Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Dek
    Milli-mənəvi dəyərlər Xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasəti üçün şərhlər bağlıdır

    Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Daha ətraflı »

  • 28Dek
    Xəbərlər Prezident İlham Əliyev öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşa şəhərinə səfər etmişdir. Bu səfər əlamətdar bir günə təsadüf etdi. Çünki 24 dekabr 2021-ci il tarixi ölkə başçısının 60 illiyi idi.

    Ad günlərində Prezident İlham Əliyev adətən sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Bu cür əlamətdar günlərində Prezident şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşür. 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident, 60 illiyini də Qarabağda – Şuşada keçirib. Bütün bunlar onu göstərir ki, cənab Prezident hər zaman xalqla birlikdədir. Daha ətraflı »

  • 27Dek
    Digər İTALİYA AZƏRBAYCANIN STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA SƏNƏD İMZALADIĞI AVROPA İTTİFAQININ ÜZV OLAN 9 DÖVLƏTDƏN BİRİDİR üçün şərhlər bağlıdır

    18 dekabr 2021-ci il tarixində Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib.

    Azərbaycan Prezidenti qeyd edib ki, üçtərəfli görüşdə postmüharibə vəziyyətinin praktiki elementləri, xüsusilə də kommunikasiyaların açılması müzakirə olundu.

    Dövlətimizin başçısı deyib: “Günün sonunda bizim üçtərəfli görüşümüz oldu və həmin görüş dörd saatdan artıq çəkdi. Hesab edirəm ki, görüş olduqca səmərəli idi. Hər iki tərəf əsasən İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni reallıqlar, həmin reallıqlara uyğunlaşma və qonşu olaraq yaşamağı öyrənmək kimi məsələlərdə öz mövqeyini aydın şəkildə təqdim etdi”.

    “Bu, ötən ilin noyabrında Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyanatın mühüm hissəsidir. Lakin çox vacib Bəyanatın bu hissəsinin icrası olduqca ləng gedir. Beləliklə, dünən Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Bizə gəldikdə, artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək”, – deyə Prezident İlham Əliyev bildirib. Daha ətraflı »

  • 27Dek
    Sosial PREZİDENT İLHAM ƏLİYEVİN İMZALADIĞI YENİ SƏRƏNCAM VƏ FƏRMANLAR ƏHALİNİN HƏSSAS QRUPLARINA YÖNƏLƏN SOSİAL ÖDƏNİŞLƏRİN ARTIRILMASI İSTİQAMƏTİNDƏKİ İSLAHATLARIN UĞURLA DAVAM ETDİRİLMƏSİNİ TƏMİN EDİR üçün şərhlər bağlıdır

    İmzalanmış yeni Fərman və Sərəncamlar ilə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir. Nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.

    Ən önəmlisi odur ki, verilmiş yeni Fərman və Sərəncamlarla müavinət və təqaüd artımı əhalinin bütün təbəqələrini əhatə edəcəkdir. Bu istiqamətə nəzərdə tutulmuş artım növbəti kateqoriyalara aid şəxsləri əhatə edəcəkdir: Əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər; Sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər; Yaşa görə müavinət alanlar; Ailə başçısını itirməyə görə müavinət alanlar; Müddətli hərbi xidmətdə olanların uşaqları; Uşaqların qəyyumları; Beşdən çox uşağı olan qadınlar; Bir yaşadək uşağı olan (ünvanlı sosial yardım alan) aztəminatlı ailələr; Övladlığa uşaq götürənlər; İşləməyən pensiyaçı elmlər və fəlsəfə doktorları; “Xalq” və “Əməkdar” fəxri adı olanlar; Doktorant və tələbələr. Artım həmçinin birdəfəlik müavinətləri əhatə edəcəkdir: Uşağın doğulmasına görə birdəfəlik müavinət; Dəfn üçün birdəfəlik müavinət. Daha ətraflı »

