Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə şəhid Bağırlı Mirsədi Mircəfər oğlunun “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyənin Medicalpark Xəstəxanasında ürək əməliyyatı keçirən anası Səadət Bağırovanı evində ziyarət edib.
İcra başçısı Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib. Qeyd edib ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəs fəxr edib, qürur duyur. Azərbaycan xalqı və dövləti var olduqca şəhid-lərimiz də qəlblərdə əbədi yaşayacaq.
Rayon rəhbəri dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşdığını, dövlət başçısının hər kəsə şəhid və qazi ailələrinin problemlərinə həssaslıqla yanaşmağı tapşırdığını bildirib.
Mirsədi Bağırlı 2000-ci ilin iyun ayının 12-də Tərtər şəhərində anadan olub. O, 2020-ci ilin 17-18 avqustunda Azərbaycan –Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində Babaqar dağı istiqamətində gedən hərbi əməliyyatda savaşıb. Həmin əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin mövqelərinin 1700 metr irəliyə gəlməsinə nail olunub. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirsədi Bağırlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Kəlbəcər istiqamətində, sonra isə Hadrutun və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirsədi Bağırlı oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı şəhid olub. Bərdə rayonunun Mehdixanlı kəndində dəfn olunub. Daha ətraflı »
-
03OktXəbərlər Şəhid anası Səadət Bağırova evində ziyarət edilib üçün şərhlər bağlıdır
-
03OktŞəhidlər Şəhid Cahangir Surxayzadənin atası Hətəm Əliyevin 60 illik yubileyi qeyd olunub üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Qaynaq kəndində 60 illik yubileyi münasibəti ilə şəhid Surxayzadə Cahangirin atası Hətəm Əliyevi ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.
İcra başçısı bütün şəhid valideynlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
Ziyarət zamanı rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından keçən şəhidlərimizin ailə üzvlərinə diqqət və qayğı göstərmək, hər zaman onların yanında olmaq, qayğıları ilə maraqlanmaq hər kəsin mənəvi borcudur.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri Surxayzadə Cahangir Hətəm oğlu 1996-cı il iyulun 9-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 10-da Tərtər rayonunun Azadqaraqoyunlu kəndində dəfn olunub.
Şəhid Surxayzadə Cahangir 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. -
03OktXəbərlər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər üçün şərhlər bağlıdır
Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını və Milli prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümünü yüksək əhval-ruhiyyə ilə qeyd ediblər.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev və rayon prokurorluğunun əməkdaşları ilə birlikdə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, onun abidəsinin önünə gül dəstələri düzüblər.
Sonra tədbir rayon prokurorluğunun inzibati binasında davam etdirilib.
Tədbiri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, Ümummilli lider Heydər Əliyev ideyalarının həyata keçirilməsi, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə doğma ölkəmizin tərəqqisi və yüksəlişi, dövlətçiliyimizin möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində onlara şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Daha ətraflı » -
03OktŞəhidlər Səndən ötrü can verməyə cümlə hazırız, Səndən ötrü qan tökməyə cümlə qadiriz!.. üçün şərhlər bağlıdır
“Zəif olmağa haqqım yoxdur, Aysənanın övladlarını onun arzuladığı kimi böyütməliyəm”
Vətən oldu oğullar!
Aysənan və Təkminənin 5 illik xoşbəxt həyatı və əbədiyyətə qədər davam edəcək məhəbbət hekayəsi milli-mənəvi dəyərimizin canlı nümunəsidir, kövrək notlarla yazılmış bir həyat simfoniyasıdır.
20 sentyabr – bu ildən Suverenlik Günü kimi qeyd etdiyimiz tarix Aysənan və Təkminənin toy gününə təsadüf edir. Biz bunu əvvəlcədən bilmirdik, ancaq nədənsə elə həmin gün Aysənanın ailəsini ziyarət etməyi qərara almışdıq. Onun atası Əsgər kişi ilə, övladları Banu və Timurla görüşəndən sonra vaxtilə Aysənanla Təkminənin xoşbəxt günlərinə şahidlik edən evə daxil olduq. Onlar yanaşı oturdular – iki güclü qadın – biri ana, biri yarıyolda qalan ömrün ömür-gün yoldaşı.Sükutu Təkminə xanım pozdu:
– Ailəmiz İmişli rayonunun Göbəktala kəndində yaşayır. 2015-ci ilin sentyabr ayının əvvəlində bizi Tərtər rayonunun Seydimli kəndinə toya dəvət etmişdilər. Mən onda tələbəydim, Bakıda Tibb Kollecində təhsil alırdım. Aysənan da toyda idi. O, hərbi geyimdəydi. Sonradan öyrəndim ki, həmin toya komandiri, şəhid kapitan Nəcməddin Savalanovla gəlmişdi. Sonralar o da şəhid oldu. Məclisdə hamı hərbçilərə hörmətlə yanaşırdı. Aysənan musiqi sifariş etdi və məni qohum qızlarla birlikdə rəqsə çağırdı. Ancaq rəqsimiz yarımçıq qaldı. Ona zəng gəldi və tələsik hamı ilə sağollaşıb getdi. Lakin bu qısa görüş kifayət etmişdi ki, ruhumuz əbədi birləşsin. Bundan sonra valideynləri elçi gəldilər. Cəmi bir neçə gün sonra – sentyabrın 20-də isə toyumuz oldu. İndi Aysənan yoxdur, amma mənim qəlbimdə iki ruh var – onun və özümün. Yaşamağa gücü də bundan alıram. Onun özü kimi möhkəm, iradəli, ailəcanlı olmağa çalışıram. Heç zaman unutmayacağım o xoşbəxt təsadüf ömrümün mənasını dəyişdi.
