10Apr
85 YAŞIN MÜBARƏK!


Yaxşı yadımdadır, beş il öncə “80 yaşlı müdrikin ziyasında” yazmışdım. Bu gün də həmin müdriklə üz-üzə, göz-gözə dayanmışam. Beş il də gəlib onun yaşının üstünə. Beş il də böyüyüb, müdrikləşib. Sanballı yazılarına, ibrətamiz kəlamlarına görə daha da hörmətli-izzətli olub. Onun müdrikliyi ulularımıza bənzəyir. Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir qələmli olub.
Bənzətməsi çoxdan da çoxdur bu qəzetin. Amma, oxucunu yormaq, intizarda saxlamaq qəbahət olar. Bir başa bu 85 yaşlı ixtiyarın keçdiyi keşməkeşli ömür yoluna nəzər salıb, onun haqqında söz söyləmək imkanından istifadə edib, mətləbə keçək. Hər kəsə qucaq açan, dərdi-sərinə şərik olan, yaxşıları nümunə göstərən, yolundan çıxanlara yol göstərən, qapısı hamının üzünə açıq olan “Yeni Tərtər” qəzeti yarandığı ilk gündən rayonun güzgüsünə çevrilmiş bir mətbu orqanıdır. Keçdiyi yol əziyyətli, əzablı, həm də yaddaqalan olubdur.
1934-cü ildə–Tərtərin bir rayon kimi formalaşdığı vaxt onun qəzeti də yarandı. Kolxoz quruculuğu illərində yaranmış bu qəzet 1934-cü il aprel ayından üzərinə ağır bir missiya götürdü: yerli əhaliyə, kənd camaatına yaxın olmağa, onların maariflənməsində öz gücündən maksimum istifadə etməyə çalışdı. Hələ mətbəənin olmadığı illərdə Bərdədə “Stalin yolu” qəzetinin mətbəəsində “Kolxozçuların varlanması uğrunda” adı ilə çap olundu. MTS siyasi şöbəsinin rəisi Nazim Məmmədovun imzası ilə qəzetin iki əməkdaşı–Ziyad Səfərov və Nəriman Mustafayevin əməyi sayəsində ərsəyə gəlirdi. Artıq 1934-cü ilin sonlarında rayonda mətbəə yaradıldı və 1935-ci ildən 1937-ci ilin sentyabrınadək Xəlil Şəfizadənin redaktorluğu, məsul katiblər əvvəlcə Şəmil İbrahimov, sonra Mədət Allahverdiyev, mətbəə işçiləri Məhər İbrahimov, Allahyar Aslanov və Ağa Ağayevin zəhmətilə həftədə 1 dəfə iki səhifəlik qəzet çap olunurdu. Bəzi vaxtlarda isə 1 ayda 9 nömrə hazırlanıb. Daha ətraflı »
10Apr
Tərtər rayon qəzetinin 85 illiyi yaxınlaşır. Qəzet bu günə kimi oxucusunu razı salmağa çalışıb. Hazırda onun elektron saytı da daxil olmaqla minlərlə izləyicisi var.
Qəzetimizin dostları sırasına qəbələlilər də qoşulublar. Onlar da bizi 85 illik yubileyimiz münasibəti ilə təbrik edirlər.
Fərman Əzizli
Azərbaycan Respublikasının Maarif Xadimi, Əməkdar müəllim, “Təhsil problemləri” qəzetinin və “Ziyalı” jurnalının xüsusi müxbiri, Qəbələ rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü
Hörmətli və dəyərli dost, 85 yaşlı Tərtər rayon qəzetinin baş redaktoru Tofiq Yusif! Sizə və redaksiyanın kollektivinə Qəbələ rayon ağsaqqalları və yazarları adından səmimi salamlarımızı yetirirəm. Daha ətraflı »
10Apr
“QARA MAMED”
Uşaqlıq yaddaşımda “Qara Mamed” adlı bir el ağsaqqalı varıydı. Sayılıb-seçilən insanlardanıydı. Onun haqqında həmişə xoş sözlər söylənər, xeyirxahlığından danışılar, ailədə, işdə tələbkar olduğu söylənərdi. Qismət elə gətirdi ki, “Qara Mamed”in övladları ilə eyni orta məktəbin şagirdləri olduq. Hətta sonralar qardaşı qızı ilə bir yerdə işlədik. Bu zaman nəinki təkcə bu el ağsaqqalını, həm də onun ailəsini, yaxınlarını–doğmalarını tanıdım.