  • 24Dek
    Digər XALQIN ETİMADINI VƏ RƏĞBƏTİNİ QAZANMIŞ PREZİDENT üçün şərhlər bağlıdır

    Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. 1961-ci il dekabrın 24-də Bakı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, dahi dövlət xadimi Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir. Orada elmi-pedaqoji fəaliyyətə başlamış (1982), aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir (1985), 1991-ci ildən Moskvada “Oriyent” şirkətinin baş direktoru işləmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti (1994-cü ildən), və birinci vitse-prezidenti (1997-ci ildən), Azərbaycan Respublikasının baş naziri (2003), vəzifəsində çalışmışdır. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur.

    Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP), lideridir. İlham Əliyev YAP-ın I Qurultayında (1999), partiya sədrinin müavini, II Qurultayında (2001), isə birinci müavini seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir. 2000-ci ilin parlament seçkilərində YAP-ın seçki kampaniyasına İlham Əliyev başçılıq etmişdir. Daha ətraflı »

  • 20Dek
    Digər BÜTÜN DÜNYA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ VƏ QARABAĞI AZƏRBAYCANIN AYRILMAZ HİSSƏSİ KİMİ TANIYIR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibə verib. Cənab Prezident öz müsahibəsində Azərbaycan və Ermənistan münasibətlərini geniş şəkildə şərh edib.

    Dövlətimizin başçısı bildirib ki, Azərbaycan XXI əsrin müharibəsini apardı və inamlı qələbə qazandı. Qalibiyyəti şərtləndirən bir çox amillər var idi. Dronlar bu amillərin yalnız bir hissəsidir. Ona görə də, effektivliyin səbəbi təkcə dronlarda deyil, çox dəqiq kəşfiyyat işləri aparılmışdır. Kəşfiyyat dronları, kamikadze dronları və qırıcı dronlar effektiv şəkildə Ordumuz tərəfindən istifadə olunmuşdur. Azərbaycan Ordusu İsrailin hava hücumundan müdafiə sistemi və Rusiyanın hava hücumundan müdafiə sisteminə (S300) malikdir. Eyni zamanda Azərbaycan Ordusunda “BUK” tipli hava hücumundan müdafiə sistemi var. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir. Həmçinin bu müharibədə üç minə yaxın azərbaycanlı öz vətənləri uğrunda həlak oldu. Ermənistanda hökm sürən hərbi xunta 30 il ərzində 6 istehkam xətti qurmuş və minlərlə mina basdırmışdır. Yalnız müharibədən sonra Azərbaycanın 200 nəfər vətəndaşı minaya düşərək həlak olub və ya yaralanıb. Daha ətraflı »

  • 20Dek
    Milli-mənəvi dəyərlər AZƏRBAYCANIN ÖZÜ QƏDƏR ƏBƏDİ üçün şərhlər bağlıdır

    TƏRTƏRLİLƏR BÖYÜK EHTİRAM VƏ SEVGİ İLƏ ÜMUMMİLLİ LİDERİN XATİRƏSİNİ YAD ETDİLƏR

    Dekabrın 12-si Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, hərbçilər, ağsaqqallar, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, əmək kollektivlərinin üzvləri, müharibə veteranları, qazilər, gənclər, rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, böyük rəhbərin xatirəsini ehtiramla yad ediblər.
    Mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlarla, foto və sənədlərlə tanış olublar.
    Burada keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, müasir Azərbaycanın memarı olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini bildirib. Ölkənin müstəqil, Daha ətraflı »

  • 20Dek
    Milli-mənəvi dəyərlər HEYDƏR ƏLİYEV AZƏRBAYCANIN TALEYİNİ HƏLL EDƏN DAHİ ŞƏXSİYYƏTDİR üçün şərhlər bağlıdır

