Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyn
    Digər İLHAM ƏLİYEV TƏRTƏR OLİMPİYA İDMAN KOMPLEKSİNİN AÇILIŞINDA İŞTİRAK EDİB üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər İdman Olimpiya Kompleksinin açılışında iştirak edib.
    Dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.
    Prezident İlham Əliyevə məlumat verildi ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 773 kvadratmetr, açıq idman meydançalarının sahəsi isə 8558 kvadratmetrdir. Qurğuda müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu inşa edilib. Burada, həmçinin mehman-xana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, digər texniki və köməkçi otaqlar da yaradılıb. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şərait yaradılıb. Kompleksin ərazisində 1043 tamaşaçı yerlik tribunası olan stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət buraxılış məntəqəsi də inşa edilib. Daha ətraflı »

  • 09İyn
    Digər AVROPA ŞURASI ANTİ-AZƏRBAYCAN MÖVQEDƏDİR–İLHAM ƏLİYEV üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtərə və tərtərlilərə həmişə yüksək qayğı və diqqət göstərmişdir.

    Düşmənlə 48 kilometrlik təmas xəttində yerləşən Tərtər rayonunun sakinlərini qəhrəman adlandıran ölkə başçısı bu cəbhə bölgəsinə tez-tez səfərlər edir, əhalinin həyat tərzi ilə yaxından tanış olur, vətəndaşların qayğı və istəklərini birbaşa onların özündən eşidir və bir çox məsələləri yerindəcə həll edir.

    2020-ci il iyun ayının 3-də möhtərəm Prezidentimiz cənab İlham Əliyev növbəti dəfə Tərtər rayonuna səfərə gəlib və burada bir sıra yeni obyektlərin açılışında şəxsən iştirak edib.

    Dövlət başçısının Tərtər Olimpiya İdman Kompleksinin açılışında rayonun bir qrup idmançısı qarşısındakı çıxışı çox güclü rezonans yaradıb və bir liderin gücü siyasi iradəsini bir daha ortaya qoyub.

    Prezident öz çıxışında əsas diqqəti Avropa Şurasının anti-Azərbaycan mövqeyinə yönəldib. Qeyd etdi ki, qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri bir şou və təlxəklər tamaşasıdır. Dünyanın heç bir dövləti illərdir keçirilən “məzhəkə oyununun” nəticələrini tanımayıb. Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar – bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı. Məsələyə təkcə Avropa Şurası münasibət bildirmədi və yuxarıda adları keçən dövlətlərin və beynəlxalq təşkilatların sırasına qoşulmadı. Avropa Şurasının susmağının səbəbi bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən, demokratiyadan və beynəlxalq hüquqdan söhbət gedə bilər! Avropa Şurası qitədə yüz illərdir formalaşan bəşəri və insani dəyərləri diqqətə almadan xunta rejiminin, işğalçının, Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı soyqırım edən, narkotik və silah qaçaqmalçılığı mərkəzi olan qondarma qurumun demokratik dəyərləri kobud şəkildə pozmasına səssiz qaldı. Daha ətraflı »

  • 04İyn
    Səhiyyə OPERATİV QƏRARGAHİN TƏLƏB VƏ TÖVSİYƏLƏRİNƏ TƏRTƏRDƏ CİDDİ ƏMƏL OLUNUR üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında qeyd edildiyi kimi, hazırda dünyada 7 milyonadək insan yeni növ koronavirus(COVİD-19) xəstəliyinə yoluxmuş, 400-minədək şəxs vəfat etmişdir. Respublikamızda hökumətin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün olmuşdur. Məhz bu səbəbdən karantin rejimindən mərhələli çıxmaq planı həyata keçirilməsinə artıq başlanılmışdır. Lakin vətəndaşların əksəriyyətinin son zamanlar karantin rejiminə əməl etməməsinə görə, yoluxanlar və sağalanların sayı arasında ciddi fərq yarandığı səbəbindən, karantin rejiminin yenidən sərtləşdirilməsi barədə təklif hazırlanmışdır. Daha ətraflı »

  • 03İyn
    Təhsil İCRA BAŞÇISI MƏKTƏBLƏRDƏ OLUB üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti tərəfindən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən işlər, Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi müddətinin daha da uzadılması, o cümlədən təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin fəaliyyət istiqamətlərinə uyğun həyata keçirilən tədbirlərdə mü-əyyən dəyişikliklərin edilməsini zəruri edib. Yaranmış vəziyyətlə əlaqədar buraxılış və qəbul imtahanları qaydalarında müəyyən dəyişikliklər edilib. Belə ki, 2020-ci ildə keçiriləcək imtahan və tədbirlərə dair müvəqqəti müddəalar təqdim olunub. Bütün imtahanlar yeni sanitar-gigiyenik qaydaları əsasında aparılacaq. İmtahan zallarında 15 nəfərdən çox olmamaq şərti ilə hər masa arxasında 1 şagird (abituriyent) əyləşəcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilməsi nəzərdə tutulur. Daha ətraflı »

  • 03İyn
    Kənd Təsərufatı RAYON RƏHBƏRİ PAMBIQÇILARLA GÖRÜŞÜB üçün şərhlər bağlıdır

