Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Avq
    Digər Həmyerlimiz Türkan Əsədova kibertəhlükəsizlik üzrə mütəxəssisdir üçün şərhlər bağlıdır

    Azərbaycandakı Kibertəhlükəsizlik Mərkəzinin təşkil etdiyi kursu ilk olaraq bitirmiş 60 gənc arasında tərtərli Türkan Əsədovanın da olması kollektivimizi sevindirdi. Axı, rayon qəzeti olaraq biz haqqında yazdığımız gənclərin hər bir uğurunu ürəkdən alqışlayır və onların tanınmasında kiçicik də olsa payımız olduğundan məmnun qalırıq.
    Türkan Əsədova ilə redaksiyamızda 2015-ci ilin avqust ayında görüşmüşdük. O zaman Bəyimsarov kənd tam orta məktəbinin məzunu olan bu qız ali məktəbə qəbul zamanı 600-dən çox bal toplayan gənclərlə birlikdə redaksiyamızda olmuş və qəzetimizə kiçik bir müsahibə vermişdi. Atasının sürücü, anasının isə müəllim olduğunu söyləyən Türkan bildirmişdi ki, həyatda atdığı hər bir addımı əvvəlcədən valideynlərilə məsləhətləşir, lakin son qərarı özü verir.
    Ötən müddət ərzində həmyerlimiz bakalavr və magistr təhsilini uğurla başa vurub və Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi açılanda, buradakı kurslara 2500 namizəd arasından seçilən 60 yüksək ambisiyalı gənclərdən biri olub. Daha ətraflı »

  • 10Avq
    Digər Təşəkkür üçün şərhlər bağlıdır

    Kəlbəcərə gedən yol

    Bu yol yaman uzun oldu. Ağsaqqallarımızın, ağbirçəklərimizin gözləri 30 ildən artıq bir müddətdə bu yola dikildi. Doğma yurd həsrətinə dözə bilmədilər, nigaran getdilər bu həyatdan.
    Amma indi təkcə kəlbəcərlilərin deyil, erməni vəhşiliyi nəticəsində doğma ev-eşiklərindən didərgin düşüb həyatını o bumbuz bulaqlardan, başıqarlı dağlardan uzaqlarda vaqonlarda, ictimai binalarda keçirən ata-analarımızın ruhları şaddır.
    Dövlətimizin başçısı möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan bizlərə verdiyi vədə şərəflə əməl etdi. Onun rəhbərliyi altında, Ordumuzun, xalqımızın birliyi nəticəsində artıq biz Kəlbəcərimizə qovuşa bildk.
    Bu günlərdə mənim də ayaqlarım o yerlərə dəydi. Həyatımda heç vaxt belə sevinməmişdim. Atamın, anamın, bütün doğmalarımın, dünyasını dəyişən didərgin soydaşlarımızın əvəzinə o torpağı, qayaları öpdüm, bu günü gördüyüm üçün çoxlu dualar etdim.
    Qəlbimdən sonsuz təşəkkür hissi keçdi. Allah Sizə rəhmət eləsin, torpaq uğrunda can verən şəhid-lərimiz, var olun, yüz yaşayın, yaralanıb torpağı qanla suvaran qazi qardaşlarımız!

