Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin baş məsləhətçisi Dilavər Lətifov, Dövlət Ekologiya Ekspertiza Agentliyinin aparıcı mütəxəssisi Elsəvər Abbasov, 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin sektor müdiri İsrafil Paşayev, Fövqəladə Hallar Nazirliyi Su Ehtiyatları Dövlət Agentliyinin əməkdaşı İltifat Zamanov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “Azmelsutəsərrüfat” və “Azərsu” ASC-lərin rayonda fəaliyyət göstərən idarələrinin rəhbərləri ilə birlikdə Kür çayının və onun qolları üzrə su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazələrin alınması ilə bağlı sənədləşdirmə işlərinin başa çatdırılması və nəticəsi barədə məlumatları müzakirə ediblər. Sonra inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri çıxış edərək, rayonun yaşayış məntəqələri üzrə Tərtər çayı hövzəsində su obyektlərinin nəzarətdənkənar istifadəsinin aradan qaldırılmasını və mövcud su ehtiyatlarından maksimum dərəcədə qənaətlə istifadə olunmasını tövsiyə ediblər. İcra nümayəndələrinə, bələdiyyə sədrlərinə əhali arasında maarifləndirmə işləri aparmaq tapşırılıb.
-
20AprXəbərlər Su ehtiyatlarından səmərəli istifadə edilməlidir üçün şərhlər bağlıdır
-
20AprXəbərlər Güclü külək rayonumuzda fəsadlar törədib üçün şərhlər bağlıdır
Aprelin 12-də saat 17:00-dan başlayaraq əsən güclü külək rayonumuzda bir sıra fəsadlar törədib.
Küləyin təsirindən iri gövdəli ağaclar aşaraq Tərtər şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus yaşayış evlərinin dam örtüyünə ciddi ziyan vurub.
Həmçinin küləyin təsirindən rayonun elektrik təsərrüfatına da ziyan dəyib. Tərtər şəhəri ərazisində işıqlandırma dirəkləri aşıb. Elektrik dirəklərinin aşması nəticəsində isə Tərtər şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb.
Hazırda rayon Fövqəladə Hallar komissiyası tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qal-dırılması istiqamətində iş aparılır. -
20AprXəbərlər Şəhərimiz günü-gündən gözəlləşir üçün şərhlər bağlıdır
2022-ci ilin ilk ayından başlayaraq Tərtər şəhərində tikinti, abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.
Şəhərin Əli İsmayılov, Teymur Rəhimov küçələrinin əsaslı təmiri və Mübariz İbrahimov küçələrində asfaltlanma işləri başa çatıb. Mehdi Hüseynzadə və Şıxəli Qurbanov küçələrində isə səkinin kənarlarında yeni yaşıllıq zolaqları yaradılıb, təkgöz, müxtəlif dekorativ gül kolları və ağaclar əkilib.
Hazırda Molla Pənah Vaqif küçəsi əsaslı təmir olunur. Küçədə istinad divarları hörülüb, hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, divarlar aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya, işıq, telefon xəttləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Molla Pənah Vaqif küçəsində görülən işlərlə yerində tanış olub, müvafiq tapşırıqlarını verib.
Küçənin sakinləri görülən işlərdən razılıq edib, aparılan əsaslı təmir işlərinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. -
20AprMilli-mənəvi dəyərlər Rayonumuzun fəxri olan ziyalılarımız üçün şərhlər bağlıdır
Məşhur alim və hər kəsin qayğısını çəkən doğma insan
Bizim Tərtər rayonu Qarabağın gözəl, əsrarəngiz guşələrindən olmaqla bərabər, həm də qədim insan məskənlərindən biridir. Keçmiş zamanlardan bəri yurdumuzun ab-havası, təmiz suyu, zəngin təbii sərvətləri bir çox məşhur sərkərdələrin, şairlərin, filosofların diqqətini cəlb etmiş, onlar Tərtər sahillərində köç salmış, qonaq qalmış, ya da rayonun kəndlərində yaşayaraq burada işləmişlər. Bunlardan Əmir Teymurun, Molla Pənah Vaqifin və digərlərinin adlarını çəkə bilərik.
