Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,018
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 01May
    Digər Prezident İlham Əliyev: “Nəsillər dəyişir, Azərbaycan idmanının uğurları isə dəyişməz qalır” üçün şərhlər bağlıdır

    Azərbaycan dövlətinin idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğı növbəti tarixi uğurla taclanıb. Tiranada keçirilmiş Avropa çempionatında həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandamızın komanda hesabında birinci yeri tutması ölkəmizin idman qüdrətinin növbəti nümayişi oldu. Bu möhtəşəm qələbə münasibətilə idmançıları qəbul edən Prezident İlham Əliyev qazanılan uğuru yüksək qiymətləndirərək, bu zəfərin bütün xalqımıza böyük qürur hissi bəxş etdiyini vurğuladı.

    Dövlət başçısı qeyd etdi ki, müasir dövrdə dünyada və Avropada güləş üzrə rəqabətin kəskin artdığı bir şəraitdə komanda hesabında birinciliyi əldə etmək böyük nailiyyətdir. Xüsusilə gənc güləşçilərin tanınmış idmançılarla çiyin-çiyinə yüksək nəticələr göstərməsi Azərbaycanda məşq və seleksiya prosesinin düzgün qurulduğunun, güləş ənənələrinin uğurla yaşadıldığının bariz göstəricisidir. Bu inkişaf zənciri — veteran çempionların bu gün federasiya rəhbərliyində və məşqçi korpusunda təmsil olunması, onların yetirmələrinin isə yeni zirvələr fəth etməsi Azərbaycan idmanında varislik prinsipinin qorunduğunu sübut edir.

    Ölkəmizdə idman sadəcə fiziki hazırlıq deyil, həm də cəmiyyətin ayrılmaz hissəsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün mühüm amildir. Prezident İlham Əliyevin 30 ilə yaxın müddətdə Milli Olimpiya Komitəsinə rəhbərlik etməsi bu sahədə dayanıqlı inkişafın təminatçısına çevrilib. Bu gün hər bir bölgədə, o cümlədən Tərtər rayonunda və digər rayonlarımızda fəaliyyət göstərən Olimpiya İdman kompleksləri və güləş zalları gələcək uğurlarımızın əsas bazasını təşkil edir. İdmana qayğı artıq dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Daha ətraflı »