Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov sentyabrın 19-da lokal antiterror əməliyyatları zamanı yaralanan tərtərli hərbi qulluqçu, Qaynaq kənd sakini Süleymanlı Hüseyn Nadir oğlunu evlərində ziyarət edib, səhhəti və qayğıları ilə maraqlanıb, Allahdan şəfa diləyib.
İcra başçısı bildirib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqəyə erməni terrorçularını ağ bayraq qaldırmağa məcbur etdi. Ordumuz lokal xarakterli antiterror əməliyyatları ilə bağlı qarşılarında duran bütün vəzifələri cəmi bir gün ərzində yerinə yetirdilər. Azərbaycan əsgəri daha bir şanlı tarix yazaraq Qarabağda suverenliyimizi tam bərpa etdi.
Hüseyn Süleymanlı onun müalicəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
-
27OktQazilərimiz Rayon rəhbəri Tərtərdən olan yaralı hərbçini evində ziyarət edib üçün şərhlər bağlıdır
-
27OktKənd Təsərufatı Pambıq yığımına start verilib üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azad Qaraqoyunlu kəndində fermer Rəhbər Hüseynovun pambıq tarlasına baxış keçirib, fermerlərə xeyir-dua verib.
Qeyd edək ki, ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı tövsiyələrinə uyğun olaraq bu il Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 2242,1 hektar sahədə pambıq əkilib.
Bunun 1125,1 hektarı “MKT İstehsal Kommersiya” MMC ilə, 1117 hektarı isə “Azərpambıq” MMC ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Artıq bir neçə gündür ki, sahələrdən məhsulun toplanmasına başlanılıb. Bu günə kimi 276,47 ton məhsul toplanaraq təhvil verilib.
Pambıq yığımı ilə əlaqədar mövcud kombaynlara texniki baxış keçirilib, na-saz vəziyyətdə olan texnikaların təmiri başa çatdırılıb.
Yığım zamanı kombaynlarda baş verəcək hər hansı nasazlığın dərhal aradan qaldırılması üçün şirkətlər tərəfindən operativ təmir briqadası yaradılıb.
Məhsul yığımında hər bir pambıqçıya uğurlar arzulayırıq! -
27OktDigər Vətən müharibəsi tarixinin Tərtər səhifəsi üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat kollektivləri və ümumtəhsil məktəblərinin şagirdləri şəhərin Elman Hüseynov küçəsində 44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dagılmış açıq havada fəaliyyət göstərən ev-muzeyinə ekskursiya edib, muzeyin həyətində mülki şəhidlərin şəkillərindən ibarət yaradılmış fotoguşəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.
Qeyd olunub ki, Tərtər rayonunda 15 oktyabr 2020-ci il tarixdə Ermənistan Silahlı Qüvvələrinin atdığı raket nəticəsində şəhər qəbristanlığında dəfn mərasimində iştirak edən 4 nəfər mülki vətəndaş şəhid olub, 4 nəfər yaralanıb. Bu insanlığa sığmayan terror hadisəsindən artıq üç il ötür.
Tədbirdə yüzlərlə sakin iştirak edib.
Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev tədbir iştirakçılarına erməni separatçılarının törətdikləri terror hadisələrində həlak olan mülki şəhidlər barədə məlumat verib. -
27OktDigər Oxucu məktubu üçün şərhlər bağlıdır
Yubileyi əmək nailiyyətlərilə qeyd edirlər
Tərtər Bölgə Təcrübə Stansiyası 1933-cü ildən dənli bitkilərin yeni məhsuldar sortlarının alınması üçün elmi idarə olaraq yaradılmışdır.
2022-ci ilin iyun ayından stansiyaya Rəşad Familzadə rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında stansiyada işlər daha da canlanıb.
Qəsəbənin ümumi ərazisi 657 hektardır. Bundan 529 hektarı əkin sahəsidir. Bölgə Təcrübə Stansiyasında üç şöbə fəaliyyət göstərir: Seleksiya, toxumçuluq, aqrotexnika. Seleksiya şöbəsinin vəzifəsi yeni məhsuldar dənli bitki sortlarının alınmasından ibarətdir.
Toxumçuluq şöbəsi, seleksiya şöbəsində alınan məhsuldar sortlatın toxumunu artıraraq, taxılçılıqla məşğul olan fermerləri toxumla təmin edir. Aqrotexnika şöbəsi bütün aqrotexniki tədbirlərin tətbiqi ilə məşğuldur.
