Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15Apr
    Digər Son üç ayda Azərbaycanın uğurları daha da artıb üçün şərhlər bağlıdır
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlət başçısı bildirib ki, keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.
    İlk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam edilmiş və dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etmişlər.
    Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər.
    Qeyd olunub ki, Avropa İttifaqı ilə təmaslar müharibədən sonra daha intensiv xarakter almışdır. Avropa İttifaqı da postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Münaqişə həll olunub. İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə – 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir.
    Prezident İlham Əliyev deyib ki, Ermənistanın inkişafı onun qonşu ölkələrə olan münasibətindən asılı olacaq. İndi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər.
    Bölgədə sülhün bərqərar olunması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində Ermənistanın 4-5 milyard dollarlıq dəyərində hərbi texnikası Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirəcək.

    Daha ətraflı »

  • 14Apr
    Digər Ölkəmiz üçün ötən 3 ay əlamətdar dövr kimi yadda qalmışdır üçün şərhlər bağlıdır

    Cənab Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə qeyd olunanlar bir daha təsdiq etdi ki, ötən illərdəki kimi ölkəmizin sürətli inkişaf etməsi bu ilin 3 ayı ərzində də davam edib və əldə olunan nəticələr yüksəkdir. Uğurlu aparılan siyasətin nəticəsidir ki, Azərbaycan inkişaf tempinə görə dünyanın aparıcı dövlətləri ilə rəqabətə girir.

    Həyata keçirilən islahatların uğurla və planlı aparılması nəticəsində ölkəmizin iqtisadi qüdrəti durmadan artmaqdadır. Dünyanı bürüyən pandemiya bir çox dövlətlərin iqtisadiyyatını çökdürsə də, Azərbaycanda vəziyyət tam fərqli olmuş , bütün sahələrdə davamlı inkişaf getmişdir. Qeyri-neft sektorunun inkişafı son 3 ayda 10 faizdən çox olmuşdur. Bu da onu göstərir ki, ölkə Başçımızın apardığı məqsədyönlü iqtisadi siyasətin nəticəsidir ki, iqtisadiyyatın neftdən asılılığının azaldılması istiqamətində görülən tədbirlər qənaətbəxşdir.

    Möhtərəm Prezidentimiz Azərbaycanın dünyada olan nüfuzunun regiona gətirdiyi reallıqlardan da danışdı. Biz, həqiqətən də, bu reallıqların dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunduğunu görürük. Onlar bu vəziyyətin sülh və təhlükəsizliyə əsaslandığını dərindən dərk edir və region ölkələri arasında bütün sahələrdə, o cümlədən iqtisadi əməkdaşlıqda əhəmiyyətini anlayırlar. Bu məsələ, təbii ki, Ermənistan tərəfinə də aydındır. Ermənistan başa düşməlidir ki, düşdükləri bataqlıqdan yeganə çıxış yolu region ölkələri ilə, xüsusi olaraq Azərbaycan dövləti ilə əməkdaşlıqdan keçir. Bunun üçün Azərbaycanın müəyyən etdiyi reallıqları və təklif etdiyi 5 prinsipi qəbul etmək məcburiyyətindədir. Daha ətraflı »

  • 14Apr
    Xəbərlər Borsunlu kəndində partiya fəalları ilə görüş      üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

     

    14 aprel 2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov rayon təşkilatının Borsunlu ərazi partiya təşkilatında partiya fəalları ilə növbəti görüşünü keçirmişdir.

    Görüşdə çıxış edən Eldar Əsədov YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsinin tələblərinə uyğun olaraq, yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmışdır. Rayon təşkilatının sədri son 19 ildə ölkəmizin siyasi,sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurların,dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer almasını vurğulamış, postmüharibə dövründə partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, iqtisadiyyatımızın sürətli inkişafının təmin edilməsinə, insanlarımızın təhlükəsizliyinin və rifah halının yüksək səviyyəyə çatdırılmasına nail olduğumuzu göstərmişdir. O qeyd etmişdir ki, əldə olunan uğurlarda YAP-ın fəaliyyəti danılmazdır. Çünki , yüz minlərlə fəal dövlətə və dövlətçiliyə sadiq insanları öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası “dünənin, bu günün və gələcəyin” partiyası adını ləyaqətlə doğruldaraq, ölkəmizin ictimai- siyasi müstəvisində öz nüfuzunu durmadan artırmaqdadır. Odur ki, hər bir partiya üzvü partiyamızın yürütdüyü siyasət, ölkəmizdə əldə onun nailiyyətlər, möhtərəm Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarının, nitqlərinin əhali arasında geniş təbliğ olunmasında, insanlarımızın baş verənlər haqda maarifləndirilməsində daha fəal olmalıdır. Eldar Əsədov, eyni zamanda, partiya Nizamnaməsi tələblərinə uyğun olaraq üzvlük haqlarının vaxtı- vaxtında ödənilməsinə ciddi fikir verilməsini ərazi partiya təşkilatlarının əsas vəzifələrindən biri olduğunu qeyd etmişdir.

    Görüşdə çıxış edən partiya fəallarından Cəmilə Ağalarova, Rabil Piriyev, Salman Məmmədov, Vaqif  Əliyev, Kamran Həsənov, Şəhla Alışanova və Adil Əliyev Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin siyasi və iqtisadi həyatındakı müsbət rolundan və çağdaş tariximizin yaradılmasındakı səmərəli fəaliyyətindən bəhs edərək, hər bir partiya üzvünün bundan sonra da YAP-ın Proqram və Nizamnamə tələblərinə ciddi əməl etmələrini əsas vəzifə kimi qəbul etdiklərini bildirdilər.

