Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Yan
    Digər 20 YANVAR FACİƏSİNDƏN 30 İL ÖTÜR üçün şərhlər bağlıdır

    30 il bundan əvvəl törədilən 20 Yanvar faciəsi Azərbaycan tarixinin qanlı səhi-fələrindəndir. Qaniçən ermənilərdən, peşəkar döyüş-çülərdən təşkil olunmuş “xilaskar qızıl ordu”nun hərbi maşınları, tankları sovetlərin buxovundan, əsarətindən qurtarmaq üçün haqq səsini ucaldan dinc əhalinin üstünə yeridildi. Heç bir xəbərdarlıq edilmədən Bakıya daxil olan “paqonlular” qanlı qırğınlar törətdilər. 20 Yanvar faciəsi saxta Sovet ideologiyasının iç üzünü açdı, imperiyanın qanlar üzərində qurulduğu bütün dünyaya bəyan etdi. Həmin gün silahsız insanlar tankların qarşısına çıxaraq qanları ilə “biz varıq, olmuşuq, həmişə olacağıq!” –deməklə tarix yazdılar. Müstəqillik uğrunda həlak olan ilk mücahidlər şəhidlik zirvəsinə ucalmaqla xalqın yaddaşına həkk olundular. O dövrdə Azərbaycana rəhbərlik edən kəmsavad, başıpozuq rəhbərlər kimi, bütün dünya ictimaiyyəti də 20 Yanvar faciəsini susmaqla izlədi, öldürülən insanların haqqını tələb edən tapılmadı. Yalnız böyük şəxsiyyət, qəlbi hər zaman Azərbaycanla döyünən ulu öndər Heydər Əliyev xalqına təsəlli verdi. O günləri xatırlayan Prezident İlham Əliyev deyir: “Yüzdən çox günahsız insan həlak oldu. Azərbaycan xalqının qanı axıdıldı. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi tamamilə iflic vəziyyətdə idi. O vaxt respublikaya rəhbərlik edən, antimilli siyasətlə fərqlənən Vəzirov respublikanı tərk edib hərbi təyyarə ilə Moskvaya qaçdı. Ancaq o vaxt pensiyada olan Heydər Əliyev ona qarşı çox çirkin kampaniya gedə-gedə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək,–mən də onun yanında idim,–öz səsini ucaltdı, bütün dünyaya Yanvar faciəsi haqqında məlumat verdi. Sovet İttifaqının rəhbərliyini qınadı, onların siyasətini pislədi və uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi.” Daha ətraflı »

  • 17Yan
    Digər ŞƏHİDLƏR XATİRƏLƏRDƏ ƏBƏDİ YAŞAYIRLAR üçün şərhlər bağlıdır

    Kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin avtomobilində şəhid ailəsi ilə görüşə gedirik. Bir zaman daşlı-kəsəkli yollardan əsər-əlamət yoxdur. Asfalt döşənmiş, hər iki tərəfi səliqə-sahmanlı kənd yolu ilə maşınlar şütüyür. Heç bir məlumatım ol-mayan şəhidi və onun ailəsini dü-şünürəm. Xəyalımda suallar bir-birini əvəzləyir. Nəhayət, maşın yaraşıqlı bir evin həyət darvazası yanında dayandı. Ətrafda sakitçilik hökm sürürdü. Nümayəndə ilə birlikdə evə daxil oluruq. Bizi görcək qarşımıza gəlib görüşürlər. Şəhidin anası Atlas xala, nənəsi Maya xala, qardaşı Maxsud, evin gəlini və nəvə. Dedilər ki, bacısı gəlsin sizə məlumat versin. Az keçməmiş digər qardaşlar Murad, Ülfət və bacısı Zülfiyyə gəlir. Söhbət zamanı məlum oldu ki, Seymurun haqqında dasnışmasını məsləhət bildikləri bacısı –Zülfiyyə Xoruzlu kənd tam orta məktəbində müəllim işləyir. O şagirdlərinə tez-tez kəndin şəhid oğ-lanları haqqında danışır, onların qəhrəmanlıqlarından söz açır. Elə qardaşı Seymurdan da. Bu gün də bizə danışdı. Daha ətraflı »

