Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən rayonda silsilə tədbirlər keçirilir. Həmin tədbirlər çərçivəsində yanvarın 20-də “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Umummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq onun adını daşıyan meydanda yerləşən abidəsi önünə gül-çiçək dəstələri qoyublar.
Tədbir “Dəyirmi masa” ətrafında Heydər Əliyev Mərkəzində davam etdirilib, Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, 1990-cı il yanvar ayının 20-si xalqımızın tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. O zamankı ictimai-siyasi proseslərin inkişafı nəticə etibarilə bir çox xalqların tarixinə faciəli səhifələr bəxş etdi. Ancaq ən ağır fəlakət Azərbaycan xalqının bəxtinə düşdü.
İcra başçısı o vaxtkı içtimai- siyasi hadisələrdən, həmin vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Ə.Vəzirovun fəaliyyətsizliyindən, faciənin baş verəcəyi haqqında əvvəlcədən məlumatı olan xəyanətkar rəhbərlərin xalqı xəbərdar etməməsindən də danışıb. Qeyd olunub ki, yanvar ayının 19-dan 20-nə keçən gecə rus-erməni ordu birləşmələri imperiya hərb maşınının ən yüksək texnika ilə təchiz olunmuş halda Bakıya daxil oldular və amansız qırğın törətdilər. Artıq faciə ilə üzbəüz dayandığını başa düşən Azərbaycan xalqı geri çəkilmədi. Bu da bəşər tarixində yeni bir qəhrəmanlıq nümunəsi oldu. Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün əsl mənasında, öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi. Daha ətraflı »


Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 yanvar faciəsindən 33 il keçir. Keçən bu illər ərzində xalqımız hər il 20 Yanvar- Ümumxalq Hüzn gününü kədər və böyük qürur hissi ilə qeyd edir. Çünki 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət olsa da, həm də Azərbaycan xalqının qəhrəmanlıq manifesti, azadlıq mücadiləsidir.
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən Tərtər rayon Mədəniyyət Mərkəzində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən Tərtər rayon Mərkəzi Xəstəxanasında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən Heydər Əliyev Mərkəzində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən YAP Tərtər Rayon Təşkilatında “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən “20 Yanvar faciəsi”nin 33-cü ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Gənclər və İdman İdarəsinin əməkdaşları və könüllülərin, N saylı hərbi hissənin əsgərlərinin iştirakı ilə şəhər ərazisində yerləşən Şəhidlər Abidə Kompleksində abadlıq-təmizlik işləri aparıb.
“20 Yanvar faciəsi”nin 33-cü ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən Tərtər rayonu üzrə təhsil sektorunun tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi keçirilib.
Prezident İlham Əliyev 2023-cü il 17 yanvar tarixində Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib.
na birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Yeni ismarıclar