YAP Tərtər rayon təşkilatının sədri – Eldar Əsədov
Müstəqil Azərbaycan dövlətinin tarixində ən əlamətdar hadisələrindən biri – Dünya Azərbaycanlılarının V qurultayının Azərbaycanın mədəniyyət beşiyi olan qədim Şuşa şəhəridə keçirilməsi oldu. Qurultayın Möhtərəm Prezidentimiz , Yeni Azərbaycan Partiyasının Sədri Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli ordumuzun düşmən əsarətindən azad edilən Şuşa şəhərində baş tutması heç də təsadüfü deyildir. Bildiyimiz kimi dünyanın 65 ölkəsindən 400-ə yaxın diaspor nümayəndəsinin iştirakı ilə keçirilən qurultay beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayır. Bu qurultay bizim tarixi zəfər qurultayımız oldu.
İlham Əliyev cənablarının Zəfər qurultayında dediyi kimi uzun illərdən bəri Azərbaycanımız üçün problem olan Qarabağ münaqişəsinin həll edilməsi Prezidentimiz üçün başlıca vəzifə olmuşdur. İkinci Qarabağ müharibəsindəki parlaq qələbəmiz bütün dünyaya göstərdi ki, bu missiya Prezidentimiz tərəfində layiqincə yerinə yetirildi. Müzəffər Ali Baş Komandanımızın vətənin azadlığı uğrunda olan çağırışı ilə vətənimizin igid övladları Vətən qarşısında əvəzolunmaz xidmətlər göstərdilər. Müasir müstəqil Azərbaycan dövləti yarandıqdan sonra vətənpərvərlik ruhunda böyüyən gənclərimiz bu tarixi qələbəni Azərbaycan xalqına bəxş etdilər.
2001-ci il tarixdə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndər Heydər Əliyev demişdir ki, vaxt gələcək Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycan xalqı öz tarixi yurdlarına qayıdacaq. 44 günlük Vətən müharibəsindəki qələbəmiz Ulu öndərin vaxtı ilə dediyi sözlərin həyata keçməsini təmin etdi. Ulu öndərin siyas kursunun layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında 2006, 2011 və 2016-cı illərdə keçirilən dünya azərbaycanlılarının qurultaylarında dövlət başçısı diaspora nümayəndələri qarşısında Vətən, torpaq, müstəqillik amilini qabartdı, soydaşlarımızı tarixi vətənlə bağları daha da gücləndirməyə çağırdı.
Möhtərəm Prezidentimizin dediyi kimi “Müstəqil Azərbaycan dövləti bizim hamımızın – bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var – Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi. Bizim hər birimiz istər Vətəndə olsun, istərsə də Vətəndən kənarda bu məsələyə hörmət hissiilə yanaşaraq hər bir soydaşımıza Vətəni sevmək nümunəsi göstərməliyik. Dövlət Başçımızın birlikdə olmaq çağırışı ölkədən kənarda yaşayan soydaşlarımızı Azərbaycan dövlətçiliyi ideyaları ətrafında sıx birləşdirdi. Dövləti məsələlərdə həmrəylik nümayiş etdirildi.
Müzəffər Ali Baş Komandan İlham Əliyev dünya azərbaycanlılarını Zəfər bayrağı altında mədəniyyət beşiyimiz olan Şuşa şəhərinə toplamaqla sübut edir ki, bundan sonra bizi heç kim əyə bilməz! Bundan sonra heç bir qüvvə bizə qalib gələ bilməz! Bundan sonra xalqımız öz torpağında, öz dövlətində qalib xalq , Azərbaycan isə qalib ölkə kimi yaşayacaq!


Hər bir xalqın taleyində liderlərin rolu əvəzsizdir. Azərbaycan xalqı xoşbəxtdir ki, Ulu Öndər Heydər Əliyev kimi əbədiyaşar lideri var. Həyatımızın hansı sahəsinə diqqət yetirsək, Ümummilli Liderin müəyyən etdiyi strategiyanın, başladığı işlərin təntənəsini görürük
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində on sənəd imzalanıb. İmzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.






Rayon Gənclər Mərkəzində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində sosial-iqtisadi islahatların həyata keçirilməsinə dəstək” mövzusunda təlim keçirilib.
Bu il rayonda 3446,9 hektarda çiyid səpilməsi nəzərdə tutulub. Səpin aparılacaq təsərrüfatlarda sahələr vaxtında şumla-nıb, arata qoyulub, malalanaraq hazır vəziyyətə gətirilib.
Tərtər Rayon İcra Hakmiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Əvvəlcə şəhid ailələri və qazilərin müraciətləri dinlənilib və problemləri həll edilib.
Bərdə şəhərində keçirilən il mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının, ağsaqqallar şurasının sədrləri, şəhidlərin ailə üzvləri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yeni ismarıclar