  • 17Yan
    Kənd Təsərufatı QIŞ AYLARINDA KƏND TƏSƏRRÜFATI İŞLƏRİ üçün şərhlər bağlıdır

    Hazırda rayonumuzda qış mövsümündə kənd təsərrüfatı sahəsində aparılan işlər günü-gündən sürətlənir. Payız mövsümündə görülən işlər başa çatmaq üzrədir. Bu günlərə qədər rayonumuzun təsərrüfatlarında 10499,8 hektar payızlıq əkinin səpin işləri aparılıb. Ondan 5981, 9 hektar buğda, 4381, 9 hektar arpa, 156 hektarı xəsil təşkil edir. Bununla yanaşı, fermerlərimiz öz təsərrüfatlarında payız mövsümündə 1013,5 hektar yonca səpini aparmışlar. Rayonda taxıl əkinlərinin səpini oktyabrın 10-dan başlayan kimi təsərrüfatlarda dərhal səp-suvar işləri görülmüşdür. Havaların əlverişli keçməsindən istifadə edilərək təsərrüfat sahibləri ərazilərdə olan artezianların köməyi ilə və həm də Tərtər çayından gələn su ilə 10150 hektar ərazidə taxıl əkinlərinin səp-suvarma işlərini aparıblar. Daha ətraflı »

  • 17Yan
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

                 SAVABLA GÜNAHIN, HALALLA  HARAMIN QARIŞDIĞI İNSAN ÖMRÜ                           Hər çiynimizdə bir mələk oturur. İnsan bu dünyaya gələndən o biri dünyaya gedənə qədər etdiyi savab əməlləri biri, günah əməlləri isə digəri yazır və Tanrı bu əməllərə baxıb, həmin adamın Cənnətlik, yaxud Cəhənnəmlik olduğu haqqında hökm verir. Orda pul işləmir, qohumbazlıq olmur, yaltaqlıq keçmir…
    İndiki zamanda haramla halal, günahla savab biri-birinə necə qatışıbsa, bəzən onları ayırd etmək olmur, adam məəttəl qalır. Necə ki, hədislərdə buyrulub: vaxt gələcək ki, insanlar bilməyəcəklər yedikləri şeylər halaldır, yoxsa haramdır. Savabla günahın da sərhədləri itib. Bax indi həmin zaman gəlib, günahla savabın, halalla haramın qatışdığı zaman. Lakin burda bir cəhətə xüsusi fikir vermək lazımdır, bir var bilə-bilə günah işlədəsən, haram yeyəsən, bir var bilməyə-bilməyə. Bunların da Tanrı Dərgahında qiymətləri fərqlidir.
    Əsil mətləbə keçək. Daha ətraflı »

