Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyl

    2022-ci ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 25343.3 hektar olmuş və keçən illə müqayisədə 207.3 hektar və yaxud 0.8 faiz azalmışdır.
    Rayon üzrə əkin sahəsinin 8364.3 hektarını və yaxud 33 faizini dənli və dənli paxlalı bitkilərin, 6088.1 hektarını və yaxud 24 faizini texniki bitkilərin, 1375.5 hektarını və yaxud 5.4 faizini kartof, tərəvəz və bostan bitkilərinin, 9515.4 hektarını və yaxud 37.6 faizini yem bitkilərinin əkin sahələri təşkil etmişdir.
    Dənli və dənli paxlalılar Dənli və dənli pax-lalı bitkilərin 3976.7 hektarı (47.5%) buğda, 4126.2 hektarı (49.3%) arpa, 173.5 hektarı (2.1%) dən üçün qarğıdalı, 84.9 hektarı noxud, 2 hektarı lobya, 0.5 hektarı darı və 0.5 hektarı soya əkinlərindən ibarətdir.
    Carı ildə dənli və dənli paxlalı bitkilərin əkini əv-vəlki ilə nisbətən 653.4 hektar və yaxud 7.2 faiz, o cümlədən buğda əkini 1318.3 hektar və yaxud 24.9 faiz, dən üçün qarğıda-lı əkini 16 hektar və ya 8.4 faiz azalmış, arpa əkini 621 hektar və ya 17.7 faiz artmışdır. 2022-ci ilin məhsulu üçün rayon üzrə ən çox dənli və dənli paxlalı bitkilər Şıxarx (651 hektar), Hüsənli (593 hektar), Bəyim-sarov (535 hektar), Qaraağacı (482 hektar) inzibati ərazi dairələrində əkilmişdir.
    Dənli və dənli paxlalı bitkilərin əkin sahələrinin əsas hissəsini payızlıq dənli bitkilər təşkil edir. Belə ki, keçən ilin payızında dən və yaşıl yem üçün əkilmiş 8706.9 hektar sahədən 8102.9 hektar payızlıq dənli bitkilər cari ilin yaz əkini dövrünün sonunadək salamat qalmışdı ki, bu da ümumi dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 96.9 faizinə bərabərdir. Payızlıq dənli bitkilərin 53 hektarı yem üçün istifadə edildikdən sonra yerinə yazlıq bitkilər əkilmiş, 101 hektarı isə yem üçün saxlanılmışdır.
    Texniki bitkilər
    Kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahə-sinin 6088.1 hektarını və ya 24 faizini texniki bitkilər təşkil edir. Texniki bitkilərin 3450.7 hektarını və ya 56.7 faizini pambıq, 193.4 hektarını və ya 3.2 faizini şəkər çuğunduru, 2444 hektarını və ya 40.1 faizini dən üçün günəbaxan bitkilərinin əkin sahəsi təşkil etmişdir.
    Cari ildə texniki bitkilərin əkin sahəsi əvvəlki ilə nisbətən 205.4 hektar və ya 3.5 faiz, o cümlədən pambığın əkin sahəsi 10.7 hektar və ya 0.3 faiz, dən üçün gü-nəbaxanın əkin sahəsi 112.5 hektar və ya 4.8 faiz artmış, şəkər çuğundurunun əkin sahəsi 82.2 hektar və ya 73.9 faiz artmışdır.
    Kartof, tərəvəz və bostan bitkiləri
    Ümumi əkin sahə-sinin 1375.5 hektarı və yaxud 5.4 faizi kartof, tərəvəz və bostan bitkiləri əkinlərinin payına düşmüşdür. Bunun 359 hektarı (26.1%) kartof, 1016.5 hektarı (73.9%) tərəvəz bitkilərinin əkin sahələridir. Cari ildə kartof, tərəvəz və bostan bitkilərinin əkin sahəsi əvvəlki ilə nisbətən 248.5 hektar və ya 15.3 faiz, o cümlədən kartof əkini 54 hektar və ya 13.1 faiz, tərəvəz bitki-lərinin əkini 194.5 hektar və ya 16.1 faiz azalmışdır. 2022-ci ilin məhsulu üçün rayon üzrə ən çox Hüsənli (150 ha), Azadqaraqoyunlu (112 ha), Tərtər (105 ha), Bəyimsarov (85 ha), Mamırlı (80 ha) inzibati ərazi dairələrində kartof, tə-rəvəz və bostan bitkiləri əkilmişdir.
    Yem bitkiləri
    Ümumi əkin sahəsinin 9515.4 hektarı və ya 37.6 faizi yem bitkilərinin payına düşmüşdür. Yem bitki-lərinin 101 hektarını (1.1%) birillik otlar, 1762 hektarını (18.5%) cari ilin çoxillik otları, 7652.4 hektarını (80.4%) keçən illərin çoxillik otlarının əkin sahəsi təş-kil etmişdir.
    Cari ildə yemlik bitki-lərin əkin sahəsi əvvəlki ilə nisbətən 489.2 hektar və yaxud 5.4 faiz artmışdır. Cari ilin çoxillik otlarının əkin sahəsi 75.5 hektar və ya 4.5 faiz, keçmiş illərin çoxillik otlarının əkin sahəsi 437.4 hektar və ya 6.1 faiz artmış, birillik otların əkin sahəsi 23.7 hektar və ya 19 faiz azalmışdır.
    2022-ci ildə rayonda kənd təsərrüfatı bitkiləri əkininin 1202.1 hektarı və ya 4.7 faizi kənd təsərrüfatları müəssisələrində, 24141.2 hektarı və ya 95.3 faizi ailə kəndli və ev təsərrüfatlarında aparılmışdır. Ümumiyyətlə rayonda 2022-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin 98.7 faizi özəl sektorun payına düşür.
    Tərtər Rayon Statistika İdarəsi

    Müəllif: Redaktor, 09:59

İsmarıclar bağlıdır.