Ancaq Tərtəri şöhrətli edən yalnız bunlardımı? Hamı-mız bilirik ki, rayonumuzun ən böyük sərvəti, onu tanıdan, şöhrətini bütün dünyaya yayan çox savadlı, xeyirxah, alicənab insanlarıdır.
Bu gün biz fəxr edirik ki, Vaqif Abbasov kimi şöhrətli alim rayonumuzda dünyaya göz açıb, burada ilk təhsilini alıb. Onu böyük elmə aparan cığır da elə buradan başlayıb.
Kimya üzrə elmlər doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Məhərrəm oğlu Abbasov 1952-ci il oktyabr ayının 5-də rayonumuzun Cəmilli kəndində müəllim ailəsində anadan olub. Cəmilli kəndinin tarixi vaxtilə Qubadlıdan bura köç etmiş Cəmil bəyin və onun qardaşlarının adı ilə bağlıdır. Bu kəndin təməlini onlar qoyublar. Burada məskunlaşan insanların Cəmil bəyə olan hörmətinin əlaməti olaraq, kənd əvvəlcə Cəmilbəyli, sonralar isə Cəmilli adlandırılıb. Daha ətraflı » -
20AprHərbi vətənpərvərlik “VƏTƏN BAĞ”I AL-ƏLVANDIR üçün şərhlər bağlıdır
İş planına uyğun olaraq rayonumuzdakı “Vətən bağı”ndan yazmalı idim. Bunun üçün Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfova müraciət etdim. O, bəzi məlumatları verməklə yanaşı, “Vətən bağı”nı görmək üçün ora getməyə kömək etdi.
Maşın Tərtər-Ağdərə istiqamətində hər iki tərəfdən şam və küknar ağacları əkilmiş asfalt yolla irəliləyir. Düşünürəm kaş bu yolla Umudlu və digər kəndlərimizə gedəydim. Axı, bu yollarda uşaqlığımın, atalı-analı günlərimin xatirələri yaddaşımda yaşayır. Dağların döşündəki müxtəlif meyvə ağacları ilə əhatə olunmuş meşəlik, yol qırağındakı sərin bulaqlar, yolun sol tərəfində qaya daşlarından tikilmiş evlərə aşırımlardan mələşə-mələşə qaçışan mal-heyvan, kənd uşaqlarının tozun-torpağın içində oynamağı, daha nələr, nələr gözlərim önündən keçdi. Nəhayət, “Vətən bağı” deyilən məkana çatıb maşından düşdük. Əvvəlcə dayanıb bir an ətrafa nəzər yetirdim. Murov dağından əsən mehdən nəfəs dolusu uddum.
Üç tərəfə ayrılan yolun tən ortasında ermənilərin özləri tərəfindən tikilən və Qarabağa gəlmə olduqlarını bildirən “Marağa-150” abidəsi diqqət çəkir. Abidənin sağ tərəfində isə möhtəşəm Zəfər və birlik rəmzi olan “Dəmir yumruq”, simvolik “Xarı bülbül” və “Xatirə bulağı” insana gəl-gəl deyir. Daha ətraflı » -
20AprHərbi vətənpərvərlik Vətən müharibəsi veteranı üçün şərhlər bağlıdır
Təvazökar döyüşçü
Elşən Əhmədov rayonumuzun yetirməsidir. Burada doğulub, boya-başa çatıb. Ata-anası rayonumuzun zəhmətkeş, sadə insanlarındandır. Ailədə 3 uşaq – 2 oğlan, bir qız böyüyüb. Elşən də həmin oğlanlardan biridir. Şəhər 6 saylı məktəbin 9-cu sinfini bitirdikdən sonra 11-ci sinfə qədər Bakı şəhərində təhsil alıb. 1994-cü ildə orta məktəbi bitirib. 1995-ci ildə Azərbaycan Texniki Universitetin Metallurgiya fakültəsinə qəbul olub, 2000-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub. Əsgəri borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Hərbi hissələrin birində artilleriya batareyasının komandiri olub. Hərbi xidmətini başa vurduqdan sonra az bir müddət Rusiyada yaşayıb, sonra qayıdaraq Gəncə şəhərində alüminium zavodunda işləyib. 2010-cu ildən isə Azəriqaz İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsinin Tərtər xidmət sahəsində dispetçer vəzifəsində işləyir.
