Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Dek
    Şəhidlər Vətən yolunda sağlamlıqlarını itirənlər unudulmur üçün şərhlər bağlıdır

    Kəşfiyyatçı Elşadın ailəsində olub, qayğıları ilə maraqlanıblar

    Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri ilə birlikdə Zolgəran kəndində 3-cü dərəcəli Vətən müharibəsi əlili Elşad Orucovun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
    Rayon rəhbəri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Elşad kimi igid oğulların sayəsində qələbə çaldığını bildirib. Onun Vətən, ərazi bütövlüyümüzün bərpası yolunda yaralanaraq öz sağlamlığını itirdiyini deyib.
    Qeyd edək ki, “N” saylı əlahiddə kəşfiyyat taborunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Elşad Orucov Talış-Suqovuşan və Murovdağ istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
    Onun xoşbəxt ailəsi, 2 övladı var.
    Qazi şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 09Dek
    Xəbərlər Narkomaniyaya qarşı ən güclü silah maariflənmədir üçün şərhlər bağlıdır

    Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Yuxarı Sarıcalı kənd tam orta məktəbində şagirdlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
    Tədbirdə Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov, Tərtər rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, mərkəzi rayon xəstəxanasının narkoloq həkimi Rima Axundova, “Yeni Tərtər” qəzetinin redaktoru Svetlana Bağırova, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Tədbirdə çıxış edən Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri şagirdlərin diqqətinə çatdırılıb. O deyib ki, bu işdə hüquq mühafizə orqanları ilə yanaşı, ictimaiyyətin də üzərinə böyük məsuliyyət düşür. Yalnız birgə səylərlə bu dəhşətli bəlanın yayılmasının qarşısını almaq olar. Elçin Qasımov həmçinin uşaqların tərbiyəsində ailənin rolunu xüsusi vurğulayıb. Daha ətraflı »

  • 09Dek
    Şəhidlər Bizi tək qoymadılar üçün şərhlər bağlıdır

    Vətən müharibəsi başlayanda oğlum Azər Qasımov müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmət edirdi. Dörd övladını, ailəsini mənə tapşırıb getmişdi. Demişdi ki, narahat olma, ana, biz düşməndən intiqamımızı alacağıq.
    O, dediyi kimi də etdi, ancaq özü geri dönmədi, şəhidlik zirvəsinə ucaldı.
    Bu gün Azər övladlarının yanında olmasa da, biz tək deyilik. İlk növbədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, dövlətimizin, rayon rəhbərliyinin daim diqqət və qayğıkeşliyi ilə əhatə olunmuşuq.
    Oğlumun ailəsi üçün hər cür şəraiti olan ev tikilib, kənddə adına bulaq inşa olunub. Nəvələrim igid ataları ilə fəxr edirlər.
    Ailəmizə göstərilən bu diqqətə görə hər kəsə, ilk növbədə dövlət başçısına təşəkkürümü bildirirəm.

    Esmira QASIMOVA,
    şəhid anası, Tərtər rayo-nunun Ələsgərli kəndi
    “Azərbaycan”

     

  • 09Dek
    Şəhidlər “And yerimiz, fəxrimizdir şəhid Fuad Məhərrəmli” üçün şərhlər bağlıdır

    Bu sətirlər şəhər 1 saylı tam orta məktəbin 3 “v” sinif şagirdi Tuncay Fərmanlının şəhidə həsr etdiyi şeirdəndir. Həmin şeiri Tuncay şəhidin doğum günündə onun məzarı qarşısında valideynlərinə müraciət edərək söyləyib.
    3 “v” sinfi igid döyüşçü Fuad Məhərrəmlinin adını daşıyır. Burada şəhidə həsr olunmuş guşə var. Şagirdlərin hər biri Fuadın həyatı ilə bağlı məlumatları öyrənərək, müəllimləri Ramilə Heydərli ilə birlikdə onun qısa, lakin şərəfli ömür yolunun səhifələrini vərəqləyiblər.
    Şəhidin doğum günündə isə şagirdlər ailəsini ziyarət ediblər. Məktəbin direktor müavinləri Ziyafət Rüstəmova, İntiqam Nuriyev, müəllimlərdən Ramilə Heydərli və Aliyə Balakişiyeva, 3 “v” sinfinin şagirdləri və valideynlər əvvəlcə Evoğlu kəndində ucaldılmış “Şəhidlər abidəsi”ni ziyarət ediblər. Sonra Evoğlu kənd qəbiristanlığına gələrək, Fuad Məhərrəmlinin məzarı önündə şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər. Saf uşaq qəlbindən gələn “Ana, qurban ağ saçına, durma belə qəmli-qəmli”, “Ata, belin bükülməsin” kəlmələri yaralı qəlblərə məlhəm olub.
    Məktəbin direktor müavini Ziyafət Rüstəmova ziyarətlərinin məqsədi barədə belə deyib: Daha ətraflı »

  • 09Dek
    Xəbərlər Qəhrəman Tərtərimiz, sən həm də gözəlsən! üçün şərhlər bağlıdır

