Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 01İyn

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon Pokuroru Əli Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayevlə birlikdə Vətən müharibəsi şəhidi  Surxayzadə Cahangirin rayonun Qaynaq kəndində yaşayan ailəsində olub, onların qayğıları ilə maraqlanıb.

    Rayon rəhbəri bizi ərazi bütövlüyümüzə qovuşduran, Şanlı Zəfər tarixmizi yazan şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağını bildirib, Cahangirin keçdiyi şərəfli ömür yoluna nəzər salıb.

    Qeyd edək ki, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olmuş Cahangir Surxayzadə 1996-cı il iyulun 9-da Tərtər rayonunun Qaynaq kəndində anadan olub. O, Füzulinin və Şuşanın azadlığı uğrunda döyüşüb və noyabrın 9-da Şuşa
    döyüşlərində şəhid olub.

    Cahangir ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, ”Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

    İcra başçısı şəhidin valideynlərinə Cahangir kimi igid oğul böyütdükləri üçün öz minnətdarlığını bildirib, məhz Cahangir kimi tarix yazan oğulların sayəsində düşmən üzərində qələbə qazanıldığını, 30 ildən sonra torpaqlarımızın işgaldan azad olunduğunu bildirib.

    Oxuduğu Qaynaq kənd umumi orta məktəbində Cahangirin adı əbədiləşdirilib, onun adına sinif otağı verilib. Otaqda şəhidə güşə ayrılıb, güşədə onun şəkli, haqqında, döyüş fəaliyyəti barədə məlumatlar qoyulub.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasınən Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərmizə rəhmət, qazilərimizə, veteranlarımıza isə can sağlığı  versin!

     

    Müəllif: Redaktor, 14:34

İsmarıclar bağlıdır.