-
25İynDigər Tərtər Rayon İcra Hakimiyyəti başçısının 2023-cü ilin iyul ayında keçiriləcək səyyar qəbullarının qrafiki üçün şərhlər bağlıdır
-
25İynDigər “Heydər Əliyev ili – 2023”: Tərtərdə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda çağırış yaşlı gənclərlə peşəkar hərbçilərin, Vətən müharibəsi veteranları və qazilərin görüşü keçirilib üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayonda silsilə tədbirlər davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda çağırış yaşlı gənclərlə peşəkar hərbçilərin, Vətən müharibəsi veteranları və qazilərin görüşü keçirilib.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon təşkilatının sədri Eldar Əsədov, N saylı hərbi hissənin komandir müavini Famil Ramazanov, Birinci Qarabağ və Vətən Müharibəsinin qazi və veteranları, ümumtəhsil məktəblərinin hərbi rəhbərləri və çağırışçı gənclər iştirak ediblər.
Görüşdən öncə tədbir iştirakçıları Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq onun abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər. Daha ətraflı »
-
25İynDigər İcra başçısı “Heydər Əliyev ili” çərçivəsində 26 iyun Azərbaycan Silahlı Qüvvələri günü ərəfəsində bir qrup hərbçini qəbul edib üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov “Heydər Əliyev İli” çərçivəsində ön cəbhədə hərbi xidmət keçən N saylı hərbi hissələrin hərbçilərini qəbul edib. Rayon rəhbəri onları 26 iyun- Azərbaycan Silahlı Qüvvələri günü münasibəti ilə təbrik edib, onlara uzun ömür, can sağlığı, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayıb.
İcra başçısı hərbçilərlə görüşündə qeyd edib ki, Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusuyla da diqqəti cəlb edir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Daha ətraflı »
-
25İynDigər Tərtərdə 26 İyun – Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon Komissiyası YAP rayon təşkilatının akt zalında 26 İyun – Narkotik vasitələrin sui istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, rayon Polis Şöbəsində Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Elşən Əmrahov, YAP rayon təşkilatının əməkdaşı Əli Paşayev, rayon Gənclər və İdman idarəsinin rəis müavini Şəhram Quluyev, Tərtər Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin statistika kabinetinin müdiri Anar Salahov, direktor müavinləri, psixoloqlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərman bu sosial bəlaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi. Bundan sonra həmin Fərman əsasında 2000-ci ilə qədər olan dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli proqram hazırlandı. Daha ətraflı »
-
25İynDigər Xalqımızın bütün sahələrdə dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır üçün şərhlər bağlıdır
24 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Prezident səlahiyyətlərini icra etməyə başlayarkən deyib: “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək.”
AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırılaşması, torpaqlarımızın işğalı ilə nəticələnmişdi. Yalnız hakimiyyəti saxlamağı düşünərək səriştəsiz insanlar ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı.
1993-cü ilin 15 iyun tarixində Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüş və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olmuşdur.
Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Daha ətraflı »
-
25İynDigər Ölkəmizdə ordu quruculuğu prosesi daha geniş vüsət alıb üçün şərhlər bağlıdır
Prezident İlham Əliyev cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdim etmə mərasimində çıxış edib.
Dövlət başçısı deyib ki, Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur.
İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi.
İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var.
Prezident İlham Əliyev bildirib ki, dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün kompleks tədbirlər görülür.
Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır – həm yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir.
Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir. Daha ətraflı »
-
25İynDigər Biz Silahlı Qüvvələr Gününü müzəffər ordu, qalib xalq kimi qeyd edirik üçün şərhlər bağlıdır
Ulu Öndər Heydər Əliyev deyib: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik. Biz heç kəsin torpağına göz dikməmişik. Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik. Azərbaycan xalqının ali məqsədi bundan ibarətdir.
Azərbaycan dövlətinin apardığı siyasət, əməli fəaliyyət bundan ibarətdir. Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır. Biz ordu quruculuğu işi ilə məşğul oluruq.”
Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. Daha ətraflı »
-
24İynQazilərimiz Azərbaycan Ordusu ilə qürur duyuruq! üçün şərhlər bağlıdır
Şanlı Azərbaycan Ordusunun yenilməz, cəsur əsgər və zabitləri! Qarabağımızın azad olunmasına, torpaqlarımızın mənfur düşmən tapdağından təmizlənməsinə görə xalqımız ata vəsiyyətinə şətəflə əməl edən Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və onun əmrini böyük ruh yüksəkliyi ilə yerinə yetirən qüdrətli Azərbaycan Ordusuna borcludur. Odur ki, Azərbaycan Silahlı Qüvvələri yaradılması Günü qarşısında sözü sizlərə verir, Qələbəni bizlərə bəxş edən qəhrəmanlarımızın həyatından söhbər açmaq istəyirik.
