Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb.
Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası Azərbaycan Respublikası və Naxçıvan MR xalq deputatı Heydər Əliyevi yekdilliklə sədr seçmişdir. Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yollunun əsasını qoyub. Daha ətraflı »


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB sentyabr ayının 1-dən noyabr ayının 1-dək “And yerimiz- Şəhidlər”! adlı layihənin həyata keçirilməsinə başlayıb.
Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərəfindən Vətən müharibəsi qazisi, rayonun Evoğlu kənd sakini Hüseynov Tural İzmir oğluna Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 36 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən iclasda Tərtər Rayon İcra İcra Hakimiyyəti başçısı yanında şura üzvləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri iştirak ediblər.


Qaradağlı kənd tam orta məktəbinin əlaçı şagirdlərindəndir. Əsrimiz kompüter-internet əsri olduğu üçün, onun bu sahəyə marağı daha çoxdur. Bunun nəticəsidir ki, zəhməti öz bəhrəsini verib, o, I qrupda imtahan verərək ali məktəbə qəbul zamanı yüksək bal toplayıb və rayonumuzun birincisi olub. Qədim həm də rayonumuzun ümumtəhsil məktəblərinin məzunları arasında məktəbi fərqlənmə ilə bitirənlərdəndir.
Evoğlu kənd tam orta məktəbinin məzu-nu Günel Cəfərovanın, onun valideynlərinin və müəllimlərinin sevinci hədsizdir. Günel onların etimadını doğruldaraq, I ixtisas qrupuna imtahan verib və 626 bal toplayıb.
Mamırlı kənd tam orta məktəbində təhsil alıb. O, rayonumuzun təhsildə uğur qazanan şagirdlərindəndir. Coğrafiya fənni üzrə keçirilən olimpiadada iştirak edərək, 2-3-cü yerlərin qalibi olub. O, təkcə orta məktəbdə oxuduğu dərslərlə kifayətlənməyib, həm də onlayn dərslərə qatılıb. İndi həm təhsil aldığı Mamırlı kənd tam orta məktəbini xüsusi nümunəli attestatla bitirib, həm də ikinci qrupda ali ixtisas məktəblərinə qəbul imtahanında 600-dən yuxarı bal toplayaraq Azərbaycan İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə qəbul olub.
Qaradağlı kənd tam orta məktəbində təhsil alıb. Hər bir şagird kimi onun da arzusu ali məktəbə qəbul olmaq olub. Odur ki, orta məktəb müəllimlərindən elmlərin açarı olan fənləri – Azərbaycan dilini, riyaziyyatı, tarixi və sair fənləri mükəmməl öyrənməyə çalışıb. Üstəlik müəllim yanında fərdi hazırlaşıb. Artıq həyəcanlı günlər arxada qalıb. I qrupda imtahan verərək, Bakı Dövlət Universitetinə qəbul olub. Gələcəkdə savadlı riyaziyyat müəllimi kimi tanınması üçün tələbəlik illərində daha mükəmməl çalışmağa, elmin sirlərini dəqiq öyrənməyə, oxuduğu məktəbin və valideynlərinin etimadını doğrultmağa söz verib.
Şəhər 1 saylı tam orta mək-təbin qa-baqcıl ənənələrini davam etdirərək, IV ixtisas qrupu üzrə imtahandan 506.1 bal toplayıb. Arzusu həkim olmaqdır. Orta məktəb müəllimlərinin hamısından razıdır, xüsusilə də riyaziyyatı sinif rəhbəri Günay müəllimdən, dil-ədəbiyyatı isə anası Nuranə müəllimdən öyrəndiyini söyləyir.
Yeni ismarıclar