Vətənimizin üzərini qara buludlar aldığı zaman, o da könüllü olaraq cəbhəyə yollanıb. Keçdiyi döyüş yolundan danışmasını xahiş etdim. Daha ətraflı » -
20AprKənd Təsərufatı ÇÖRƏK TƏKNƏMİZİN BOŞ QALMAMASI ÜÇÜN üçün şərhlər bağlıdır
Tərtər taxılçıları bütün imkanlarını səfərbər ediblər
Çörək dünyada yaşayan bütün xalqlar üçün müqəddəs nemətdir. Azərbaycan xalqı da istisna deyil. Bizdə də çörək müqəddəs və əvəzsiz nemət sayılır. Yerə düşmüş çörəyi götürüb öpərək gözümüzün üstünə qoyan, ona and içən biz deyilikmi?!
30 ildən artıq bir müddətdə torpaqlarımızın 20 faizdən çoxu işğal altında olduğu və bu gün də onların minalardan təmizlənməsi işi davam etdiyinə görə ölkəmiz özünü tam şəkildə bu qiymətli ərzaq məhsulu ilə təmin edə bilmir. İndiyədək taxılı əsasən Rusiyadan və Ukraynadan idxal etmişik. Hazırda bu ölkələr arasında baş verən məlum hadisələr üzündən biz öz ölkəmizdə taxıl istehsalına daha ciddi fikir verməli, mövcud əkin sahələrinin məhsuldarlığını artırmalıyıq.
Hazırda taxıl əkinlərinin becərilməsi davam edir. Tərtər Rayon Aqrar İnkişaf Mərkəzinin əməkdaşları vaxtaşırı fermerlərlə görüşür, onlara məsləhətlər verir, həmçinin mərkəzdə mütəxəssislərin iştirakı ilə seminarlar təşkil edirlər.
Keçən ilin məhsulu üçün rayonda 8800 hektar sahədə taxıl toxumu əkilmişdi. Bunun 5295 hektarı buğdanın, 3505 hektarı isə arpanın payına düşürdü. Ötən il rayon üzrə məhsuldarlıq 40,6 sentner olmaqla hər hektardan 42,9 sentner buğda, 37,9 sentner arpa götürülüb. Daha ətraflı » -
20AprXəbərlər Məktəb həyatı üçün şərhlər bağlıdır
Şəhidin adına layiq olacaqlarına söz verdilər
Şəhər 1 saylı tam orta məktəbinin rus bölməsinin 2-ci “V” sinfində şəhid Fuad Məhərrəmlinin adının əbədiləşdirilməsi məqsədilə tədbir keçirilib. Tədbirdə şəhidin valideynləri və doğmaları, ictimaiyyət nümayəndələri, Birinci Qarabağ və 44 günlük Vətən Müharibəsi veteranları, məktəb rəhbərliyi, mətbuat nümayəndələri iştirak ediblər. İlk olaraq şəhidin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.
