Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Okt
    Digər AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV OKTYABRIN 3-də TƏRTƏR RAYONUNDA SƏFƏRDƏ OLUB üçün şərhlər bağlıdır

    Dövlətimizin başçısı Tərtər şəhərinin mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.­ Dövlətimizin başçısı Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb.
  • 08Okt

    Digər üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Prezident İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoyub. Dövlətimizin başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını edib.

     

  • 08Okt

    Digər üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Prezident İlham Əliyev rayon mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb. Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin “Smerç” raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub. Prezident İlham Əliyev “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib.
  • 08Okt
    Tərtər RİH-də VƏTƏNDAŞLAR NÖVBƏTİ DƏFƏ QƏBUL OLUNDU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev vətəndaşları qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul olunub.
    Qəbula gələn vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən müharibəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
    Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər Sahib Alıyev tərəfindən nəzarətə götürülüb.
    Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.

     

  • 08Okt
    Tərtər RİH-də GÖRÜŞ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
    İştirakçılara (yerli icmaları təmsil edən əlilliyi olan şəxslər, digər icma üzvləri, yerli məşğulluq xidməti nümayəndələri və b.) əlilliklə bağlı beynəlxalq və yerli qanunvericilik, əlilliyin tibbi və sosial modeli, əlilliyi olan şəxslər üçün müstəqil həyat fəlsəfəsi, onların hüquqlarının müdafiəsi üçün mövcud mexanizmlər və digər aidiyyatı mövzular üzrə müfəssəl məlumatlar verilir.
    2019-2021-ci illəri əhatə edən layihənin icrasından ümumilikdə 3000-dək benefisiarın (əlilliyi olan şəxsin) qazanc və ictimai yerlərə çıxış imkanlarının birbaşa və dolayı şəkildə dəstəklənməsi gözlənilir.

     

  • 08Okt
    Xəbərlər MEDİA NÜMAYƏNDƏLƏRİ RAYONUMUZDA üçün şərhlər bağlıdır

    İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) dəvəti ilə ölkəmizdə səfərdə olan İstanbul Medya qrupun başqanı Ali Rıza Yıldızın rəhbərlik etdiyi nümayəndə heyyəti Tərtər rayonunda səfərdə olub.
    Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə Milli Məclisin deputatı Sahib Alıyev və İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli də iştirak edib.
    Rayon rəhbəri 44 günlük Vətən müharibəsində rayona dəymiş ziyan və onun aradan qaldırılması istiqamətində görülmüş işlər barədə qonaqlara məlumat verib.
    Sonra qonaqlar 44 günlük Vətən müharibəsində Tərtər rayonuna dəymiş ziyanı əyani əks etdirən fotoşəkil və stendlərlə tanış olub, rayon rəhbəri ilə birlikdə Daha ətraflı »

  • 08Okt
    Xəbərlər BMTİP-in REZİDENT NÜMAYƏNDƏSİ TƏRTƏRƏ SƏFƏR EDİB üçün şərhlər bağlıdır

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMTİP-in rezident nümayəndəsi Alessandro Frakassetti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə Tərtərdə istifadəyə verilmiş İcma Resurs mərkəzinin fəaliyyəti ilə tanış olmaq üçün Tərtərə səfər ediblər.
    Qonaqları salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov səmərəli və işgüzar xidmətlərinə görə, eləcə də qurumlar arasında ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə BMT rəsmisinə təşəkkürünü bildirib. O qeyd edib ki, Qələbə sevincini yaşayan Azərbaycanda tamamilə fərqli bir ab-hava var. Bu müddət ərzində Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsasən öz ədalətli və haqlı mövqeyini ortaya qoydu. 44 gün ərzində ərazilərini işğaldan azad edərək şanlı zəfər tarixini yazdı.
    Daha sonra icra başçısı qonaqlara Ermənistanın təcavüzü nəticəsində sivil vətəndaşlara qarşı törədilən terror cinayətləri və Tərtər rayonuna da müharibənin törətdiyi Daha ətraflı »

  • 08Okt
    Xəbərlər AĞACƏKMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə yeni salınmış “Vətən bağı-Şəhidlər” parkında ağacəkmə aksiyası keçirilib.
    İcra başcısı Müstəqim Məmmədov ağacəkmə aksiyasında iştirak edən şəhid ailələri ilə söhbət apararaq, onların qayğıları ilə maraqlanıb.
    Aksiya çərçivəsində yeni salınmış parkda 3000 ədəd müxtəlif növ meyvə ağacı, 750 ədəd Eldar şamı və 200 ədəd sərv ağacı əkilib.

     

  • 08Okt
    Xəbərlər MÜBARİZ İBRAHİMOV KÜÇƏSİNİN TƏMİRDƏN SONRA AÇILIŞI OLUB üçün şərhlər bağlıdır

    Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Tərtər rayonunda qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilən küçədə əsaslı təmir işlərindən sonra baralyefinin açılışı olub.
    Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Mübariz İbrahimovun qəhrəmanlığı haqqında ətraflı danışıb.
    Ölkə başçısının müvafiq sərəncamı ilə ölümündən sonra Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
    Sonra şəhidin adını daşıyan küçəyə vurulmuş barelyefin üzərindən ağ örtük götürülüb.
    Tədbir iştirakçıları barelyefin önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
    Tədbir şəhidin adını daşıyan küçədə ağacəkmə aksiyası ilə davam edib. Aksiya çərçivəsində küçəyə 235 ədəd Eldar şamı və 50 min ədəd təkgöz kolu əkilib.

     

  • 08Okt
    Xəbərlər ŞƏHİDLƏRİN İL MƏRASİMLƏRİ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    44 gün davam edən Vətən müharibəsi müddətində Tərtərlilərdən də şəhidlik zirvəsinə ucalanlar az olmamışdı. Onların arasında həm hərbi, həm də mülki şəhidlər olmuşdu.
    Bu günlərdə rayonumuzun hərbi şəhidlərindən Məhərzadə Taleh Oqtay oğlunun, Hacıyev Qubad Cəmil oğlunun, Aslanov Xəyal Qüdrət oğlunun, Əliyev Elməddin İlqar oğlunun, Əzizov Ayşad Qaryağdı oğlunun, Hüseynov Eşqin Cəsarət oğlunun və mülki şəhidər Əliyev Mehman Sovet oğlunun, Abbasov Xaliq Asif oğlunun, Abbasov Elşən Asif oğlunun il mərasimləri keçirilmişdir.
    Mərasimlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.