Etibarla söhbət etdikcə Zəngəzur mahalının keçmişi və bu günü, erməni işğalının əvvəlki və sonrakı dövrü, o yerlərin əsrarəngiz gözəllikləri, buz bulaqları, şırıltı ilə axan nəğməli çayları, nadir meşələri, laləli düzləri, qarlı zirvələri və bir də zəhmətkeş insanları gəlib gözlərimin önündən keçir. Vaxtı ilə mən də o mahalın çox yerini gəzmişəm. Kim saflıq və hallalığın, hörmət və səmimiyyətin, kişilik və igidliyin nə olduğunu bilmək istəyirsə, o mahalın insanları ilə tanış olsun…
Etibar Pirməmmədov danışır… atası Cümşüd kişidən, onun şahid olduğu erməni vəhşiliklərindən, o vaxtı azərbaycanlıların başlarına gətirilən müsibətlərdən, dəhşətli faciələrdən danışır, zülmün və zülümkarlığın Ərşə dirənməsindən, axıdılan qanlardan, verilən əzab və işgəncələrdən, bir sözlə, azərbaycanlılara qarşı törədilən erməni barbarlığından, erməni rəzalətindən söhbət açır. Daha ətraflı »
-
31MayDigər QARAKİLSƏ KƏNDİNDƏ ERMƏNİ VƏHŞİLİYİ üçün şərhlər bağlıdır
-
31MayDigər ZƏNGƏZURU NECƏ İTİRDİK? üçün şərhlər bağlıdır
“101 il əvvəl 1920-ci il noyabrın 30-da Azərbaycan xalqının iradəsi, rəyi nəzərə alınmadan Zəngəzur qəzasının yuxarı hissəsi Azərbaycandan qoparılaraq rəsmən Sovet Ermənistanına verildi.
Tariximizin qara səhifəsi olan bu bədnam hadisə Azərbaycan K(b)P MK Siyasi və Təşkilat bürolarının həmin gün keçirilən birgə iclasının qəbul etdiyi qərarla həll olundu. Qərarın “q” bəndində deyilirdi ki, Zəngəzur…Sovet Ermənistanının tərkibinə keçir. İlk mərhələdə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində saxlandı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Zəngəzur ən qədim dövrlərdən həmin tari-xədək hər zaman Azərbaycan torpağı olub. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında göstərilib ki, Zəngəzur türklərin qədim yurd yeridir. Zəngəzurdakı türk mənşəli toponimik adların böyük çoxluğu da bu fikri təsdiqləyir.
XVIII əsrdə Zəngəzur mahalı Qarabağ xanlığının, çar Rusiyası dövründə isə Gəncə (Yelizavet-pol) quberniyasının tərkibinə daxil olub. XX əsrin əvvəllərində Zəngəzur mahalında 240 azərbaycanlı (türk) kəndi vardı. Hətta indiki Türkiyə və İran ərazilərindən çox sayda erməni əhalisinin köçürülməsindən sonra belə, burada beş dəfə az erməni kəndi var idi. Mahal 7 bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın. 1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində ayrıca inzibati bölgə – qəza olub.
Birinci Dünya savaşında Rusiya və Osmanlıda baş verən hadisələrdən məharətlə istifadə edən Ermənistanın daşnak və bolşevik hökumətləri Zəngəzuru tam anneksiya etmək üçün hərbi-siyasi mübarizəni eyni israrla davam etdirdi. Bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Daha ətraflı » -
31MayMilli-mənəvi dəyərlər İSLAM üçün şərhlər bağlıdır
İFTİRA YAĞDIRANIN VƏ BÖHTAN ATANIN YERİ CƏHƏNNƏMDİR
Böhtan və töhmət başqasının razı olmadığı şey haqqında yalan deməkdir. Başqa sözlə desək, başqasına yalanı nisbət verməkdir. Yəni, həmin şəxs bu günahı işlətməmişdir, ancaq yalan danışaraq, onu bu günahla ittiham edirsən. Ya onda olmayan hansısa bir eybi ona nisbət verirsən. İstər onun yanında olsun, istərsə də qaib olan zaman fərqi yoxdur, hər iki halda yalandır.
