Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29İyl
    Kənd Təsərufatı Tərtər taxılçılarının uğurları üçün şərhlər bağlıdır

    Rayonumuzun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini müvəffəqiyyətlə başa vurub, uğur qazanıblar.
    2022-ci ilin məhsulu üçün rayonda 8102.9 hektar sahədə taxıl beçərilmişdi. Bunun 3976.7 hektarı buğda, 4216.2 hektarı dən üçün arpadır.
    Bütün qüvvələrini səfərbər edən taxılçılar 8102.9 hektar taxıl sahəsindən 33 min 233.1 ton məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 41 sentner olub. Buğda sahələrində məhsuldarlıq 43.6 sentner, arpa sahəsində isə 38.5 sentner təşkil edib. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 0.7 sentner, arpanın məhsuldarlığı 0.6 sentner artıb.
    Fermerlərdən Emin Qurbanov, Şahmar Müseyibov, Fazil Vəliyev, Rüstəm Quliyev və başqaları taxıl zəmilərinin hər hektarından 45 sentner buğda götürərək, rayonun ümumi göstəricisinə öz töhfələrini veriblər.
    Hazırda biçilmiş taxıl sahələrində şum aparılır.

    “Yeni Tərtər”

  • 29İyl
    Digər Medallar təqdim olundu üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medallarının ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına təqdimetmə mərasimi keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tərtər rayon icra hakimiyyətində keçirilən tədbirdə öncə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Rayon rəhbəri Müstəqim Məmmədov tədbirdə çıxış edərək tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən danışıb. Bildirilib ki, öz qanları, canları bahasına tarixə şanlı zəfər gününü yazan Vətən oğulları heç zaman unudulmayacaq. Daha ətraflı »

  • 29İyl
    Hərbi vətənpərvərlik Rayon rəhbəri Hacıqərvənd kəndində şəhid Rəşad Mirzəlinin ailəsində olub üçün şərhlər bağlıdır

    Onun mənalı ömür yolu gənclərə örnəkdir

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə Hacıqərvənd kəndində şəhid Rəşad Mirzəlinin ailəsində olub, onların problemləri və qayğıları ilə maraqlanıblar.
    Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib.
    Sonra şəhidin ömür kitabının səhifələri bir daha birlikdə vərəqlənib, onun şücaəti barədə söhbətlər dinlənilib.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası za-manı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Rəşad Mirzəli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
    Görüşdə Hacıqərvənd kəndindən olan qazilər Elgiz Məmmədli və Beyrək Quliyev də iş-tirak ediblər.
    Şəhidin atası Hafiz kişi və qazilər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    “Yeni Tərtər”

     

     

  • 29İyl
    Milli-mənəvi dəyərlər Tərtərdə Milli Mətbuatın 147-ci ildönümü qeyd olunub üçün şərhlər bağlıdır

    Jurnalistikamızın əsas qayəsi vətənpərvərlikdir

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 22 iyul – Milli Mətbuat gününün 147-ci ildönümü və Jurnalistika Günü münasibətilə “Yeni Tərtər” rayon qəzetinin kollektivini və bölgədə fəaliyyət göstərən mətbuat işçilərini qəbul edib. Tədbirdə “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyev, Bizim.medianın bölgə müxbiri Elgün Gəncimsoy və digərləri iştirak ediblər.
    İcra başçısı mətbuat işçilərini təbrik edərək, onlara şərəfli və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayıb. Qeyd olunub ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərib.
    Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider KİV-in cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Məhz buna görə də “Jurnalistlərin dostu” olmuşdur. Bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində mətbu orqanlarını maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin sosial- iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Daha ətraflı »

  • 29İyl
    Milli-mənəvi dəyərlər Bərdə Regional Mədəniyyət İdarəsində media nümayəndələri ilə görüş üçün şərhlər bağlıdır

    Azərbaycanın səsini dünyaya yayanlar

    Bərdə Regional Mədəniyyət İdarəsində Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndələri ilə görüş keçirilib.
    Tədbir iştirakçıları əvvəlcə Vətən uğrunda canından keçmiş şəhid jurnalistlərin guşəsi önünə gül dəstələri qoyublar. Sonra hərbi jurnalist Şöhrət Eyvazovun Vətən müharibəsində düşməndən qənimət olaraq götürülmüş “Boş qalan papaqlar” adlı kolleksiyasına baxış keçirilib.
    Tədbirdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən oğul və qızlarımızın, həmçinin şəhid jurnalistlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Media nümayəndələrinin Vətən müharibəsi dövründəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
    Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova çıxışında Azərbaycan milli mətbuatının yaranmasından, şərəfli və zəngin tarixindən danışaraq, mətbuat işçilərinə gələcək fəaliyyətlərində uğurlar və peşələrində yüksəliş arzulayıb.
    Vəsilə Möhsümova 44 günlük Vətən müharibəsində qazanılan Qələbədə medianın xüsusi rolunun olduğunu vurğulayıb. Bildirilib ki, media nümayəndələri çətin və təhlükəli şəraitdə çalışaraq həm ölkə, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadılar. Birbaşa hadisə yerindən informasiyalar, foto və videolar yayımlayaraq, xalqımızı məlumatla təmin etdilər. Daha ətraflı »