Sonra sinif müəllimi Ramilə Heydərova şəhid Fuad Məhərrəmli haqqında məlumat verib. Bildirib ki, o, 28 noyabr 1994-cü ildə rayonumuzun Evoğlu kəndində kolxozçu ailəsində anadan olub. Orada boya-başa çatıb. Ailədə 2 qardaş 1 bacı olublar. O, əsgəri xidmətini Naxçıvanda çəkib. 2020-ci ilin iyun ayından isə müddətdən artıq xidmətə yazılıb. Minaatan bölməsində kiçik çavuş kimi çalışıb. 44 günlük Vətən Müharibəsində Həsənqaya, Suqovuşan istiqamətində döyüşüb. 19 oktyabr 2020-ci il tarixdə Suqovuşanın azadlığı uğrunda qəhrəmancasına şəhid olub. 20 oktyabrda canından çox sevdiyi torpaqda dəfn olunub. Ölümündən sonra qəhrəman şəhidimiz “Vətən uğrunda” medalı ilə təltif olunub. Daha ətraflı » -
20AprMilli-mənəvi dəyərlər BÖYÜK SÖZÜ, AĞSAQQAL ÖYÜDÜ üçün şərhlər bağlıdır
Ta qədimdən böyük sözünü, ağsaqqal, agbirçəklərimizin öyüdünü eşitmək, onların xeyir-duası ilə yaşamaq, işləmək bir ənənəyə çevrilib. Böyüklərin məsləhəti ilə gördüyümüz işdən xeyir tapanda özümüz də sevinmişik, böyüklərimiz də fərəhləniblər. Belə böyüklərimizdən biri də hamımızın ağsaqqalı, böyüyü sandığımız Məhyəddin Kərimovdur. O, ağıllı kəlamları ilə həm ailədə, həm də camaat arasında özünə hörmət qazanan ağsaqqallarımızdandır. Bu günlərdə sosial şəbəkələrin birində nəvəsi Səbuhi Kərimovun köməkliyi ilə bir neçə müdrik fikirləri yayımlanmışdı.: “ Birinci Al-lahı tanı, ikinci ata-ananı, üçüncü sənə elm, bilik verən müəllimi, dördüncü yer üzünün hökümətini – yəni dövlət başçısını, rəhbəri tanı”. Sonra deyir ki, “qaçağın evi, qumarbazın pulu, oğrunun çörəyi, mərdima-zarın isə məclisdə yeri olmaz”. Bu müdrik kəlamlar, ibrətamiz fikirlər gənclərimiz üçün çağırışdır.
Məhyəddin Kərimov ömrünün ən müdrik çağlarını yaşayır. 96 yaşlı Məhi baba oğul, qız, gəlin, nəvə-nəticə qayğısı ilə əhatə olunub. Ailədə hər kəsin məsləhət yeridir Məhi baba. Doğrudur, həmişə həyat yoldaşı Əfruz nənənin yoxluğunu hiss etsə də, ətrafında ona qayğı göstərənlərə şükür edir, öz nikbin xasiyyəti ilə hərəni bir cür mehribanlıqla dindirir. Məhi baba Kərimovlar ailəsinin ən çox istənilən, yolu hörmətlə saxlanılan böyüyüdür.
Məhyəddin Kərimov dövlətlə, xalqla qürurlanan bir insandır. O, ölkəmizin hər bir müvəffəqiyyətini alqışlayır, söz düşəndə qürurla öz fikrlərini bildirir. Bu yaxınlarda mənə zəng etmişdi. Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı uğurdan, zabit və əsgərlərimizin göstərdiyi şücaətlərdən qürur hissi ilə danışdı. Hətta onu da bildirdi ki, Şuşanın alınması məni nə qədər sevindirdisə, Fərrux yüksəkliyinin alınması da ikiqat sevindirdi. Sözünə davam edən ağsaqqal dedi: Daha ətraflı » -
15AprDigər Son üç ayda Azərbaycanın uğurları daha da artıb üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısı bildirib ki, keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.
İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər.Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər.Qeyd olunub ki, Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə – 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir.Prezident İlham Əliyev deyib ki, Ermənistanın inkişafı onun qonşu ölkələrə olan münasibətindən asılı olacaq. İndi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər.Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində Ermənistanın 4-5 milyard dollarlıq dəyərində hərbi texnikası Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirəcək.
Yeni ismarıclar