Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27May
    Kənd təsərrüfatı 2024-cü ilin yanvar-mart aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 15.9 faiz artıb üçün şərhlər bağlıdır

    2024-cü ilin yanvar-mart aylarında Tərtər rayonunda 66 milyon 951.4 min manat həcmində və ya 2023-cü ilin müvafiq dövrünə nisbətən 15.9 faiz çox ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş. Ümumi məhsul buraxılışının həcmində istehsal sahələrinin xüsusi çəkisi 72.3 faiz, xidmət sahələrinin xüsusi çəki-si 27.7 faiz təşkil edir.
    İstehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənayedə 7 milyon 941.9 min manat (11.9 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 12 milyon 52.5 min manat (18.0 faiz), tikintidə 28 milyon 378.9 min manat (42.4 faiz), nəqliyyat və anbar təsərrüfatında 496.8 min manat (0.7 faiz), informasiya və rabitədə 205.8 min manat (0.3 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 17 milyon 875.5 min manat (26.7 faiz) təşkil etmişdir.
    Ümumi məhsul buraxılışı sənayedə 16.9 faiz, kənd təsərrüfatında 6.2 faiz, tikintidə 37.3 faiz artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

  • 27May
    Qazilərimiz Qazilərimiz üçün şərhlər bağlıdır

    Nəsillərə nümunə

    “Düşməndən şəhidlərimizin intiqamı-nı almışıq,”– deyir qazi Elşad Məmmədov. Onun cəmi 20 yaşı var. 2023-çü ilin antiterror əməliyyatı başlayanda, 15 ayın əsgəri idi. Tərxis olunmağına az qalmışdı. Evlərinə məzuniyyətə də gedib qayıtmışdı. Atası Elşən komandoda, kəşfiyyat taborunda xidmət edən oğlu ilə fəxr edir, onun Ordudan tərxis olunacağı günü, bu münasibətlə qurban kəsib qohum-əqrabanı başına yığacağını səbirsizliklə gözləyirdi.
    Aniterror əməliyyatı başlayan zaman onun xidmət etdiyi hərbi hissə Ağdam-Xocalı istiqamətindəydi. Hər şey uğurlu gedirdi. Sentyabrın 19-da ildırım sürətli əməliyyatda qazanılan qələbə hər kəsi ruhlandırır, şəhid və yaralıların olması isə döyüş əzmini daha da artırırdı.
    Sentyabrın 20-də səhər saatlarında üzbəüz döyüş gedirdi. Elşadın tərkibində olduğu qrup düşmən səngərinə doğru hücuma keçdi. Məğlubiyyətini anlayan ermənilər son nəfəslərində belə çirkin əməllərindən əl çəkməyərək, ətrafa ölüm saçan mərmi yağdırır, avtomatlardan atəş açırdılar. Mərminin biri Elşadın yaxınlığına düşdü, ətrafa dağılan qəlpələrdən bir neçəsi onun ayağına dəydi, bu azmış kimi, namərd gülləsi də gənc əsgəri tapıb, bud nahiyyəsindən sümüyünə sancıldı.
    Bu barədə Elşad deyir: Daha ətraflı »

  • 27May
    Təhsil Təbrik edirik! üçün şərhlər bağlıdır

    Xoş ovqatlı qonaqlarımız

    Qəzetimizin qonaqları – şəhər 6 saylı tam orta məktəbin direktoru Rüfət İsmayılovun və məktəbin IX “b” sinfinin şagirdi Xumar Həsənlinin gəlişi hamımızı sevindirdi və xoş ovqat yaratdı. Belə ki, bu tərtərli qızı artıq nəinki rayonumuzda, respublikamızda çoxları tanıyır. O, ölkə üzrə IX sinfin buraxılış imtahanlarından maksimum bal toplayan 16 şagirddən biridir.
    Biz isə Xumarı qəzetimizin oxucularına daha yaxından tanıtmaq istəyirik. İlk olaraq deyək ki, əlaçı qız I Qarabağ müharibəsi şəhidi Teyyub Həsənovun nəvəsidir. Atası Ceyhun Həsənov rayon mərkəzi xəstəxana-sında mülki müdafiə üzrə qərargah rəisi, anası Lalə xanım tibb bacısıdır. Valideynlərinin işi ilə uşaqlıqdan yaxşı tanış olan və onlardan nümunə götürən Xumar gələcəkdə həkim olmaq istəyir. Fikri qəti olsa da, məktəbdəki bütün fənləri öyrənir. Dərs əlaçısıdır. Riyaziyyat və kimya üzrə isə olimpiadalarda iştirak edib və qaliblər sırasında olub.
    O, sinif nümayəndəsidir və yalnız özünün deyil, sinif yoldaşlarının da uğuru Xumarı olduqca sevindirir. Bu barədə fikirləri də maraqlıdır.
    – Məktəb illəri insan ömrünün ən məhsuldar dövrüdür. Hal-hazırda yiyələndiyimiz biliklər gələcək ömrümüzə işıq salacaq, bizi irəli aparacaq. Çalışıram ki, sinif yoldaşlarım da bu fikirlə razılaşıb, vaxtlarını boş keçirməsinlər, pis vərdişlərdən uzaq dursunlar. Daha ətraflı »

  • 27May
    Digər Yeni kitablar üçün şərhlər bağlıdır

    “Ağlama, şəhid anası!”

