DAĞ ARMUDU
Bu bir təsadüfdür, yoxsa tanrının hikməti?
Mən bu hekayəni məhz Ramazan bayramı günü – 21.04.2023-cü ildə, saat 01-də qələmə alıram.
Evimizin qarşısında soğan ləkinin içində körpə bir armud ağacı əkilmişdi. Sel gələndə dağlardan gələn selintinin içində bir körpə fidanın olduğunu görən atam onu həyətimizə gətirib əkmişdi. Əkildiyi yeri sevən armud ağacı böyüyür, qol-budaq atırdı. Meyvələri o qədər şirin, o qədər ləzzətli idi ki…
Atamın dünyasını dəyişdiyinin 3-cü ili idi. Qəflətən aprel ayında güclü külək başladı. Külək damların örtüyünü qoparır, ağacların başı əyilərək torpağa salama gəlirdi. Boylu-buxunlu, qamətli, tər çiçəkləri ilə həyətimizə gözəllik verən armud ağacının kökü az qala torpaqdan ayrılırdı. Anam ağacı qorumaq üçün 2 ədəd payanı yerə çaldı. Kəndiri ağacın gövdəsinə bağlayaraq onun dayaqlarını bərkitməyə çalışır, ancaq güclü külək buna imkan vermirdi. Elə bu zaman qayınları evinə gedən Məhluqə xala həyətə döndü. Anamın köməyinə çatdı. Ağacı bağladılar. Kökün ətrafını torpaqladılar. Külək, tufan elə bil bunu gözləyirdi. Ətrafı sakitlik bürüdü. Bağlar, bağçalar küləyin təsirindən viranəyə çevrilmişdi. Sınmış budaqlar, sovrulmuş çiçəklər çəpərlərin arasına, evlərin ətrafına sığınmışdı. Daha ətraflı »
Yeni ismarıclar