Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyn
    Digər “HƏDİYYƏ KARVANI” üçün şərhlər bağlıdır

    Türkiyənin Uşaq Oyunları və İdman Kulubları Federasiyasının başqanı Mehmet Mutlunun və YAŞAT Fondunun birgə həyata keçirdiyi “Hədiyyə karvanı” Vətən müharibəsi şəhidlərinin övladları üçün bu dəfə Tərtər rayonunda oldu.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Türkiyədən gələn qonaqlar ilə görüşü zamanı onlara bu nəcib layihənin icrası üçün minnətdarlığını ifadə etdi. Bunun bizim üçün çox böyük mənəvi dəyəri olduğunu, iki millət arasında olan qardaşlıq münasibətlərinin doğma Qarabağımızın azadlığı uğrunda apardığımız haqq savaşında düşmənlərimizin süqutunda müstəsna rol oynadığını və bu birliyin bütün dünyaya əbədi dərs olduğunu bildirdi.
    Vətən müharibəsində düşmən vandalizminə ən çox məruz qalan rayonlardan birinin də Tərtər rayonu olduğunu bildirən rayon rəhbəri qeyd etdi ki, 44 gün davam edən Vətən müharibəsi ərzində düşmən Tərtərə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, Daha ətraflı »

  • 10İyn
    Xəbərlər ŞƏHİD AİLƏSİNİ ZİYARƏT üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyası (YAP) Tərtər Rayon Təşkilatı 44 günlük Vətən müharibəsində şəhid olanların ailələri ilə görüşlərini davam etdirir.
    Bu günlərdə YAP Rayon Təşkilatının üzvləri Vətən müharibəsi şəhidi İsaxlı Anar Rəsul oğlunun doğum günü ilə əlaqədar onun ailəsini ziyarət ediblər. Görüş zamanı Azərbaycan ordusunun 44 günlük müharibədə şücaətindən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından danışılıb.
    Həmçinin bildirilib ki, Tərtər rayon Cəmilli kənd sakini Anar İsaxlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğ-runda gedən döyüşlərdə iştirak edib. Düşmənin artilleriya atəşi nəticəsində həlak olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
    YAP fəalları şəhidin ailəsinin problemləri ilə maraqlanılıb və köməkliklər göstəriblər.
    Şəhid Anar İsaxlının doğum günü ilə əlaqədar onun məzarı ziyarət olunaraq ruhuna dualar oxunub.

  • 10İyn
    Xəbərlər SUQOVUŞANA MEDİA-TUR üçün şərhlər bağlıdır

    ” Meliorasiya və Su Təsərrüfatı ” ASC- nın təşkilatçılığı ilə jurnalistlərin Suqovuşan su anbarına səfəri təşkil olunub.
    Səfərin məqsədi işğaldan azad edilmiş Suqovuşan su anbarının mövcud vəziyyəti ilə tanışlıq və gələcəkdə anbarda aparılacaq infrastruktur işləri ilə maraqlanmaqdır.
    Suqovuşan su anbarının azad edilməsi ilə bir neçə rayonun su təminat problemi həll edilib.
    Tərtər rayonun ərazisində Tərtərçay çayı üzərində Suqovuşan su anbarı yerləşir. 1976-ci ildə istismara verilmiş bu su anbarı Tərtərçay Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kbm olan su anbarından ümumilikda 96217 hektar torpaq sahələrinin, o cümlədən Tərtər rayonunun 29317 ha, Ağdərə rayonunun 14380 ha,
    Goranboy rayonunun 6938 ha, Yevlax rayonunun 4918 ha, Bərdə rayonunun 7778 ha, Ağdam rayonunun 30886 ha və Ağcabədi rayonunun 2000 ha əkin sahələrinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub. Daha ətraflı »

  • 10İyn
    Xəbərlər SUBARTEZİAN QUYULARI QAZILACAQ üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev mayın 31-də “Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
    Sərəncama əsasən, Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödə-nilməsi üçün 20 ədəd subar-tezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

  • 10İyn
    Xəbərlər YOLLAR YENİDƏN QURULUR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda 11 kilometr uzunluğa malik 5 yaşayış məntəqəsinin avtomobil yolları yenidən qurulur.
    Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək.
    Texnoloji ardıcıllıqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
    Daha sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara yeni asfaltbeton örtüyünün döşənməsi işlərinə də başlanılacaq.
    İşlərin qısa müddət ərzində yekunlaşdırılması və yolların müasir görkəmdə vətəndaşların istifadəsinə verilməsi üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.