Böhtan və iftira – hər ikisi böyük günahlardandır O, kəskin şəkildə qadağan edilmişdir. Onun üçün ağır əzab müəyən edilmişdir. Böhtan – yalanın ən pis formasıdır. Əgər şəxs qaibdirsə, onda qeybət hökmündə də gedir. İnsan əslində iki günaha düçar olur: biri yalan və o birisi isə qeybət. Mömin qardaşına ən böyük zülm odur ki, onu işlətmədiyi günahda ittiham edəsən. Böhtan və iftiranın nəticəsində ictimai sistem gec və ya tez dağılacaqdır. İctimai ədalət aradan gedəcəkdir. Daha ətraflı » -
31MayƏdəbiyyat AŞIQ ƏLƏSGƏR-200 üçün şərhlər bağlıdır
AŞIQ ŞEİRİNİN ZİRVƏSİ
Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlarından biri olan Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kişinin ailəsi böyük olduğu üçün qayğıları da çox idi, artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmirdi. Buna görə də böyük övladı olan Ələsgəri Kərbəlayı Qurbana nökər verir. Təbiətcə mülayim, insanpərvər bir şəxs olan Kərbəlayı Qurbanın Səhnəbanı adında bir qızı var idi. Ələsgərlə Səhnəbanı bir-birini sevmiş, səmimi münasibətləri yaranmışdır. Ancaq Kərbəlayı Qurbanın qardaşı olan Məhərrəm Səhnəbanını öz oğluna almaq istəyirdi. Buna görə gənclərin bir-birinə olan məhəbbətindən xəbər tutan kimi Ələsgəri Kərbəlayı Qurbanın həyətindən qovdurur, Səhnəbanını isə öz oğluna alır. İlk məhəbbəti daşa dəyəndən sonra uzun müddət Səhnəbanını unuda bilməyən Ələsgər 40 yaşına qədər subay qalmışdır. Sonra Anaxanım adlı bir qızla evlənmişdir. O, gözəl ailə başçısı olmuş, həmişə uşaqlarının maddiiqtisadi qayğılarını çəkmişdir. Aşıq Ələsgər bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara böyük təsir göstərmişdir. O, aşıq yaradıcılığının demək olar ki, bütün sahələrinə müraciət etmişdir. Onun zəngin bədii irsinə dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri daxildir. Daha ətraflı »
-
31MayDigər 28 MAY RESPUBLİKA GÜNÜ üçün şərhlər bağlıdır
Xalqımızın şanlı tarixinə daxil olan 28 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günüdür. Bu gün bu tarixdən 103 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Bu tarixi xalqımızın milli oyanış və dirçəliş günü kimi də adlandırmaq olar.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Daha ətraflı » -
31MayDigər 31 MAY DÜNYA TÜTÜNSÜZ GÜNÜDÜR üçün şərhlər bağlıdır
Mayın 31-i Dünya Tütünsüz Günüdür. Bu gün 1988-ci ildə Dünya Səhiyyə Təşkilatının (DST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə təsis olunub. DST və tərəfdaşları hər il bu günü qeyd edir, tü-tündən istifadənin sağlamlıq üçün yaratdığı təhlükələrə diqqət yönəldir və dövlətləri tütün istehlakının miqyasının azaldılması üzrə ef-fektiv siyasət aparmağa çağırır.
DST-nin məlumatına görə dünyada hər il təxminən 8 milyon insan “tütün epidemiyası” səbəbindən vəfat edir. Onlardan 800 mindən çoxu passiv siqaret istifadəçiləridir. Diqqətçəkən məqam ondan ibarətdir ki, siqaret çəkən insanların yarısı 70 yaşına çatmadan vəfat edir.