Antiterror əməliyyatının fəal iştirakçısı
Elnur Salahov – rayonumuzun Poladlı kəndinin sakini, “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları təltifçisi.
– Elnur, əvvəlcə oxucularımıza müharibədən əvvəlki həyatın barədə danışmağını xahiş edərdim.
– Mən 2000-ci ilin 19 avqust tarixində Poladlı kəndində anadan olmuşam. Həmyaşıdlarım kimi orta məktəbə getmişəm, sonra isə Şəki Dövlət Texniki Kollecində təhsil almışam. Bizim nəsildən olan gənclər I Qarabağ müharibəsini görməsələr də, bu barədə çox eşitmişdik. Hər birimizin qəlbində bəslədiyi böyük bir arzu vardı ki, bu da mənfur düşməni işğal edilmiş torpaqlardan qovaraq, orada şanlı Azərbaycan Bayrağını ucaltmaq idi. Vətən müharibəsinin başlanması bu fikirlərimizi gerçəkləşdirdi.
– Müharibəni harada və necə qarşıladın?
– 2019-cu ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılmışdım. Naxçıvanda xidmət edirdim. 2020-ci ilin oktyabr ayından Xocavənd istiqamətində döyüşlərə qatıldım. Yolumuz Şuşaya idi. Döyüşçülərimizin qanı ilə suvarılmış torpaqlarda atdığımız hər addım bizi o müqəddəs yerlərə yaxınlaşdırırdı. Xüsusi təyinatlıların tərkibində əsgər kimi vuruşurdum. Qeyd edim ki, həm müharibənin getdiyi bir vaxtda, həm də bu gün mən Azərbaycan Ordusu ilə qürur duyuram. Qələbəni bizə qazandıran ordudakı ruh yüksəkliyi olsa da, onun əsasında güclü maddi-texniki təminat dayanır. Müstəqilliyimizi əldə etdiyimiz ilk illərdən fərqli olaraq bu gün bizim Silahlı Qüvvələrimiz çox güclüdür, ən müasir silahlarla, texnika ilə təchiz olunub.
Qələbədən sonra bir ay Şuşada qalıb hər birimizin qürur yeri olan bu şəhəri düşmən təxribatlarından qoruduq. Dekabrın 11-də Şuşadan Xocavəndə düşüb, xidmətimi burada davam etdirdim. Dekabrın 11-dən 16-dək komandanlığın növbəti tapşırığını yerinə yetirərək, Xocavənddən Laçın istiqamətində hərbçi yoldaşlarımla birlikdə 62 erməni terrorçusunun zərərsizləşdirilməsində yaxından və fəal iştirak etdim. Antitteror əməliyyatı başa çatandan sonra yenidən Naxçıvana dönüb həqiqi hərbi xidmətimi davam etdirdim. Müharibə şəraiti ilə əlaqədar 6 ay əlavə xidmət etdim. Müharibədə 1 dəfə yaralanıb, yenidən döyüşə qayıtmışam.
“Azərbaycan Bayrağı” ordeni və təltif olunduğum medallar Ali Baş Komandanımız tərəfindən mənim fəaliyyətimə verilən çox böyük qiymətdir. Mən daim bu yüksək etimada layiq olmağa çalışacağam.
– Müharibə başa çatıb, dinc həyatımıza qayıtmışıq. Sizin həyatınızda hansı yeniliklər baş verib?
– Ötən il həyatımda çox sevincli hadisə baş verdi. Mən Mingəçevir Dövlət Universitetinə daxil oldum. Hazırda nəqliyyat mühəndisliyi üzrə təhsilimi davam etdirirəm.
Bu il isə qızım dünyaya gəlib. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ailəmizin qonağı olub, bizi təbrik edib. Ümumiyyətlə, hər an dövlətimizin, ictimaiyyətin dəstəyini hiss edirik. Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı ürəkdən təbrik edir, hər kəsə işlərində uğurlar, cansağlığı arzulayıram.
Hər kəsin bir amalı vardı–Qələbə
Müharibənin od-alovundan keçərək, Azərbaycan zabitinin qüdrətini, nəyə qadir olduğunu bütün dünyaya göstərən qəhrəman oğullarımızdan biri də rayonumuzun Qarağacı kəndinin sakini Rauf Nuriyevdir.
Azərbaycan Ordusu Günü qarşısında Rauf müəllimlə görüşüb, onun keçdiyi şərəfli ömür yoluna nəzər saldıq.
Rauf Nuriyev 1986-cı il 17 yanvar tarixində Qarağacı kəndində doğulub. Bu o kənddir ki, atəşkəs dövrünün bütün illəri ərzində burada bir gün də olsun sakitlik hökm sürməyib. Vaxtilə qonşuluq etdikləri ermənilər daimi olaraq təxribatlar törədib, dinc əhalinin yaşayışını pozublar. Ona görə də Qarağacıda böyüyən gənclərdə hərbi peşələrə maraq güclüdür.
