Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Okt
    Xəbərlər İlxıçılar kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

      Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Azad Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyinin İlxıçılar kəndində keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.

    İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.

    Bildirilib ki, İlxıçılar  kəndinin 430 hektar ərazisi, 293 təsərrüfatı, 1155 nəfər əhalisi, 297 hektar pay torpağı var. Ərazidə 1 tibb məntəqəsi, 6 ticarət obyekti, 1 iaşə obyekti, 1 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su  ilə təmin olunublar. Daha ətraflı »

  • 20Okt
    Qazilərimiz Tərtərdə daha bir Vətən Müharibəsi qazisinin toy mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin  deputatı Sahib Alıyevin köməkçisi Ədalət Həsənov, Vətən Müharibəsi qaziləri və veteranları ilə birlikdə rayonun Hüsənli kənd sakini, 3-cü qrup Vətən Müharibəsi əlili Əhmədov Nəciməddin Natiq  oğlunun toy mərasimində iştirak edib.

    Nəciməddin Əhmədov Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

    Qazinin 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərindən danışan icra başçısı Nəciməddinin torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşı olur”- deyib.

    İcra başçısı gəncləri təbrik edərək, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini,  onların “baş tacı”mız olduğunu bildirib. Daha ətraflı »

  • 20Okt
    Şəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi Məmmədov Elşən Dağıstan oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

      Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhidlərin ikinci ildönümü ilə əlaqədar onların ailələrini  ziyarət etməyi davam edir. Rayon rəhbəri növbəti dəfə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Kəlbəcər rayonundan məcburi köçkün, rayonun Şıxarx qəsəbəsində məskunlaşmış şəhid Məmmədov Elşən Dağıstan oğlunun ailəsində olub, onlara baş sağlığı verib, ailənin qayğıları ilə  maraqlanıb.

    Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dualar oxuyub.

    Məmmədov Elşən Dağıstan oğlu 1996-ci ilin fevral ayının 6-da  Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub, 44 günlük Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

    Ölümündən sonra Azərbaycan Respyblikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

  • 20Okt
    Şəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi İsmayıllı Şamil Kamil oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədirləri ilə birlikdə rayonun Dəmirçilər kəndində şəhid  İsmayıllı Şamil Kamil oğlunun ailəsində olub, şəhidin ikinci ildönümü ilə əlaqədar ailə üzvlərinə baş sağlığı verib, ailənin qayğıları ilə  maraqlanıb.

    Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyub.

    İsmayıllı Şamil Kamil oğlu 1993-cu il yanvar ayının 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. O, 2013-cü ildən 2020-ci ilədək Azərbaycan Ordusunda qulluq edib, aprel döyüşlərinin iştirakçısı olub. 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubleyi medalı ilə təltif olunub. Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşdə şəhid olub və  oktyabrın 20-də doğulub boya-başa çatdığı kənddə dəfn olunub. Özündən sonra 2 qız balası yadigar qalıb.

    Ölümündən sonra həmyerlimiz Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və  “Vətən uğrunda” medalları ilə təltif olunub. Daha ətraflı »

  • 20Okt
    Şəhidlər Rayon rəhbəri Vətən müharibəsi şəhidi Məmmədli Sənan Səlim oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

     Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun Qaradağlı kəndində şəhid Məmmədli Sənan Səlim oğlunun şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib, başsağlığı verərək, qayğıları ilə maraqlanıb.

    Tərtər Cümə Məscidinin imamı şəhidlərin ruhuna dualar oxuyub, valideynləri Sənanla bağlı xatirələrini bölüşüblər.

    Məmmədli Sənan Səlim oğlu 1997-ci ilin sentyabr ayının 14-də Qaradağlı kəndində anadan olub.  8-ci  sinfi bitirdikdən sonra  təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib, 2016-cı ildə liseyin məzunu olur və yenidən imtahan verərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olur. Məktəbi bitirdikdən sonra peşəkar zabit kimi ordu sıralarında qulluq edir, leytenant rütbəsi alır.