     

     

     

     

     

     

     

  • 09Apr
    Digər Brüssel görüşü bölgənin təhlükəsizliyinin təmin edilməsində mühüm addımdır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir. Bu görüş bölgədəki vəziyyətin təhlükəsizliyinin təmin edilməsi, gələcək sülh və əmin-amanlığı üçün mühüm addımdır. Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.

    Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

    Görüşdə tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılacaq.

    İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulub. Daha ətraflı »

  • 09Apr
    İdman Azərbaycanın idman şöhrətini yüksəldən idmançılar üçün şərhlər bağlıdır

    Azərbaycan millisinin üzvləri ilə görüşən dövlət başçısı bildirib ki,  Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar.

    Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazandı. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.

    Görüşdə Prezident İlham Əliyev deyib: “Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir”. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.

    Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları – həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər.

    Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır. Daha ətraflı »

  • 09Apr
    İdman Azərbaycanda idman uğurla inkişaf edir üçün şərhlər bağlıdır

    Ölkəmizdə bütün sahələrdə həyata keçirilən uğurlu siyasət nəticəsində   idman sahəsində də böyük müvəffəqiyyətlərə imza atılıb. Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra idman sahəsində əldə edilən qələbələr ona bir idman ölkəsi kimi nüfuz qazandırıb.
    Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiriləngənclər siyasəti, idmana və idmançılara göstərilən diqqət, qayğı göz qabağındadır. Bunun da bariz nəticəsi kimi Azərbaycan idmançılarının müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları uğurlu nəticələrin sayı artmaqdadır.

    Azərbaycanın yunan- Roma güləşi üzrə milli komandası  Macarıstanda   baş  tutan Avropa çempionatında ümumi hesabda 165 xal qazanaraq,  Avropa birincisi olmuşdur. Yığmamız  medal sayında da iştirakçı dövlətlərin  sırasında birinci yeri tutmuşdur.

    Aprelin 8-də Prezident İlham Əliyev tarixi qələbəyə imza atan güləş komandasının üzvlərini qəbul edərkən bildirib ki, “Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları,  həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər”. Daha ətraflı »

  • 08Apr
    Hərbi vətənpərvərlik Prezident İlham Əliyev: “Aprel döyüşləri xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi” üçün şərhlər bağlıdır

                                 APREL DÖYÜŞLƏRİ–BÖYÜK ZƏFƏRDƏN XƏBƏR VERƏN İLK ZƏRBƏ

    2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.
    Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
    Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi. Daha ətraflı »

  • 08Apr
    Tərtər RİH-də Rayon rəhbəri Aprel şəhidi Nicat İsgəndərovun ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 2016-cı ilin Aprel hadisələrinin 6-cı ildönümü ilə əlaqədar Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş İsgəndərov Nicat Bəhruz oğlunun ailəsində olub, onların qayğıları ilə maraqlanıb.
    Görüşdə şəhidin atası Bəhruz İsgəndərovun, anası Maya xanımın və yaxınlarının onunla bağlı xatirələri dinlənilib, keçdiyi döyüş yoluna bir daha nəzər salınıb.
    Görüşdə rayon rəhbəri Aprel döyüşlərinin əhəmiyyətindən danışıb, qeyd edib ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Aprel dö-yüşləri böyük zəfərin başlanğıcı oldu.
    Qeyd edək ki, Nicat İsgəndərov Aprel döyüşlərində göstərdiyi sücaətlərə görə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Onun adı əbədiləşdirilərək, şəhərin ən böyük küçələrindən birinə və təhsil aldığı şəhər 1 nömrəli tam orta məktəbinin 4V sinfinə verilib.
    Nicat İsgəndərovun valideynləri şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 08Apr
    Tərtər RİH-də Sarıcalı kəndində şəhidlərin xatirə abidəsinin açılışı olub üçün şərhlər bağlıdır

    Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Öncə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov tərəfindən onların ruhuna dua oxunub, abidənin önünə əklillər və gül dəstələri düzülüb.
    Tədbirdə icra başçısı tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.
    Sonra o, Tərtər rayonunda Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olanların adlarının əbədiləşdirilməsinin, şəhid ailələrinin problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin xüsusi diqqətdə saxlanıldığını bildirib. Daha ətraflı »

  • 08Apr
    Xəbərlər Şəhid adlarının əbədiləşdirilməsi istiqamətində işlər davam etdirilir üçün şərhlər bağlıdır

    Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən oğullarının xatirəsi dövlətimiz tərəfindən hər zaman əziz tutulur.
    Rayonumuzda da torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
    Görülən işlərin davamı olaraq Tərtər şəhər 1 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidləri Qubad Hacıyevin və Fərrux Həşimovun adlarına sinif otaqları verilib. Artıq bu gündən 7 A sinfi şəhid Qubad Hacıyevin və 4 A sinfi şəhid Fərrux Həşimovun adını daşıyacaqdır. Sinif otaqlarının qapısı üzərində şəhidlərin adı yazılmış lövhələr yerləşdirilib, həyat və döyüş fəaliyyətlərini əks etdirən guşə yaradılıb.
    Məktəbdə şəhidlərin xatirəsinə həsr edilən tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, veteranlar, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Daha ətraflı »