Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn
    Təhsil Şagirdlərə tövsiyələr verilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Hacıqərvənd kənd tam orta məktəbində şagidlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.
    Daha sonra məktəbin iclas zalında davam etdirilən maarifləndirmə tədbirində çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumat verib. Tədbirdə həmçinin şəhid Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva, narkoloq həkim Rima Axundova, məktəbin psixoloqu Vəfa Abbasova və başqaları çıxış edərək şagirdlərə öz tövsüyələrini veriblər.
    Sonda şagirdlər narkotiklərin törətdiyi fəsadlardan bəhs edən səhnəcik göstəriblər və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

    “Yeni Tərtər”

  • 20İyn
    Milli-mənəvi dəyərlər 2022-ci il “Şuşa ili”dir üçün şərhlər bağlıdır

    ŞUŞA AZƏRBAYCANIN DÖYÜNƏN ÜRƏYİDİR

    Umudlu kənd tam orta məktəbində “Şuşa Azərbaycanın döyünən ürəyidir” adlı tədbir keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə məktəbin şagirdlərinin Şuşaya həsr olunmuş rəsmləri və əl işləri ilə tanış olublar.
    Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Şuşa ilə bağlı fikirləri səsləndirilib.
    Məktəbin direktor əvəzi Könül Hacıyeva “Şuşa ili” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən, Şuşanın Azərbaycanın həyatındakı misilsiz rolundan danışıb. Qeyd edib ki, məktəbin şagirdləri “Şuşa ili” çərçivəsində keçirilən bütün yarışmalarda uğur qazanıblar. Belə ki, rayon təhsil şöbəsinin “Şuşa, sən azadsan” adlı inşa yazı müsabiqəsində Nəzrin Mehdizadə, rəsm sərgisində Nilufər Zeynalzadə 2-ci yerlərə layiq görülüblər. Rəşad Səfərli və Ramizə Qasımzadə Şuşaya aid müxtəlif əl işləri hazırladıqlarına görə məktəb tərəfindən təltif ediliblər.
    Məktəbin “Xarı bülbül” komandası rayon üzrə intellektual oyunda birinci yerə çıxaraq, Mingəçevirdə keçirilən zona yarışına vəsiqə qazanıb və burada rayonumuzu layiqincə təmsil edib. Daha ətraflı »

  • 20İyn
    Xəbərlər Tərtərdə Səyyar “Asan xidmət”in xüsusi avtobusu vətəndaşların xidmətindədir üçün şərhlər bağlıdır

    “ASAN xidmət”in müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobusu 8 iyun 2022-ci il tarixdən başlayaraq rayonda sakinlərə səyyar xidmət göstərir.
    Rayon sakinləri əvvəlcə məlumat bürosundan növbə alır. Daha sonra növbə əsasında avtobusa daxil olaraq müraciətlərini edirlər.
    “Asan xidmət” sakinlərə səyyar şəkildə tərcümə, tibbi, bank xidmətləri, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evlərinin (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin olunması, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, sürücülük vəsiqələrinin dəyişdirilməsi və digər xidmətlər göstərir. Bu günə kimi ümumilikdə 598 nəfər rayon sakini xidmətin fəaliyyətindən yararlanmışdır.
    “ASAN xidmət”in səyyar avtobusu rayonda 24 iyun 2022-ci il tarixədək xidmət göstərəcəkdir.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “ASAN xidmət”in səyyar avtobusunda sakinlər üçün yaradılmış şəraitlə tanış olmuş, sakinlərin qayğıları ilə maraqlanmış, onlarla səmimi söhbət etmişdir.
    Xidmətdən yararlanan sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20İyn
    İdman Milli Qurtuluş Günü münasibəti ilə üçün şərhlər bağlıdır

    Mini futbol idman növü üzrə rayon çempionatı

    Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə rayonun ümumtəhsil məktəblərinin komandaları (Vl-Vll sinif oğlanlar) arasında mini futbol idman növü üzrə rayon çempionatı keçirilib.
    Çempionatda 16 məktəb komandası iştirak edib. Yarışın keçirilməsində məqsəd Heydər Əliyev ideyalarının yaşadılması, 15 iyun – Milli Qurtuluş Gününün rayonda qeyd edilməsi və mini futbolun yeniyetmələr arasında inkişaf etdirilməsidir.
    Yekunda şəhər 1 saylı tam orta məktəbin komandası I yeri, Köçərli kənd tam orta məktəbin komandası isə ll yeri tutaraq, müvafiq diplomlarla təltif edilib.

     

  • 20İyn
    Təhsil Naxçıvandan məktub üçün şərhlər bağlıdır

    Arzuların gerçək olduğu təhsil ocağı

    Hər bir gəncin uşaqlıq illərindən gələcək üçün qurduğu planlar, həyata keçirmək istədiyi arzuları olur. Kimi ailəsinin seçdiyi sənət üzrə mütəxəssis, kimisi də özünün ürəyincə olan ixtisasa sahib olmaq üçün çalışır. Düşünürəm ki, bu iki düşüncənin ikisinə də sahib biriyəm. Həm uşaqlıq arzusu olan, həm də valideynlərimin istədiyi mükəmməl bir ixtisası, jurnalistikanı seçmişəm. Jurnalistika ixtisasını mənə sevdirən–“Yeni Tərtər” qəzetinin müxbiri olan, jurnalist babam Əvəz Nəsirov olub. Uşaq yaşlarında, hələ orta məktəbin aşağı siniflərində oxuyanda dərsdən çıxandan sonra babamın yanına–redaksiyaya gedirdim. Çox maraqlı gəlirdi bu iş mənə. Maraqlı, bir o qədər də məsuliyyətli olan bir ixtisas.
    İnsan hər zaman xəyallarının arxasınca getməyi bacarmalıdır. Mən də məhz bu cür etmişəm. Hal-hazırda oxuduğum ali təhsil ocağı–Naxçıvan Dövlət Universiteti haqqında çox eşitmişdim. Amma eşitdiklərimdən daha yaxşı olduğuna burda bir daha şahid oldum. Universitetimizdə bütün ixtisaslar üçün çox yaxşı şərait yaradılıb. Daha ətraflı »

