Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Apr
    Kənd Təsərufatı TƏRTƏR RAYONUNDA HEYVANDARLIQ İNKİŞAF EDİR üçün şərhlər bağlıdır

    1 aprel 2019-cu il tarixə rayonda 28 min 599 baş iribuynuzlu mal-qara və 54 min 936 baş xırdabuynuzlu mal-qara var. İri malın sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 4,2 faiz və ya 1162 baş artmışdır. Cari ilin 3 ayı ərzində 790 ton ət(diri çəkidə), 5722,2 ton süd, 3 milyon 285 min ədəd yumurta istehsal olmuşdur. Ət istehsalı 0,6 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 0,5 faiz artmışdır. Daha ətraflı »

  • 29Apr
    Sosial TƏRTƏR RAYONUNDA ƏHALİNİN GƏLİRLƏRİ ARTIB üçün şərhlər bağlıdır

    2018-ci ildə Tərtər rayonunda əhalinin gəlirləri 2017-ci ilə nisbətən 7 faiz artaraq 235 milyon 529,6 min manata çatmışdır. Rayon əhalisininn hər nəfərinə düşən gəlirləri əvvəlki ilə nisbətən 6,4 fasiz artaraq 2913,9 manat təşkil etmişdir.

    Tərtər Rayon Statistika İdarəsi

  • 29Apr
    Digər “YENİ TƏRTƏR”ə ABUNƏ YAZILIŞI üçün şərhlər bağlıdır

    Hörmətli oxucular!
    2019-cu ilin ikinci yarısı üçün “Yeni Tərtər” qəzetinə abunə yazılışına başlanmışdır.
    1 nüsxə qəzetə 6 aylıq abunə yazılışının qiyməti 15(on beş) manatdır.
    Abunə pulunu redaksiyanın “Kapital” Bankın Tərtər rayon filialındakı hesabına köçürmək olar.
    Bizim bank rekvizitlərimiz:
    Hesab № AZ08AIIB33010019444500202145.
    VÖEN 7200074411 Daha ətraflı »

  • 19Apr
    Digər APREL DÖYÜŞLƏRİ GÜCÜMÜZÜN VƏ BİRLİYİMİZİN TƏRƏNNÜMÜDÜR üçün şərhlər bağlıdır

    Aprel zəfərinin üçüncü ildönümü respublikamızda böyük coşqu ilə qeyd edilir.
    Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Tədbirdə “N” nömrəli hərbi hissənin şəxsi heyəti, Tərtər rayon ictimaiyyəti, millət
    vəkilləri, qazilər, şəhid ailələri, incəsənət nümayəndələri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.
    Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, ümummilli liderimiz və Vətənimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
    Tədbir açıq elan edilərək bildirilib ki, 2016-cı ilin aprel döyüşləri xalqımıza qələbə sevinci yaşatmaqla bərabər Böyük Qələbənin də başlanğıcı oldu. Düşmən təxribatının qarşısı alındı, ona sarsıdıcı zərbə vuruldu və Ordumuz minlərlə hektar ərazini işğalçılardan azad etdi. Daha ətraflı »

  • 19Apr
    Tərtər RİH-də MİNNƏTDARLIQ İFADƏ OLUNDU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarov kəndində oldu.
    Əvvəlcə Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov kəndin sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verdi. Sonra vətəndaşların müraciətləri dinlənildi. Sakinlərdən Hafizə Kərimova, İsrail Mahmudov, Şahmar Nəsirov, Esmira Şirinova, Zabil Allahverdiyev və başqaları içməli su, kənd yollarının təmiri, subartezian quyusunun bərpası, işlə təminat və digər məsələlər barədə müraciət etdilər.
    Qaldırılan məsələlər barədə, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi. Daha ətraflı »

  • 19Apr
    Xəbərlər GƏNC KURSANTLARIN TƏRTƏRƏ EKSKURSİYASI üçün şərhlər bağlıdır

    Aprel zəfərinin üçüncü ildönümü münasibəti ilə keçirilən vətənpərvərlik həftəsi çərçivəsində “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin gənc kursantlarının Tərtər rayonuna ekskursiyası təşkil edilib.
    Əvvəlcə kursantlar Tərtər şəhərinin Mərkəzi Meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
    Kursantlarla görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 48 km düşmənlə təmas xəttində yaşayan qəhrəman tərtərlilər aprel döyüşlərinin təəssüratlarını bu gün də yaşayırlar. Dövlət başçımız, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında qərarlaşan güclü ordumuz var. Biz əminik ki, ordumuz Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarını azad etmək gücündədir.
    Sonra kursantlar tarix-diyarşünaslıq muzeyində olublar. Muzeydə saxlanılan aprel şəhidlərinin hərbi formaları və əşyaları kursantlarda böyük maraq doğurub. Daha ətraflı »