Azərbaycanda tütün istifadəçilərinin sayı təxminən 1,3 milyona bərabərdir. Daha ətraflı » -
29MayDigər AZƏRBAYCAN REGİONDA YENİ REALLIQ YARADARAQ DÜNYANIN SİYASİ XƏRİTƏSİNDƏ ÖZ STATUS VƏ ROLUNU ARTIRMIŞDIR üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 May – Respublika Günü ilə bağlı ünvanladığı təbrik məktubunda bir sıra məqamlara xüsusi ilə diqqət yetirmişdir. Bildirmişdir ki, regionun lideri və beynəlxalq təşəbbüslərin müəllifi olan Azərbaycan əldə etdiyi uğurlar və qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi xəritəsində öz statusunun yüksəlməsinə müvəffəq olub. Ümumilikdə 60-dan artıq ölkə rəhbəri tərəfindən yazılmış təbrik məktubları Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və genişlənən əməkdaşlığının göstəricisidir.
İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycanın əməkdaşlıq etdiyi prioritet ölkələr sırasına daxil olmaq üçün yalnız ABŞ və Rusiyanın deyil, həm də Çin və ABŞ-ın rəqabət aparması dövlətimizin artan nüfuzundan və regiondakı rolundan xəbər verir.
Respublika Günü münasibətilə ABŞ Prezidenti Azərbaycan Prezidentini təbrik etmişdir. Bundan əvvəl ABŞ Prezidenti Azərbaycan Prezidentini Novruz bayramı Daha ətraflı »
-
26MayDigər İQTİSADİ LAYİHƏLƏR REGİONAL ƏMƏKDAŞLIĞI QAÇILMAZ EDİR üçün şərhlər bağlıdır
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilib. Tədbirdə aktivliyi ilə diqqət çəkən Azərbaycan Prezidenti çıxışında yüksək məntiq və intellektini ortaya qoyaraq dünyaya mühüm mesajlar verib. Prezidentin müsahibələrində və mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığı, onları peşəkar formada cavablandırmaq bacarığı, yüksək məntiqi, intellekti, diplomatik məharəti, eləcə də dünyada, regionumuzda baş verən hadisələr, cərəyan edən proseslər barədə tam məlumatlılığı informasiya meydanında qələbəmizi şərtləndirən əsas amillər kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev çıxışının əvvəlində bəyan edib ki, torpaqlarımız 30 illik işğal dövründə dağıntılara, erməni vandalizminə məruz qalıb. Genişmiqyaslı dağıntılara baxmayaraq Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.
Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan fəal dəstəkləyir. Çin şirkətlərinin Azərbaycanın enerji sektoruna sərmayələr yatırdığını bildirən dövlətimizin başçısı deyib ki, ikitərəfli əməkdaşlığın inkişafı baxımından mühüm sahələrdən biri də insanlar arasında təmaslardır. Çində Azərbaycanın ticarət nümayəndəliyi də fəaliyyət göstərir. Çinlə çox gözəl münasibətlər mövcuddur. Daha ətraflı »
-
24MayDigər İTİRİLMİŞ UŞAQLIĞIN SONRAKI SEVİNCİ üçün şərhlər bağlıdır
Hələ aylar öncədən bilirdik ki, müharibə olacaq! Axı, biz cəbhə bölgəsində yaşayırıq. Bütün silah-sursatlar, zirehli texnikalar gözümüzün önündən hər gün karvan-karvan keçirdi.
Lakin gördüklərimiz bir anda olsun bizi qorxutmurdu, əksinə, çox sevinirdik nədənsə. Sevinməyə də haqqımız var idi. Axı, torpaqlarımızın azad olunmasına sayılı günlər qalmışdı…
O günləri yaşadıqca uşaqlığımı əlimdən almış 1993-cü ildəki günlər yadıma düşürdü. O zamanlar ölkəmiz bu qədər inkişaf etməmişdi. Səngərlərdə gecələyirdik. Hər an ölüm qorxusu yaşayırdıq. Hələ sonuncu dəfə səngərdə qaldığım heç yadımdan çıxmaz. Adətən axşam saatlarında atışma güclənirdi. Həmin gecə çox dəhşətli atışma oldu, bayram günlərində göydə partlayan atəşfəşanlığı xatırladan mərmilər, çox qorxulu idi. Həmin gecə səngərdə keçirəcəyim son gecə idi.
