


Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı ilə iyunun 23-də Tərtər Rayon Mədəniyyət Mərkəzində 22 işəgötürənlə əmək yarmarkası keçirilib. Əmək yarmarkasında əmək bazarının müxtəlif iqtisadi sahələri üzrə 300 yaxın peşə və ixtisas tələb edən vakansiyalar ictimaiyyətə açıq elan edilib. Yarmarkada Tərtər, Bərdə, Ağdam və Ağcabədi rayonlarından olan 900 yaxın vətəndaş iştirak edib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının müdiri Babək Tağıyev yarmarkaya qatılan sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıb, yarmarkanın təşkili və prosesin dinamikası ilə tanış olublar.
Tədbirdə vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.





Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2023-cı il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif olunub.



















Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Mərkəzi xəstəxanasının təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider və Azərbaycan səhiyyəsi” mövzusunda “dəyirmi masa” keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və Bərdə Regional Mədəniy-yət İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan konsertdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatlarının kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun birgə təşkilatçılığı ilə ədəbiyyatşünas, yazıçı-publisist Firidun bəy Köçərlinin anadan olmasının 160 illik yubileyinə həsr olunmuş “Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda Respublika Elmi Konfransı keçirilib.
Yeni ismarıclar