2021-ci ildə rayonumuza səfər edən çoxsaylı xarici qonaqlar erməni vəhşiliyinin şahidi olublar. BMT-nin İnkişaf Proqramının Gender Məsələləri üzrə müşaviri Reyçel Uerhem, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, Bolqarıstanın Ayrıseçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının sədri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanda Akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri, Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri və yüzlərlə digər xarici qonaq Vətən müharibəsi dövründə ən çox atəşə məruz qalmış rayon olan Tərtərdə beynəlxalq hüququn qaydalarının ermənilər tərəfindən pozulması faktlarını yerindəcə görüblər.
Qonaqlara günahsız dinc sakinlərin qətlə yetirilməsi, mülki obyektlərə, habelə infrastruktura ziyan vurulması barədə məlumat verilib. Daha ətraflı »
-
29DekDigər QONAQLAR TƏRTƏRLİLƏRİN QƏHRƏMANLIĞINI YÜKSƏK QİYMƏTLƏNDİRİBLƏR üçün şərhlər bağlıdır
-
29DekXəbərlər KÜÇƏLƏRDƏ ASFALTLANMA VƏ ABADLIQ İŞLƏRİ APARILIB üçün şərhlər bağlıdır
Ötən ilin uğurlu işlərindən biri də şəhərimizin küçələrində asfaltlanma və abadlıq işlərinin aparılmasıdır. Belə ki, Əli İsmayılov, Mübariz Kərimov, Qara Qarayev, Cəlil Məmmədquluzadə, Mübariz İbrahimov, Asif Hüseynov küçələri, Nizami Gəncəvi küçəsinin 5 nömrəli döngəsi asfaltlanıb. Hazırda Firidun bəy Köçərli küçəsində də asfaltlanma işləri yekunlaşıb.
Şəhərin Heydər Əliyev prospektində, Teymur Rəhimov, Nizami Gəncəvi, Mübariz Kərimov və Əli İsmayılov küçələrində divarların aqlay və bəzək daşları ilə üzlənməsi işlərinə başlanılıb. Ardıcıl olaraq İmadəddin Nəsimi, Molla Pənah Vaqif və Vasif Hüseynov küçələrində də di-varların aqlay və bəzək daşları ilə üzlənməsi işləri aparılacaq.
Şəhər sakinləri görülən işlərdən razılıq edirlər.”Yeni Tərtər”
-
29DekHərbi vətənpərvərlik Ölməzliyə qovuşan igidlərimiz üçün şərhlər bağlıdır
“ATAMIZA LAYİQ ÖVLAD OLACAĞIQ”
Müharibə başlayanda, Azər 4 övladını və həyat yoldaşını Bakıya göndərmişdi. Düşünürdü ki, belə daha yaxşı olar. Yoldaşı Nailə xanım deyir ki, döyüşlərarası imkan tapdıqca zəng vururdu. Çox nikbin danışırdı. Onun səsindəki sevinc hissi hamıya sirayət edirdi. Hətta uşaqlar da həyətdə oynayanda yoldaşlarına deyirdilər ki, tezliklə atamız torpaqlarımızı azad edib, Qələbə ilə geri dönəcək. Bu fikri Azər körpəlikdən uşaqlarına aşılamışdı. Hər dəfə işdən evə gələndə onlara deyirdi: “ Dağları görürsünüz? Tezliklə biz o yerləri ermənilərdən təmizləyəcəyik. Qarabağ azad oluna-caq. Bu yükü sizin çiyinlərinizə qoymayacağıq”.
