“Azərişıq” ASC tərəfindən Azərbaycanda ilk dəfə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xəttinin təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimatda iştirak ediblər.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövləti-mizin başçısına və birinci xanıma layihə ilə bağlı məlumat verdi.
Diqqətə çatdırıldı ki, “Azərişıq” ASC tərəfindən ölkədə ilk dəfə tətbiq edilən, müasir texnologiyalara əsaslanan 35 kilovoltluq izolyasiyalı və mühafizəli kabel elektrik veriliş xətləri ənənəvi hava elektrik xətlərinə nisbətən daha rentabelli və texniki baxımdan şəbəkələrin dayanıqlı işini təmin etmək üçün əlverişli innovativ həldir. Suqovuşan qəsəbəsinin elektrik enerji təchizatında tətbiq edilmiş 35 kilovoltluq kabel xətti məhz belə, müasir şəbəkə quruculuğu üçün əsas elementlərdən biridir. Belə ki, izolyasiya olunmuş 35 kilovoltluq yeni tip xətlərin mühafizə zonası 3-6 metrdir və bu, mövcud xətlərə nisbətən 6-10 dəfəyə qədər azdır. Mövcud naqillərdə texniki itkilər 9-12 faiz olduğu halda, müasir tipli izolyasiya olunmuş kabellərdə itkilər 3,5-4 faiz təşkil edir. Həmçinin şəbəkələrin saxlanma xərc-ləri 100 faizdən 30 faizə, illik malmaterial sərfi 100 faizdən 25 faizə endirilir. İzolyasiya olunmuş kabellərdə qəza açılmalarının sayı və müddəti mövcud naqil xətləri ilə müqayisədə 60 faizədək azdır. Daha ətraflı »
-
31MarXəbərlər İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşanda çəkilmiş müasir izolyasiyalı və mühafizəli kabel xəttinin təqdimatında iştirak ediblər üçün şərhlər bağlıdır
-
31MarXəbərlər Rayonumuzda Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının 103-cü ildönümü münasibətilə tədbir keçirilib üçün şərhlər bağlıdır
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin və Hərbi Əks Kəşfiyyat Baş İdarəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Sonra tədbir YAP rayon təşkilatının akt zalında davam etdirilib.
Əvvəlcə Ulu Öndərin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın, xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olan təhlükəsizlik orqanları əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümü münasibəti ilə DTX-nin Tərtər Rayon Şöbəsinin şəxsi heyətini təbrik edib, ölkəmizin milli maraqlarının, mənafelərinin etibarlı təmin olunması və qorunması istiqamətindəki dəyərli fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsi-nə nail olmasıdır. Daha ətraflı » -
31MarHərbi vətənpərvərlik Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anım mərasimi keçirilib üçün şərhlər bağlıdır
Martın 22-də rayonumuzda Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anım mərasimi keçirilib. Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, döyüş yoldaşları əvvəlcə qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri düzərək xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
Tədbirdə çıxış edənlər Vəzir Orucovun həyatı və döyüş fəaliyyəti barədə məlumat veriblər. Bildirilib ki, Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağırılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Vəzir Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdü.
1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər Özünümüdafiə Batalyonuna daxil olmuşdu. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da, komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxaraq Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaşa evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin. Daha ətraflı » -
31MarXəbərlər Zolgəran və Kovdadıq kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib üçün şərhlər bağlıdır
Bu münasibətlə hər iki kənddə keçirilən mərasimlərdə rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, təhsil şöbəsinin nümayəndələri, məktəblərin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.
Tədbirlərdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni məktəblərin istifadəyə verilməsi münasibəti ilə müəllim və şagirdləri, valideynləri təbrik edib, ölkəmizdə təhsilin inkişafı və onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirib. Bu gün isə bu ənənə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət və Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər, uşaq evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Daha ətraflı » -
31MarDigər 31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür üçün şərhlər bağlıdır
ERMƏNİSTAN BEYNƏLXALQ HÜQUQİ MƏSULİYYƏTƏ CƏLB OLUNMALIDIR
Ermənilər tərəfindən törədilmiş hadisələr nəticəsində xalqımızın tarixinə heç zaman unudulmayacaq qanlı səhifələr yazılıb. Bunlardan biri də 31 mart soyqırımıdır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnaksütyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
XX əsrin əvvəllərində baş verən soyqırım həmin yüzilliyin sonunda bir daha təkrarlanmış və ermənilər yenə də rus havadarlarının köməyi ilə bütöv bir Azərbaycan şəhərini – Xocalını məhv etmiş, onun sakinlərini amansızcasına qətlə yetirmiş, müsibətlər yaşatmışlar. Bu hadisələr yalnız Xocalıda deyil, Qarabağın digər bölgələrində də törədilmiş, dinc, günahsız insanlar, o cümlədən körpə uşaqlar, qocalar və qadınlar kütləvi sürətdə öldürülmüşdür.
Azərbaycan 44 günlük Vətən Müharibəsində Qələbə çaldıqdan sonra mənfur qonşularımızın digər cinayətlərinin də üstü açılır.
Belə ki, məlum olub ki, Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşləri kütləvi şəkildə basdırılıb. Daha ətraflı » -
31MarƏdəbiyyat Xurşidbanu Natəvan-190 üçün şərhlər bağlıdır
XALQA MƏHƏBBƏT NÜMUNƏSİNƏ ÇEVRİLƏN HƏYAT
QƏRƏNFİL
Xurşidbanu NatəvanSəni kimdir sevən bica, qərənfil? Sənə mən aşiqi-şeyda, qərənfil!
Səni gülşən ara aşüftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!
Belə pəjmürdə hal ilə durubsan, Düşər güllər əra qovğa, qərənfil!