Şəhidin anası Rəna xanım dedi ki, Aysənan həmişə və hər yerdə birinciydi: “Orta məktəbdə təhsili və tərbiyəsi, orduda nümunəvi xidmətilə fərqlənirdi. Doqquzuncu sinif şəhadətnaməsində cəmi iki fəndən “4”-ü olmuşdu. Həqiqi hərbi xidməti zamanı, sonradan isə müddətdən artıq hərbi qulluqçu olanda ailəmizə o qədər təşəkkür məktubu gəlirdi ki…”
Bu yerdə Təkminə xanım söhbətə qoşuldu: Daha ətraflı » -
03OktDigər AZƏRBAYCAN COP29-a EV SAHİBLİYİ EDƏCƏK üçün şərhlər bağlıdır
“Çıx yaşıl düzə, qonaq gəl bizə”
Mənə dünyanın harasındasa deyilsə ki, sən hansı ölkədənsən? Cavab verərəm ki, mən doqquz iqlim qurşağınım mərkəzindən – Azərbaycandanam!
İqlimlərin yerləşdiyi Vətənim Qafqazın zümrüd qaşıdır. Ceyran qaçan, cüyür mələyən çox oylağım var mənim.Təbiətdən zövq ala-ala yaşanılası bir ölkə… yerin altı da, üstü də sərvətdir. Bol bəhrəli Muğan düzü, Mil düzü, bunların hamısı burada–Azərbaycandadır.
Elə bir kənd, qəsəbə, şəhər yoxdur ki, yaşıllıqlar içində olmasın. Torpağı münbit və məhsuldardır. Torpağa düşməz havayı bir dən.
Ölkəmizdə dünyamiqyaslı Beynəlxalq bir tədbirə ev sahibliyi edəcəyik. COP-29 İqlim dəyişikliyi tədbirinə. İqlim sözü varsa bu tədbirin məzmununda, onda seçim düzgündür – bura Azərbaycandır!
Azərbaycan öz imsasını qoymuşdur bütün millətlərin imzası içinə.
M. Hadı vaxtilə yazırdı:
“Qoymuş hər millət imzasını imzalar içində,
Yox millətimin xətti bu imzalar içində”.
Artıq var imzamız – Azərbaycan! Daha ətraflı » -
03OktKəndlərimiz TARİXMİZİ UNUTMAYAQ! üçün şərhlər bağlıdır
NARINCLAR KƏNDİ
Narınclar Ağdərə rayonunun qərbində ən ucqar dağ kəndlərindən biridir. Narınclar kəndi rayon mərkəzindən 76 km məsafədə dağətəyi maili düzənlik ərazidə yerləşir. Kənd Qırxqız, Pirdağı dağları və məşhur Taxtabaşı adlı yer ilə əhatə olunub. Xaçınçay öz başlanğıcını bu dağlardan götürür. Narınclar kəndi şimaldan Kəlbəcər rayonu, cənubdan Ağdərə və Ağdam rayonları, Qərbdən Laçın rayonu ilə əhatə olunmuşdur. Ağdərə rayonunun Vəngli, Qozlu kəndlərinin ərazisi ilə əhatələnmişdir.
Kəndin adını Ağdam rayonunun İsmayılbəyli kəndindən bu kəndə ərə gələn İsmayıl bəyin qızı Narınc xanımın şərəfinə Narınclar adlandırıblar. Narınclar kəndinin ərazisi İs mayıl bəy tərəfindən qızı Narınca cehiz qismində bağışlanıb. Bu evliliyin timsalında əcdadlarımızın əlamətləri nəsildən nəsilə ötürülmüşdür. El arasında bu yurd Kolanı Narıncları kimi tanınır.
Dəyərli ziyalımız, tarixçi alim Nizami Əjdər oğlunun Narınclar kəndinin tarixinə həsr olunmuş və Qarabağ tarixinə, bütövlükdə Azərbaycan tarixinə dəyərli tövhə olan 396 səhifədən ibarət “Zəfərdən El-oba irsimizə” adlı monoqrafiyası Narınclar kəndinin tarixi haqqında olduqca dəyərli mənbədir. Ona istinadən kənd haqqında bəzi məlumatlar da “Qarabağın Ağdərəsi” adlı monoqrafiyasında öz əksini tapmışdır.
