Sağlam nəsil yetişdirmək dövlətimizin qarşısında duran önəmli vəzifələrdəndir
Müstəqillik qazandığımız hazırkı şəraitdə yetişən nəslin fiziki tərbiyəsini günün tələbləri səviyyəsində inkişaf etdirərək formalaşdırılması bu gün mühüm aktuallıq kəsb edir. Əlbəttə ki, bu aktual problemin daha da inkişaf etdirilərək formalaşdırılması və modernləşdirilməsi bu sahədə çalışan mütəxəssislərin qarşısında təxirəsalınmaz vəzifələr qoyur. Bu vəzifələrin məktəblərimizdə də beynəlxalq normalara uyğun olaraq təkmilləşdirilməsi zəruri sayılır. Bu gün bütün təhsil müəssisələrində, məktəbdənkənar təhsil müəssisələrində gələcək nəslin fiziki cəhətdən sağlam olmaları və potensial qabiliyyətlərinin inkişaf etdirilməsi üçün hər cür şərait yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaq-gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyası və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası”nı təsdiq etmişdir. Strategiyada göstərilir ki, gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər məsələlərlə bağlı dövlət tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir. Hətta xüsusi qayğıya ehtiyacı olan gənclərin idmanla məşğul olması üçün güzəştli şərait yaratmaq tələbi inkişaf strategiyasında xüsusi yer tutur. Bu tələblər əsasında yanaşsaq görərik ki, uşaq-gənclərin fiziki tərbiyəsi dövlət üçün önəmli məsələlərdəndir. Məktəb, ailə və ictimaiyyətin də məqsədi sağlam nəsil yetişdirməkdir. Bu sahədə hər kəsin öz funksiyası var. Həmin məqsədin reallaşdırılmasına xidmət göstərən sahələrdən biri də uşaqların psixoloji problemlərinin aradan qaldırılmasında müstəsna rolu olan fiziki tərbiyədir. Daha ətraflı »
Yeni ismarıclar