“BİZ TƏKCƏ ELM ÖYRƏTMİRDİK, UŞAQLARA VƏTƏNPƏRVƏLİK DƏRSİ KEÇİRDİK”

Elə bir insan tapılmaz ki, ilk müəlliminin adı çəkiləndə duyğulanmasın, uşaqlığına qayıtmasın. Bəzən deyirlər ki, biz hətta xasiyyətcə də ibtidai sinif müəllimlərinə bənzəyirik. Sakit, təmkinli pedaqoqların şagirdləri də belə olur, çılğın, səsli-küylü siniflər isə eynən müəllimləri kimidirlər.
Məktəb mövzusu çox aktual olduğu üçün, uzun illər tanıdığım və hazırda təqaüddə olan bir müəllim haqqında danışmaq istəyirəm.
Roza Muxtarova. Onun bütün həyatı şəhər 1 saylı tam orta məktəblə bağlı olub. Bu məktəbdə orta təhsil alıb, sonradan texnikumu bitirib doğma məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb, işləyə-işləyə təhsilini artırıb və ali təhsilli pedaqoq kim həyatını uşaqların savadlanmasına, tərbiyəsinə həsr edib.
Ulu Öndər Heydər Əliyev deyib: “Ömrünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”. Ümummilli Lider hesab edirdi ki, vətənpərvərliyi gənclərə aşılamaq üçün müəllimlərin özləri gərək vətənpərvər olsunlar.
Müəllimlərimizin vətənpərvər olduğunu və onların belə bir nəsil yetişdirdiyini 44 günlük Vətən müharibəsi göstərdi. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Elə bir gənc nəsil yetişdi ki, Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər.” Daha ətraflı »


“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”
Bu gün müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan, Azərbaycan dövlətçiliyinin həyatında önəmli rol oynayan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 ili tamam olur. 32-ci ildönümünü qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası xalqımızın ən ağır və faciəli günlərində, Azərbaycanın ölümlə üz-üzə dayandığı, respublikamızın dünya xəritəsindən silinməsi təhlükəsinin mövcud olduğu bir zamanda yaranmış və vətənimiz Azərbaycanın gələcək taleyini müəyyən etmişdir. YAP yarandığı ilk gündən Azərbaycan xalqının rifahının yaxşılaşdırılması, dövlətçiliyin qorunub saxlanılması, müdafiə qüdrətinin yüksəldilməsi, ölkə iqtisadiyyatının durğunluqdan sürətli inkişaf yoluna çıxarılması üçün gərgin fəaliyyət göstərmişdir. İndi partiyanın və müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirərək, Azərbaycan dövlətinin sürətli inkişafı, xalqımızın güzəranının durmadan yaxşılaşdırılması məqsədi ilə sıralarında olan 730 mindən artıq partiya üzvlərini səfərbər edərək, özünün ümumxalq partiyası statusunu qoruyub saxlamaqdadır.
Prezident İlham Əliyev COP-29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxış edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb.
Noyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində çıxış edib. Ölkə başçısı öz çıxışında bildirib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.
Azərbaycan dövlətinin gücünün, qüdrətinin, millətimizin torpaqlarına sahib çıxan, yenilməz,məğrur xalq kimi qürurunun dünyaya təqdimatı olan tarixi Zəfərimizin dördüncü ildönümünü böyük təntənə ilə qeyd etdik. Paytaxt Bakıda, bölgələrimizdə, işğaldan azad edilmiş ərazilərimizdə Zəfər Günü yüksək səviyyədə, böyük coşqu ilə qeyd edilən zaman 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa hər bir qələbə müjdəli müraciətinin doğurduğu qüruru, insanların küçələrə, meydanlara axışaraq bu sevinci birgə yaşadıqları anları bir daha gözlərimiz önünə gətirdi.
30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqları 2020-ci ildə öz azadlığına qovuşdu. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Xalqımız ikinci Vətən müharibəsi dövründə alı baş komandanın ətrafında dəmir yumruq olub birləşdi bütün dünya Azərbaycan xalqının birliyini gördü. Hər kəs şahid oldu ki ,həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir.
Noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XI Zirvə Görüşü olub. 2024-cü ilin iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşündə qəbul edilmiş Qarabağ Bəyannaməsinin ardınca Bişkekdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının 11-ci sammitinin yekunları üzrə kosmosda əməkdaşlıq da daxil olmaqla təşkilatın ölkələri arasında əməkdaşlığın gücləndirilməsi, iqtisadi inteqrasiya, təşkilatın gələcəyi və TDT çərçivəsində təhlükəsizlik məsələləri ilə bağlı imzalanmış bir sıra böyük siyasi və iqtisadi əhəmiyyətli sənədlər, “Yaşıl düşüncə. Davamlı gələcək naminə birliyin qəbul edilməsi” devizini ehtiva edən Bişkek bəyannaməsi, TDT-nin daimi nümayəndələri haqqında əsasnamə məhz getdikcə daha sıx birləşməkdə, genişlənməkdə və güclənməkdə olan türk dünyasının həmrəyliyinin yeni bariz ifadəsidir.
4 il əvvəl – 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızıucaltdı.
1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib
Yeni ismarıclar