Vüsal Şakir oğlu Ağazadə sözün əsl mənasında qeyrətli, dəyərli və mərd oğullarımızdandır. İkinci Qarabağ müharibəsində onun göstərdiyi şücaət bu-nu bir daha sübut etdi. Vüsalın nəsil-nəcabəti Tərtərdəndir. Lakin onun dünyaya gəldiyi əməksevər, vətənpərvər ailə Bakıda yaşayır. Mən Vüsalın atası Şakir Ağayevlə on ildən çoxdur ki, salaməleyküm edirəm, çörək kəsirəm. İkinci Qarabağ müharibəsi başlaysan gündən mən Şakir qardaşımla hər gün demək olar ki, telefon əlaqəsi saxlayırdım. Erməni vandalları Tərtərin dinc əhalisini raket atəşinə tutur, onları qorxutmaq istəyirdi. Lakin igid və mərd tərtərlilər heç nədən qorxmadı və evlərindən çıxmadılar. Ötən ilin oktyabr ayının 6-da növbəti dəfə Şakirlə telefon əlaqəsi yaradanda mənə qürurla bildirdi ki, Vüsal könüllü olaraq cəbhə bölgəsinə gedib. Döyüşlərə həvəslə qatılan Vüsal kəşfiyyat taborunda döyüşüb. İgid və qorxmaz döyüşçü Suqovuşanın azad olunmasında şücaət göstərib, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Mərmi partlaması nəticəsində o, kəllə-beyin travması alıb. Müalicə olunduqdan sonra Vüsal yenidən döyüşlərə qatılıb və azğın düşmənə qan uddurub. Könüllü döyüşçünün həyat səlnaməsinə qısaca da olsa nəzər salaq.Vüsal Şakir oğlu 3 iyul 1991-ci il tarixində Tərtər rayonun Əskipara kəndində dünyaya göz açıb. Orta təhsilə Bakının xətai rayonundakı 165 nömrəli tam orta məktəbində yiyələnib. 2009-2011-ci illərdə hərbi xidmətdə olub. Daha ətraflı »
-
09İylHərbi vətənpərvərlik VƏTƏN SƏNƏ OĞUL DEDİ üçün şərhlər bağlıdır
-
09İylHərbi vətənpərvərlik VUR, İGİD ƏSGƏR üçün şərhlər bağlıdır
Müzəffər ordunla öyün, elimiz,
Qarabağdan keçir döyüş yolumuz.
Qüvvətlidir, bükülməzdir qolumuz,
Qələbə sənindir, vur, igid əsgər!Təlxəklik eyləyir faşist Paşinyan,
Bütün dünya bilir, danışır yalan.
Var olsun Ərdoğan, Ali komandan,
Qələbə sənindir, vur, igid əsgər!Şəhidlərin qanı yerdə qalarmı?
Qartallar qarğaya əsir olarmı?
İgid torpağını dara salarmı?
Qələbə sənindir, vur, igid əsgər!Erməni terrorçu, erməni barbar,
Onlarda olmayıb nə namus, nə ar.
Haqqa güvənənlər qələbə çalar,
Qələbə sənindir, vur, igid əsgər!Paşinyan tula tək daban yalayır,
Rusa, fransıza quyruq bulayır.
Bilib ki, uduzub, yerində sayır,
Qələbə sənindir, vur, igid əsgər!Qoy yaşasın Azəri türk dostluğu,
Tutduğumuz yoldur Öndərin yolu.
Günümüz zəfərlə doludur, dolu,
Qələbə sənindir, vur, igid əsgər!Emin Baratoğlu, AYB-nin və AJB-nin üzvü “Qızıl Qələm” media mükafatı laureatı, Prezident təqaüdçüsü, “Həkəri”nin bölgə müxbiri, Qəbələ rayonu Bum qəsəbəsi
-
06İylDigər ƏLƏT AZAD İQTİSADİ ZONASININ YARADILMASI İDEYASININ TƏMƏLİNDƏ DÖVLƏTİN SİYASƏTİ DAYANIR üçün şərhlər bağlıdır
Bildiyimiz kimi qeyri neft sənayesinin inkişafı Ölkə Başçısının iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə görülən işlər nəticəsində son illərdə Azərbaycanda yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parkları, aqro parklar yaradılmışdır. Bu da daxili tələbatın ödənilməsində yerli məhsulların payını artırmış, ixrac imkanları genişlənmişdir. Bu istiqamətdə görülən tədbirlər sırasında Ələt Azad İqtisadi Zonasının yaradılması da əhəmiyyətli hadisədir. Bildiyimiz kimi iyulun 1-də Ölkə Prezidenti cənab İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Qeyd olunmuşdur ki, 850 ha ərazidə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulmuşdur. Artıq 60 ha ərazidə layihələndirmə işləri başa çatmış və tikintiyə başlanılmışdır. Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd yumşaq iqtisadi şərtlərlə, münbit biznes şəraitində xarici investorları Ölkəmizə cəlb edərək qeyri neft sənayesinin əhatə dairəsini genişləndirməklə dünya bazarında rəqabətqabiliyyətli məhsulların istehsalını və ixracını təmin etmək Daha ətraflı »
-
30İynXəbərlər HESABAT- SEÇKİ KONFRANSI KEÇİRİLİB üçün şərhlər bağlıdır
Rayonun Ağsaqqallar Şurasının hesabatseçki konfransı keçirilib.