     

  • 10İyn
    Digər Respublika mətbuatının səhifələrindən üçün şərhlər bağlıdır

                                        QƏHRƏMAN TƏRTƏRİ GÖZLƏYƏN SABAH

    Otuz illik müharibə tariximiz təkcə özümüzü yenidən tanımağa deyil, həm də cəbhəyanı bölgələrimizi durumunu, opnun təbii coğrafi resurslarını yenidən tanımağa, yenidən öyrənməyə səbəb oldu. Bir faktı vurğulamaq yerinə düşərki, bu müharibədə Tərtər rayonu “Azərbaycanən Salinqradı adını qazandırdı. Təbii ki, bu da Tərtər rayon sakinlərinin bütövlükdə bu bölgədə yaşayanların dəyanətini, torpağa bağlılığını, xüsusilə düşmənə qarşı olan böyük qəzəblərini, həm də onların cəsarətini nümayiş etdirdi. Hər kəs gördü ki, tərtərlilər öz kəndləri, öz əkin-biçin sahələri, öz yurd-yuvaları üçün necə vuruşur, necə döyüşür. Bu isə bütöv bir müharibə salnaməsinin yalnız bir hissəsidir. Deməli, Azərbaycanın ərazi inzibati vahidi olan Tərtər rayonu bütövlükdə düşmənlə üz-üzə həm vuruşdu, həm yaşadı, həm də yaratdı.Tərtər rayonu Sovet dönəmində Mirbəşir adı ilə tanınsa da, 1991-ci ilin fevralında ona öz qədim adı qaytarıldı. Bu tarixi ədalətin bərpası təkcə ideoloji məsələ deyildi, bu həm də Azərbaycan tarixinin yeni baxışı idi.
    Deməli, coğrafi baxımdan keçmiş muxtar vilayətlə həmsərhəd olan Tərtər rayonu həm dağlıq, həm də Aran torpaqları ilə diqqəti çəkir. Yəni, buranın relyefi elədir ki, dağlıq, düzənlik, dağətəyi sahələr bir-birini tamamlayır. Rayonda məhz həmin o dağlıq hissələrdən axıb gələn çayların gətirdiyi bol suların hesabına əkinçilik zaman-zaman inkişaf etdirilibdi. Daha ətraflı »

  • 10İyn
    Ədəbiyyat 2021-ci il-“Nizami Gəncəvi İli” üçün şərhlər bağlıdır

                                               ZAMAN VƏ MƏKANI BİRLƏŞDİRƏN KÖRPÜ

    XII yüzildə bu qədim diyarda bir Günəş parladı. Bu Günəş 880 ildir ki, parlaq ziyası ilə dünyamızı işıqlandırır. Bəşəriyyətə, insanlığa nur çiləyir.
    Bu Günəş Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvidir.
    Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində doğulub böyümüş, burada da mükəmməl təhsil almışdır. Yaradsıcılığının ilk çağlarında saraylarda yaşamağa can atsa da, ancaq tez bir zamanda bu fikirindən daşınmışdır. Artıq “Sirlər Xəzinəsi”ni yazanda şair saraylara nifrət edir, saray şeirlərini isə ciddi tənqid edirdi. Xalq ilə yaxınlığı onu çox erkən həyatın və sənətin həqiqətini dərk etməyə gətirib çıxarmışdır.
    Elmi araşdırmalarda göstərilir ki, onun fəlsəfə, riyaziyyat, biologiya, astrologiya, kimya, tibb sahəsindəki dərin biliyi o cümlədən Quranı müfəssəl bilməsi, islamın fəlsəfi və qanunlarına münasibəti xüsusi önəm kəsb edir.
    Nizaminin əsərlərini oxuduqca insanın gözü qarşısında həssas, nəcib, gözütox, dərindüşüncəli, cavanlığından özünü müdrik bir qoca kimi aparan nurani bir insanın heykəli ucalır.
    880 ildən çoxdur ki, onun hər beyti, hər misrası Nizami buradadır deyir. Daha ətraflı »

  • 10İyn
    Ədəbiyyat POEZİYA DÜNYASININ DAHİSİ üçün şərhlər bağlıdır

    Böyük mütəfəkkir Nizami Gəncəvini bizdən əsrlər ayırsa da onun bədii-estetik ideyaları, dərin xəlqiliyi, vətənpərvərlik və beynəlmiləlçiliyi, xalqımıza məhəbbətlə dolu poemaları indi də hər kəs üçün müasirdir, doğmadır.
    2021-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi bütün xalqımızın böyük ruh yüksəkliyinə səbəb olub.
    Nizami Gəncəvi–İlyas Yusif oğlu Nizami Azərbaycan farsdilli poeziyasının klassikidir.
    Nizami Gəncəvi XII əsrdə yaşayıb yaratsa da, bütün dövrlər üçün aktual və müasir olan əsərlərin müəllifi kimi şöhrət qazanmış dünya ədəbiyyatının böyük klassiklərindən biridir.
    Şair dünya ədəbiyyatının Makedoniyalı İsgəndəridir. Makedoniyalı İsgəndər öz qılıncı və hərbi şücaəti ilə nə qədər dünya ölkələrini fəth edə bilmişdirsə, Nizami də qələmi ilə, sənətinin qüdrəti ilə, sözünün hikməti ilə dünyanı fəth etmiş çox böyük sənətkardır.
    Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xal-qımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir. Daha ətraflı »

