Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev
    Milli-mənəvi dəyərlər NƏ ÜÇÜN “18+” üçün şərhlər bağlıdır

    Bu yaxınlarda televiziyada bir veriliş gedirdi. Verilişin aparıcısı çıxış edən ziyalıdan nə üçün bəzi fikirlərini “18+” yazıb paylaşdığını soruşdu. Çavab hər kəsi düşündürməlidi: “18+”a yazmasam, heç kəs oxumur”.
    Çox utancverici haldır. Yəni hardasa bizim dünyagörüşümüzdə, tərbiyəmizdə bir əngəl var. Ən dəyərli, gözəl, ziyalı sözü olan yazının da, “18+”da verilən yazıların da oxucu sayına baxsaq, bunu aydın görərik.
    “Dunya beş günlükdür”– deyib yüngül həyat tərzi keçirənlərinmi sayı artıb, efirə çıxıb mədəniyyəti olmayan mədəniyyətdən, 2-3 dəfə ailə quran ailə nümunəsindən, tərbiyəsiz olan tərbiyədən danışanlarmı bizi bu günə qoyub?!
    Bəlkə, doğrudan da, böyükləri düşündürən, samballı fikirləri, yazıları paylaşaq “18+”– da? Görən bu yolda tərbiyəsində səhvə yol verdiyimiz övladlarımızı düzgün yola qaytara bilərik?!
                                                                                                              Svetlana ƏZİZOVA

  • 10Fev
    Digər Replika üçün şərhlər bağlıdır

                                                                             SUSUZ QALAN REDAKSİYA

    3 ildir ki, “Yeni Tərtər” qəzetinin redaksiyası susuz qalıb. Səbəbi də odur ki, yeni su xətləri çəkiləndə yeni sayğac almalıydıq və yeni layihə çəkdirib “Azərsu”da təsdiq elətdirməliydik. Bunları eləməyə maddi vəsaitimiz çatışmırdı. Həm də redaksiyanın su kranı ilə ana su kəmərinin arası cəmi 2 metr ola, ya olmaya və əsası sayğaca qədər su xətti çəkilmişdi. O vaxtki Su-Kanal idarəsinin rəisi Elnur Abbasov “iki ayağını bir başmağa dirədi” ki, yox, ya sayğacın pulunu verib, texniki şərt alın, ya da ol-maz! Bu məsələ rayon rəhbərliyindən tutmuş “Azər-su”ya qədər gedib çıxdı, lakin redaksiyaya su verilməsi mümkün olmadı…
    İndi 3 ildir ki, rayon qəzetinin əməkdaşları qonşulardan su “dilənir”. Bəzən 5 manat verib, 2-3 vedrə su alırıq. Amma yenə də maddi imkanımız yol vermir ki, 600-700 manat ödəyək, hazır su xəttinin kranını açıb, istifadə edək.
    Eybi yox, daha su dilənçiliyinə vərdiş eləmişik. “Yoxdan Allah da bezardır”.
                                                                                                                                                          “Yeni Tərtər”

  • 10Fev
    Ədəbiyyat ZƏFƏR NƏĞMƏSİ üçün şərhlər bağlıdır
    Otuz illik həsrətə

    Axır ki, son qoyuldu.

    Yağı düşmən it kimi

    Torpağımdan qovuldu.

     

    İndi nə köçkünüm var,

    Nə həsrət yerlərim var.

    Onların əvəzində

    İgid əsgərlərim var.

     

    Ordumuz yumruğuyla

    Əzdi düşmən başını.

    Qələbəylə qurtardı

    Qarabağ savaşını.

    Şuşada dalğalanan

    Bayraq qələbə andım.

    Görüm səni yüz yaşa

    Ali Baş Komandanım.

                                      Mirzə Məmmədov

    Yazdı qızıl həriflə

    Tarixlərə adını.

    Qarabağda qaldırdı

    Üçrəngli bayrağını.

     

     

     

  • 06Fev
    Digər AZƏRBAYCAN İQTİSADİYYATDA DAYANIQLI İNKİŞAF MODELİ KİMİ ÖZÜNÜ GÖSTƏRƏN ÖLKƏDİR üçün şərhlər bağlıdır

    Sosial- iqtisadi predmetlər hər bir ölkənin dayaq nöqtələrindən biridir. Cəmiyyətin rifah səviyyəsini yüksəltmək üçün daimi nəzarətdə və hər zaman proqresdə olmalı olan məsələdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması bu yöndə atılan qəti və mükəmməl addımdır. Adı çəkilən proqram cəmiyyətdə xaos yarada biləcək risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin müəyyən edilmiş istiqamətlər üzrə əsas prioritetlərin müəyyən olunmasına xidmət edən strateji idarəetmə metodlarını, eyni zamanda ölkəmizin gələcək inkişaf mühitini də müəyyən edir. Azərbaycan Sosial-iqtisadi və mədəni həyatında uzun təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır. Buna səbəb bu günə qədər sosial-iqtisadi, mədəni, mənəvi inkişafın zəruri predmetlərinin daimi təmin olunmasıdır. Yeni təsdiqlənmiş proqram isə bu yolda böyük dəstək qüvvəsidir.
    Nəzərə alaq ki, Azərbaycan Ordusunun parlaq Qələbəsi Daha ətraflı »

  • 04Fev
    Digər AZƏRBAYCAN VƏTƏNDAŞININ SAĞLAMLIĞI DÖVLƏTİN DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır

    Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış olublar.

    Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə tikilən 150 çarpayılıq tibb müəssisəsi ən zəruri avadanlıqla təchiz olunub. Burada dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılıb. Daha ətraflı »

  • 04Fev
    Digər PREZİDENT İLHAM ƏLİYEV: 17 İL ƏVVƏL SƏHİYYƏ SİSTEMİNİN MADDİ -TEXNİKİ BAZASININ YARADILMASI, MÜASİRLƏŞDİRİLMƏSİ BAŞLICA VƏZİFƏ İDİ üçün şərhlər bağlıdır

    Cənab Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı Azərbaycan Respublikasının bütün sahələrdəki inkişafından bəhs edən cənab Prezident İlham Əliyev səhiyyənin inkişafına nəzər salaraq qeyd edib ki, son 20 ilə yaxın müddətdə Azərbaycanın bütün bölgələrində 750-dən çox xəstəxana tikilib, əsaslı təmir edilib. Yeni müəssisələrin tərtibatı isə müasir standartlara yüksək səviyyədə cavab verir. İllər əvvəl səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə olaraq qarşımıza qoyuldu və bu gün məqsədlərimizə çatmışıq deyə vurgulayan Prezident növbəti hədəf kimi daha təkmil və müasir tibbi xidmətin həyata keçirilməsi üçün işlər həyata keçirildiyini nəzərə çatdırıb. Müsahibə zamanı Prezident qeyd etdi ki, hakimiyyətə gələn zaman prioritet məsələ neft kapitalını insan kapitalına çevirib ölkəni neft iqtisadiyyatına əsaslanan strukturdan azad etmək idi. Bunu böyük faizlə bacaran nadir ölkələr sırasında Azərbaycanın adını çəkmək olar. Daha ətraflı »

  • 28Yan
    Sosial ƏLİLLƏRƏ EVLƏR VERİLDİ üçün şərhlər bağlıdır

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Tərtər rayonunun Seydimli kəndində yeni tikilmiş fərdi yaşayış evləri 1-ci Qarabağ Müharibəsinin əlilləri, vəfat etmiş İmanov Zahid Cavad oğlunun həyat yoldaşı Seydimli kənd sakini İmanova Zənifə Məyiş qızına, Tərtər şəhər sakinləri Axundov Xanlar Nazim oğluna, Quluyev Mətləb Valeh oğluna təqdim edilmişdir.
    Evlərin təqdim edilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi düşdü. 30 ilə yaxın erməni vandalları tərəfindən işğal olunmuş torpaqlarımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edildi. Təqvimə ölkə rəhbərinin Sərəncamı ilə daha bir bayram-Zəfər günü əlavə edildi. Daha ətraflı »

  • 28Yan
    Xəbərlər ŞƏHİDLƏRİN XATİRƏSİ EHTİRAMLA ANILDI üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib və önünə gül dəstələri qoyub.
    Sonra Vətən müharibəsində canlarını qurban verərək şəhid olmuş qəhrəman oğulların məzarlarını ziyarət edib.
    Rayon rəhbəri şəhid valideynləri ilə görüşərək bildirib ki, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Ermənilərin atdığı mərmilərdən, raketlərdən evlərimiz dağıldı, hərbi və mülki şəhidlərimiz oldu, ancaq hamı bir nəfər kimi Vətənin müsəlləh əsgərinə çevrildi. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşatdı. Bu qələbənin qazanılmasında itkilərimiz də oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhid analarının hər birinin qarşısında baş əyirik!
    Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.

  • 28Yan
    Xəbərlər ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Millət vəkili Sahib Alıyev Tərtər Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi Elvin Umudovla birgə ikinci Qarabağ müharibəsində şəhid olmuş bütün tərtərlilərin ailələrini ziyarət edərək, problem və qayğıları ilə maraqlanıb. Bir sıra istəklər yerindəcə həllini tapıb, digər məsələlərlə bağlı isə uyğun qurumlara müraciətlər hazırlanır, çox qısa zamanda hamısı göndəriləcək.
    Sahib Alıyev deyib:
    –Qəhrəman Tərtər bu savaşda da ən çox şəhid verən rayonlarımızdandır. Əlli yeddi şəhidimiz var, hamısının ruhu qarşısında baş əyirəm!
    Şəhidlərimizin bir çoxunun valideynlərini dinləyərkən əmin olursan ki, övladlarının qəhrəman kimi yetişmələrində genləri və aldıqları tərbiyə az rol oy-namayıb. Elə bir şəhid ailəsi olmadı ki, orada dövlətimizdən, Ali Baş Komandanımız cənab İlham Əliyevdən və Birinci vitse-Prezidentimiz Mehriban xanım Əliyevadan razılıq edilməsin, qazanılan zəfərə, göstərdikləri qayğıya görə minnətdarlıq bildirilməsin.

  • 28Yan
    Xəbərlər SUQOVUŞANDA SU ELEKTRİK STANSİYALARINDA TƏMİR İŞLƏRİ üçün şərhlər bağlıdır

    “Azərenerji” ASC işğaldan azad edilən Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb.
    Erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan kiçik su elektrik stansiyalarının yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Eyni zamanda, döyüşlər zamanı stansiyalara ciddi ziyan dəyib. Ona görə də hazırda “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının maşın zalları, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları təmir edilir və ya yenisi ilə əvəzlənir.
    Aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılıb. İşlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək, daha sonra isə enerjipaylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.