Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 23İyn

     

     

     

     

     

    Tərtər rayonunda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planında nəzərdə tutulmuş   silsilə tədbirlər davam edir.

    Tərtər Rayon İcra Hakimiyyəti “MKT İstehsalat Kommersiya” MMC ilə birlikdə “Heydər Əliyev İli” çərçivəsində rayon icra hakimiyyətində şəhid  övladları ilə görüş keçirib.

    Görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev, rayon icra hakimiyyətinin, “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının əməkdaşları, şəhid ailələri və onların övladları iştirak ediblər.

    Görüş Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə qonaqları salamlayıb, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu, xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğulayıb, dövlətimiz tərəfindən şəhid ailələrinin və qazilərin hərtərəfli qayğı ilə əhatə olunduğunu söyləyib, ölkəmizdə hər bir əsgərin əməyinin yüksək dəyərləndirildiyini qeyd edib.

    İcra başçısı xalqımıza misilsiz qələbə sevincini bəxş edən şəhidlərimiz kimi, onların ailə üzvlərinin də xalqımız üçün çox dəyərli olduğunu söyləyib. O, Vətən müharibəsi qəhrəmanlarının, şəhid və qazilərin, ümumiyyətlə Vətənin müdafiəsində iştirak edən hər  bir  Vətən oğul və qızının ömür yolunun bizim üçün, gənc nəsil  üçün hər zaman örnək olduğunu, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühim rol oynadığını bildirib.

    Görüşdə çıxış edən  “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimizin milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirdiyini bildirib. Vətənin adını ucaldan, Azərbaycana yüksək fəxarət, şərəf gətirən şəhidlərin ailələrinin daim xüsusi diqqət mərkəzində olacağını vurğulayıb. Qəhrəman şəhidlərimizin övladlarına dövlətin bütün strukturları və cəmiyyət üzvləri tərəfindən göstərilən yüksək diqqət və qayğıdan söz açıb.

    Sonra “MKT İstehsalat Kommersiya” MMC tərəfindən göndərilən məktəbli çantaları və digər məktəbli ləvazimatları şəhidlərin 4-6 yaşlı uşaqlarına hədiyyə edilib, onlarla çay süfrəsi arxasında səmimi söhbət aparılıb, hər bir şəhid övladının qayğıları ilə maraqlanılıb.

    Sonda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 08:24

İsmarıclar bağlıdır.