  • 29İyl
    Xəbərlər İctimai şuranın yığıncağı keçirilib üçün şərhlər bağlıdır

    Hökumətlə vətəndaşlar arasında əlaqələr möhkəmlənəcək

    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İctimai şuranın üzvləri ilə görüşərək, onları dinləyib. Sonra şura üzvlərini düşündürən məsələlər barəsində müzakirələr aparılıb. Rayon rəhbəri ictimai şuranın vətəndaşlarla hökumət arasında bir körpü rolunu oynadığını, vətəndaşların arzu və təkliflərinin ictimai şura vasitəsi ilə açıq şəkildə çatdırıldığını qeyd edib.
    Söhbət zamanı rayonda baş vermiş erkən nikah, şəhid ailələrində ailədaxili münaqişələr, qazilərin intiharı, şəhid ailələri və qazilərin mənzillə təmin olunmaları, şəhərin küçələrinin abadlaşdırılması zamanı sakinlərin yaratdıqları süni maneələr, bir qrup gəncin gecələr bir yerə toplanması ilə bağlı bir sıra məsələlər müzakirə edilib, ictimai şura üzvlərinin bu məsələ-lərin həllində rayon icra hakimiyyətinə dəstək olmaları nəzərə çatdırılıb.
    Tədbirdə iştirak edən YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, ictimai şuranın üzvləri Rauf Həsənzadə, Svetlana Bağırova, Sətdar Nəcəfov, Emin Pənahov, şəhid atası Bəhruz İsgəndərov, Orxan Mustafazadə müzakirə edilən məsələlərlə bağlı öz fikir və mülahizələrini bildiriblər. Daha ətraflı »

  • 29İyl
    Hərbi vətənpərvərlik Döyüşən müəllimlərimiz üçün şərhlər bağlıdır

    Qalib Ordunun zabiti olmaq şərəfdir

    Baş leytenant Qoşqar Bayramov bu hissi yaşayan insanlardan biridir. Buruc kənd tam orta məktəbində ibtidai hərbi hazırlıq və fiziki tərbiyə fənnini tədris edir, Vətən müharibəsi veteranıdır. Qoşqar Bayramov bu gün müəllim kimi fəaliyyət göstərdiyi məktəbin məzunudur. 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai hazırlıq və fiziki təlim fakültəsini bitirib. Elə o vaxtdan da təyinatla bu məktəbə gəlib.
    Qoşqar müəllim 2020-ci il sentyabrın 20-dən ordu sıralarına çağırılıb və həmin ilin 30 dekabrında, yeni ilə bir gün qalmış təxris edilib. Tağım komandiri olub. Əvvəlcə Ağdam istiqamətində, sonra Suqovuşanda xidmət edib. O deyir ki, Böyük Qələbədən sonra bir vətəndaş, zabit və müəllim kimi həyatı tamamilə dəyişib. Daha ətraflı »

