi astanasında dayanmışdı.
Məhz belə bir çətin məqamda Azərbaycan xalqı müdriklik və uzaqgörənlik göstərərək, dövlətimizin idarə edilməsini öz xilaskarına–ulu öndər Heydər Əliyevə tapşırdı. Təcrübəli dövlət xadimi, görkəmli siyasətçi ilk növbədə ölkədə sabitlik və vətəndaş birliyi yaradılmasına nail oldu. Bundan sonra isə Azərbaycan Respublikasının qarşısında duran məsələlərin həllinə başladı. Daha ətraflı »Teqlər: Sosial
-
08NoyDigər “AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLİ” üçün şərhlər bağlıdır
AXC-nin VARİSİ
Azərbaycan xalqının çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və müsəlman Şərqində ilk parlament respublikasının paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv.km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Respublikasının “siyasi mərkəzi” kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz res-publikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. Daha ətraflı »
Teqlər: Digər
-
08NoyXəbərlər TƏHSİL NAZİRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
Təhsil naziri Ceyhun Bayramov Tərtər şəhərindəki Gənclər Mərkəzində Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərini qəbul edib.
Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Daha ətraflı »Teqlər: Xəbərlər
-
08NoyTərtər RİH-də ƏLƏSGƏRLİ KƏNDİNDƏ SƏYYAR QƏBUL–GÖRÜŞ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Ələsgərli kəndində olub.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Ələsgərli kənd İƏD üzrə nümayəndə Kamran Əhmədov kəndin sosial-iqtisadi vəziyyəti, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlərdən Məhəmməd Şirinov, Şahin Əsədov, Svetlana Məmmədova və Sədaqət Şirinova müxtəlif məsələlər barədə müraciətlər etdilər. Bunlarla bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara tapşırıqlar verilib.ğ
Daha ətraflı »Teqlər: Tərtər RİH-də
-
08NoyKənd təsərrüfatı KƏND TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNDU üçün şərhlər bağlıdır
Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunan tədbirin iştirakçıları əvvəlcə ulu öndərin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül düzərək, xatirəsini ehtiramla yad etdilər. Sonra bayram yığıncağı Gənclər Mərkəzində davam etdirildi.
Mərasimi giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən, əhalinin əksəriyyətinin kənd təsərrüfatı işləri ilə məşğul olduğundan, müharibə şəraitində yaşamağın bütün çətinliklərinə baxmayaraq, qəhrəman tərtərlilərin son illərdə, eləcə də cari ilin doqquz ayı ərzində bitkiçilik və heyvandarlıq məhsulları istehsalı üzrə yüksək nəticələr əldə edərək, respublikada ön cərgədə olduqlarından danışdı. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
08NoyXəbərlər UŞAQ HÜQUQLARI AYLIĞI üçün şərhlər bağlıdır
Rayonumuzdakı Heydər Əliyev Mərkəzində 20 oktyabrdan 20 noyabradək keçirilən “Uşaq hüquqları aylığı” ilə əlaqədar şəhər 1 saylı tam orta məktəbin, 2 saylı məktəb-liseyin şagirdlərinin iştirakı ilə “Dəyirmi masa” keçirildi. Tədbirdə rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun əməkdaşları, “Təmas Regional İnkişaf” İctimai Birliyinin fəalları iştirak etdilər. Tədbirdə uşaq hüquqlarının təbliği , qorunması, müdafiəsi önə çəkildi. Qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyevin “ Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” ideyası ölkəmizdə dövlət uşaq siyasətinə yeni forma və məzmun qazandırıb.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
-
08NoySosial Redaksiyaya məktub üçün şərhlər bağlıdır
QAYĞIYA GÖRƏ MİNNƏTDARIQ
Bu günlərdə yaşadığımız Vüqar Həsənov küçəsində abadlıq işlərinə başlanması burada yaşayanlar tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Belə ki, ərazidə olan 5 ikimərtəbəli ictimai yaşayış binasının dam örtükləri dəyişdirilir, fasad hissələri rənglənib qaydaya salınır. Binaların ətrafına asfalt salınır, yaşıllaşdırma işləri görülür.
Yaşlı insanların arzusu nəzərə alınaraq, binaların arasında istirahət guşəsi yaradılır.
Bütün bunlar möhtərəm Prezidentimiz İlham Əliyevin ölkə vətəndaşlarına göstərdiyi diqqət və qayğıdan irəli gəlir.
Mən öz adımdan, bu 5 binada yaşayan bütün sakinlər adından ölkə başçısına dərin minnətdarlığımı bildirirəm.Billurə ƏBİLOVA,
Vüqar HƏSƏNOV küçəsindəki 5 nömrəli binanın sakiniTeqlər: Sosial
-
08NoyDigər AZƏRBAYCAN ƏDLİYYƏSİ–100 üçün şərhlər bağlıdır
İNSAN HÜQUQLARININ TƏMİNATI ƏSAS MƏQSƏDDİR
Bu yaxınlarda ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi böyük təntənə ilə qeyd olundu. Azərbaycan Ədliyyəsinin tarixi də məhz həmin dövrdən–Şərqdə ilk Demokratik Respublikanın yarandığı zamandan başlayır. Belə ki, AXC-nin qəbul etdiyi ilk Bəyannamədə ölkədə birinci olaraq milli ordunun, sonra isə digər dövlət orqanlarının yaradıldığı bildirildi. Bunların sırasında Ədliyyə Nazirliyinin xüsusi və əvəzsiz rolu vardır.
Lakin təəssüf ki, Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. AXC cəmi 23 ay fəaliyyət göstərsə də, o illərdə toplanmış təcrübə, qazanılmış ənənələr yeni dövrdə daha yüksək səviyyədə inkişaf etdirildi. Bu, ilk növbədə ümummilli lider Heydər Əliyevin xalqımızın keçmişinə, onun tarixinə olan hörmət və ehtiramından irəli gəlir. Azərbaycan dövlətçiliyinin banisi, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə demokratik hüquqi dövlət qurulmuş, ictimai-siyasi həyatın bütün sahələrində, həmçinin ədliyyə sistemindən mütərəqqi islahatlar aparılmaqla davamlı inkişafa nail olunmuşdur. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar