Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə 2022-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə dövlətçiliyimiz tarixində böyük yüksəlişin əldə edilməsinin anonsu kimi yadda qaldı. Müşavirədə çıxış edən dövlət başçısının xarici siyasət kursu ilə bağlı mesajları ölkəmizin geopolitik mövqeyinin gücləndiyini, regionun lider dövləti olan Azərbaycanın beynəlxalq münasibətlərin mühüm tərəflərdən birinə çevrildiyini təsdiqlədi.
Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının fikirləri respublikamızın beynəlxalq güclər üçün əhəmiyyətini tam şəkildə ortaya qoydu. Azərbaycan liderinin rəsmi İrəvanın hər hansı bir destruktiv mövqeyinə qarşı sərt təpki göstəriləcəyini qətiyyətlə bildirməsi dövlətimizin haqlı mövqeyinin dünya tərəfindən qəbul edildiyinin bariz nümunəsi kimi diqqət çəkdi. Eyni zamanda, ölkə rəhbərinin müşavirədə Ermənistanın Azərbaycanın beş şərti ilə razılaşmasını və sülh sazişinin imzalanmasının mümkünlüyünü elan etməsi çox mühüm bir hadisə idi.
Müşavirədə Möhtərəm Prezidentimizin sülh prosesi ilə bağlı mesajları hərb meydanında öz ərazi bütövlüyünü bərpa edən dövlətimizin qlobal arenada da qalib mövqedə olmasının təsdiqi idi. Dövlət başçısının sülh prosesinə nəyinsə xatirinə getməyəcəyini, məlum 10 noyabr Bəyannaməsinin müddəalarının yerinə yetirilmədiyi təqdirdə Azərbaycanın gücünü düşmənə göstərəcəyini diplomatik dillə ifadə etməsi də mühüm siyasi əhəmiyyət daşıdı.
Prezident İlham Əliyevin ölkəmizin beynəlxalq müstəvidə mövqeyi və Ermənistanla münasibətlər haqda fikirlərinin yekunu olaraq onu qeyd edə bilərik ki, bütün sahələrdə düşməni üstələyən Azərbaycan özünün iqtisadi, siyasi və hərbi qüdrəti ilə dünya çapında mühüm bir mövqedə qərarlaşıb ki,buna görə dövlətimizə qarşı böyük maraq yaranıb.
Dünya miqyasında tanınan özəl qurumların Azərbaycanla əməkdaşlıq istəyi respublikamızda yaradılan siyasi sabitliyin mövcudluğudur.
Danılmaz fakt ondan ibarətdir ki,ölkəmiz bütün sahələrində yüksələn xətlə inkişaf edir. Bütün bunlar Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının düzgün daxili və xarici siyasətinin məntiqi nəticəsidir.
Eldar Əsədov,
YAP Tərtər rayon
təşkilatının sədri