  • 29İyl
    Digər Peşəkar olmağa çalışaq üçün şərhlər bağlıdır

    “Azərbaycan” qəzetinin 21 iyul 2022-ci il nömrəsində baş redaktor Bəxtiyar Sadıqovun “Mətbuatın və sosial şəbəkənin “muştuluq” xəbərləri” başlığı altında verilmiş yazısı bir jurnalist kimi mənim də “ürəyimdən tikanı” çıxartdı.
    Saytlar bir-birinin ardınca ölüm xəbərlərini elə sevinə-sevinə paylaşırlar ki, gəl görəsən. Hələ vəfat edən adamın yerinə hansısa bir aparıcının, müğənninin, yaxud hörmətli bir insanın şəklini belə qoyub paylaşırlar, baxış sayı çoxalsın. Ayıbdır, vallah, ayıbdır. Yazını “ açırsan ki, bəs” ölən şəkili verilən deyil, kimsə bir başqasıdır. Özünüzü şəklini verib, yalandan “öl- dürdüyünüz” o insanların qohum-əqrabalarının yerinə qoyun, bəlkə kiminsə yaxını oxuyub, ürəyi partlayacaq. Bu şəkildə izləyici toplamaqdansa əl açıb dilənmək yaxşıdır. Onsuz da belə saytlar bütün günü mədəni dilənçiliklə məşğul olurlar.
    Saytlar hələ qətllər və oğurluqla bağlı hadisələri o qədər təsvirlə verirlər ki, həmin oğurluq hadisələrinə baxıb eyni yolla oğurluq edənlərin də sayı artıb, necə ki, bu yaxınlarda bir məşhurun övladının toyunda toya salınan nəmərləri oğurlamışdılar.
    Şou yaratmaq, süni surətdə reytinq qazanmaq, izləyicilərin, oxucuların əsəbləri ilə oynamaq kimə, nəyə gərəkdir?
    Ayıbdır, vallah, belə işlər bizə hörmət yox, xəcalət gətirir. Bəxtiyar müəllimin jurnalistlərə çağırışına səs verərək, “gəlin ağıllı, peşəkar jurnalist olaq, sensasiya ardınca qaçmayaq”, – deyirəm.

    Svetlana Əzizova,
    Tərtər rayonu, jurnalist

  • 29İyl
    Xəbərlər Redaksiyaya məktublar üçün şərhlər bağlıdır

    Təşəkəkür

    Uşaqlar da razıdırlar, valideynlər də

    Prezident seçkiləri zamanı hər bir vətəndaşın prezidenti olacağını vəd edən dövlətimizin başçısı İlham Əliyev verdiyi sözə əməl edərək, ölkənin bütün vətəndaşlarının qayğı və diqqətlə əhatə olunmasına çalışır. Bu gün iri şəhərlərlə yanaşı, bölgələrimiz sürətlə inkişaf edir, insanların, xüsusən böyüməkdə olan nəslin rahat yaşaması üçün bir-birindən möhtəşəm layihələr həyata keçirilir.
    Biz bunu rayonumuzun timsalında da aydın görürük. Xüsusilə Tərtər İdman Olimpiya Kompleksinin ti-kilməsi və fəaliyyətə başlaması hər bir rayon sakinini ürəkdən sevindirir.
    Bu isti yay günlərində biz babalar nəvələrimizin əllərindən tutub buradakı üzgüçülük hovuzuna gətirəndə, qəlbimizdən sonsuz təşəkkür hissləri keçir. Uşaqlar burada üzgüçülüklə yanaşı, idmanın digər növləri ilə də məşğul ola bilirlər. Şərait çox gözəldir, işlər yaxşı qurulub. Bütün bunlar övladlarımızın fiziki inkişafına, sağlam böyüməsinə müsbət təsir göstərir.
    Onu da qeyd etmək istəyirik ki, Olimpiya Kompleksində şəhid ailələrinə və qazilərə böyük hörmətlə yanaşılır və güzəştlər edilir.
    Övladlarını idman məşğələlərinə gətirən valideynlərin, baba və nənələrin dincəlməsi üçün də burada lazımi şərait var.
    Tərtərlilərə, o cümlədən burada yaşayan şəhid ailələrinə, qazilərə göstərilən qayğıya, nəvələrimizin xoşbəxt böyüməsinə görə möhtərəm Prezidentimiz İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk.

    Ramiz Ələkbərov,
    Cəmil Hacıyev,
    Şəhid ataları

     

  • 29İyl
    Xəbərlər Təklif üçün şərhlər bağlıdır

    Gəlin şəhərimizin təmizliyini qoruyaq

    Tərtər həm təbii relyefinə, həm də son illər burada aparılan abadlıq, quruculuq işlərinə görə Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Lakin gözəlliyi yaratmaq rayonumuzun rəhbər işçilərinin və bu sahədə çalışan insanların vəzifəsidirsə, bunu qoruyub saxlamaq, xüsusən də təmizliyə, adi qaydalara əməl etmək biz sakinlərin sadəcə olaraq vətəndaşlıq borcudur.
    Adi bir məsələyə toxunmaq istəyirəm. Sübh tezdən axşamadək şəhərimizin küçələrində çalışan, buraları cənnətə döndərən insanların zəhmətinə necə qiymət veririk? Zibili hara gəldi atmaqla, çəkilən hasarları, səkiləri dağıtmaqla biz özümüz-özümüzə ziyan vururuq.
    Gəlin bu sahədə qaydalara əməl etməyi böyüyən nəslə öz nümu-nəmizlə aşılayaq.

    Bəhruz İskəndərov,
    Şəhid atası