Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Yan
    Digər AZƏRBAYCANIN ZƏNGİN VƏ TƏKRAROLUNMAZ MƏDƏNİYYƏTİ BİZİM QÜRUR MƏNBƏYİMİZDİR üçün şərhlər bağlıdır

    Özünəməxsusluğun və milli dəyərlərin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub.
    Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.
    Azərbaycan muğamı xalqın milli sərvətidir. Mövcud istiqamətdə UNESCO ilə əməkdaşlıq qarşılıqlı maraqlar əsasında davam etdirməlidir.
    Mədəniyyət sahəsində strateji fəaliyyət istiqamətləri bunlardır: mə-dəni irsin qorunması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin milli ruhda tərbiyə olunması, istedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması zamanı obyektivliyin gözlənməsi, tarixi abi-dələrin qorunması, yararsız vəziyyətdə olan mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişinin aparı-lıb yenidən siyahıya alınması, azad edilmiş Daha ətraflı »

  • 08Yan
    Digər AZƏRBAYCANDA BENZİNİN QİYMƏTİ ƏKSƏR ÖLKƏLƏRDƏKİNDƏN AŞAĞIDIR üçün şərhlər bağlıdır

    Pandemiya səbəbindən 2020-ci ilin əvvəlindən dünya bazarlarında neftin qiymətlərində azalma müşahidə olunsa da, ilin sonuna yaxın COVİD-19-a qarşı vaksinin tapılması və əksər ölkələrdə məhdudiyyətlərin nisbətən yumşaldılması enerji qiymətlərində artıma gətirib çıxarıb. Bu, benzin, dizel yanacağın və digər neft məhsullarının qiymətinə də təsir edir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 dollar (1,77 manat) təşkil edib ki, bu da il ərzində 14% artım deməkdir: Daha ətraflı »

  • 08Yan
    Xəbərlər RAYON XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır

                           İCRA BAŞCISI ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ GÖRÜŞDÜ

    44 günlük Vətən müharibəsində Tərtər rayonuna 16277 mərmi, 21 raket düşüb. Rayon 40 hərbi, 17 mülki şəhid verib. 200-ə yaxın həmyerlimiz qazi olub, 3 nəfər isə itkin düşüb.
    Tərtərə düşən mərmilər nəticəsində minlərlə fərdi yaşayış evləri dağılıb, ictimai binalara, sosial obyektlərə ziyan dəyib. Bunlara baxmayaraq, tərtərlilər böyük vətənpərvərlik və təəssüb göstərərək öz yurd-yuvalarından ayrılmamışlar
    Yeni il ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov rayon polis şöbəsinin rəisi Elçin Qasımov ilə birlikdə 128 şəhid və qazi ailəsində olub, onların qayğıları ilə maraqlanıb, problemlərinin yerində həll olunmasına köməklik göstərib, şəhid və qazi ailələrinə bayram sovqatları veriblər.

  • 08Yan
    Xəbərlər DEZİNFEKSİYA TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında və küçələrdə dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir. Bu tədbirlərin tərkib hissəsinin əsasını epidemiyaya qarşı mubarizə təşkil edir. Rayonda vaxtaşırı olaraq vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, bu təhlukəli xəstəliyin fəsadları izah olunur, onun qarşısının alınması üçün göruləsi vacib profilaktik tədbirlər, gigiyenik qaydalar haqqında məlumatlar verilir. Vaxtaşırı reydlər keçirilir, əhalinin qoruyucu vasitələrdən istifadə etmələri, ara məsafəsi saxlamaları və tez-tez dezinfeksiyaedici maddələrdən istifadə etmələri ön plana çəkilir

  • 08Yan
    Digər VƏTƏN MÜHARİBƏSİNDƏ TƏRTƏRİN HƏRBİ ŞƏHİDLƏRİ üçün şərhlər bağlıdır

                                                             Bayraqları bayraq yapan üstündəki qandır,
                                                             Toprak, əgər uğrunda ölən varsa, Vətəndir