Yüksək məhsul almaq üçün biçindən sonra sahələr şumlanıb dincə qoyulmuşdur. Səpinqabağı şumlar dırmıqlanıb, ütülənib səpinə hazır vəziyyətə gətirilmişdir. Səpin qısa və çox yüksək səviyyədə aparılmışdır. Torpaq suyu vaxtında verilmişdir. Sahələr yamyaşıl dona bürünmüşdür. Bütün aqrotexniki tədbirlər vaxtında yerinə yetirilmişdir. Alaqlarla mübarizə, yemləmə kübrələrinin, vegetasiya sularının vaxtında verilməsi sayəsində zəmilərdə yüksək məhsul yetişdirilmişdi. Daha ətraflı » -
27OktMədəniyyət Milli-mənəvi dəyərlərimizi qoruyaq! üçün şərhlər bağlıdır
Öz adətimiz, öz tərzimiz var
Hər bir xalqın özünəməxsus adətləri–mədəniyyəti, geyim tərzi, fərqli yeməkləri və s. olduğu kimi, bizim Azərbaycan xalqı da milli-mənəvi dəyərlərimizlə fərqlənir. Bunu ta qədimdən dünyagörmüş insanların həyatında, işində, əməlində, kübarlığında, geyim tərzində açıq-aydın görmək olur. Lakin bəzən həyatda elə yanlışlıqlarla qarşılaşırıq ki, heyrətimizi gizlədə bilmirik. Ya dillənməli, ya da daxildən düşünməli oluruq. Hətta elə olur ki, bu yanlışlıq böyükdən kiçiyə sirayət edir və bu, bir adətə çevrilir. Heç gizlətmirəm, milli adətlərimizlə bağlı müşahidələr aparmağı xoşlayıram. Keşmişlə bugünün fərqindəki gözəllikləri ayırd etmək sanki ehtiyaca çevrilib mənim üçün.
Məsələn, geyimlə bağlı dəbdir deyib əndazədən çıxanlarımıza təsadüf edilir. Bununla əlaqəli söz salmaqda bəlkə də məni köhnə fikirli bir insan kimi qınayarlar. Amma xeyir. Səliqə-səhmanlı, yaraşıqlı, sadəliyi ilə diqqət çəkən geyimləri uşaqlığımdan çox sevmişəm. Həmişə də belə geyinməyə çalışmışam. 50-60 il əvvəl şalvar geyinən qadınlar o qədər çox deyildi. İllər keçib, müasirlik adı altında yaraşdı-yaraşmadı əksər qadınlar şalvar geyinməyə adət ediblər.Yaxın günlərin söhbətidir. Bir az hava almaq məqsədilə iş yerinin qarşısındakı skamyada əyləşmişdim. Yoldan yorğun keçən bir qadın da gəlib mənim yanımda əyləşdi. Tanışlıq üçün bir az söhbət etdik. 5-10 dəqiqə söhbətimiz davam etdi. Bu anda yoldan bir gəlin keçdi. Onun geyimi diqqətimizi çəkdi. Hətta qadın öz iradını bildirdi:
– Allah, sən saxla, bunu evdən çıxaran ana onun geyimini görməyibmi, – söylədi. Daha ətraflı » -
27OktƏdəbiyyat Poeziya guşəsi üçün şərhlər bağlıdır
Dəyanətin söz dünyası
Onu yeniyetmə vaxtlarından tanıyıram. Ötkəm, söz götürməyən olsa da, köhnə kişilərə xas xüsusiyyətləri ilə də seçilir. Dostluqda sadiq, dostları üçün canından keçən, onların uğurlarına hər zaman hərtərəfli dəstək olan, onları özündən öndə fikirləşən biridir. (Bəlkə də nə vaxtsa onun bu fədakarlıqlarından ayrıca bir yazı yazdım, əlbəttə, özü razılıq versə ).
İstəyirdim onun haqqında bir təqdimat yazım, amma sonra bu fikrimdən daşındım. Sadəcə oxuculara onun haqqında qısa bir məlumat verirəm: Dəyanət Pünhan 1986-cı ilin iyun ayının 23-də Tərtərdə doğulub. Həmişə deyərdi ki, mənim 40 oğlum olacaq. Amma 40 yox, iki oğlu var: Pünhan və Altun. Pünhan Gəncə Dövlət Universitetində oxuyur. Altun isə orta məktəbi bu il bitirəcək.
Dəyanətin onlarla mahnıları var ki, musiqisini də özü bəstələyib. Gənc müğənnilər Rüstəm Yağmurla, Anar Yusifzadə ilə sıx işbirliyi var. Ruhəngiz Allahverdiyeva, Damla, Roza Zərgərli və tanınmışlardan neçəsi onun sözlərindən, musiqisindən istifadə ediblər. Meyxana aləmində də yetərincə tanınır.