Anası ilə son görüşü isə oktyabrın 15-də oldu. Daha ətraflı » -
29DekHərbi vətənpərvərlik “HƏDƏFİMƏ ÇATMAMIŞ GERİ DÖNƏN DEYİLƏM” üçün şərhlər bağlıdır
44 günlük Vətən müharibəsi tariximizə zəfərlə yazılsa da, yüzlərlə oğullarımızın şəhid olmasına, bədən üzvlərinin itirilməsi ilə əlil qalmasına səbəb oldu. Yüzlərlə oğullarımızın arzuları yarımçıq qaldı, ömürlərinin parlaq günəşi gözlərində qaraldı. Vətənin, xalqın bütövlüyü uğrunda yüzlərlə ailənin tamlığı pozuldu, yarım qaldı. Belə oğullardan biri də Umudludan olan Bağırlı Mirsədi Mircəfər oğludur. Mirsədinin ailəsi Umudlu kəndinin hörmətlə adı çəkilən ailələrindən biri olub. Onlar da erməni məkrindən ziyan çəkənlərdən, yurd-yuvalarından didərgin düşənlərdəndirlər. Mirsədi 2000-ci il iyunun 12-də bu kənddə doğulub. Orta məktəbin doqquzuncu sinfini bitirdikdən sonra Bərdə rayonunda peşə liseyində çilingər və sürücülük peşələrinə yiyələnib. Hərbi xidmətini Zaqatala rayonundakı “N” saylı hərbi hissədə çəkib. Əsgəri borcunu yerinə yetirdikdən sonra hərbidə çalışmaq qərarına gəlir və Bakı şəhərində gizirlik kursu keçir. 2020-ci ildə gizir kimi müddətdən artıq xidmətə başlayır. Daha ətraflı »
-
29DekHərbi vətənpərvərlik ŞƏHİDLƏR ANALARIN ƏSƏRLƏRİDİR üçün şərhlər bağlıdır
Şəhidlik hər kəsə nəsib olmayan ən uca zirvədir. Hətta müharibələrdə də nəsib olmur bəzi insanlara. Şəhidliyi ömrün sonrakı yaşamı hesab etmək olar. Bəzi insanlar dünyalarını dəyişdikdən bir müddət sonra unudulur, yaddan çıxır. Şəhidlər isə heç zaman unudulmur, insanların xatirələrində əbədi yaşayırlar. Elə Vətən müharibəsi şəhidləri kimi.
44 günlük Vətən müharibəsi şəhidlərindən biri də Aslanov Xəyal Qüdrət oğludur.
Xəyalın ata-anası I Qarabağ müharibəsində doğma yurd-yuvalarından didərgin düşənlərdən olub. Mənfur ermənilərin vəhşiliyinə tab gətirə bilməyərək, Ağdərə rayonunun Kərəmli kəndindən qaçqın düşüb, Tərtərdə məskunlaşıblar. Çardaxlı kənd inzibati ərazi dairəsində qeydiyyata götürülüblər. Xəyal 1994-cü ildə Tərtərdə doğulub. Şəhər 5 saylı tam orta məktəbdə ilk təhsilini alıb. Ailədə 2 övlad – 1 qardaş, 1 bacı olublar, Xəyal və Xəyalə.
İllər bir-birini əvəz edirdi. Ata-ana oğlunun böyüməsinə baxdıqca fəxr edirdi. Qüdrət də, Nəzakət də rayonumuzun camaatı ilə doğmalaşmışdılar.
Xəyalın əsgəri xidmətə getmə vaxtı çatmışdı. Daha ətraflı » -
29DekSosial TƏŞƏKKÜR üçün şərhlər bağlıdır
PROBLEMLƏRİMİZ HƏLL EDİLİR
44 günlük Vətən müharibəsində düşmən şəhərimizi, kəndlərimizi atəşə tutaraq, Tərtəri yer üzündən silmək istəyirdi. Lakin bunun əksi oldu. Müharibədən sonrakı dövrdə rayonumuzda quruculuq, abadlıq işləri daha da sürətləndi.
Bu, hər birimizi, xüsusən də şəhid ailələrini çox sevindirir.
Həyat yoldaşım Teyyub Həsənov I Qarabağ müharibəsi şəhididir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bizim qayğı və problemlərimizi daim diqqət mərkəzində saxlayır. Elə bu günlərdə imzaladığı Fərmanla şəhid ailələrinin aldığı müavinət artırıldı. Bu, ailəmizə böyük köməkdir.
Yeniilqabağı günlərdə isə küçəmizə asfalt örtüyü salınıb, işıq dirəkləri dəyişdirilib.
Bunun özü də qayğıdır, rahatçılıqdır.
Ailəmiz adından sevimli Prezidentimiz cənab İlham Əliyevə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və rayonumuzun rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.Məzəli Həsənova,
Firidun bəy Köçərli
küçəsinin sakini -
29DekMilli-mənəvi dəyərlər 31 DEKABR DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜDÜR üçün şərhlər bağlıdır
VAR OLSUN ÇİÇƏKLƏNƏN VƏTƏNİMİZ!
Mən Tərtərdə doğulub boya-başa çatmışam, şəhər 5 saylı orta məktəbini bitirmişəm. Həyat yoldaşım isə rayonumuzun Xoruzlu kəndindəndir.
