BUNLAR XATİRƏ DEYİL…
Bir ana əllərini göylərə açıb dayanmadan dua edir. Onun baxışlarında yalvarış, məhəbbət, həyəcan, qorxu hissləri var. Kimdir bu ana? Nə istəyir Uca Yaradandan?
Başının üstündən keçən mərmilərin dəhşətli səsi qadını diksindirir. Ancaq o, yenə də yerindən tərpənmir. Mərmilər onu yaralaya bilər, öldürər, ana bunlardan qorxmur, o, bütöv bir Azərbaycan xalqı üçün, qüdrətli Ordumuz üçün, bu Ordunun tərkibində cəsarətlə döyüşən iki oğlundan ötrü dua edir, Allahdan onların hifz olunmasını istəyir.
Bütün analar kimi, o da müharibə arzulamırdı. Çünki ömrünün elə yarısını mü-haribə şəratində yaşamışdı. Ömür-gün yoldaşını müharibəyə göndərib, gecəni-gün-düzə qatıb, yolunu gözləmişdi. Uşaqların atası yaralanıb üstünə gələndə, əvvəlcə özünü itirmişdi, lakin sonradan başa düşmüşdü ki, acizliklə erməni adlı bir bəladan yaxa qutarmaq olmaz. Odur ki, otuz illik atəşkəs dövründə özü də, həyat yoldaşı da düşmənin nə qədər təhlükəli olduğunu övladlarına çatdırmağa çalışmışlar.
Bu ana rayonumuzun Səhlabad kəndində yaşayır. Adı isə Səadət xanımdır. Onun həyat yoldaşı Bayram İbrahinov I Qarabağ müharibəsi iştirak-çısı, II qrup əlildir. Torpaqlarımızın müdafiəsi sahəsində fəaliyyətinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Bəs nəyə görə bu yazımıza məhz Səadət ananın duaları ilə başladıq? Ona görə ki, Qarabağ döyüşçüsünün ailəsində böyüyən iki oğul övladı da atasının nümunəsində məhz hərb yolunu seçmişlər. Onlar-dan biri–Vətən müharibəsi iştirakçısı Səbuhi İbrahimov deyir: Daha ətraflı »
Yeni ismarıclar