“Hamı səngərə!”– dedilər.
Kişilər öz məhlələrində yığışıb əvvəlcədən səngər qazmışdılar.
Bəli, səngərə gedirik. Saray kimi evimizdən götürdüyümüz tək şey canımız oldu!
O gecə hər şey ola bilərdi. –Evimiz yana bilərdi, dağıla bilərdi. Düşünün, insanın hansısa bir əşyası itəndə bütün günü onu axdarır, amma biz bir gecədə evimizi və içi dolu əşyalarımızı itirə bilərdik.
Budur, səngərə çatmışıq! İlk baxışda nağıllardan bizə tanış olan ayı mağarasını xatırladır. Səngərə hər zamankı kimi ilk girən kişilər oldu, içərisinin təmiz olduğunu bildirib çıxdılar. Sonra qadınlar, uşaqlar, qocalar daxil oldular. Rütubətli, nəm və zülmət bir mağara… Çox qorxdum. Büzüşüb anamın qucağında oturmuşdum. Çıraq işığında ətrafa nəzər salırdım. Başımın üstündən sakıt bir zümzümə səsi gəldi: “Küçələrə su səpmişəm, Yar gələndə toz olmasın.” Bu mahnını zümzümə edən qonşu gəlin idi. Onun yarı müharibədə ön cəphədə vuruşurdu. Gəlin nigarançılıqla yarının yolun gözləyirdi. Ertəsi gün yarı gəldi, ağ kəfəndə, tabutun içində gəldi…
Həmin gecə çox igidlər həlak oldu, qəhrəmanlar qazi oldu çox evlər dagığılıb xarabaya döndü!
Həmin gecə səngərdə gecələmək məcburiyyətində qaldıq. Hamı susqun halda oturub gözləyir xəsdə sağalmağını gözləyən kimi, yazda ilk çiçəklərin açmağını, qışda ilk qarın yağacağını gözləyən kimi hamı gözləyir. Nəzərlərimi hər kəsin üzərindən keçirirəm. Yaşlı bir nənə əllərini Allaha uzatmış nəzərini mənə yönəltmiş halda: “Allahım, bu körpələrə yazığın gəlsin!” – deyirdi. O anda körpə görünə bilərdim, amma içimdə özümü bir qəhrəman kimi hiss edirdim. Çünkü torpağını sevən hər bir qəhrəman kimi öz torpağımda idim, qorxub qaçmamışdım . O gecə həmyaşıdlarım öz yataqlarında mışıl-mışıl yatarkən, mən səngərdə anamın qucağında oturmuş, hər an ölüm qorxusu yaşayırdım… Daha ətraflı »
-
20MayTərtər RİH-də ULU ÖNDƏRİN 98-ci İLDÖNÜMÜ üçün şərhlər bağlıdır
Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtıramını, ümümxalq məhəbbətini nümayiş etdiriblər. Heydər Əliyev Mərkəzində isə dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Tərtər rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası da keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, idarə, müəssə, təşkilatların kollektivlərinin, könüllülərin iştirak etdiyi aksiyada “Tərtər-Bərdə”, “Tərtər-Ağdam”, “Tərtər-Gəncə”, “Tərtər-Şıxarx” avtomobil yollarının kənarına və Heydər Əliyev prospektinə 2000-ə yaxın Eldar şamı, çinar, sərv, göyrüş, söyüd, müxtəlif növ meyvə ağacları, 5000 həmişəyaşıl təkgöz və gül kolları əkilib.
Yeni ismarıclar