Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 8 noyabr- Şanlı Zəfər günü ilə əlaqədar şəhid ailələrini ziyarəti davam edir. İcra başçısı növbəti dəfə əslən Kəlbəcər rayonundan olan Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşmış Vətən müharibəsi şəhidi Rzayev Ülfət Novruz oğlunun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, şəhidin ailə üzvləri ilə birgə Ülfətin xatirəsini anıb, bir daha onun döyüş yoluna nəzər salıb.
Ülfət Novruz oğlu Rzayev 2000-ci il fevralın 11-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Daha ətraflı »
Yeni ismarıclar