Məlum olduğu kimi, rayonumuzda təhsilin keyfiyyətinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu il ali təhsil ocaqlarına sənəd verən 420 nəfərdən 302 nəfəri ali, 46 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub. Universitetlərə daxil olanların sayı ötən illə müqayisədə 96 nəfər çoxdur.
Bununla belə, rayonumuzun bəzi məktəblərinin əldə etdikləri göstəricilər ürəkaçan olmayıb. Bu, Qazyan, Yuxarı Sarıcalı, Borsunlu kənd tam orta məktəblərinə aiddir. Belə ki, cari ildə ali məktəblərə qəbul zamanı həmin məktəblərin hər birindən bir nəfər, İsmayılbəyli kənd tam orta məktəbindən isə 2 nəfər tələbə adını qazana bilib.
Həmin məktəblərin pedaqoji kollektivləri yeni dərs ilində üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün daha ciddi çalışmalıdırlar. Çünki hər bir ölkənin gələcəyini təmin edən onun insan resurslarıdır. Bu sırada isə təhsilin keyfiyyətinin artırılması başlıca rol oynayır.
“Yeni Tərtər”


Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir.
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tərtər rayonunun Kəngərli kənd sakini Qənbərli Qənbər Bəhruz oğlununun doğum günü məzarı önündə qeyd olunub.
Qəbuldan öncə o, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb, rayonda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparıb, sonra isə rayon Gənclər mərkəzində vətəndaşları qəbul edib.
Tərtər rayonunun Qaynaq kəndindən olan mülki şəhid Həsən Məmmədovun Bərdə şəhərində yaşayan anası Xanım Məmmədova Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova müracət edərək, onunla birlikdə oğlunun məzarını ziyarət etməyi xahiş edib. İcra başçısı şəhid anası Xanım Məmmədova, Milli Məclisin deputatı Sahib Alıyev və Tərtər Cümə Məscidinin İmamı Sadiq Cəfərovla birgə Xoruzlu kənd qəbristanlığında dəfn olunan şəhid Həsən Məmmədovun və 16 yaşlı mülki şəhid Orxan İsmayılzadənin məzarlarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Xoruzlu kəndində Respublika Prezidenti cənab İlham Əliyevin Tərtər rayonuna 3 iyun 2020-ci il tarixli səfərindən sonra “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamı ilə tikilən 432 şagird yerlik məktəbdə aparılan son tamamlama işləri ilə tanış olub, aidiyyəti qurumlara müvafiq tövsiyələr verib.
8 sentyabr 2022-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin başcısı Müstəqim Məmmədov rayonun Yuxarı Sarıcalı kəndində növbədənkənar qəbul keçirib. Qəbulda rayon Polis şöbəsinin rəisi Elçin Qasımov, rayon icra hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Tərtər Suvarma Sistemləri İdarəsinin rəis müavini Zahid İbrahimov da iştirak ediblər.
Yeni ismarıclar