  • 17Yan
    Digər DOSTLUQ SARSILMAZ MÜNASİBƏTDİR üçün şərhlər bağlıdır

    Yaşından asılı olmayaraq hər kəsin əhatəsində məktəbdə, işdə və doğmaların arasında ona daha yaxın sirdaş və dost adamlar olur. Dostları bir-birinə bağlayan ən saf hiss hətta ailə üzvləri ilə paylaşa bilmədiklərini bir-biri ilə bölüşməkdir. Əsl dost bütün məqamlarda dəstəyini bizdən əsirgəməyən adamdır. Atalar məsəlidir: “Qardaşın necə adamdır?”
    Cavab verirlər: “Bilmirəm, yoldaş olmamışam”. Bəziləri də deyir ki, dost insanın ailəsidir. Bunu deyənlər yanlış fikirləşirlər. Dostluqda möhkəm olmaq lazımdır ki, bunu qarşı tərəfdən də görə biləsən. İnsani duyğu olan dostluqda vəfa, etibar, hörmət, səmimiyyət və məhəbbət hökm sürməlidir. Yaxşı dost öz yoldaşını da doğru yola dəvət edər, onun mənəviyyatının zənginləşməsi üçün əlindən gələn köməkliyi göstərər. Ağıllı adamlarla dostluq edənlər həyatda müvəffəqiyyətlər qazanırlar. Bu haqda hikmətli atalar sözləri vardır: “Ağıllı düşmən nadan dostdan yaxşıdır”; “Doğru dostluq qərəzsiz olar”; “Yoldaşını nişan ver, özünü tanıt”; “Ağac kökləri ilə insan dostları ilə var olar”; “Dost dosta tən gərək, tən olmasa gen gərək”; “Hər şeyin təzəsi, dostun köhnəsi”; “Dost dosta yaman gündə gərəkdir”; “Dost ziyankar olmaz, ziyankar da dost olmaz” “Dost yolunda boran olar, qar olar” və s. Ən şirin xatirələr dostlarla bağlı olan xatirələrdir. Dost seçəndə həmin insanı yaxşı tanımalıyıq. Dostluqda maddi tərəfdən deyil, gərək mənəvi cəhətdən bərabərlik olsun. Sözsüz ki, bu münasibətdə olan insanların xasiyyətində oxşarlıq vardır. Daha ətraflı »

  • 10Yan
    Xəbərlər TƏRTƏRLİLƏR YENİ İLİ QARŞILADILAR üçün şərhlər bağlıdır

    Tərtərlilər 2019-cu ili yüksək nəticələrlə yola saldılar. Həmin il respublikamızın hər yerində olduğu kimi cəbhə bölgəsində yerləşən Tərtər rayonunun da sosial-iqtisadi və mədəni həyatında böyük dəyişikliklər baş verib, əhalinin sosial rifahı daha da yaxşılaşıb.
    31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Rayon ictimaiyyətinin, əmək kollektivlərinin, gənclərin, məktəblilərin, hərbiçilərin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri əlamətdar bayramlar münasibətilə təbrik edib, 2019-cu ildə qazanılan uğurlardan danışıb.
    Bildirib ki, yola saldığımız ildə rayonun makroiq-tisadi göstəriciləri yüksə-lib, kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə inkişaf edib, tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Tərtər şəhərinin Qaçay Mehdiyev, Bəsti Bağırova, Teymur Rəhimov və Vəzir Orucov küçələrində abadlıqquruculuq işləri aparılıb, kommunikasiya xətləri yenilənib, küçələrə asfalt örtüyü salınıb və işıqlandırılma sistemi Daha ətraflı »

  • 10Yan
    Xəbərlər İCRA BAŞÇISI VƏTƏNDAŞLARI QƏBUL ETDİ üçün şərhlər bağlıdır

    Görüşdə rayon icra hakimiyyətinin, hüquqmühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə rayon rəhbəri kənd sakinlərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi, onlara uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzuladı.
    Sonra icra başçısı 2019-cu ildə Azərbaycan Res-publikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahının yaxşılaşdığını qeyd etdi.
    Sonra icra başçısı son beş ildə rayonda tikintiabadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, inziba-ti binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd etdi.
    Sonra Mamırlı kənd İƏD üzrə nümayəndə Şahid Məmmədov ərazidə görülən işlər haqqında məlumat verdi Daha ətraflı »

