Azərbaycan Respublikası-nın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü Tərtərdə də razılıqla qarşılanıb. Rayon ərazisində bir gündə 10 min ağac tinginin əkilməsi nəzərdə tutulub.
-
20NoyXəbərlər TƏŞƏBBÜS BƏYƏNİLİR üçün şərhlər bağlıdır
-
20NoyTərtər RİH-də QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır
Evoğlu kəndində keçirilən qəbul-görüşdə Tərtər Rayon İcra
Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda gedən tikintiabadlıq işlərindən, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlərindən danışdı.
Sonra sakinlərin müraciətləri dinlənildi.
Kənd ağsaqqalı Şahin Hüseynov kənd sakinlərinin fasiləsiz içməli su, qaz, işıqla təmin olunduqları üçün respublika Prezidentinə minnətdarlığını bildirdi. Kəndin baş yolunun asfaltlanmasına, suvarmada olan
çətinliklərin aradan qaldırılması üçün yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu qeyd etdi. Teyyub Əliyev gənc kadrların irəli çəkilməsinə görə ölkə rəhbərinə minnətdarlıq etdi. Təvəkkül Daha ətraflı » -
20NoyXəbərlər SON TAMAMLAMA İŞLƏRİ üçün şərhlər bağlıdır
Gənclər və İdman naziri Azad Rəhimov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərdə yeni inşa edilən Olimpiya İdman Kompleksində son tamamlama işləri ilə tanış olublar.
Dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 792 kvad-ratmetrdir. Kompleksdə idmanın müxtəlif növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, Daha ətraflı » -
20NoyTərtər RİH-də TƏRTƏR ŞƏHƏRİNİN BAŞ PLANININ İLKİN VARİANTININ TƏQDİMATI OLUB üçün şərhlər bağlıdır
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında hazırlanan Tərtər şəhərinin Baş planı layihəsinin ilkin variantının təqdimatı olub.
Təqdimat mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə Baş planda tətbiq olunan yeniliklər haqqında ətraflı məlumat verilib. Sonda layihənin ictimai müzakirəsi keçirilib. -
20NoySəhiyyə AZTƏMİNATLI AİLƏLƏRƏ DÖVLƏT QAYĞISI üçün şərhlər bağlıdır
Möhtərəm Prezidentimiz dəfələrlə bəyan edib ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə aztəminatlı ailələrin, sosial cəhətdən az müdafiə olunan vətəndaşların, döğma yurdlarından didərgin salınmış məcburi köçkünlərin, əlillərin, sağlamlıq imkanları məhdud şəxslərin yaşayışı, məşğulluğu, həyat səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil edir. Bu gün, ilk növbədə, həmin kateqoriyalardan olan həssas qəlbli insanlar mənzillərlə, evlərlə, maşınlarla təmin edilir. Onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Əlillər və aztə-minatlı ailələr daim dövlət qayğısı ilə əhatə olunurlar. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 25 fevral 2019-cu il tarixli Sərəncamı xüsusilə qeyd edilməlidir. Bu sərəncam əlillərin, aztəminatlı ailələrin, sağlamlıq imkanları məhdud insanların həyat səviy-yəsinin yüksəldilməsində mü-hüm rol oynadı. Eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına, beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırıldı. Daha ətraflı »
-
20NoyXəbərlər NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLİB üçün şərhlər bağlıdır
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.
Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə ermənilərin yaşayış məntəqələrini atəşə tutması Daha ətraflı » -
20NoyXəbərlər MÜRACİƏTLƏRƏ YERİNDƏ BAXILIB üçün şərhlər bağlıdır
Əskipara kənd sakinlərinin örüş torpaqlarının zəbti ilə bağlı müraciətlərinə əsasən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon prokuroru Şıxəli Alməmmədov, polis şöbəsinin rəisi Elçin Qasımov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər Rayon Şö-bəsinin rəisi Ülvi Kazımov, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibov Əskipara kəndinə gedərək vətəndaşları qəbul etmişlər. Rayon rəhbəri vətəndaşlara bildirmişdir ki, örüş torpaqları heç vaxt əkilə bilməz, torpaqlar təyinatı üzrə istifadə olunmalıdır. Daha ətraflı »
-
20NoyXəbərlər AZADLIĞIN HÜQUQİ TƏMİNATI üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə YAP Tərtər Rayon Təşkilatı 12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirdi.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açaraq, 1995-ci il noyabrın 12-də Azərbaycan xal-qının referendum yolu ilə öz dövlətinin Əsas Qanununu– Konstitusiyasını qəbul etdiyini və bu Konstitusiyanın müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk milli Konstitusiyası olduğunu, ölkədə de-mokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratdığını qeyd etdi. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Daha ətraflı » -
20NoyTəhsil VƏSİQƏ QAZANIBLAR üçün şərhlər bağlıdır
Seydimli kənd tam orta məktəbində basketbol idman növü üzrə “Məktəblilərin Respublika “Çempionatı”nın rayon mərhələsi keçirildi. Yarışın nəticəsinə əsasən Seydimli kənd tam orta məktəbin komandası I yeri, şəhər 1 saylı tam orta məktəbin komandası II yeri, Hüsənli kənd tam orta məktəbin komandası isə III yeri tutmuşlar. Qalib komandalar idarəmiz tərəfindən diplomlarla təltif edildilər. I yerin qalibi Seydimli kənd tam orta məktəbin komandası zona mərhələsinə vəsiqə qazandı.
-
20NoyDigər Azərbaycanın Milli Qəhrəmanları üçün şərhlər bağlıdır
DAŞA DÖNMÜŞ QEYRƏTLİ OĞUL
Sal qayanı xatırladan bir qranit daşın önündə özüm də bu daşa dönmüşəm. Gözlərim bu sal qayada tişə ilə qazılmış şəklə baxır, fikrim isə məni keçmişlərə çəkib aparır…
–1948-1953-cü illər… Ermənilər öz əqrəb xislətlərini yenə dünyaya bəyan edirlər–növbəti dəfə Azərbaycanın Qərb hissəsindən–dədə-baba yurdlarından soydaşlarımızı zorla qovub çıxardır, qırğınlar, talanlar törədir, silahsız, köməksiz insanları qanlarına qaltan edir, misli görünməyən, ağla gəlməyən işgəncə üsulları ilə uşağa, qarıya, qocaya baxmadan əzab verərək öldürür, vəhşiləri belə heyrətdə qoyan vandalizmə əl atırdılar. Bu, onların zaman-zaman əxz etdikləri və qanlarına, canlarına hopmuş məkrlərinin növbəti təzahürü idi. Sağ qalanlar canlarını götürüb
bu qaniçənlərin əlindən hara gəldi qaçırdılar. Daha ətraflı »
Yeni ismarıclar