ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişmişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirilmişdir.Minsk qrupu həmsədr ölklərinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Prezident İlham Əliyev: “Hərbi variant yoxdur” deyənlər sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər.Hazırda Rusiya sülhməramlıları Dağlıq Qarabağda öz fəaliyyətinə başlayıblar. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Vəziyyət müəyyən dərəcədə sabitdir. Sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Daha ətraflı »
-
18DekDigər DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ARTIQ TARİXƏ QOVUŞUB üçün şərhlər bağlıdır
-
18DekDigər YAŞASIN AZƏRBAYCANIN ŞANLI ORDUSU üçün şərhlər bağlıdır
Zəfər paradı Ordumuzun qüdrətini, Azərbaycan-Türkiyə qardaşlığını dünyaya nümayiş etdirdi.
Bakıda, Azadlıq meydanında keçirilən Zəfər paradı Ordumuzun qüdrətini, Azərbaycan-Türkiyə qardaşlığını, Ermənistanın rəzilliyini bütün dünyaya nümayiş etdirdi. Xüsusilə də nəzərə alsaq ki, Bakıda keçirilən möhtəşəm Zəfər paradı Yerevanda 44 günlük müharibədə məhv edilmiş erməni hərbçilərinin ailələrinin etiraz aksiyaları fonunda keçirilirdi, bu faktor da Ermənistanın bundan sonrakı məğlub, rəzil damğası ilə yaşayacağına siyasi işarə oldu. Bu səbəbdən də Zəfər paradı nə qədər azərbaycanlılar üçün qürur, şərəf, ləyaqət simvoludursa, bir o qədər də ermənilər üçün məğlubiyyət, rəzillik amili olaraq yaddaşlarda qalacaq.
“Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyidir” Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi Azərbaycan güclü orduya, təkmilləşmiş Daha ətraflı » -
18DekMilli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır
MİLLİ KİMLİK
Günümüzdə Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətli inteqrasiya yolunu tutan bir ölkədir. Düzdür, müstəqillik qazandıqdan sonra da dövlətimiz və cəmiyyətimizdə qloballaşma tendensiyası müşahidə etmək olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə təsiri cəmiyyətə daha çox yad dəyərləri qəbul etdirmək cəhdi kimi qiymətləndirilir. Heç şübhəsiz ki, müasir dün-yada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Müsbət hal isə ondan ibarətdir ki, artıq cəmiyyətin özündə ona qarşı əks reaksiya başlayıb. Bütün halda millət, xalq ola-raq qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq.
Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil Daha ətraflı » -
18DekMilli-mənəvi dəyərlər DƏYƏRLƏRİMİZ VƏ MÜASİRLİK üçün şərhlər bağlıdır
Bir millət üçün ən böyük, ən qiymətli dəyərlər nələrdir? – Təbii ki, dini və dili, tarixindən miras qalmış mədəni-mənəvi irsi və sairə.
Bir milləti digərlərindən fərqləndirən də əslində elə milli-mənəvi dəyərləridir. Ulu öndər Heydər Əliyev çıxışlarının birində deyirdi: “Dünyada yaşayan azərbaycanlılar öz ana dilini, dinini, milli ənənələrini heç zaman unutmamalıdırlar. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətəni vardır”. O həmçinin deyirdi: “Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıb. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”. Daha ətraflı » -
18DekMilli-mənəvi dəyərlər TOYLARIMIZDA MİLLİLİK OLMALIDIR üçün şərhlər bağlıdır
Azərbaycanda toy adətləri – Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır.
Toy adətlərinə zəmanənin təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının keçirilməsi də bu qəbildən-dir. Daha ətraflı » -
18DekMilli-mənəvi dəyərlər DƏBDƏBƏLİ EHSAN SÜFRƏSİ DİNİMİZƏ ZİDDİR üçün şərhlər bağlıdır
Koronavirus pandemi-yasından əvvəl Azərbaycanda yas mərasimlərində israfçılıq hallarının qarşısının alınması haqda tövsiyələr ətrafında ajiotaj sanki azalmağa başlayırdı. Lakin cəmiyyəti bu məsələdə maarifləndirmək zərurəti nəinki qüvvədən düşmədi, hətta daha aktual forma aldı.