Rauf Nuriyev də orta məktəbi bitirdikdən sonra 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub və 2007-ci ildə həmin məktəbi motoatıcı ixtisası üzrə leytenant rütbəsində bitirib.
Həyatını hərb sahəsinə həsr etməyə qərar verən gənc 2008-ci ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində ixtisaslaşma kursu keçib.
2009-cu ildən Silahlı Qüvvələrin müxtəlif bölmələrində nümunəvi xidmət edib. Sonuncu xidmət yeri N. saylı hərbi hissədə taborun qərargah rəisi olub. Bu zaman artıq Rauf müəlim mayor rütbəsində idi. Daha ətraflı »
-
24İynHərbi vətənpərvərlik Redaksiyamızın qonağı üçün şərhlər bağlıdır
Məhəbbət xanım özü də bir əsgərdir
Bu günlərdə Birinci Qarabağ müharibəsi veteranı, iki şəhid bacısı, həkim-terapevt Məhəbbət Paşayeva redaksiyamızın qonağı olub.
Kollektivimizlə söhbət zamanı Məhəbbət xanım müharibə illərində Tərtər rayon mərkəzi xəstəxanasının baş həkimi kimi fəaliyyətindən, tərtərlilərin vətənpərvərliyindən danışıb. Şəhidlərimizi, yaralılarımızı qarşılayarkən, döyüş meydanında onların köməyinə tələsərkən yaşadığı hissləri dilə gətirib.
Bir daha qadın ürəyinin böyüklüyünə heyran qaldıq.
Bu görüşün 26 iyun – Azərbaycan Ordusu Günü ərəfəsində keçirilməsi bizim üçün xüsusilə əhəmiyyətlidir. Çünki Məhəbbət Paşayeva özü də bir əsgərdir. Atası Sabir Paşayev, şəhid qardaşları Ədalət, Evarist kimi hər an Vətən üçün, Azərbaycan Ordusunun hət bir döyüşçüsü üçün canından keçməyə hazır olan əsgər.
Bizimlə söhbətinndə Məhəbbət xanım dedi:
–Qəhrəman Tərtərimə, doğma Tərtərimə ayaq basanda qürur hissi keçirirəm. Fəxr edirəm ki, mən azərbaycanlıyam, qarabağlıyam və tərtərliyəm. 44 günlük Qarabağ müharibəsində qazandığımız möhtəşəm Qələbə hər birimizin qəlbini qürurla döyündürür. Bu sonsuz sevinci bizə yaşatdıqlarına görə ilk növbədə müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, qüdrətli Azərbaycan Ordusuna, hər bir zabitimizə, əsgərimizə Azərbaycan ana və bacılarının sonsuz təşəkkürünü çatdırıram. Bayramınız mübarək, əzizlərim!
“Yeni Tərtər”
-
24İynXəbərlər Tərtərdə Qurban bayramı ilə əlaqədar kəsim məntəqəsində monitorinq aparılıb üçün şərhlər bağlıdır
Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi, qeyri-qanuni yerlərdə heyvan satışı və ət kəsiminin qarşısının alınması və digər məsələlərlə bağlı Tərtər Rayon İcra Hakimiyyətində müvafiq qurumların əməkdaşlarından ibarət işçi qrupu yaradılıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov işçi qrupunun üzvləri ilə birlkdə qurbanlıq heyvanların kəsiminin təşkil ediləcəyi Tərtər şəhəri, Cavanşir küçəsi 84 ünvanında yerləşən ət kəsim məntəqəsində olub, əlaqədar şəxslərə müvafiq tövsiyyə və tapşırıqlarını verib.
Həmçinin Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri tərəfindən ət kəsim məntəqəsinin döşəmə və divarları, habelə burada istifadə edilən avadanlıqlar xüsusi məhlulla dezinfeksiya edilib.
Bununla yanaşı, Qurban bayramı günlərində heyvan mənşəli tullantıların vaxtında daşınması, ət kəsimi məntəqəsinin ətrafında təmizliyə riayət olunması üçün Tərtər şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışacaqlar.
Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0
Bölmələr:
- Açılışlar (21)
- Digər (2. 057)
- Ədəbiyyat (310)
- İdman (66)
- İqtisadiyyat (26)
- Kəndlərimiz (17)
- Kənd Təsərufatı (117)
- Mədəniyyət (55)
- Səhiyyə (133)
- Təhsil (261)
- Tərtər RİH-də (259)
- Xəbərlər (1. 268)
- Hərbi vətənpərvərlik (123)
- Kənd təsərrüfatı (204)
- Milli-mənəvi dəyərlər (284)
- Qazilərimiz (31)
- Sosial (96)
- Şəhidlər (209)
Arxiv
Yeni məqalələr
-
12-26-2024
-
12-26-2024
-
12-26-2024
-
12-26-2024
-
12-26-2024
Yeni ismarıclar