  • 20İyn
    Digər 30 illik işğalın acı nəticələri üçün şərhlər bağlıdır

      Azərbaycan Respublikasının Şərqi Zəngəzur və  Qarabağa aid olan rayonlardan  Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam və  Füzuli rayonlarının  mərkəzləri və ərazilərinin böyük bir hissəsi Ermənistan tərəfindən işğal olunmuşdur. O dövrdə baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilirdi. İşğal altında olan bu sərhədlərdən Azərbaycanın zəbt olunmuş ərazilərində yerləşən yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınırdı. İşğal altında olan bu ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir.

    Zəngilan rayonu ərazisində yerləşən Bəsitçay Dövlət Qoruğunun sahəsinin 100 hektarını çinar meşələri tutur. Burada nadir hallarda rast gəlinən ağaclardan olan yunan qozu, dağdağan, tut, söyüd, qovaq ağacları, yemişan, itburnu, murdarca, qaratikan və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri 1 m-dir, onların yaşı 1200-1500 ilə, hündürlüyü 50 m-ə, diametri isə 4 m-ə çatan nümunələri də vardır.  Təəssüf ki, belə bir sərvətimiz işğal zamanı məhv edilmiş, o meşələrə amansız divan tutulmuş, kəsilərək Ermənistana aparaılmış,  mebel istehsalında istifadə olunmuşdur. Daha ətraflı »

  • 20İyn
    Şəhidlər Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür üçün şərhlər bağlıdır

    Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür.

    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, veteranlar, qazilər, ictimaiyyət nümayəndələri tərəfindən Tərtər şəhərində qəhrəmanın adını daşıyan küçədə Şəhidin baralyefi ziyarət olunub, önünə tər gül-çiçək dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.

    Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. M.Piriyev adına Əliabad kənd orta məktəbini 2005-ci ildə bitirib və elə həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. 2009-cu ilin avqust ayında könüllü olaraq hərbi xidmətə qayıdıb. Bu dəfə gizir rütbəsində xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. 2010-cu il iyunun 18-də gecə gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqeyinə hücum edib. Daha ətraflı »

  • 20İyn
    Xəbərlər Tərtərdə Tibbi Səyyar Müayinə aksiyası keçirilir üçün şərhlər bağlıdır

    Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Bakı Sağlamlıq Mərkəzinin,  Mərhəmətli Ürək Asosasiyasının və Servıer şirkətinin birgə təşkilatçılığı ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasında Şəhid və qazi ailələri, aztəminatlı ailələr üçün Tibbi Səyyar Müayinə aksiyası keçirilməyə başlanıb. Aksiya 18-19 iyun tarixlərini əhatə edəcəkdir.

    Aksiya ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Mərkəzi Xəstəxanaya gedərək aksiyanın keçirilməsi üçün yaradılan şəraitlə tanış olub. Rayon rəhbəri bildirib ki, aksiya bölgədə yaşayan sakinlərin qayğı ilə əhatə olunması, yerli əhali arasında proflaktiki müayinə mədəniyyəti və sağlam həyat tərzinin təbliği məqsədini daşıyır. Müayinə zamanı xəstəliklər vaxtında aşkara çıxarılır, düzgün diaqnoz qoyulur və müalicə təyin olunur.  İcra başçısı bu cür aksiyaların Tərtər rayonunda keçirilməsini yüksək qiymətləndirərək, tədbirin təşkilatçılarına və əziyyəti olan hər kəsə razılığını bildirib.  Müainəyə gələn Şəhid ailələrinin üzvləri və qazilərlə görüşərək onlarla səmimi söhbət edib.

    Aksiyada iştirak edən şəhid ailələrinin üzvləri, qazilər, aztəminatlı ailələr onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

     

  • 20İyn
    Xəbərlər İcra başçısı Şəhid İsaxlı Anar Rəsul oğlunun ailəsi ilə görüşüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Cəmilli kəndində Şəhid İsaxlı Anar Rəsul oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

    Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində Tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib. Qarabağı görməyən gənclərin qəhramanlığı, peşakar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Rayon rəhbəri qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır. Daha ətraflı »

  • 20İyn
    Xəbərlər İcra başçısının Cəmilli kəndində səyyar qəbul görüşü olub üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmodovun növbəti səyyar qəbul-görüş rayonun Cəmilli kəndində keçirilib. Görüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Qəbuldan əvvəl tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən kəndin Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzərək, onları ehtiramla yad ediblər.

    Kənd sakinlərini salamlayan icra başçısı   bildirib ki, “Covid-19” pandemiyası ilə bağlı yerlərdə səyyar-qəbulların keçirilməsi də təxirə salınmışdı. 2022-ci ilin mart ayından artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün bölgələrində olduğu kimi Tərtər rayonunda da icra başçısının yerlərdə səyyar qəbul-görüşləri mütəmadi şəkildə həyata keçirilir, vətəndaşların müraciətləri yerində dinlənilir və həll olur. Daha ətraflı »