           

         

         

         

         

         

         

         

         

         

     

  • 08Yan
    Sosial ƏLİLLİK, ŞƏHİD STATUSLARI VƏ ƏMƏK PENSİYALARI HAQQINDA üçün şərhlər bağlıdır

    Müharibə ilə əlaqədar əlillik təyinatı aparılanlar:
    1.ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar (ARƏBM)
    2.hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (HXVYY)
    Müharibə ilə əlaqədar əlillik təyinatı üçün tələb olunan sənəd:
    Xəstəlik haqqında Şəhadətnamə- hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirilir və xəstəliyin, yaralanmanın və zədənin yuxarıdakı səbəblərdən biri ilə əlaqəsini təsbit edir.
    Göndəriş (forma 88) – öncəki sənəd əsasında müharibə səbəbilə göndəriş rəsmiləşdirilir (elektron) və şəxsin orqanizminin sağlamlıq vəziyyəti, müalicələr, müayinələr və digər tibbi məlumatlar qeyd edilir.
    Müraciət edilən dövlət qurumu:
    Xəstəlik haqqında Şəhadətnamə üçün- Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası və ya digər hərbi həkim komissiyaları (xidmət keçdiyi orqandan asılı olaraq).
    Göndəriş (forma 88) üçün – şəxsin qeydiyyatda olduğu və yaxud xidmət keçdiyi qurumun tibb müəssisəsi tərəfindən rəsmiləşdirilir. Daha ətraflı »

  • 08Yan
    Səhiyyə İnsan həyatının gözəlliyi onun sağlamlığıdır üçün şərhlər bağlıdır

                                                                                    QIŞ FƏSLİNİN XƏSTƏLİKLƏRİ

    Havaların kəskin soyuması özü ilə bərabər bəzi mövsümi xəstəlikləri də gətirir. Bu zaman xroniki xəstəliklər daha da kəskinləşməyə başlayır. Soyuq hava şəraiti angina, bronxial-astma və digər xəstəliklərin yayılmasına münbit şərait yaradır. Bəzən bir çoxumuz yaranan xəstəliklərə etinasız yanaşırıq. Amma unutmayaq ki, bu xəstəliklər insanların normal əmək fəaliyyətinə mane olan əsas amillər sırasında birinci yerdə dayanır.
    Payızın son günlərində havaların soyuması immuniteti zəif olan orqanizmlər üçün daha təhlükəli hesab edilir. Ümumiyyətlə, fəsi l dəyişkənliyinə hər orqanizm fərqli reaksiya verir.
    Əgər insan tam sağlamdırsa, bunun ona hər hansı təsiri olmur. Amma sağlamlığında problem yaşanan, immun sistemi zəif olanlar tez bir zamanda bu dəyişkənliyə reaksiya verirlər. Bəs soyuq qış aylarında xəstəliklərdən necə qorunmaq olar? Daha ətraflı »

  • 08Yan
    Səhiyyə COVİD-19-un İNSAN HƏYATINA TƏSİRİ üçün şərhlər bağlıdır

    Payız-qış mövsümü COVID-19 pandemiyası dövründə bir qədər problem yarada bilər.
    Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır. Buna baxmayaraq, qarşıda bizi soyuq fəsil gözləyir. Payız-qış mövsümü gəlir. Bu mövsümdə respirator, tənəffüs yolu ilə yoluxan xəstəliklər, hava-damcı xəstəlikləri çoxalır. Ona görə də payız-qış mövsümü COVID-19 pandemiyası dövründə bir qədər problem yarada bilər. Belə ki, COVID-19 xəstəliyinə hər hansı bir respirator xəstəliyin qoşulması gözlənilə bilər. Bu, ilk növbədə qrip xəstəliyidir. Bu səbəbdən hazırda qrip əleyhinə vaksinasiya daha çox aktuallaşır.
    Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib. Daha ətraflı »