    Ötən il hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında lider olan Tərtər pambıqçıları artıq tarlalarda becərmə işlərinə başlayıblar.
    Bu il rayonda 1728,2 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1200 hektarı “Azərpambıq” MMC və 50 hektarı “P-Aqro” MMC tərəfindən ümumilikdə 2 min 978,2 hektarda pambıq əkilib.
    Bu günlərdə rayon rəhbəri Müstəqim Məmmədov rayon ərazisində yerləşən bir çox pambıq tarlalarına baş çəkib, becərmə işləri aparan sakinlərlə görüşüb, onlara öz tövsiyə və tapışırıqlarını veribdir. İcra başçısı bildirib ki, 2019-cu ildə Tərtər rayonunda 3 min 427 hektar sahədə pambıq becərilib, 11 min 936,2 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 34,8 sentner olub. Cari ildə əməkçilərimiz daha yüksək zirvələri fəth etmək üçün fəal çalışırlar. Hazırda tarlalarda becərmə iş-ləri aqrotexniki qaydalara uyğun olaraq davam etdirilir. İndi sahələrdə görülən becərmə işləri deməyə əsas verirki, 2020-ci ildə də Tərtər pambıqçıları yüksək nailiyyətlər əldə edəcəklər.

  • 03İyn
    Kənd Təsərufatı BARAMANIN SAXLANMA ŞƏRAİTİ İLƏ TANIŞLIQ üçün şərhlər bağlıdır

    Respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da ölkə iqtisadiyyatının əsas tərkib hissəsini təşkil edən kənd təsərrüfatı uğurla inkişaf etdirilir. Dövlət başçısı İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı müvafiq fərman və sərəncamlara, verdiyi tap-şırıq və tövsiyələrə uyğun olaraq məqsədyönlü tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının bütün sahələrində – pambıqçılıq, taxılçılıq, şəkər çuğunduru, baramaçılıq, eləcə də digər sahələri üzrə yüksək göstəricilər əldə olunur.
    Bu günlərdə Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov rayonun kəndlərində ipəkqurdu saxlayan kümçülərlə görüşüb, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyətlə tanış olub. Möv-cud çatışmazlıqların tez zamanda aradan qaldırılması üçün lazımi tövsiyə və tapşırıqlarını verib.
    2019-cu ildə rayonda 18 min 322 kiloqram barama istehsal edilib. Bu il isə 20 min kiloqram barama is-tehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 500 qutu baramaqurdu kümçülərə təhvil verilib. İpəkqurdunun yem bazasının bərpası məqsədilə son üç ildə rayon ərazisində 263 mindən artıq tut tingi əkilib. İpəkqurdu yetişdirmək üçün əvvəlcədən lazım olan bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib.

  • 03İyn
    Digər 1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
    1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb.
    Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.
    Azərbaycanda uşaqların müdafiə olunması və onla-ra qayğı göstərilməsi isti-qamətində çoxsaylı işlər görülüb. Daha ətraflı »

  • 03İyn
    Digər 5 İYUN ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ GÜNÜDÜR üçün şərhlər bağlıdır

    1972–ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin Ümumdünya Ətraf Mühit Günü kimi qeyd olunmasına qərar verilib. O vaxtdan etibarən bu gün bütün dünyada təntənəli şəkildə qeyd olunur.
    Ətraf mühitin mühafizəsi və ekoloji problemlər Azərbaycanda da diqqət mərkəzindədir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi və həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.
    Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında eko-loji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşma-sı üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyənləşdirilib, biomüxtəlif-liyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, su ehtiyatlarının davamlı idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə olunub.

  • 03İyn
    Sosial ƏRZAQ YARDIMI DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır

    Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən, Tərtər şəhərində, həmçinin rayonun qəsəbə və kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha, ahıl sakinlərə, aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yardımlar göstərilir.
    Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Heydər Əliyev Fondunun, Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəliyevin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Qızıl Aypara Cəmiyyətinin Tərtər Rayon Bölməsinin, Türk İşbirligi və Koordinasyon Ajansı Başkanlığının, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə ümumilikdə 3689 nəfər aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha ahıl insanlara ərzaq yardımı və gigiyenik vasitələr paylanıb. Daha ətraflı »

  • 03İyn
    Ədəbiyyat ŞAİR DOĞULAN İNSAN üçün şərhlər bağlıdır

    Bu insan 1957-ci ildə Kəlbəcərimizin Çərəkdar kəndində doğulan Əlövsət Sarı oğludur-Əlövsət Saldaş. 40 ildən artıq riyaziyyat fənnini tədris edən, peşəsiylə, rəvan təbiylə bəzilərimizin “Şair mütləq ədəbiyyatçı olmalıdır” fikrinin üstündən qələm çəkən, şeirləri dillərdə söylənən, nəğmələrdə oxunan Saldaş.
    28 ildir Qobustan rayonunun Təklə kəndində məskunlaşan, ürəyində Vətən itkisinin ağrıları, ağır ellərin didərginlik dərdi, günahsız şəhidlərin həsrəti yuvalanan Saldaş.
    Mənəviyyat adamının bundan böyük dərdi olarmı?! Onun dünyaya gəlişi doğmalarını sevindirdiyi kimi, şeiriyyət aləminə gəlişi də çoxları üçün qazanc vasitəsinə çevrilən SÖZÜ sevindirib. Mən hər dəfə onunla həmsöhbət olarkən Saldaşın simasında uşaqlıq dövrünü özünü tanıyan bir gənc kimi, gənclik dövrünü yetkin kamillik kimi, kamillik dövrünü müdrik aqil kimi yaşayan bir insanı güzgü şəffaflığında görünən tək görüb tanımışam. Daha ətraflı »