Tale elə gətirdi ki, ailə qurandan sonra Ukraynaya köçdük. Artıq uzun illərdir, Melitopolda yaşayırıq. Övladlarımız bu ölkədə böyüyüblər, indi isə nəvələrimiz böyüyür.
Vətəndən uzaqda yaşasaq da, Azərbaycan hər birimizin ürəyindədir. Ukrayna dilinə, bu xalqın adət-ənənələrinə hörmətlə yanaşırıq, ancaq danışdığımız dil Azərbaycan dilidir. Övladlarımıza, nəvələrimizə də bu dili öyrətmişik.
Dünyanın müxtəlif guşələrinə səpələnmiş həmvətənlərimiz kimi, biz də Azərbaycanın apardığı 44 günlük müharibənin gedişini diqqətlə izləyirdik. Cəbhədən gələn hər bir qələbə xəbərini bayram kimi qeyd edirdik. Şuşa-nın alınması, ermənilərin kapitulyasiya aktına qol çəkməsi ilə müharibənin başa çatmasını Ukraynada yaşayan bütün azərbaycanlılar böyük coşqu ilə qarşıladılar. Daha ətraflı » -
29DekDigər TOFİQ YUSİFİN ÖLÜMÜNƏ üçün şərhlər bağlıdır
“Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif aramızdan getdi. Tofiq müəllimin qəflətən həyatdan getməsi biz qəbələliləri də kədərləndirdi. Ancaq nə etmək olar? İnsan var ki, ölənə qədər yaşayır, insan var ki, öləndən sonra da yaşayır. Tofiq Yusif həyatda həmişəyaşarlığı qazandı. Dəyərli jurnalist, şair, yazıçı Tofiq Yusif onu sevənlərin qəlbində yaşayacaq.
Allah rəhmət eləsin. Qəbri nurla dolsun!
Qəbələ ziyalılarından: Səməd Səmədəov, Kamil Məmmədov, Sədiyar Səfərəliyev, Sadıq Sadıqov, Cəlil Xeyirbəy, Rəna Azaxqızı, Ənvər Durucalı, Mərziyə Qəbələli, Qərib Hüseynov, Vaqif Yaquboğlu, Mahirə İspiqızı, Fərman Əzizli. -
29DekTəhsil MƏKTƏB HƏYATI üçün şərhlər bağlıdır
TƏHSİL OCAĞI YENİDƏN TİKİLİB
Şəhid Dağıstan Əzizov adına Şıxarx 1 saylı məktəb 1993-cü ildən tam orta məktəb kimi fəaliyyətə başlayıb. Son bir ilə kimi müharibə şəraitində işləyən və təhsil alan müəllim və şagird kollektivi, bu vəziyyətin yaratdığı çətinliklərə baxmayaraq, uğurları ilə rayonumuzdakı digər məktəblərdən geri qalmayıb.
Məktəbin direktoru Ramil Ağayev söhbət zamanı bildirdi ki, 2016-ci ilin Aprel hadisələri zamanı ermənilərin ərazilərimizi artilleriya atəşinə tutması nəticəsində məktəb binasına top mərmisi düşərək, yararsız hala salmışdır. Buna görə də həmin ərazidə yenidən 6 sinif otağından ibarət modul tipli məktəb tikilmişdir.
Lakin müharibənin bütün qanunlarına zidd olaraq təhsil ocaqlarını, dinc sakinləri, yaşayış evlərini hədəfə alan ermənilər bu dəfə də şagirdlərin təhsilini yarımçıq qoymaq istədilər. Vətən müharibəsi başladığı gündən 29 sentyabradək düşmənin güclü artilleriya atəşi nəticəsində məktəb yenidən yararsız hala düşdü. Daha ətraflı » -
29DekƏdəbiyyat “NİZAMİ GƏNCƏVİ İLİ”BAŞA ÇATIR üçün şərhlər bağlıdır
POEZİYA DÜNYASININ PEYĞƏMBƏRİ
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaratmışdır, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz Gəncədə ərsəyə gətirmişdir.
Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılardan ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin əsərləri miniatür sənətin inkişafına da təkan vermişdir.
Nizaminin ölməz ədəbi irsi humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, heç vaxt qiymətini, etik təsirini itirməyən əlvan söz, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir. Daha ətraflı »
Yeni ismarıclar