    Rayonumuz qışa hazırdır

    Tərtər rayonunda payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilən məqsədyönlü tədbirlər rayon sakinlərinin payız-qış mövsümünü heç bir problem olmadan başa vurmalarına imkan yaradır.
    Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən qış mövsümünə hazırlıqla bağlı rayonda fəaliyyət göstərən əlaqədar qurumlara tapşırıqlar verilib və rayon rəhbəri görülmüş işlərlə yerində tanış olub.
    Qeyd edək ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar Tərtər şəhərində və yol kənarı yaşıllıq zolaqlarında mövsümi budama, səliqə-sahman işləri aparılır, həmişəyaşıl və dekorativ ağaclar formaya salınır. Səkilərdə sakinlərin gediş-gəlişinə maneə yaradan budaqlar təmizlənir. Budanma nəticəsində yaranan tullantılar Kommunal Təsərrüfatı İdarəsinin texnikaları və işçi qüvvəsi tərəfindən ərazidən götürülür.
    Küçələrdə quraşdırılmış gecə işıqlandırma sistemlərinə baxış keçirilir, sıradan çıxmış elektrik lampaları yenisi ilə əvəz olunur, xətlərdəki nasazlıqlar aradan qaldırılır. Daha ətraflı »

  • 09Dek
    Digər Məsuliyyət hissi ilə çalışırlar üçün şərhlər bağlıdır

    Şəhid adları müqəddəsdir. Onları əbədiləşdirmək, gələcək nəsillərə çatdırmaq isə hər birimizin borcudur. Bu istiqamətdə də şəhərimizdə çox işlər görülür. Tərtərin üç böyük küçəsinə 44 günlük Vətən müharibəsi şəhidləri Sənan Məmmədli, Azər Şəmilov və Qəmbər Qəmbərlinin adları verilib.
    Hazırda bu küçələrdə abadlıq işləri görülür, istinad divarları aqlay daşları ilə üzlənir. Bu işi yerinə yetirənlər xüsusi məsuliyyət hissi ilə çalışırlar.
    Biz də bu küçənin sakinləri olaraq öz ömürlərini xalqın xoşbəxtliyi naminə qurban verən oğulların xatirəsini daim ehtiramla anırıq.
    Qəhrəmanların adlarını daşıyan küçədə böyüyən uşaqlar onların həyatı haqqında məlumatlarla tanış olur və torpağımızı, vətənimizi sevməyi şəhidlərimizdən öyrənirlər.

    Mayıl Qarayev,
    Sənan Məmmədli küçəsinin sakini

  • 09Dek
    Xəbərlər Ağaclar da canlıdır, qayğını sevir üçün şərhlər bağlıdır

    Belə bir atalar sözü var: “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar”. Yəni atalarımız bizə çatdırmaq istəyiblər ki, ağaclar da canlıdır, qayğını sevir.
    Son illər şəhərimizin küçələrində yaşı çox olan çinarlarla yanaşı xeyli dekorativ ağaclar əkilib ki, bunlar da Tərtərimizin simasına xüsusi yaraşıq verir. Həmin ağacların daim formada qalması üçün ilin müxtəlif fəsillərində qulluq işləri aparılır.
    Hal-hazırda şəhərimizin Heydər Əliyev prospektində, Elman Hüseynov və Şıxəli Qurbanov küçələrində ağacların qurumuş budaqları doğranır, dibi bellənir, suvarma işləri həyata keçirilir.
    Yaşıllıq gözəllik olmaqla yanaşı həm də bol oksigen deməkdir. Bunu bilən tərtərlilər hər ağaca xüsusi qulluq göstərirlər.

    İlahə Paşazadə

     

  • 09Dek
    Xəbərlər Nizami küçəsinin döngələrinə asfalt örtüyü döşənir üçün şərhlər bağlıdır

    Bizim küçə şəhərimizin abad və yaraşıqlı küçələrindən biridir. Ancaq bu yaxınlara qədər onun kiçik qollarına asfalt örtüyü döşənməmişdir.
    Hazırda iki döngədə bu işlərə başlanılıb. Sakinlər döngələrin abadlaşdırılmasını razılıq hissi ilə qarşılayıblar. Nizami küçəsinin digər qollarında da abadlıq işləri görüləcək.
    Abad yol mədəniyyətdir, rahatlıqdır. Gələn qonaqlarımızın yanında da üzümüz ağ olacaq. Odur ki, hər bir ölkə vətəndaşının həyat şəraiti-nin yaxşılaşdırılmasını düşünən Prezident İlham Əliyevə, rayon rəhbərliyinə küçəmizin bütün sakinləri adından minnətdarlığımızı bildiririk.

    Telman Məmmədov, Kəlam Əliyev,
    Nizami küçəsinin sakinləri

  • 08Dek
    Digər İcra başçısı Yenikənd kəndində şəhid Qasımov Azərin ailəsi ilə görüşüb üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Yenikənd kəndində şəhid Qasımov Azər Yaqub oğlunun  ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

    Qeyd edək ki, Qasımov Azər Yaqub oğlu  1979-cu il dekabr ayının 2-də Tərtər rayonunun Yenikənd kəndində  anadan olub.

    Azər Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı  uğrunda gedən döyüşlərdə savaşıb. Azər Qasımov oktyabrın 29-da Ağdərə istiqamətində şəhid olub. Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Azər Qasımov ölümündən sonra “Vətən uğrunda” və  “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

    Şəhid Qasımov Azər Yaqub oğlunun xatirəsi doğulub boya-başa çatdığı kənddə əbədiləşdirilib. Onun adı Yenikənd kəndində şəhidlərin xatirəsinə inşa edilmiş bulağa və şəhidlər abidə kompleksinə həkk olunub.

    O, ailəli idi, 4 övladı yadigar qalıb.

    Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

     

  • 08Dek
    Digər Rayon rəhbərinin Yenikənd kəndində növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Ələsgərli kənd İƏD üzrə nümayəndəliyinin Yenikənd kəndində keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb. Daha ətraflı »