  • 10Yan
    Xəbərlər KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇALARINDA YENİ İL ŞƏNLİKLƏRİ KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    Tərtər şəhər 4 saylı körpələr evi-uşaq bağçasının kollektivi Yeni il şənliyinə xüsusi hazırlaşmışdılar. Çünki şənlik keçirildiyi gün onların həm də yeni müasir tipli binaya köçmələrinin bir ili tamam olurdu. Uşaqların, valdeynlərin, kollektivin hər bir üzvünün də çöhrəsindən sevinc tökülürdü. Şəhər 2 saylı, 5 saylı, Seydimli və Kəngərli kənd körpələr evi-uşaq bağçalarında da Yeni il şənliyi yaddaqalan oldu. Balacalar Şaxta babanı, Qar qızı, şən “klon”ları alqışlarla qarşıladılar. Şaxta babaya şeir dedilər, səhnəciklər göstərdilər, rəqslər etdilər.
    Tədbirlərdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov balacaları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibəti ilə təbrik edərək, bildirdi ki, ulu öndər “Uşaqlar bizim gələcəyimizdir”,-deyirdi. Müasir tipli, yeni avadanlıqlarla təchiz olunmuş bağçaların istifadəyə verilməsi gələcəyimizə olan diqqətin, qayğının təzahürüdür. Daha ətraflı »

  • 10Yan
    Xəbərlər HESABAT YIĞINCAĞI üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” qəzetinin redaksiyasında 2019-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi.
    Hesabat məruzəsi ilə çıxış edən qəzetin baş redaktoru Tofiq Yusif göstərdi ki, il ərzində “Yeni Tərtər”in 36 nömrəsi çap olunmuş, dövriyyə planına tam əməl edilmişdir. Qəzetin səhifələrində günün aktual məsələləri ilə bağlı operativ məlumatlara daha geniş yer ayrılmış, rayonun həyatını əks etdirən xəbərlər dərc olunmuşdur. Müxtəlif rubrikalar –“Millimənəvi dəyərlərimizi qoruyaq”, “Erməni vandalizmi”, “Tərtər Qarabağ müharibəsi illərində”, “Qarabağ müharibəsi qaziləri”, “Tərtərin tarixindən”, “Ahıllarımız”, “Ağbirçəklərimiz”, “Şəhidlərimiz”, “Şəhid ailələrinə dövlət qayğısı”, “Respublika mətbuatının səhifələrin-də”, “Kənd təsərrüfatı”, “İmadəddin Nəsimi–650”, “İdmançılarımız”, “Həkim məsləhəti” və s. qəzetimizin səhifələrini oxunaqlı və maraqlı etmişdir.
    İl ərzində fotoşəkillərdən əyani vasitə kimi geniş istifadə olunmuşdur.
    Qəzetimizin nəşrində ləngimə hadisəsi baş verməmişdir–vaxtında dərc olunmuş və abunəçilərə paylanmışdır. Daha ətraflı »

  • 10Yan
    Təhsil TƏHSİL UĞURLU GƏLƏCƏYƏ APARAN YOLDUR üçün şərhlər bağlıdır

    Azərbaycanın təhsil sahəsində keçdiyi yolu təhlil edərkən, öncə təhsilimizin tarixinə nəzər salmalıyıq. Bu tarix isə onu deməyə əsas verir ki, Azərbaycan təhsilinin yüksək surətlə inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ümummilli Lideri-miz Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən sonrakı dövrdən Azərbaycanda orta və ali təhsilin yüksək səviyyədə inkişafı, o cümlədən, ölkədən kənarda kadr hazırlığı başladı. Çünki Heydər Əliyevin təhsilimizə göstərdiyi bütün qayğıların arxasında “Təhsil millətin gələcəyidir” fikri durmuşdur.
    Təbii ki, bütün bunları nəzərə alaraq, yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması, digər yüksək səviyyəli işlərin icrası və nizamlı şəkildə aparılması möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçi-rilməklə uğurla davam etdirilir. Eyni zamanda unutmaq olmaz ki, yeni məktəblərin tikilməsində, müasir və yeniliklərin yaradılmasında, təhsilimizin belə yüksək səviy-yədə inkişafa qədəm qoymasında, Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci – vitse prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Daha ətraflı »