10İyl
COCUQ MƏRCANLIDA ƏLAVƏ 100 EVİN TİKİNTİSİNƏ BAŞLANILIR
Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsinə başlanılıb.
Burada aparılan tikinti-bərpa işlərinin ikinci mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsinin, klub-icma mərkəzi, inzibati bina, poçt binası və digər zəruri sosial-infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulub.
17 hektar ərazidə inşa ediləcək evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq. Qəsəbədə 1,75 hektarda yaşıllıq salınacaq, yollar, səkilər və arxlar çəkiləcək. Tikinti işlərinin 3 ay ərzində başa çatdırılması nəzərdə tutulur.
Teqlər: Xəbərlər
10İyl
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Beynəlxalq Ticarət Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.
Memorandumu AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru xanım Arança Qonzales imzalayıblar.
Anlaşma Memorandumunun imzalanması iyulun 5-də Bakıda keçirilən “Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol” layihəsinin açılış mərasimində baş tutub.
Teqlər: Xəbərlər
10İyl
2016-cı ildə Azərbaycana 1,6 milyon ton buğda idxal olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun rəisi Zülfüqar Məmmədov deyib.
O bildirib ki, həmçinin bundan əlavə yerli istehsalçılar tərəfindən ümumilikdə 1 milyon 854 min ton buğda istehsal olunub.
Teqlər: Xəbərlər
10İyl
2017-ci ilin iyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 212 min 764 ton Azərbaycan nefti nəql olunub.
Cari ilin yanvar-iyun aylarında bu kəmərlə 13 milyon 174 min 287 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il iyul ayının 1-ə qədər BTC-yə 334 milyon 712 min 349 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin iyun ayında BTC kəməri ilə 564 min 548 ton Türkmənistan nefti nəql olunub.
Teqlər: Xəbərlər
10İyl
Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.
Nəticədə Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Həmin faktlarla bağlı Füzuli rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
Teqlər: Xəbərlər
10İyl
SAKİNLƏR S EVİNƏCƏKLƏR
Şəhərimizdə 18 ədəd çoxmənzilli yaşayış binasında təmir işləri aparılır. Yaxın günlərdə daha 24 belə binada təmirə başlanılacaq. Sakinlər görülən işlərdən razılıq edirlər.
Yay tətili günlərində şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəblərdə təmir işlərinə başlanılıb. Vaxtdan səmərəli istifadə etməklə, bu işləri yeni dərs ili başlananadək başa çatdırmaq nəzərdə tutulub.
Teqlər: Xəbərlər
10İyl
Tərtərin küçə və meydanları günü-gündən abad-laşır. Bu işdə yolçəkənlərin də xüsusi zəhməti var. Hazırda şəhərin Mehdi Hüseynzadə küçəsinə asfalt örtük salınır. M.F. Axundov və onun kiçik qolu olan Zeynəb Əhmədova küçələri də asfaltlanacaq.
Teqlər: Xəbərlər
10İyl
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə rayonun Şıxarx qəsəbəsində yerləşən “Marağa – 150” abidəsinin ətrafı abadlaşdırılır.
Məqsəd ölkəmizə gələn xarici qonaqlara erməni saxtakarlığını əyani surətdə sübut etməkdir.
Teqlər: Xəbərlər
10İyl
İsti yay günlərində Tərtər-Goranboy yolunda əsaslı təmir işləri davam etdirilir. Bu işi 42 saylı yol istismar idarəsinin kollektivi yerinə yetirir. Yolun rahat olması diqqət mərkəzində saxlanılır.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
10İyl

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Tərtər rayonunda yerləşən hərbi hissələrdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbirləri keçirildi.
Tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər, Qarabağ Regional Bilik evinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə hərbi hissələrin şəxsi heyətlə iş üzrə komandir müavinləri Azərbaycan Respublikasının Müdafiə Naziri general–polkovnik Zakir Həsənovun təbrik məktubunu oxudular. Sonra hərbi hissələrin şəxsi heyəti qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri təbrik etdi, çətin və şərəfli işlərində onlara uğurlar arzuladı. Bildirdi ki, ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənmiş, ordumuzun maddi-texniki bazası gücləndirilmiş və döyüş qabiliyyəti artmışdır. Daha ətraflı »
Teqlər: Xəbərlər
Yeni ismarıclar