Driğa kim, vəfasızdır bu gülşən,
Gedər bu tələti-ziba, qərənfil!
Üzündən pərdeyi-nazın kənar et! Unutma aşiqi, haşa, qərənfil!
2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Prezident İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, “Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəcilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır”.
Natəvan yaradıcılığa təxminən XIX əsrin əllinci illərindən başlamışdır. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib çatmışdır. 1870-ildən etibarən şairə özünə “Natəvan” (köməksiz, zəif, xəstə) təxəllüsü götürərək dərin məzmunlu qəzəllərini yaratmışdır. Onun şeirləri hələ sağlığında dildən-dilə düşmüş, müasirləri arasında əlyazma şəklində yayılmışdır. Füzulidə olduğu kimi, onun lirikasında da sevinclə kədər birləşərək vəhdət yaratmışdır.
Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də musiqiçilər və şairlər vətəni Şuşada, Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. Ailədə “Dürrü Yekta”, xalq arasında isə “Xan qızı “ ləqəbi ilə çağırılmışdır. Natəvan saray tərbiyəsi görmüş, dövrün tanınmış alim və sənətkarlarından dərs almışdır. Bir sənətkar kimi yetişməsində Natəvanın mənsub olduğu ədəbi mühitin rolu az olmamışdır. Həyat yoldaşı Xasay xanın qulluğu ilə əlaqədar olaraq, Xurşidbanunun dörd-beş ilə yaxın Tiflisdə yaşaması onun şair və rəssam kimi formalaşmasına böyük təsir göstərmişdir. Daha ətraflı » -
31MarXəbərlər Narkomaniyaya yox deyək! üçün şərhlər bağlıdır
Narkomanlıq bəşəriyyət üçün böyük təhlükədir
Rayon polis şöbəsi rayon icra hakimiyyətinin hüquq şöbəsi və rayon təhsil şöbəsi ilə birgə şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” və erkən nigahla bağlı geniş tədbir keçirdi. Tədbirdə rayon polis şöbəsinin, təhsil şöbəsinin və mətbuat nümayəndələri, 1 saylı məktəbin müəllim və şagirdləri iştirak edirdilər.
Yığıncağı rayon təhsil şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə açaraq, rayon polis şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımova söz verdi. Polis rəisi əvvəlcə tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdi. Sonra 44 günlük Vətən Müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından, qanından keçən şəhid oğullarımız haqqında danışaraq, ruhlarının bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Sonra iştirakçılar tərəfindən Dövlət himni səsləndirildi.
Tədbirdə polis rəisi geniş məruzə ilə çıxış etdi.
Məruzə ətrafında çıxışlar oldu. Rayon təhsil şöbəsinin müdir əvəzi Nuranə Abdullazadə, rayon icra hakimiyyəti hüquq şöbəsinin müdiri Çingiz İsayev müzakirə olunan mövzularla bağlı fikirlərini söylədilər. Daha ətraflı » -
31MarXəbərlər Bayram çələngi üçün şərhlər bağlıdır
Sarıcalı kənd tam orta məktəbində Novruz bayramı münasibətilə şənlik keçirildi. Şənliyə rayon təhsil şöbəsinin nümayəndəsi, mətbuat işçiləri, “N” saylı hərbi hissənin əsgərləri, valideynlər dəvət olunmuşdular. Hamı – müəllimlər də, şagirdlər də bayram əhval-ruhiyyəsi ilə qonaqları qarşıladılar. İlk sözü məktəbin direktoru Vəsilə Mehdiyeva söylədi. O, hamını Novruz bayramı münasibətilə təbrik edərək xoş gün-güzəran arzuladı. Məktəbin psixoloqu Esmira Qəhrəmanovanın rəhbərliyi ilə şagirdlərin ifasında hazırlanmış bayram çələngi böyük maraqla qarşılandı. Milli geyimlərdə olan oğlan və qızların ifasında səslənən şeir və mahnılar əsil vətənpərvərlik mövzusu ilə bərabər milli adətlərimizə köklənmişdir. Kosa və Keçəlin, Bahar qızın gəlişi, əsgər geyimli şagirdlərin Vətənimizin 44 günlük qələbəsinin rəmzi mənasını bildirən səhnəciklər bayram iştirakçılarının əhval-ruhuiyyəsinə xüsusi fərəh qatırdı. Şənliyin ən yadda qalan hissəsi böyük xeyir-duası oldu. Nənənin söylədiyi xoş sözlər hamının alqışları ilə qarşılandı. Şagirdlər Bahar qızın söylədiyi tapmacaları cavablandırdılar. Mərasimə toplaşan hər kəs ürək sözlərini sevinclə paylaşdı. Xüsusilə hazırda “N” saylı hərbi hissədə xidmət edən məktəbin məzunu Urxanın söylədiyi təbrik hamının sevincinə səbəb oldu.
-
30MarDigər 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür üçün şərhlər bağlıdır
Tarixin ən dəhşətli faciələri
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənilər müxtəlif mərhələlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçiriblər. 1905-1907-ci illərdə Bakıda törədilən erməni vəhşilikləri Azərbaycan və indiki Ermənistan ərazisindəki soydaşlarımızın tarixi kəndlərini əhatə edib. Bu hadisələr zamanı yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı qəddarcasına qətlə yetirilib.
Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir.
1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar;
– 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirilmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar; Daha ətraflı » -
29MarDigər 31 Mart Soyqırımı azərbaycanlılara qarşı törədilmiş amansız faciələrdən biridir üçün şərhlər bağlıdır
Erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.
1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilib və Nazirlər Şurası iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul edib. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Daha ətraflı »
Yeni ismarıclar