İllər ötüb-keçib. Həyatda itirdiklələrimiz əvəzsiz insanlar kimi rayonumuzun say-seçmə sakinlərindən olan “Qara Mamed”i də itirdik…
“Qara Mamed” kim idi?…
Əliyev Məhəmməd Kamal oğlu 1 iyul 1923-cü ildə Dərələyəz mahalının Hors kəndində doğulmuşdu. O, orta məktəbi qonşu Ərmik kəndində bitirmişdi. Onun gəncliyi Böyük Vətən müharibəsinin ilk illərinə təsadüf etmişdi. 1941-1943-cü illərdə müharibədə olmuş və fədakarlıqlar göstərmişdi. Dəfələrlə yaralanmışdı. Başqa həmvətənlərimiz kimi müharibə Məhəmmədə də öz sərt üzünü göstərmişdi. O, aldığı yaraların nəticəsində doğma el-obasına 2-ci qrup əlil kimi qayıtmışdı. Böyük Vətən müharibəsindəki şücaəti Məhəmmədə bir sıra təltiflər qazandırmışdı.
1947-ci ildə həmyerlisi Əliyeva Sarabəyim Gəncalı qızı ilə ailə qurmuşdu. Daha ətraflı »
10Apr
Bu gün dünyasını dəyişmiş, lakin yaddaşlarda xoş xatirələrlə qalan, bir qadın, ana kimi nümunə olacaq Cəvahir həkimi yada salacağıq. Bunun üçün onun övladı ilə–rayon əhalisi tərəfindən hörmət və izzətə sahib qızı Təranə xanımla həmsöhbət oldum. İlk olaraq hərəsi bir xatirə danışan xeyli fotoşəkili göstərərək dedi: “Bu şəkillərdə Cəvahir həkimin donmuş anları yaşayır”.
Şəkilləri nəzərdən keçirirəm. Xəstə müayinə edilərkən, baş həkimin otağında beş dəqiqəlik toplantı, xəstəxananın həyətində iməcilik, o zamankı məhsul bayramlarının keçirilməsi, iş yoldaşlarının xeyir işləri, daha nələr…nələr…Bu şəkillərin heç biri haqqında nəyisə soruşub öyrənməyə ehtiyac yoxdur. Cəvahir həkimin öndə olması onun barəsindəki sorğularımıza cavab verir.
Cəvahir həkim kim idi? Hansı xüsusiyyəti onu rayon əhalisinə bu qədər sevdirmişdir? Elə bu sualları qızı Təranəyə verdim. Təranə xanım dedi: Daha ətraflı »
10Apr
TƏKİ HƏSRƏT BAŞA ÇATSIN

Onlar ikisi də Qarabağ müharibəsi veteranlarıdır. Hər ikisi polis əməkdaşları olublar. Hazırda təqaüddədirlər. Şıxarx qəsəbəsindəki köçkün şəhərciyində evlə təmin olunublar. Dövlət tərəfindən qaç-qın və məcburi köçkün ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərilən qayğıdan razılıq edirlər.
