Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02May
    Digər Övladlarımızın qəhrəmanlığını qələmə alan, əbədiləşdirən insanların qəlbimizdə yeri var üçün şərhlər bağlıdır

    Xalqımızın milli maraqlarını yaşadan,  inkişaf etdirən, maarifləndirən,  istedadlı insanlarımızın, əmək və müharibə qəhrəmanlarımızın illərlə həyat yolunu işıqlandıran mətbuat, qəzetlər, jurnallar,  kitablar olmuşdur.

    Keçən əsrin 34-cü  illərindən fəaliyyətə başlayan, ən qədim Türk tayfalarının birinin adı ilə adlanan Tərtər  rayon qəzeti  “Kolxozçuların varlanması”, “Qızıl Bayraq”, “Tərtər”, “Yeni Tərtər” adları altında  fəaliyyət göstərmiş və  zəhmətkeşlərin hörmət və rəğbətini qazanmışdır.

    Əvvəlki illərində Tərtər Rayon İcra Hakimiyyətinin orqanı olan bu qəzetin xalqımızın, Tərtər camaatının maariflənməsində, məlumatlandırılmasında böyük xidmətləri olmuşdur.  Respublika xəbərləri,  rayon xəbərləri, zəhmətkeş xalqın əmək fəaliyyətlərini əks etdirən məqalələr, Tərtərin keçmişi və bu günü haqqında məlumatlar qəzetin özəyini  təşkil etmişdir. Daha ətraflı »

  • 02May
    Digər Jurnalistin müqəddəs vəzifəsi cəmiyyəti dürüst  informasiya ilə təmin etməkdir üçün şərhlər bağlıdır

            Dəyərli “Yeni Tərtər”in kollektivi!

    Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış mətbuat xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verib. Bu yeni inkişaf dövrünün təməlini qoyan Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Ümummilli Lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanına əsasən senzuranın ləğv edilməsi ilə milli mətbuatımızın inkişafında yeni mərhələnin əsası qoyuldu. Hazırda ölkədə azad medianın fəaliyyətinə və inkişafına yönələn bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kütləvi informasiya vasitələrinə birdəfəlik yardımların edilməsi, mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün yaşayış evlərinin tikilib istifadəyə verilməsi bu sahəyə göstərilən xüsusi qayğının bariz nümunəsidir. Bu gün ölkəmizdə yüzlərlə müxtəlif kütləvi informasiya vasitəsi – qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri fəaliyyət göstərir. Bu gün Azərbaycanda böyük bir jurnalist ordusu yetişib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə azad medianın inkişafı üçün hər cür şərait yaradılmaqla mətbu orqanların maddi-texniki bazası möhkəmləndirilmiş, jurnalistlərin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılmışdır.” Daha ətraflı »

  • 02May
    Xəbərlər Jurnalist yolunda inamla addımlayın üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” qəzetinin bütün kollektivini qəzetin nəşrə başlamasının 90  illiyi münasibətilə ürəkdən təbrik edirəm. Qoy Sizin qələminiz həmişə qələbə ruhlu xəbərləri işıqlandırsın! Gözəl tarixdir. Bu tarix bütün nəsillərdən olan jurnalistlərin vətənpərvərliyindən xəbər verir. Fəxr edirəm ki, mənim taleyim də Tərtər rayonunun taleyi ilə bağlıdır. Yazın,  ürəyinizin işığını insanlara  çatdırın.  Öz çörəyinizi bölüşün. İşinizi sevin, axı, o, hamı üçündür. Həmişə qorxmaz və  sizə ən çox ehtiyac olan yerdə olun! Bütün kollektivə və baş redaktora müvəffəqiyyətlər və çətin yolunuzda inamla addımlamağı arzulayıram. Jurnalist yolunda!

    Böyük hörmətlə:

    Hərbi jurnalist,

    Riçardas Lapaytis

    Vilnüs-Litva

  • 02May
    Digər Xeyirxah əqidən dəyişmədi üçün şərhlər bağlıdır

    Öz ünvanımı – doğma Tərtərimi tarixə çevirən “Yeni Tərtər”im! 90 yaşın mübarək!

    Sənin hər səhifəni müqəddəs yazı kimi qoruyub saxlayanlar elinə, obasına bağlı olan qəhrəman tərtərlilərdir. Daha ətraflı »

  • 02May
    Digər 100 yaşlı “Zaqatala”  “Yeni Tərtər”in 90 yaşını təbrik edir üçün şərhlər bağlıdır

    Əziz həmkarlar! Bu gün sizin üçün çox əlamətdar bir gündür. Bütün həyatınızı, yaradıcılığınızı sevə-sevə həsr etdiyiniz, yaşadığınız diyarın az qala hər gününü  səhifələrində əks etdirdiyiniz, bu yolda rastlaşdığınız saysız-hesabsız çətinliklərə boyun əyməyərək işinizi davam etdirdiyiniz, son qəpiyinizi belə onun çapına həsr edərək onu yaşatdığınız “Yeni Tərtər”inizin 90 yaşı tamam olur. Bu hissləri bizlər də yola saldığımız 2023-cü ildə keçirdiyimiz üçün sizin sevincinizin başqa sevinclərlə müqayisə edilə bilmədiyini yaxşı bilirik. “Zaqatala” qəzeti də ötən il öz fəaliyyətinin 100 illiyini qeyd etdi. Əslində, bir rayon qəzetinin öz işini belə uzun müddət davam etdirməyi bacarmasının səbəbi orada çalışan jurnalistlərin fədakarlığı, vətən sevgisi, mətbu işə olan sonsuz bağlılıqları olub. Bunu bu gün olmasa da gələcək nəsillər bir qəhrəmanlıq kimi qiymətləndirəcəklər. Çoxları buna dodaq büzərək “öz işinizi görmüsünüz” deyir. Lakin, rayon qəzetləri öz işlərini o qədər çətin şəraitdə davam etdirib ki, bunu yalnız orada çalışanlar bilirlər. Daha ətraflı »

  • 02May
    Digər Həmişə uca olun, ucalarda olun! üçün şərhlər bağlıdır

    Yeni Tərtər” mənim üçün bir məktəbdir, jurnalistlik fəaliyyətimin ilk cığırı, media yaradıcılığımın təməl beşiyidir.