Ailənin yaxın üzvünün son mənzilə yola salınması – mərhuma təkcə hörmət əlaməti deyil, eyni zamanda hansısa sosial aktdır. Amma zamanla bu ritualın mahiyyəti və ilkin səbəbləri sanki unudulur, bizim yaddaşımızdan silinir. Bu fonda bizim üçün çay, plov, halva ilə və nə gizlədək, bir-birini çoxdandır görməyən qohumlar və tanış-ların söhbətləri ilə ənənəvi olan yas mərasimləri təmtəraqlı, dəsgahlı yığıncağa çevrilir. Daha ətraflı » -
18DekƏdəbiyyat GƏRAYLILAR üçün şərhlər bağlıdır
ƏLİ QURBANOV
Qurbanov Əli Əkbər oğlu 1964-cü ildə Kəlbəcər rayonunun Babaşlar kəndində anadan olub.
1981-ci ildə orta təhsilini başa vurub. 1981-1986-cı illərdə Xalq Təsərrüfatı İnstitutunda ali təhsilə yiyələnib.
31 ildir ki, Tərtər rayonunun Bəyimsarov kəndinin icra nümayəndəliyində çalışır. Ailəlidir, 2 övladı var.DAĞLAR
Ömur kecdi bir an kimi, Necə doldum yaşa, dağlar?
Yazdan, yaydan kam almadım,
Nə tez çatdım qışa, dağlar?
Əli, yar bildin qibləni, Məni yıxdı hicran qəmi.
Olmadın könül həmdəmi,
Mən gedirəm, yaşa, dağlar!
Qəlbim sevinclə dolmamış,
Sevgidən ilham almamış,
Yar qəlbinə yol salmamış
Bəla gəldi başa, dağlar.
-
18DekƏdəbiyyat SƏN SEVSƏN DƏ üçün şərhlər bağlıdır
Dünya içrə bir dünyam var, Mən görürəm, kimsə görmür.
Yarı abad, yarı tar-mar,
Hey sokurlər, kimsə hörmür.
Saxta sevgi, saxta ilqar, Tükənib inam-etibar.
Yar yerinə sevilir var,
Varlıda eyib görünmür.
Əcəl ovçu, insan bir ov,
Tutacaqdı, ha qaç, ha qov.
Qurar tələ, atar tilov,
Vaxt, fürsəti əldən vermir.
Cəfa çəkdin çox nadana,
Nə anladı, nə də qana.?!
Əkbəroğlu, bu zamana
Sən sevsən də, səni sevmir.
-
18DekƏdəbiyyat DƏRDİ VAR üçün şərhlər bağlıdır
Sən düşünmə dərdsiz insan, Hər bir kəsin öz dərdi var.
Çoxdu dərdi dərd qananın,
Qanmazın qanmaz dərdi var.
Kiminin var bala dərdi, Kimə verib bəla dərdi.
Çəkən verir yola dərdi,
Çəkməyənin saz dərdi var.
Dərd var, sinələr dağlayır,
Dərd var, görənlər ağlayır.
Kiminsə dərdi çağlayır,
Kimi anlamaz, dərdi var.
Əli, dərdi de qanana,
Açma dərdin hər nadana.
Ocaq demə hər yanana,
Ocağın da köz dərdi var.
İnsan var ki, nəfdi dərdi,
İnsan var ki, kefdi dərdi.
Kiminin sevməkdi dərdi,
Sevənin də naz dərdi var.
-
18DekƏdəbiyyat BELƏ YARANIB BU CAHAN üçün şərhlər bağlıdır
.Dünyadan doymam deyəni Dünya elə doyurur ki!…
Heç vaxt ayrılmam deyəni,
Bircə anda ayırır ki!…
Belə yaranıb bu cahan, Az olar dərdinə yanan.
Sənsiz ölləm – deyən canan,
Sənsiz elə ovunur ki!…
Sərvətinə çalışanı,
Kəsakəslə danışanı,
Güntək yanıb-alışanı,
Məzar elə soyudur ki!…
Qurbanlının budu sözü,
Hər kəsə xoş gələr özü.
Dünyadan doymayan gözü,
Torpaq elə doyurur ki!.
Yeni ismarıclar