Ramiz Quliyev Şuşa şəhərindəndir. 1992-ci ilin may ayından Tərtərdə məskunlaşıblar. Şuşa polisində işləyirdi. Mənfur ermənilərin törətdiyi qanlı cinayətlərə biganə qala bilmirdi. Polis əməkdaşı olsa da, döyüş ərazilərinə də gedirdi. Ağdərə istiqamətində yerləşən kəndlər uğrundakı döyüşlərdə iştirak edərək, fədakarlıqlar göstərirdi. Döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə görə dəfələrlə “Fəxri fərman”larla təltif olunub, qiymətli hədiyyələr alıb. Döyüş əməliyyatlarını yerinə yetirərkən 2 dəfə ağır yaralanıb, qantuziya alıb. Lakin Ramiz Vətənin dar gündə olduğunu nəzərə alaraq, döyüş yoldaşlarından ayrılmayıb. Yaraları sağalan kimi yenidən cəbhəyə qayıdıb, savaşını davam etdirib.
Onun polis əməkdaşı kimi də zəhməti qiymətləndirilib. 25 il qüsursuz xidmətlərinə görə 1-ci, 2-ci, 3-cü dərəcəli medalla təltif olunub. 1997-ci ildən Qarabağ müharibəsi veteranıdır, 2016-cı ildən isə polis sıralarından tərxis olunub. Daha ətraflı »
29Mar

Baharın gəlişi cəbhə bölgəsi olan Tərtərdə böyük sevinc hissi ilə qeyd olundu.
Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram şənliyi keçirilib. Bayramsayağı bəzədilmiş meydanda xonçalar və səmənilər düzülüb, məktəblilərin əl işləri, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarixi eksponatlar nümayiş etdirilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. “N” saylı hərbi hissənin əsgərlərinin də iştirak etdiyi tədbirdə tonqal qalanıb, gənc idmançıların, kəndirbazların çıxışları, “Dirədöymə”, “Kəndirdartma”, “Xoruzdöyüşdürmə”, “Kilimarası”, “Maral” kimi müxtəlif oyunlar maraqla qarşılanıb. Daha ətraflı »
29Mar
MƏCBURİ KÖÇKÜN ŞƏHƏRCİYİNDƏ
Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə Novruz şənliyi keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Beynəlxalq Muğam Mərkəzinin, Tərtər və Ağdam rayonlarının icra hakimiyyətlərinin dəstəyi ilə Şıxarxda-vaxtilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisi olan qəsəbədə təntənəli Novruz şənliyi keçirilib.
Bayram tədbirləri rəsmi qonaqların və ictimaiyyət nümayəndələrinin “Marağa-150” abidəsinə baş çəkməsi ilə başlayıb. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Mahir Abbaszadə iştirak edib. Daha ətraflı »
29Mar
Millət vəkili Qənirə Paşayeva, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri Təranə Məmmədova və Bakı şəhərindən gəlmiş nümayəndələr Novruz bayramı münasibətilə Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüblər.
Öncə “N” saylı hərbi hissənin komandir müavini Babək Səmidli çıxış edərək əsgərləri Novruz Bayramı münasibətilə təbrik edib.
Millət vəkili Qənirə Paşayeva əsgər və zabitləri xalqımızın ən qədim və müqəddəs bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edib və ən xoş arzularını bildirib. Daha ətraflı »
29Mar
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Novruz bayramı münasibətilə “Açıq qapı günü” keçirilib.
Nümayəndələr xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar. Daha ətraflı »
29Mar
Tərtər rayonunun düşmənlə bir addımlıqda yerləşən Qapanlı kəndinin sakinləri “İlaxır çərşənbə”ni yüksək əhval-ruhiyyə ilə qeyd etdilər.
Kənd sakinlərinin bayram şənliyinə qatılan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kənd ağsaqqalları ilə birlikdə bayram tonqalını alovlandırıb. O, kənd sakinlərinə can sağlığı, əmin-amanlıq, süfrələrinə bol ruzi-bərəkət, hər bir ailəyə sevinc və səadət dolu günlər arzulayıb.
Sonra rayon rəhbəri kənd ağsaqqalı Eldar Məmmədovun evində qonaq olub. Daha ətraflı »
Yeni ismarıclar