    Sovet dönəmində “Qızıl Bayraq” adlandırılan bu qəzetdə ilk məqaləm 1983-cü ildə dərc olunmuşdu.

    Həmişə hər yerdə, hətta efirdə də, vurğulamışam ki, jurnalistlik yaradıcılığımın ilk müəllimi Svetlana Əzizova olub.  Əgər o, məni həvəsləndirməsəydi,  özünəinam hissimi gücləndirməsəydi, bəlkə bu yolu yarımçıq buraxardım. Daha ətraflı »

  • 02May
    Digər TƏRTƏRLİLƏRIN SƏSİ, SÖZ TRİBUNASI üçün şərhlər bağlıdır

    Bu gün doxsan yaşı tamam olan, qalib ölкənin, qalib bir xalqın əyalət qəzеti кimi dünyamızın bir varlığı, tariximizin bir mövcudiyyəti sayılan «Yеni Tərtər» qəzеtinin həyatında şad gündür. Bеlə əlamətdar, fərəhli bir gündə nə qədər sеvinir, nə qədər şadlanırıq.

    Ötən əsrin 30-cu illərində fəaliyyətə başlamış, müxtəlif adlarla nəşr olunmuş, bu gün «Yеni Tərtər” adı ilə bizlərə doğma olan bu qəzеtin 90 yaşını hər iкi üzümüzdə  sеvinc və fərəhlə qarşılayırıq. Daha ətraflı »

  • 02May
    Xəbərlər Mehriban və zəhmətkeş kollektiv üçün şərhlər bağlıdır

    Bismillahir Rahmənir Rahim.

    Mehriban və bağışlayan Allahın adı ilə.

    Salam əmin-amanlıq diləyidir, salam gözəl bir duadır, dinimizin bir göstəricisidir. Müqəddəs kitabınızda belə, salamlaşmaq bizə əmr olunur. Odur ki, hörmətli “Yeni Tərtər” qəzetinin gözəl və mehriban kollektivi. Allahın salamı, xeyir-duası sizinlə olsun. Mən sizin redaksiyaya ilk gəldiyim gündən orada bir gözəllik, mehribanlıq gördüm. Bir məclisdə hörmətli Svetlana xanımla (Əzizova) həmsöhbət olduq və o xanım bir mütəxəssis kimi fikirlərimi çox bəyəndi. Mənə məsləhət gördü ki, bu düşüncələri, fikirləri kağıza köçürüm və redaksiyaya gətirdim. Dediyi kimi də etdim və beləcə neçə illərdir ki, redaksiyaya tez-tez getməyə başladım. Daha ətraflı »

  • 02May
    Xəbərlər Tərtərlilərin qəhrəmanlıq mübarizəsini səhifələrində əks etdirən qəzet üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” qəzetinin redaksiyasına

    90 illik yubileyinizi təbrik edirəm. 90 il mətbuat salnaməsində özünə yer tutmaq böyük uğurdur. Tərtər rayonunun 90 illik dövrü qəzetin səhifələrində tarixin yaddaşında qorunub saxlanılır. Əvvəllər “Qızıl Bayraq” adlanan qəzetin 1981-ci ildə çap olunmuş nömrələrindən birində Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin sonuncu kursunda oxuyanda mənim haqqımda “Qartal zirvədə uçar” başlıqlı böyük bir yazı çap olunmuşdu.O vaxtdan qəzetin daimi oxucularından biri oldum. Daha ətraflı »

  • 02May
    Digər   SİZƏ SÖZÜM VAR… üçün şərhlər bağlıdır

    “Yeni Tərtər” qəzetinin redaksiyasına, Svetlana Bağırovaya təbrik məktubu

          Hörmətli Svetlana xanım, imzanız ötən əsrin 70-ci illərindən mənə tanışdır. Bu gün də yaradıcılığınızı böyük maraqla izləyirəm. Respublika mətbuatında rus dilində çıxan yazılarınızı da oxumuşam. Əslində baxanda Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində eyni dövrdə təhsil almışıq. Qəzetdə işləyə-işləyə ikimiz də qiyabi təhsil almışıq. Məsələ ondadır ki, ali məktəbi Sizdən bir il sonra – 1976-cı ildə bitirmişəm.

    Yadımdadır, illər keçəndən sonra Bakıda rastlaşdıq. Hər ikimiz Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yazı müsabiqəsində birinci yeri tutmuşduq. İki il sonra isə 2023-cü il dekabrın 26-da Medianın İnkişaf Agentliyinin təşkilatçılığı ilə regionda fəaliyyət göstərən media nümayəndələrinin Şuşaya səfərində rastlaşdıq. Qəzetinizin 90 illiyinə hazırlaşdığınızı da orada eşitdim və belə qərara gəldim ki, mən də təbriklərə qoşulum. Daha ətraflı »