    Əsgər HÜSEYNOV,
    Kəlbəcər sakini

  • 10Avq
    Kənd Təsərufatı Hacıqərvənd kəndindən xəbərlər üçün şərhlər bağlıdır

    Ənənələr davam etdirilir

    Ötən əsrin 70-80-ci illərində Hacıqərvənd kəndində baramaçılığa maraq böyük idi. Sakinlər kənd təsərrüfatının bu gəlirli sahəsini inkişaf etdirməklə, qısa zaman kəsiyində xeyli zəhmət çəkərək, yaxşı gəlir əldə edirdilər. Lakin I Qarabağ müharibəsinin başlanması ilə hər yerdə olduğu kimi, bu kənddə də baramaçılığa münasibət dəyişdi. Bunun əsas səbəbləri çəkil bağlarının doğranaraq sıradan çıxması, həm də mövcud kümxanaların ləğvi idi.
    Son illər rayonumuzda iqtisadiyyatın inkişafı istiqamətində görülən tədbirlər baramaçılığın da inkişafına təkan veribdir. Yeni çəkil bağları əkilərək, bu sahənin yem bazası yaradılıb. Odur ki, əvvəlki illərdə olduğu kimi, yenə də rayonumuzun, o cümlədən Hacıqərvənd kəndinin adı barama istehsalında qabaqcıllar sırasında çəkilir.
    Cari ildə bu kəndin kümçüləri 12 qutu ipəkqurdundan tədarük məntəqəsinə 741 kq barama təhvil veriblər ki, bu da rayon üzrə ən yüksək göstəricidir.

  • 10Avq

    Kənd Təsərufatı üçün şərhlər bağlıdır

    Taxılçılıq həmişə diqqət mərkəzindədir

    Taxıl əkini həmişə bu kənddə diqqət mərkəzində saxlanılıb. Hazırda dünyada taxılın və taxıl məhsullarının qiymətlərinin kəskin qaydada artdığı bir şəraitdə Hacıqərvənd kəndində də taxıl əkininə qayğı ilə yanaşırlar. Belə ki, ötən ilin payızında burada 220 hektar sahədə buğda, 150 hektarda arpa əkilmişdi. Əvvəlki illərdən fərqli olaraq, pay torpaq sahibləri və fermerlər suvarmada çətinliklərlə üzləşmədikləri üçün, zəmilərdən bol məhsul götürmüşlər. Buğda üzrə hektarın məhsuldarlığı 55 sentner, arpa üzrə 61,8 sentner olub.
    Hacıqərvənd Bələdiyyəsinin sədri Kəmaləddin Heydərov bildirdi ki, taxılçılıqda ən yüksək göstəriciyə Bəylər Abbasov nail olub.
    Bəylər Abbasov bu barədə belə dedi:
    –Taxıla, çörəyə hörmət xalqımıza xas olan gözəl xüsusiyyətdir. Son illərdə Ukraynada gedən müharibə ilə bağlı yerli taxıl istehsalını artırmağı qarşımıza məqsəd qoymuşuq.

  • 10Avq

    Kənd Təsərufatı üçün şərhlər bağlıdır

    Plantasiyalarda bol pambıq yetişdirilir

    Bu isti yay günlərində pambıq plantasiyalarında sonuncu beçərmə işləri aparılır. Fermerlərdən Elsevər Səfərov, Zabil Əhmədov, Çingiz Məmmədov və başqaları gərgin zəhmət hesabına yaxşı məhsul yetişdirmişlər.
    Elsevər Səfərov deyir:
    –Keçən il öhdəmdə olan sahədə günəbaxan əkmişdim. Bu il isə üstünlüyü pambığa vermişik. Pambıq da qayğı sevən bitkidir. Gərək hər kolun nazını çəkəsən ki, nəticədə əkinçini sevindirsin. İndiyədək bütün aqrotexniki tədbirləri düzgün və vaxtında gördüyümüzə görə, məhsuldarlığın yüksək olacağına ümid edirik.
    Qeyd etmək lazımdır ki, rayonumuzun son illər respublika pambıqçıları arasında məhsuldarlığa görə birincilər sırasında olmasında bu kəndin fermerlərinin də payı var. Cari ildə məqsəd hər hektardan 40 sentnerdən çox məhsul götürməkdir.
    * * *
    Kənddə heyvandarlıq inkişaf etdiyindən, burada 903 hektar əkin sahəsinin böyük bir hissəsində çoxillik yoncalıqlar yerləşir, 100 hektarda isə günəbaxan əkilib.

    “Yeni Tərtər”

  • 10Avq
    Digər Tərtər rayonunda kənd təsərrüfatı məhsulunun ümumi həcmi 9,6 faiz artıb üçün şərhlər bağlıdır

    2023-cü ilin yanvar-iyun ayları ərzində Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 68 milyon 130.3 min manat təşkil etmişdir. Məhsul buraxılışının 41 milyon 536.1 min manatı və ya 61 faizi bitkiçiliyin, 26 milyon 594.2 min manatı və ya 39 faizi heyvandarlığın hesabına formalaşmışdır. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 9.6 faiz artmışdır.