  • 10İyn
    Milli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır

                                         ƏXLAQSIZ DİN, DİNSİZ ƏXLAQ OLMUR

    Əgər dinlə əxlaq elminin rabitəsinə diqqət etsək görərik ki, bu rabitə ümum ilə xüsusun rabitəsidir. Yəni din ibarətdir: əqaid, əxlaq, əməli əhkamlar. Ancaq insanda olan dinlə əxlaqın rabitəsini gözdən keçirtsək görərik ki, dinlə əxlaqın rabitəsi mükəmməl bir rabitədir. Din gəlib ki, əxlaqı təkmilləşdirsin. Həzrət Peyğəmbər (s) buyurur: “Mən əxlaqın yaxşılıqlarını təkmilləşdirmək üçün məbus olmuşam”. Ona görə də hər iki halda din və dindarlıq əxlaqsız olmaz. Əxlaq da din olmadan naqis qalar.
    İslam əxlaqının tövhid kimi kökləri vardır. Din həqiqətdə əxlaq sütununun üzərində qurulmuşdur. Allaha etiqad bəsləmək bütün əxlaq fəaliyyətlərinin mehvəridir. İnsanda Allaha yaxınlaşmaq stimulu yardır.
    Şəhid Mütəhərri buyurur: “Allahı tanımaq – əxlaqın sütunudur. Insaniyyət əxlaq olmadan məna kəsb etməz. Həm də mənəvi məsələ əxlaq olmadan məna qazanmaz. O zaman ki, bəşər ruhunda sütun olmaz, insanlıq nə üçün olar? (Bu əxlaqın) sütunu yoxdur”.
    Belə bir sual yaranır ki, əgər iman olmadan əxlaqlı olmaq mümkün deyilsə, bəs niyə Avropa ölkələrinin bir çoxunda yalandan, töhmətdən, oğurluqdan çəkinirlər?
    Şəhid Mütəhərri bu haqda buyurur: “Bu sözləri çox eşitmişəm. İnsanın üç növ mənliyi vardır.
    1. Şəxsi mənliyi.
    Bəzi vaxtlar insan ancaq özünü görür və ətrafında elə bir dairə çəkib ki, özündən başqasını görməsin. Özündən başqa hamısı bu dairədən xaricdə qalırlar. Bu, özünə pərəstişin zəif formasıdır.
    2. Ailə mənliyi. Daha ətraflı »

  • 10İyn
    Digər TÜRKİYƏ İLƏ BÜTÜN SAHƏLƏRDƏ ƏLAQƏLƏR DAVAMLI YÜKSƏLƏN XƏTT ÜZRƏ İNKİŞAF EDİR üçün şərhlər bağlıdır

    Ölkəmiz müstəqillik qazandıqdan sonra qardaş Türkiyə ilə münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Hər şeydən əvvəl eyni soykökə, dinə, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızı sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Təsadüfi deyil ki, bu gün hər iki xalqın nümayəndələri özünü Ulu Öndər Heydər Əliyevin təbirincə desək bir millət iki dövlətin vətəndaşı hesab edirlər. Strateji baxımdan dövlətlərarası siyasi-iqtisadi əlaqələr də aramzda olan dostluq və qardaşlıq bağları əsasında daha da möhkəmlənir. Bu gün hər iki Dövlət Başçısı arasında çox isti və mehriban səmimi münasibət vardır. Məhz hər iki liderin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan və Türkiyə xalqları biri-birinin sevincinə sevinir, kədərinə şərik olmaqdadırlar. Odur ki, Əliyev-Ərdoğan birliyi Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsini, hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə daima qardaş ölkənin maraqlarını dətəkləmiş, Türkiyənin isə öz növbəsində dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu bildirmişdir. Həmçinin görüşlərin birində Dövlət başçısı çıxışında Türkiyənin iştirakı olmadan bölgədə və dünyada heç bir məsələnin öz həllini tapa bilmədiyini önə çəkərək bildirmişdir ki, “Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir”. Daha ətraflı »