  • 08Yan
    Səhiyyə KORONAVİRUS, YOXSA MÖVSÜMİ XƏSTƏLİK? üçün şərhlər bağlıdır

    Artıq payız fəslinin bitməsinə sayılı günlər qalıb. Addım-addım qış fəslinə doğru irəliləyirik. Bu mövsümün xarakterik xüsusiyyətlərindən biri də orqanizmdə müəyyən dəyişikliklərin baş verməsidir. Mütəxəssislər də təsdiqləyirlər ki, payız-qış mövsümündə kəskin respirator infeksiyalar və qrip müşahidə olunur. Ən yüksək risk qrupuna 1 yaşdan 65 yaşa qədər olan insanlar daxildir. Xüsusilə də fəsil dəyişikliyi xroniki xəstəliyi olanlara daha çox təsir edir. Bu zaman orqanizm istənilən virusa qarşı zəifləyir və bir sıra əlamətlərlə özünü göstərir. Mütəxəssislər deyirlər ki, dünyanı cənginə alan COVID-19-la mübarizə apardığımız vaxtda mövsümi xəstəliklərin də bir tərəfdən baş qaldırması insanları çətin durumla üz-üzə qoyur. Maraqlıdır, xəstələnərkən korornovirusa, yoxsa mövsümi xəstəliyə yoluxduğunu necə müəyyən etmək olar?
    Mütəxəssislər bildirirlər ki, koronavirusla müqayisədə bəzi mövsümi xəstəliklərə qalib gəlmək bir o qədər çətin deyil. Bunun üçün peyvəndlərin vurulması vacib hesab olunur. İmmun sisteminin zəifləməsi və bədən temperaturunun normada qalması üçün həkimlər təbii qidalanmaya da üstünlük verməyi məsləhət görürlər. Bildirilir ki, mövsümi meyvələrdən istifadəyə və su balansına xüsusi diqqət yetirilməlidir.

  • 28Dek
    Tərtər RİH-də 2021-ci İLDƏ TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISI APARATINDA VƏTƏNDAŞLARIN QƏBULU HAQQINDA CƏDVƏL üçün şərhlər bağlıdır

     

    S/s Soyadı,adı,        atasının adı              Vəzifəsi     Həftənin günləri               Saat
     

    1

     

    2

     

    3

     

    4

     

    5

    1

     

     

    MəmmədovMüstəqim

    Səyyad   oğlu

     Rayon icra      hakimiyyətinin başçısı       II gün       15:00-dan başlayaraq
     

    2

     

     

    Şabanov Ramiz

    İsmayıl oğlu

    Başcının birinci

    müavini

             I gün        15:00-dan başlayaraq
    3

     

    Cavadov Abbas

    Yusif oğlu

     

    RİHB-nın müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri          III gün       15:00-dan başlayaraq
    4

     

     

     

    ƏliyevFizuli

    Bayram oğlu

    RİHB aparatının ərazi idarəetmə və özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri          IV gün     15:00-dan başlayaraq
    5 Umudov Elvin

    Natiq oğlu

    RİHB aparatının İcti-maisiyasi və humanitar məsələlər şöbəsi  müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı          V gün      15:00-dan         başlayaraq

     

    Qeyd: -Aparatın digər şöbə müdirləri lazım olarsa vətəndaşları həftə ərzində (iş günləri) qəbul edirlər.

    -Milli Qəhrəmanlar və onların ailə üzvləri, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və digər imtiyazlı vətəndaşlar rayon icra hakimiyyətində növbədənkənar qəbul edilirlər.

    -Qəbul günləri bayram günlərinə düşdükdə, növbəti iş gününə keçirilir.

    -Vətəndaşların qəbulu ilə bağlı əlaqə telefonları: 022-236-40-06;
    022-236-17-75
                                                                                                                Tərtər RİHB aparatının Sənədlərlə və
                                                                                                                vətəndaşların müraciətləri ilə iş şöbəsi