    Tərtər Rayon Statistika İdarəsi

     

  • 10Avq

    Milli-mənəvi dəyərlər üçün şərhlər bağlıdır

    Ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd olundu

    Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ulu Öndər müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində Azərbaycan əlifbasına keçidin, yeni əlifbadan istifadənin mühüm bir hadisə olduğunu qeyd edirdi. Bildirirdi ki, ana dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı və mədəniyyətidir. Ümummilli Liderimiz Heydər Əliyevin söylədiyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
    Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini unutmamalı, dilini, dinini, milli adət və ənənələrini təbliğ etməli, yaşatmağa çalışmalıdır.
    2001-ci ildən 1 avqust tarixi Azərbaycanda ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki bu gün Azərbaycanın milli varlığının əsas atributlarından olan ana dili ilə bağlıdır, ölkəmizdə latın qrafikasına keçidlə bağlıdır. Hazırda istifadə edilən latın əlifbası ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra istifadə edilib. Lakin sovet hakimiyyətinin işğalçılıq siyasətindən sonra 70 il Azərbaycanda Kirill qrafikalı əlifba mövcud olub. Müstəqilliyimizin bərpasından sonra ölkəmizdə tədricən latın qrafikalı əlifba tətbiq edilib. Dil millətin simasını səciyyələndirən amillərdən biri olaraq, onun milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Millətin millət olaraq təsdiqidir. Daha ətraflı »

  • 10Avq
    Digər Bilirsinizmi? üçün şərhlər bağlıdır

    Qarpız dadlı olduğu qədər də təhlükəlidir

    Hazırda yay mövsümüdür, havalar həddindən çox isti keçir. Belə havalarda hər kəsin soyuducusunda dadlı qarpız tapmaq olar. İnfeksionist həkimlər xəbərdarlıq edirlər ki, yaz-yay aylarında maye toplaya bilən meyvələrdən zəhərlənmə hallarına daha çox rast gəlinir. Xüsusi olaraq qarpız yeyərkən diqqətli olmaq lazımdır. Onu kəsən zaman yumşalmalar varsa, ağ zolaqlar gözlə görünürsə, yemək məsləhət deyil.
    Ümumi olaraq isə ən qorxulu zəhərlənmə botulizmdir. Botulizm bütün qidalarda olur.
    Belə ki, qida düzgün saxlanmadıqda orada botulizm çöpləri inkişaf edə bilər. Əgər onun çöpləri var-sa, qida çox təhlükəlidir. Hətta dərhal ölümə gətirib çıxara bilər.

    “Yeni Tərtər”

  • 10Avq
    İdman Məmnunluq üçün şərhlər bağlıdır

    Gimnastika xarakteri formalaşdırır

    İdman həqiqətən sağlamlıqdır, sağlamlıq isə ən böyük nemətlərdən biridir. Hər bir insan onu qorumağı bacarmalı, özünün və ailəsinin sağlamlığını hifs etməlidir. Bu istiqamətdə dövlətimiz böyük layihələr həyata keçirir. Rayonumuzda fəaliyyət göstərən Tərtər Olimpiya İdman Kompleksi bunun bariz nümunəsidir.
    Uşaqların sağlamlığının qorunmasında valideynlərin üzərinə ciddi məsuliyyət dü-şür, mən də bu məsuliyyəti dərk edərək, nəvəm Ayanı Kompleksə gimnastika məşğələlərinə aparıram. Çünki həqiqətən də gimnastika uşağın bütün fiziki xüsusiyyətlərini inkişaf etdirir, güc, dözümlülük, çeviklik, elastiklik yaradır. Həmçinin gimnastika xarakteri formalaşdırır, uşaqlara məqsədyönlü və çalışqan olmağa öyrədir. Gimnastika müəllimi Dilbər Xəlilovanın uşaqlara idmanın bu növünü sevdir-məyini xüsusi vurğulamaq istəyirəm. Müəllim o qədər sağlam pedaqoji mühit yaradır ki, nəticədə uşaqlar həvəslə məşqlərə qoşulurlar. Valideynlərlə birlikdə söhbətimiz zamanı ancaq razılıqlar eşidirəm. Xədicə Qəhrəmanlının valideyni Gülnarə, Çiçək Hüseynlinin valideyni Elvin, Nəzrin Bağırzadənin anası Aysel, Səbinə Hüseynovanın anası Rəna və başqaları deyirlər ki, Tərtər rayonunda belə gözəl Olimpiya İdman Kompleksinin olmasını alqışlayırıq. Övladlarımız üçün bu şəraiti yaratdıqlarına görə möhtərəm Prezidentimiz İlham Əliyevə və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk.