  • 19Apr
    Xəbərlər 10 MİLYONUNCU AZƏRBAYCANLININ ŞƏRƏFİNƏ ŞƏNLİK TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    Respublikamızın həyatında çöx mühüm və əlamətdar hadisə baş verib, 10 milyonuncu azərbaycanlı doğulubdur. Bu münasibətlə Tərtər rayonunda əvvəlcə ağacəkmə aksiyası keçirilib, axşam saatlarında isə konsert olub.
    Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, aprelin 6-da Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində dünyaya gələn 10 milyonuncu azərbaycanlının valideynləri bizim Ağdərənin sakinləri, hazırda Ağdam rayonunda Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlərdir. Doğulan körpə qız uşağıdır.
    Sonra 10 milyonuncu azərbaycanlının dünyaya gəlməsi münasibətilə konsert olub.
    Konsert proqramı atəşfəşanlıqla başa çatıb.

  • 19Apr
    Səhiyyə İLK TİBBİ YARDIM ÜZRƏ TƏLİM üçün şərhlər bağlıdır

    Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazisində yerləşən Şıxarx qəsəbəsində, məcburi köçkünlərin yaşayış kompleksində Müdafiə Nazirliyinin dəstəyi ilə ilk tibbi yardım üzrə təlim təşkil edib.
    Sarıcalı Hərbi Hospitalının tibb işçiləri tərəfindən açıq havada keçirilən təlimə kompleksdə məskunlaşmış 100-dən çox məcburi köçkün cəlb olunub. Onlar hər hansı qəza zamanı və həyat üçün təhlükə yaradan vəziyyətlərdə, o cümlədən hərbi əməliyyatlar nəticəsində xəsarət alanlara həkim gələnədək ilk yardım göstərilməsi üsul və qaydaları üzrə praktiki məşqlərdə iştirak ediblər. Daha ətraflı »

  • 19Apr
    Xəbərlər HESABAT-SEÇKİ YIĞINCAĞI üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” qəzeti redaksiyası ilk həmkarlar ittifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
    Yığıncaqda ilk təşkilatın yanvar 2017-ci ildən aprel 2019-cu il tarixədək olan dövr ərzindəki fəaliyyəti barədə təşkilatın sədri Kənan Hüseynzadənin hesabat məruzəsi dinlənilib. Məruzə ətrafında Elfuzə Vəliyeva, Bəxtilə Əliyeva, Yemən Bəhmənli, Nübar Mehdizadə və Aysel Hüseynova çıxış edərək ilk təşkilatın dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər, mövcud olan nöqsanlardan danışıblar. Redaksiya ilk həmkarlar ittifaqı təşkilatının üç nəfərdən ibarət tərkib üzvləri seçilib.
    Kənan Hüseynzadə yenidən təşkilatın sədri, Bəxtilə Əliyeva isə sədr müavini seçiliblər. Daha ətraflı »

  • 19Apr
    Digər 85 YAŞIN MÜBARƏK üçün şərhlər bağlıdır

    Doğma qəzetim “Yeni Tərtər”! 85 yaşın mübarək! Başına topladığın yazarların sözü kəsərli, qələmi iti olsun!
    Əmək fəaliyyətimin nə az, nə azacıq, düz 23 ili səninlə bağlıdır. Gəncliyimi səninlə keçirdim, qələmim səninlə püxtələşdi. Dördündən üç adında imzam oldu. 7 il susanda səninlə birgə biz jurnalistlər də ağrı-acı çəkdik. Bu illərdə qəzetin dərdi-sərinə şəms kimi yanan Əmiraslan Şəmsini itirdik. Həmişə fikirləşirəm ki, qəzetin fəaliyyəti dayanmasaydı, Əmiraslan müəllim hələ yaşayardı… Nə isə…
    Səninlə bağlı qəmli günlərimiz də olub, şən günlərimiz də. İndi redaksiyada işləməsəm də, yenə də sən mənə doğmasan, jurnalist adı mənə həmişə qürur verib. Daha ətraflı »