Konfransda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Ağsaqqallar Şurasının sədrinin birinci müavini, iqtisad elimlər doktoru, professor Vahid Novruzov, rayon Ağsaqqallar Şurasının üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını salamlayıb və ağsaqqal hərəkatının tarixindən, respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından, ölkənin, eləcə də rayonun ictimai-siyasi həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb.
Respublika Ağsaqqallar Şurasının sədrinin birinci müavini, iqtisad elimlər doktoru, professor Vahid Novruzov çıxış edərək ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından bəhs edib.
Konfransda rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev görülən işlər barədə hesabat verib. Tədbirdə ağsaqqallardan Rauf Həsənzadə, Ələddin Süleymanov, Mənsim Allahverdiyev çıxış ediblər. Daha ətraflı » -
30İynSəhiyyə TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır
Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə Tərtər rayonunda tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər gül-çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad ediblər.
Karantin qaydalarının tələblərinə əməl etməklə rayon Mərkəzi Xəstəxanasında davam etdirilən tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tibb işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan bəhs edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Rayon rəhbəri ölkədə səhiyyə sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq qeyd edib ki, son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların Daha ətraflı » -
30İynTərtər RİH-də DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.
Karantin qaydalarının tələblərinə əməl etməklə Gənclər Mərkəzinin akt zalında davam edən tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Sonra rayon rəhbəri Ümumilli Lider Heydər Əliyev tərəfindən aparılan uğurlu kadr siyasətindən, bu siyasətin ölkə prezidenti İlham Əliyevin səmərəli surətdə davam etdirməsindən və rayonda kadr potensialından düşünülmüş şəlildə istifadə olunmasından ətraflı danışdı.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimaisiyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib. -
30İynXəbərlər TÜRKİYƏLİ MÜXBİR TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
“Fulya” adlı sənədli filmin çəkilişi ilə əlaqədar filmin qəhrəmanı Vətən Müharibəsi zamanı operativliyi və dəqiqliyi ilə Azərbaycan xalqının rəğbətini qazanan türkiyəli müxbir Fulya Öztürk Tərtər rayonunda olub.
Səfər çərçivəsində Fulya Öztürk Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb. Görüşdə rayon rəhbəri 44 günlük Vətən Müharibəsinin ən çətin anlarında Fulya xanımın tərtərlilərlə bir yerdə olduğunu, Daha ətraflı » -
30İynXəbərlər DEZİNFEKSİYA İŞLƏRİ DAVAM EDİR üçün şərhlər bağlıdır
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda dezinfeksiya tədbirləri mütəmadi olaraq davam etdirilir. Bu məqsədlə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər müəyyən edilmiş qrafikə əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri Tərtər rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının, Uşaq Gənclər İdman Şahmat məktəbinin, Azərpoçt MMC-nin Tərtər rayon filialının, Tarix Diyarşünaslıq müzeyinin, Tərtər rayon Mədəniyyət Mərkəzinin inzibati binalarında və insanların sıxlıq təşkil etdiyi ərazilərdə aparılmışdır.
-
30İynSəhiyyə COVİD-19-a QARŞI VAKSİNASİYA üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərkəzi rayon xəstəxanasının həkim heyyəti gündəlik olaraq rayon mərkəzi ilə yanaşı kənd yaşayış məntəqələrində də əhalinin kütləvi qaydada vaksinasiyadan keçməsini həyata keçirir. Bu günlərdə rayonumuzun Qapanlı, Yuxarı Qaradağlı və Qarağacı kəndlərində təşkil olunan vaksinasiyada 250 nəfərə yaxın kənd sakininə COVID-19 əleyhinə vaksin vurulub. Gün ərzində isə rayon üzrə 501 nəfər vaksinasiyadan keçib. İndiyədək rayon sakinlərinə 26 min 776 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 17 min 653, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 9 min 123 nəfərdir.
-
30İynXəbərlər NÖVBƏTİ İMƏCİLİK KEÇİRİLİB üçün şərhlər bağlıdır
Tərtər rayonunda abadlıq işləri mütəmadi olaraq davam etdirilir. Bunun üçün iməciliklər keçirilir, abadlıq və təmizlik işləri görülür. Tərtər şəhərində keçirilən növbəti iməcilikdə yol kənarları alaq otlarından təmizlənib, ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, qurumuş ağacların vaxtında ərazidən götürülməsi, çəmənliklərin biçilməsi, ağac və kollarda budamanın aparılması işləri təmin olunub. Ərazi ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənib. Toplanan məişət tullantıları Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin xüsusi nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
Yeni ismarıclar