    Ziyafət Rüstəmova, 
    şəhər 1 saylı tam orta
    məktəbin direktor müavini

  • 10Avq
    Digər Diqqətli olun, əziz valideynlər! üçün şərhlər bağlıdır

    Sağlam nitq insanın şəxsiyyət kimi formalaşmasında mühüm şərtdir

    Əsmər Yusifli 2018-ci ildə şəhər 1 saylı tam orta məktəbini bitirib. 2018-2022-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Korreksiyaedici təlim ixtisası üzrə təhsil alıb. Hazırda Mingəçevir Dövlət Universitetində İbtidai təhsilin metodikası fakültəsinin magistridir. Aşağıda onun uşaqların nitq mədəniyyətinə aid məqaləsini oxucularımıza təqdim edirik.
    İnsanlar müxtəlif olduğu kimi, onların taleləri də eyni deyil. Bəzən ailələrdə qüsurlu övladlar dünyaya gəlir ki, bu da valideynlər üçün çətin sınağa çevrilir.
    Qədim dövrdə bu cür insanlara qarşı münasibət heç də birmənalı deyildi. Belə övladların cəmiyyət üçün bir növ artıq yük olduğu düşünülürdü. Buna görə qüsurlu doğulan körpələri elə diri-diri basdırır, hündür yerlərdən aşağı tullayırdılar. Xüsusilə də Spartada bu uşaqlara qarşı daha sərt rejim mövcud idi. Çünki Spartada hərbi sistem hökm sürürdü və doğulan hər qüsurlu uşaq (oğlan uşağı) orduya ziyan vurmuş hesab edilirdi. Bu cür fikirlər bir növ Aristotelin “mükəmməl olmayan heç bir şeyin inkişaf etməsinə icazə verməyin” fikrindən qaynaqlanırdı. Belə uşaqlar doğulan ailələrin Tanrı tərəfindən lənətləndiyi deyilirdi. Hesab edilirdi ki, qüsurlu körpələrin bədənində cin olur və bu cini ancaq həmin uşağı öldürməklə qovmaq olar. Ancaq İslam və xristian dinlərinin inkişafı ilə belə uşaqlara daha mərhəmətli yanaşılmağa başlanıldı.
    Elm inkişaf etdikcə, qüsurlu doğulan uşaqların problemləri ilə məşğul olan xüsusi bir sahə–korreksiya-edici təlim yarandı. Psixologiya , defektologiya kimi terminlərlə ifadə olunan elmin bu qolu psixi, əqli, fiziki cəhətdən qeyri-düzgün inkişaf edən şəxslərin psixoloji vəziyyətini, pedaqoji inkişafını öyrənir və onlara köməklik göstərir.
    19-cu əsrə qədər bu elm psixologiyanın tərkib hissəsi olmuşdur. Defektologiya özü 4 müstəqil sahədən ibarətdir: oliqafrenpedaqo-gika – əqli cəhətdən geri qalan uşaqların təlim-tərbiyəsi, psixologiyası ilə məşğul olan elm; surdopedaqogika – eşitmə, tiflopedaqogika-görmə, loqopkorreksiyaedici təlim – uşaqların nitq qüsurlarını öyrənən elmdir. Daha ətraflı »