Gəlin, Dəyanətin söz dünyası ilə tanış olaq. O, bizimlə şeirləri ilə danışsın, biz də onu yaxından tanıyaq.Svetlana Əzizova
-
27OktƏdəbiyyat Atama üçün şərhlər bağlıdır
Ay məni dünyaya gətirən adam,
Mən səni dünyadan necə aparım?…
Bir yol tap, ruhumu tez verim sənə,
Bəlkə bu əzabdan mən də qurtarım.Zaman ötüşdükcə, mən böyüdükcə.
Atamın yaş gəlib yaşının üstə.
Halal zəhmətiylə, alın təriylə
Tutardı qürurun başının üstə.Məni ərkəsöyün böyüdən Adam,
“Atan ölməyibdir, qorxma, deyərdi”.
Hər gün qazandığı halal pulların
Pünhana, Altuna xərcləyərdi.Öz bağın-bağçasın unudub tamam,
Bağımda gül-çiçək bitirən kişi.
Oğlunun çiynində köçür həyatdan,
Oğlunu dünyaya gətirən kişi.Adamın atası ölərmiş demə,
Mən elə bilirdim atalar ölmür.
Yorulub dünyanın qayğılarından,
Gedəndə, deyirlər atalar gəlmir.Hər dərdimə dərmanıydın, ay ata,
Mənim də olaydı dərman olduğum.
Kaş çarə biləydim sənin dərdinə,
Yaralı qəlbinə, qurban olduğum. -
27OktƏdəbiyyat Darıxmışam üçün şərhlər bağlıdır
Heç olmasa biz tərəfdən keç bir dəfə,
Darıxmışam
Hansısa bir tanışımla
qabaqlaşsan sözarası
canıma and iç bir dəfə,
Darıxmışam.Sən Allah, bir denən görüm,
darıxmırsan heç bir dəfə?…Sən ömrümün gəncliyini
yollarında sərf etdiyim həmin qızsan?…
Sevdasını nəfəsimlə ovcumda
isitdiyim, həmin qızsan?…Nə bilim ey, bəlkə də mən yanılıram,
Bəlkə elə darıxırsan mənim üçün.
Bəlkə mən də sənin kimi anılıram,
Darıxmışam, darıxmışam sənin üçün. -
27OktƏdəbiyyat Bu şəhər üçün şərhlər bağlıdır
Bu şəhər nə qədər doğmadır mənə,
Sevirəm buranı azı, sən qədər.
Sən də bu şəhərdə qalırsan deyə
Kim sevər buranı, görən mən qədər?…Hər gün bu şəhərə sən gələn yerdən,
Məhəbbət adında qatarlar gəlir.
Mənimsə bəxtimə bu qatarlarda
“Bədbəxt”imzasıyla məzarlar gəlir.Şahid ol, ey şəhər, sahid ol, bizə
Mən nələr etmişəm, o nələr edib…
Həsrətin çəkdiyim bu şəhər deyil,
Onunçün gəlmişdim, o isə gedib.Küçələr doludur insanlar ilə,
Gözlərim elə hey axtarır səni.
Bir gözəl xanımın cazibəsində
Mənə xəyallarım qaytarır səni.Bu şəhər kədərli xatirələrin
Beşiyi, ən isti qucağı imiş.
Sanki öz evimdə qonaq kimiyəm,
O da bu şəhərin qonağı imiş. -
27OktDigər QARABAĞ AZƏRBAYCANDIR! üçün şərhlər bağlıdır
TƏRTƏRİN YENİ İNKİŞAF DÖVRÜ BAŞLAYIR!
Gözünüz aydın, tərtərlilər!
Üç il əvvəl olduğu kimi, bu iin sentyabr ayı da tariximizə qızıl hərflərlə yazıldı. Heç zaman unudulmayacaq şanlı tariximizə!
Möhtərəm Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun ildırım sürəti və zərgər dəqiqliyi ilə apardığı lokal antiterror əməliyyatı nəticəsində erməni separatçılarının 30 il ərzində Qarabağda qurduqları və oradan daim Tərtəri və digər rayonlarımızı atəşə tutduqları istehkamlar darmadağın edildi. Dayanmadan torpaqlarımıza daşıyıb yığdıqları ölüm saçan silah və sursatlar müsadirə olundu.
Bu əməliyyatdan sonra dinc erməni sakinləri illər uzunu nə qədər aldandıqlarını dərk etdilər. Çünki separatçılardan fərqli olaraq, Azərbaycan əsgərlərinin hədəfi dinc əhali deyil, hərbi obyektlər idi.
Dövlətimiz bir daha humanizm göstərərək, Azərbaycan vətəndaşlığını qəbul edən Qarabağın erməni sakinlərinə ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşamağı təklif etdi. Ağdam-Xankəndi yolu ilə onlara humanitar yardımlar göndərildi. Daha ətraflı »
Yeni ismarıclar