    Dünya liderləri onu mübaliğəsiz siyasət nəhəngi adlandırırdılar. Bir sıra rəsmi görüşlərdə hamımız bu sözlərin şahidi olmuşuq. Hər ilin 12 dekabrında Ulu Öndəri anmaqla biz həm də Azərbaycanın keçdiyi tərcümeyi-hala nəzər salırıq. O deyirdi ki, azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Və məhz o, Heydər Əliyev Azərbaycanın taleyini həll edən dahi şəxsiyyət olaraq tarixə adını böyük hərflərlə yazdı. O, 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra parçalanmış Azərbaycanı həm xaricdən olan düşmənlərdən, həm daxili düşmənlərdən birmənalı şəkildə qoruya bildi. Tarix həmişə hər şeyi öz yerinə qoyur deyirdi. 1969-cu ildən Azərbaycanı, xalqını işıqlı gələcəyə aparmaq yolunda savaşdı. Böyük siyasəti kiçik hissələrə, xırda mənfəətlərə bağlamaq olmaz deyirdi bu böyük adam və Azərbaycanın müstəqilliyi uğrunda necə ağır yolun yolçusu olduğunun hamımız şahidiyik. Sonunda zəfər olacağını, xalqının hürr olacağını bilirdi və savaşdı bu yolda. Bəzən təkbaşına qaldı, ancaq qələbə çaldı!
    Heydər Əliyev hər şeydən əvvəl şəxsiyyət idi. O, fəaliyyəti çərçivəsində ən yüksək zirvələrin hamısını fəth edərək, istər Sovetlər dönəmində, istər Amerikada, istərsə də Avropada dünya miqyaslı siyasətçi kimi adını tarixə yazdırdı. 1997-ci ildə Amerika-Avrasiya Sənaye-Ticarət Palatasının “1997-ci ilin adamı” mükafatına layiq görüldü. Onun titullarını sadalamaqla bitməz.
    Tək Azərbaycan xalqı üçün yox, bütün dünya liderləri üçün o, sadəcə fiziki olaraq dünyada yoxdur. Əslində müstəqil Azərbaycanın adı çəkilən bütün beynəlxalq arenalarda ilk xatırlanan ad məhz Heydər Əliyevdir! Azərbaycanın Heydər Əliyevin dövlətçilik sahəsindəki təcrübəsinə hələ çox ehtiyacı vardı. Onun dünyadan tez köçməsi elə gərgin işinin, keçirdiyi sarsıntıların nəticəsi idi. Faktiki olaraq 24 saat fəaliyyət göstərirdi. Daha ətraflı »

  • 20Dek
    Milli-mənəvi dəyərlər BUGÜNÜN NAİLİYYƏTLƏRİ ULU ÖNDƏRİN İDEYALARININ TƏNTƏNƏSİDİR üçün şərhlər bağlıdır

    Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar YAP rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon təşkilatı ərazi partiya təşkilat sədrləri, idarə və təşkilat rəhbərlərinin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf pers-pektivləri” mövzusunda tədbir keçirilib.
    Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini dərin ehtiramla anıblar.
    Tədbir rayonun Heydər Əliyev Mərkəzində davam etdirilib.
    İştirakçılar mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlə tanış olublar.
    Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra, rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Ramiz Şabanov məruzə ilə çıxış edib. Qeyd olunub ki, Heydər Əliyev Daha ətraflı »

  • 20Dek
    Xəbərlər RAYON RƏHBƏRİ VƏTƏNDAŞLARI QƏBUL ETDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib. Onların icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan problemləri həll olunub, digərlərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
    Qəbulda vətəndaşlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq götürülməsi, həyətyanı sahə ayrılması, işlə təmin olunma, yeni subartezian quyusunun qazılması, özünüməşğulluq problemləri ilə bağlı müraciət ediblər.
    Həlli mümkün məsələlər operativ surətdə həll olunub, araşdırılması vaxt tələb edən məsələlər barədə aidiyyəti qurumlara tapşırıqlar, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
    Vətəndaşlar qəbulda əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.