Narınclar kəndi həm də Alban abidələri ilə zəngindir. Pirdağın zirvəsində böyük bir pirziyarətgah yerləşir. Qarabağın hörmətli və nüfuzlu seyid nəsli, peyğəmbər, imam övladı Məşədi Seyid Rza ağanın məqbərəsi ziyarətgah idi.
Narınclar kəndinin ziyalısı, tarixçi alim Nizami Əjdər oğlunun sözügedən dəyərli monoqrafiyasında yazdığı tarixi məlumatlara əsasən XII-XVIII əsrdə kənd ərazisi Xaçın məlikliyinə tabe olub. Ağdərə kəndlərində 1920-ci il avqustun 22-də kənd təsərrüfatı artelinin, avqustun 24-də isə kommunalların yaradılması barədə Nizamnamə qəbul edildi. Ağdərə rayonunda kollektivləşmənin faizi 1934-cü ildə 67,0, 1937-ci ildə 91,7, 1940-cı ildə 99,1, 1941-ci ildə 99,8 olmuşdur. Narınclar kəndində kollektiv təsərrüfat (kolxoz) 1937-ci ildə yaradılmışdır. Həmin ildən kolxoz sədri, 1955-ci ildən isə kənd sovei sədri, yəni hazırkı icra nümayəndəsi təyin olunmuşdur: Daha ətraflı » -
01OktDigər Qərbi azərbaycanlılar və bütün Azərbaycan xalqı bir amal uğrunda birləşməlidir üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev cari ilin 30 sentyabr tarixində Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib. Dövlət başçısı açılışda çıxış edib.
Mərasimdə bildirilib ki, üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Prezident İlham Əliyev tərəfindən iki Sərəncam imzalanmışdır. Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu.
Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, Daha ətraflı »
-
27SenDigər Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev cari ilin 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxış edib.
Dövlət başçısı bildirib ki, ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda bu, çox müsbət göstəricidir. Ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir.
Qeyri-neft sektorunun inkişafında müsbət tendensiyanı qeyd edən Prezident bildirib ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq bizim ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və biz bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləyirdik.
Neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılırdı. Bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq. Təbii olaraq hökumət qurumları və Dövlət Neft Şirkəti bu işlərin gələcək gedişatına da daim diqqət yetirəcək.
Bildirilib ki, hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır. Neft-qaz sahəsində templər müsbət olacaqdır.
Bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir. Daha ətraflı »
-
27SenDigər 4 İL ƏVVƏL, SENTYABRIN 27-də, VƏTƏN MÜHARİBƏSİ BAŞLADI üçün şərhlər bağlıdır
Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Hər bir addımın son məqsədi 20 Sentyabr–Dövlət Müstəqilliyi Günü idi
20 sentyabr 2023-ci il tarixində qəhrəman Azərbaycan Ordusu ölkəmizin dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha gös-tərdi.
44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistan rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur.
Prezident İlham Əliyev deyib ki, mənəvi-psixoloji üstünlük bizim ümumi üstünlüyümüzü göstərir. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz.
Bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir, onların sayı azalmır, artır və indi hər şey göz qabağındadır. Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, – müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir. Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik.
İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. Daha ətraflı » -
27SenŞəhidlər 19 sentyabr 2023-cü il tarixdə antiterror əməliyyatlarında şəhid olan tərtərli hərbçilərin ailələri ilə görüş keçirilib üçün şərhlər bağlıdır
Rayon rəhbəri şəhidlərin məzarlarını ziyarət edib və il mərasimlərində iştirak edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov və aidiyyəti şəxslərlə birlikdə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan 6 nəfər tərtərli şəhidin-Tərtər rayon Səhləbad kənd sakini, 3-cü dərəcəli “Rəşadət” ordenli Lalayev Ruslan Akif oğlunun, Tərtər rayonu Çardaqlı kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Ağayev Kənan Vahid oğlunun, Tərtər rayon Evoğlu kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Vəlizadə Rəşad Elşən oğlunun, Tərtər rayon Kəngərli kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Abbaszadə Emin Faiq oğlunun, Tərtər rayon, Seydimli kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Səfərov Cavid Rövşən oğlunun, Tərtər rayon Qaradağlı kənd sakini, 3-cü dərəcəli “ Vətənə xidmətə görə” ordenli İbrahimov Elnur Səxavət oğlunun ailələri ilə görüşüb.
44 günlük Vətən müharibəsində qazanılan qələbədən, keçirilən antiterror əməliyyatından danışan icra başçısı torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərə Ulu Tanrıdan rəhmət diləyərək, şəhid ailələrinə səbr, dözüm arzulayıb.
Rayon rəhbəri Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, rayon sakinləri ilə birlikdə lokal antiterror əməliyyatları zamanı şəhid olan tərtərli hərbçilərin məzarlarını ziyarət edib və il mərasimlərində iştirak ediblər. Daha ətraflı »
Yeni ismarıclar