    Sənan Məmmədli 2020-ci ilin oktyabr ayının 15-də  Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olur, 4 gün neytral zonada qalır. Oktyabrın 20-də yaşadığı kənddə dəfn olunur.

    Tərtərin qəhrəman oğlu Sənan Məmmədli ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “İgidliyə görə” medalları və ilə təltif olunub. Daha ətraflı »

  • 20Okt
    Şəhidlər Rayon rəhbəri Vətən müharibəsi şəhidi Məhərəmli Fuad Habil oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Şəhid Məhərəmli Fuad Habil oğlu 1994-cu il  noyabrın 28-də rayonun Evoğlu kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda torpaqlarımızın ərazi bütövlüyü uğrunda  Ağdərə istiqamətində vuruşub və sentyabrın 19-da şəhid olub.

    25 yaşlı  Fuad ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

    Şəhidin 2-ci ildönümü ilə əlaqədar rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev və YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə onun ailəsinə baş çəkib, valideynlərinə başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıb. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.

    Şəhidin ailə üzvləri şəhid və  qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

     

  • 20Okt
    Digər Tərtərdə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubleyinə həsr olunmuş konfrans keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında YAP Tərtər Rayon Təşkilatı rayon icra hakimiyyəti ilə birgə  Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə  həsr olunmuş konfrans keçirib.

    Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin Mərkəzi Meydanında  ucaldılmış  abidəsini və  “Şəhidlər  abidə kompleks”ini ziyarət  edib, onların xatirəsinə  ehtiram əlaməti olaraq önünə gül-çiçək dəstələri  düzüblər.

    Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Ağalar Vəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP idarə heyətinin üzvü Asif Əsgərli, YAP mərkəzi aparatının əməkdaşı Elman Məmmədov, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların, İƏD üzrə nümayəndəliklərinin və KİV-nin nümayəndələri iştirak ediblər.

    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha ətraflı »

  • 20Okt
    Xəbərlər Tərtərdə “Minaların təhlükəsi üzrə maarifçilik tədbirləri” adlı layihə çərçivəsində tədbir keçirilib üçün şərhlər bağlıdır

    18.10.2022-ci il tarixidə Sabaha İnam Sosial İnkişaf İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Tərtər rayonunun Hüsənli kəndində “Minaların təhlükəsi üzrə maarifçilik tədbirləri” adlı layihə çərçivəsində tədbir keçirib.

    Tədbirdə Tərtər rayon İcra Hakimiyyəti Başçısı Aparatında  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, ictimai birliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.

    Tədbirdə lahiyənin əsas məqsədləri barədə iştirkacilara məlumat verilib. Minanın təhlükəli tərəfləri, minalı ərazilərdə necə diqqətli olmalı, mina ilə qarşılaşdıqda necə rəftar etməli və hara müraciət etmələri haqqında danışılıb. Sonda xatirə fotoları çəkilib.

     

  • 20Okt
    Xəbərlər “And yerimiz şəhidlər” kitabının Tərtərdə təqdimatı keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən “And yerimiz şəhidlər” adlı layihə çərçivəsində nəşir edilən eyni adlı kitabın təqdimatı keçirilib.

    Təqdimatda Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, şəhid ailələri, qazilər, Yap Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rauf Aslanov, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Güney Azərbaycan şöbəsinin rəhbəri, “Körpü” verilişinin ideya müəllifi və aparıcısı Sayman Aruz, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist Damət Salmanoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Füzuli Kərimov, içtimai birliyin Qarabağ nümayəndəliyinin rəhbəri Həsənağa Bayramov, mədəniyyət işçiləri, ictimaiyyət və KİV-in nümayəndələri iştirak ediblər.

    Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra dövlət himni səsləndirilib. Daha ətraflı »

  • 20Okt
    Xəbərlər Rayon rəhbəri növbəti dəfə vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 42 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, maddi yardım, subartezian quyularının təmiri, sahibkarlıq obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması, bələdiyyədən əkin üçün icarəyə torpaq sahəsinin verilməsi, pay torpaq sahəsində olan mübahisə, əlillik dərəcəsinin düzgün təyin edilməməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

    Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.