    Zeynəb Səfərli məktəblidir. Necə deyərlər, müharibənin ağrı-acılarını, şəhid ailələrinin keçirdiyi hissləri yaşayan və dərindən duyan bir yeniyetmədir. “Ağlama, şəhid anası” şeirlər kitabı onun oxucularla ilk görüşüdür. Bu kitabdakı şeirlər Aprel hadisələri zamanı və 44 günlük Vətən müharibə-sində şəhidlik zirvəsinə ucalan, qazi olan mərd, vətənpərvər oğullarımıza və onların ailələrinə həsr olunub.
    “Ağlama, şəhid anası!” şeirindən:
    Sənin oğlun, elin oğlu, ay ana!
    Sorağı yayılıb bütün cahana,
    Dönübdür dillərdə hər an dastana.
    Şəhidin, igidin başının tacı,
    Nə olar, ağlama, Şəhid anası!
    “Zəfər Günü” şeirində məktəbli qız xalqın sevincini belə ifadə edir: Daha ətraflı »

  • 27May
    Digər “Ümidsiz sevgi” üçün şərhlər bağlıdır

    Əfqan Məmmədov 2005-ci ildə rayonumu-zun Kəbirli kəndində anadan olub. Xoruzlu kənd tam orta məkətbinin 9-cu sinifini bitdirdikdən sonra Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecini Mühasibat uçotu üzrə bitirib. Hazırda Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat ixtisası üzrə I kurs tələbəsidir.
    O, iqtisadiyyat ixtisasını seçsə də, uşaqlıqdan ədəbiyyata, poeziyaya böyük maraq göstərir. “Ümidsiz sevgi” özünə Dönməz təxəllüsünü seçən gəncin ikinci kitabıdır. Kitabda əsasən sevgi şeirləri yer alıb. Bizim internet dövründə Əfqanın sevgiyə olan münasibəti, dönməzliyi maraqla qar-şılanır:
    Ürəyimə ox vurub, könül sarayımı yerlə-yeksan etsən də,
    Haqqımı halal edirəm öləndə üz-üzə gəlməmək üçün.

    (“Sevgi haqqı”)
    “YENİ TƏRTƏR”

  • 24May
    Digər Ölkə rəhbərlərinin qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 23 may tarixində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib.

    Dövlət başçısı bildirib ki, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq, habelə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair konkret tapşırıqlar verilib.

    Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır.

    Strateji Tərəfdaşlıq Bəyannaməsində qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub.

    Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, ümumilikdə 14 sənəd imzalanıb. İmzalanmış sənədlər münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir.

    Qeyd olunub ki, Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir. Tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı Azərbaycan tamaşaçılarına sevinc bəxş edəcəkdir.

    Nəqliyyat sektoru əməkdaşlığımızın mərkəzindədir. Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün cəlbedici logistik layihədir. Daha ətraflı »

  • 24May
    Digər COP29 zamanı Azərbaycanda əlverişli mühit yaradılacaq üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib.

    Prezident İlham Əliyev deyib ki, COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacaqdır.

    Ölkəmizin Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi var. Azərbaycan Hərəkata dörd il sədrlik etdi. 120 üzv ölkə ilə həqiqətən də böyük tərəqqiyə nail olduq.

    Bildirilib ki, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir. Üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və qəbul edilmişdir.

    Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar. Daha ətraflı »

  • 21May
    Digər Şərqdə və müsəlman aləmində ilk demokratik üçün şərhlər bağlıdır

    Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.

    1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

    Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Daha ətraflı »

  • 21May
    Digər İran-Azərbaycan əlaqələrinin gələcək inkişafı çox müsbətdir üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Prezident İlham Əliyevin cari ilin 19 may tarixində Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxış edib. Cənab prezident çıxışında bildirib ki, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu layihə böyük bilik, səriştə və təcrübə tələb edirdi. Layihələrin reallaşdırılması dostluğun növbəti təzahürüdür. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb. İlk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşüblər. Bu hadisə bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir.

    Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək. İstər beynəlxalq məsələlərlə əlaqədar, istərsə də regional təhlükəsizlik məsələləri ilə bağlı olan fikirlər üst-üstə düşür. Bu, çox önəmli bir amildir. Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir.

    Ölkə başçısı çıxışında bildirib ki, biz üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də bir-birimizə dəstək verməklə, eyni zamanda, öz siyasətimizi, öz niyyətimizi ifadə edirik. Daha ətraflı »

  • 21May
    Digər “Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var.” üçün şərhlər bağlıdır
    Prezident İlham Əliyevin cari ilin 16 may tarixində Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib. Cənab prezident bəyanatında bildirib ki, aparılan danışıqlar – təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Münasibətlər dinamik inkişaf edir. Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər konkret addımlar atılacaq və qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlər görüləcək.
    İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri. Əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir.
    Gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunublar.

    Daha ətraflı »